Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu


Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə46/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
1   ...   42   43   44   45   46   47   48   49   ...   53

 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
111
paltarı  da  yoxdı.  Gedün,  o  şaha  diyün,  məniyçün  bi  dəs  müvəkqəti  paltar  gön-
dərsin, geyinim əynimə, onnan sora dar ağacınnan assırmıyacağ, assırsın.  
Gedillər  bılar,    bi  dəs  kastum  gətirillər,  geydirillər  mına,  aparıllar.  Şah 
hər yerə elan verir ki, büyünnəri filankəs vergisin vermədiyi üçün camahat qar-
şısında dar ağacınnan assırılır. Gətirillər, dar ağacı qurulub, kəndirrər çəkilib, iz-
diham, millət yığılıb. Camahat xahiş eliyir ki, ay kişi, öldirmə, heç olmasa, tür-
miynən əvəz elə. Diyib: 
–  Yox, bı camahata, görk olmalıdı. 
Diyir  ki,  əmr  eliyir,  kəndiri  keçidün  boğazına.  Kəndiri  keçidillər  bının 
boğazına, dartun. Bılar dartıllar, uje boğaz uzanır. Boğaz uzanır, şah tüşür, gəlir 
bının yanına. Diyir ki, bilirsən nə var? Diyir: 
– Artığ sənin axırıncı dəqiqələründi. Sən ölüm əyağındasan. Sənin cama-
hata,  bizə  sözün,  bir  adamnan  alacağun,  verəcəyün,  ürəy  sözün  varsa,  nə  ürəy 
sözün varsa, icazə verrüy, diginən. Heç bi şeydən utanma, çəkinmə, diginən.  
Diyir:  
– Şah sağ olsun, heç bir sözüm yoxdı. Asun, diyün çəksinnər kəndiri.  
Yenə diyir ki, elə bi adam olmaz ki,   şah diyir, onın ürəyində heç olma-
sa bi kəlmə sözi olmasın. Di, diginən sözüü.  
Diyir ki, bilirsən nə var, şah? Məni dar ağacınnan assırmıyun, istiyir atın 
quyruğına bağlıyun, sürütmə eliyün, bütün ölkələrin, bütün camahatın qarşısın-
da, mən dimiyəcəm ki, dənizin suyu nəyin üzərinnən keçir. 
Şahı bassırıbdılar dənizin altında, su da ləpə vırıb onın üssinnən keçirdi. 
Diməy,  bı  dossığda  sınağ  meydanıdı,  sınağ.  Diməy,  o ölüm  əyağında  da  dimir 
ki, biz bınnan şahı öldirmişüy, bassırmışuğ.  
Diyir: 
 Malades, indi bildim ki, həqiqi dostsan, dost. 
Aşdırır, gətirir özinə baş vəzir seçir. 
Söylədi: Əsədov Məmmədqulu Dadaş oğlu, 1930 təvəllüdlü, ali təhsilli. 
Neftçala rayonu, Xolqarabucaq kəndi 
 
Pərəqulağın nağılı 
Məliyməmməd, Məliyəhməd, bi də Pərəqulağ – üç qardaş olır, bi qoca 
anaları olır. Ataları rəhmətə gedəndə bılara vəsyət eliyir, oğlannarına.  
Diyir: 
  Oğlannarım,  mən  ölib  gedirəm,  sizə  vəsiyət  eliyirəm.  Uzağ  eldə  bir 
dev var, o mənə altı yüz manat pıl borjdıdı, gedib onı alarsuz.  
Ataların dəfin eliyənnən sora əvvəlcə böög oğlan gedir – Məliyməmməd. 
Tüşür  yola  gedir,  devin  də  bir  qızı  var  iymiş.  Gedir,  atası  diyir  qızına,  diyir, 
adam-madam  iysi gəlir,  yağlı  badam  iysi gəlir. Qayıdır qızı diyir ki,  yat əyağı-
mın altında, çıxım baxım görüm, nətəər şeydi də. Çıxır, baxır, görür. Diyir: 
– Nədi? 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
112
Diyir: 
– Ata, bi qaraltı gəlir, çox ağır-ağır, yavaş-yavaş gəlir. Hə... yavaş gəlir.  
Diyir: 
– Suyu nətəər içər? 
Diyir: 
– Piliyə-piliyə.  
Diyir:  
– Çörəyi nətəər yiyər?  
Diyir:  
– Ağır-ağır.  
Gəlir çıxır, gəlir çıxır, div bını tutır. Aparır samannığ var  iydi, bığınnan 
üş dənə tük çəkir, bını asır yuxardan, bı oğlanı – Məliyməmmədi. 
Sora qardaşdarın qalıb ikisi. Gözziyiblər, bı qardaş gəlib çıxmadı. İkinci 
Məliyəhməd  yola  tüşir.  Bı  da  eyni  qaydıynan  gedir.  Div  gənə  mını  asır.  Qalır 
Pərəqulağ.  Pərəqulağ  gözziyir  ki,  kiçik  qardaşdarı  gəlmədi.  Diyir  ki,  aya,  qar-
daşdarım gəlib çıxmadı. Gedim qardaşdarımı tapım, görüm bu nə əhvalatdı? Bı 
gedəndə bi spiçka götürür, sac götürür, bi dənə də qızıl xoruzu olır bının, bi dənə 
də kürəy. Kürəy də peyin götürməyçin, taxtadan olır, lapatkə kimi. Bını götürür, 
minir xoruzı. Minir xoruzı, bi dənə kürəy qızıl xoruza, xoruz qalxır uça-uça ge-
dir müəyyən məsafədə düşür. Div diyir ki, adam-madam iysi gəlir, yağlı badam 
iysi gəlir. Qız diyir ki, yat əyağımın altında, çıxım baxım. Çıxır baxır, görür ki, 
bir şey gəlir, özi görükmir. Ancağ görür ki, bının tozanağı qalxır. 
Diyir:  
– Ata, bir şey gəlir, hancağ bilinmir ki, nədi? Belə tozı-torpağı, yeri-göyi 
– hamısın qatıb bir-birinə, gəlir hancağ.  
Div diyir ki, onda, qızım, mən harda gizzənim?! Hə...  
Diyir:  
– Ged samannığda gizzən. Samannığda gizzən, diyəcəm, yoxdı də...  
Pərəqulağ gəlir çatır, gəlir çatır, qıza diyir ki, di görüm, atun hardadı?  
Dimir  yerin,  yerin dimir. Sacı götürmişdi axı,  sacı qızzırır, dağlıyır qızı 
isdi sacnan. Yandıranda diyir:  
– Diməsün, səni yandıracam, di, tez ol.  
Diyir ki, orda samannığdadı. Gedir, bi dənə spiçka vırır samannığa, dev 
qarışığ yanır. Onnan sora gəlir bıbırsı öyə, görir, qardaşdarı helə ölim-ölimdədi. 
Qardaşdarın  açır  ordan,  beş-on  gün  qalır,  qardaşdarı  əmələ  gələnnən  sora  indi 
bılar  diyir  ki,  vətənə  gedməy  lazımdı.  Gedillər,  devin  də  çoxlı  var-dööləti  var 
iydi,  bi dənə də qızı. Qızı da götürüllər, gəlillər mal-heyvan hamısı  yolda. Bını 
suarmağ  lazımdı. Gəlillər, bi quyıya ras gəlillər. Quyıya ras gələndə diyillər ki, 
su dərindədi. Qardaşdarı diyillər ki, düşəy, su verəy də. O diyir, mən düşüm, bı 
diyir, mən düşüm. Axırı nööbə həmən Pərəqulağa düşür. Pərəqulağ diyir ki, mən 
düşüm, mən süzdən yüngüləm. Belimə kəndir bağlıyun, çəkəcəysüz də...  


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
113
Kəndiri  bağlıyıb  malı-heyvanı  –  hamısın,  özzərin  suarıllar,  su  içillər, 
filan. Bı indi axırda bını çıxadmağ issiyəndə qardaşdarı diyir ki, bilirsən nə var? 
Biz  bını  çıxadsuğ,  bı  var-dööləti  də  özü  götürəcəy,  qızı  da  özi  götürəcəy,  bizə 
hes-zad  vermiyəcəy.  Gəl  kəndiri  kəsəy,  qalsın  quyunun  dibində.  Bılar  gəlillər 
öylərinə.  Anaları  diyir  ki,  bəs  Pərəqulağ?  Diyir  ki,  hə...  Nə  bilim,  harda  itdi-
batdı, görməmişüy, boyun almıllar. 
Pərəqulağın, diyir, cibində bi dənə balaca, tilət (balaca – toplayıcı) pıçağı 
var  iydi. O quyunun  içərisinnən  yona-yona, dağıda-dağıda,  mağara aça-aça düz 
gəlib çıxır, diyir, o həmən yaşadığları öyün altına. Yaşadığı öyün altınnan balaca 
bi deşiy açır. Analarına diyir ki, xaşıl pişir, bı uşağların ikisi. Arvad yazığ, yağı 
tökür  xaşılın  üssünə,  görür,  qardaşdar  diyir  ki,  ay  ana,  bıra  yağ  tök  dənə. 
Diməynən,  Pərəqulağ  altdan  tavanı  deşib,  hə,  ordan  xaşılı  çəkir,  yiyir.  Nağadə 
yağ töküllər, görüllər, yoxdu də... Qayıdır anası diyir ki, çaşıb bı Pərəqulağın işi 
olar ha...  
Diyir:  
–  Əh...  Pərəqulağ  hardıydı?!  Pərəqulağı  nəm  dev  yidi,  nağayırdı, 
Pərəqulağ yoxdı. 
Nəsə... Xaşıl qutarannan sora evin altın yarıb, Pərəqulağ çıxır qırağa. Pə-
rəqulağ  çıxannan  sora  götürür  qardaşdarının  ikisin  də  vırır  kəllə-kəlliyə.  İkisin 
də öldürür, bassırır orda, onnan sora bütün əmlaka – hamısına sahib olur.  
Bı, keçmiş, qədim nağıllardandı. Anam rəhmətdiy danışardı bı nağılı.                 
Söylədi:  Əsədov  Məmmədqulu  Dadaş  oğlu,  1930-cu  il  təvəllüdlü,  ali 
təhsilli. Neftçala rayonu Xolqarabucaq kəndi 
 
Abidin səhvi 
Ərəb  ölkəsində  bir  abid  yaşıyırdı.  Abid  getdi  orta  peyqumbərə.  Orta 
peyqumbərdən tövsiyə, nəsiyət almağa. Salam eylədi, girdi qapıdan. Didi: 
–  Ya  Musa,  salam  olsun  üzüün  nuruna.  (Peyqəmbərin  ruhuna  salavat 
yolla.)   Didi: 
– Buyur, sözüü, məsləətü al.  
Didi: 
– Ya Musa, neçə illərdi, ağlım kəsənnən oxuyıb abiddiy eliyirəm. Oxıyıb 
elm  almışam,  Allahın  zikirrərindiyəm  gecə-gündüz,  namazzarımı  qılıram, 
dualarımı oxıyıram, zikr eliyirəm. İndi evimi tərk eliyib, gedib kəndin ucğarında 
bir yosma tikirəm. Sən mənə bir uşağ köməy ver. Musa peyqummər canına fəda 
oldığım da otuz dokqız züryət almışdı, onnan evladı olmamışdı, qırxıncı züryə-
tinnən bir oğlan uşağı, rəvayətə görə, on dörd yaşında iydi. Didi: 
– Baş üstə. Əvvəla, öz evündə Allahın qulluğun tutmağ yap yaxşıdı. 
Didi: 
–  Təngə  gəlmişəm,  səs  olır,  küy  olır,  Allahın  zikirrərində  ola  bilmirəm, 
gecikirəm. Didi: 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə