Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
105
***
Bı yola gedən gəlmir,
Bilmirəm, neydən gəlmir.
Qurır çadır otağın,
Çıxır cirgədən gəlmir.
***
Qardaşdar, ay qardaşdar,
Yağış yağar, qar başdar.
Öləndə bacılar ölsün,
Heç ölməsin qardaşdar.
***
Bacılar bacısıyam,
Şirinnər acısıyam.
Bacısı ölən bacının
Mən də onın bacısıyam.
***
Günüm o gün oleydi,
Zülfüm dügün oleydu.
Siziynən keçitdigim günnərin
Biri bu gün oleydi.
***
Ooçiyam, oolamaram,
Oo görsəm, qolamaram.
Mən özim yaralıyam,
Yaralı qolamaram.
***
Mənim özim ağlıyım,
Dərdə dözim, ağlıyım.
Sizi belə görincə
Çıxsın gözim, ağlıyım.
***
Dərd kimindi – özimin,
Dərdə çoxdı dözimim,
Qoymaram siz gedəsüz,
Giləsisüz gözimin.
***
Ölənəkən ağlaram,
İtənəkən ağlaram,
Torpağımı torpağuza
Qatanakən ağlaram.
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
106
***
Ağlaram el gəlinçin,
Çaylara sel gəlinçin.
Okkartanə ağlaram,
Gözümə tor gəlinçin.
***
Mənim anam oleydi,
Anam yanımı aleydi.
Çoxlu dərdim diməyə,
Mənim anam oleydi.
***
Siz bı yerin xanısuz,
Soltanısuz, xanısuz.
İyüz bırnımdan getməz,
Təbriz ireyhanısuz.
***
Qarabağ vətənimiz,
Durmadı yatanımız.
Əcəl əl-ələ getdi,
Ağzı söz tutanımız.
***
Qarabağda talan var,
Zülfün üzə salan var.
Getmisən, tez qayıt gəl,
Gözi yolda qalan var.
***
Laylay laylayın başı,
Beşiyün mərmər daşı.
Bırdan bi ah çəkərəm,
Yandırar dağı-daşı.
***
Bı yoldan yol ayrıldı,
Boynum geri qayrıldı.
Ay boynum, nöş qayrılırsan,
Canunnan can ayrıldı?
***
Yar, məni qoyub gedmə,
Nar kimi oyub gedmə.
Kəs başımı, qoy yanıma,
Zarıncı qoyub gedmə.
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
107
Söylədi: Möhnətova Ərzə Qəhrəman qızı, 1932-ci il təvəllüdlü, VII
sinfi bitirib. Salyan rayonu Aşağı Xalac kəndi
Atalar sözü
Arabası batan güjdü olur.
Alan alıb allanıb,
Satan satıb pullanıb.
Qayış nə bilir, öküz nə çəkir.
Qılıxlı yüz il dolanar, qılıxsız bir gün də dolanmaz.
Atdandım ləmnən,
Qutardım qəmnən.
Qazanjdarın itdər yiyir, yaxaların pitdər.
Ooçunun ova çıxmağı, o da düşdü ayın aydınnığına.
Hamı didi, dad oldu,
Mən didim, bidad oldu.
Əsli olan əslin itirməz,
Bədəsil mənzil başına yetirməz.
İtin kööli nəynən xoş olar – kəpəynən!
Söylədi: Qədirova Laləzər Alşan qızı, 1953-cü il təvəllüdlü, orta
təhsilli, Neftçala rayonu Xolqarabucaq kəndi
* * *
LƏTİFƏLƏR
Mirzə Baqi haqqında
I mətn
Bir kəndli Mirzənin yazdığı şikayəti pristava təqdim edir. Pristav onu
başdan eləmək üçün deyir:
– Mən bu xətti oxuya bilmirəm. Get, yazanı bura çağır.
Mirzə pristavın yanına gəlib başlayır onu tərifləməyə, onun ali
mənsəblərə layiq olduğunu deyir.
Pristav:
– Mirzə, səndən çıxmayan iş, nə əcəb məni tərifliyirsən?!
Mirzə:
– Belə eliyirəm ki, bəlkə, səni böyüdüb bi yerə aparalar, onda camaatın
da canı sənin əlinnən qurtarar.
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
108
* * *
II mətn
Mirzə Baqi ov zamanı bir qarğa vurur. Lotular onu sındırmaq üçün
soruşurlar:
– Ovun qanlı, Mirzə, nə vurmusan?
Mirzə görür ki, həriflər onu pərt etmək istiyirlər, tez cavab verir:
– Turac.
– Mirzə, bu ki qarğadı?
– Adın siz qoymusuz, mən diyirəm, turacdı, dimək turacdı.
* * *
III mətn
Meçiddə molla dəstamaz almağın şərtdərinnən uzun-uzadı danışır. Mirzə
fikirrəşir ki, gündə beş-altı dəfə namaz qılmağçın bu şərtlərin hamısı yerinə yeti-
rilsə, onda başqa işlərə vaxt qalmır. Molladan soruşur:
– Ay molla, bəs çörəyi nə vax qazanağ?
Qeyd: Mirzə Baqi ilə bağlı lətifələri Neftçala rayonu Xolqaraqaşlı kənd
orta məktəbində uzun illər müəllim işləmiş, hazırda təqaüddə olan Abdullayeva
Təbiət Xalıq qızının şəxsi arxivindən əldə etmişik.
***
Keçinin cavabı
Günnərin bir günü keçi süriynən, sürünün qabağında gedirmiş.
Keçiyə diyiblər ki, keçi qardaş, bı süri kimindi? Yaz iymiş, göyi
yimişmiş. Keçi qabağda şellənə-şellənə gedirmiş.
Diyib:
– A korsan, görmirsən? Mənim.
Qabağda gedir bı şellənə-şellənə. Çöyirib ağzı qışa. Tökib qarı, şaxtanı
qoyıb. Keçi sürinin dalında, süriyə çata bilmir, ofşim, dolaşıb əyağı palçığa-
malçığa. Ofşim, qulağları salxa-salxa keçi gəlirmiş.
Dostları diyir ki, aya, yazda gedən keçi döyir bı?! Bına ilişəy, görəy
nağayrır bı?
Diyib:
– A keçi qardaş.
Diyib:
– Həəə...
Diyib:
– A, bı süri kimindi?
Diyib:
– Aya, mən nəm kimindi? Yiyəsi belə-belə olmış süri, mən nə bilim ki-
mindi, çata billəm ki?!
Dostları ilə paylaş: |