Məhəbbət Mirzəliyeva, Kamilə Vəliyeva
100
Qaydalı və qaydasız feillərin avtomatik təyini alqoritmi
1.
Cümlədə söz formalarını ayırmaq, 2-ci qaydaya keçmək.
2.
Morfoloji təhlilin vasitəsilə kök və şəkilçini ayırmaq,
3-cü qaydaya keçmək.
3.
Söz forması feildirmi? hə
4, yoxsa
1.
4.
Kökdəki sonuncu hərfi ayırmaq, 5-ci qaydaya keçmək.
5.
Hərf samitdirmi? hə
13, yox
6-cı qaydaya
keçmək.
6.
Hərf saitdirmi? hə
7, yox
5
7.
Söz formada şəkilçi varmı? hə
8-ci qaydaya keç-
mək, yox
20.
8.
Bu
şəkilçi -ed-dirmi? hə
9. yox 16.
9.
Kök və şəkilçini düzgün olan
sahəyə göndərmək, 10-cu
qaydaya keçmək.
10.
Cümlə bitmişdirmi? hə
2, yox
1.
11.
Mətn bitmişdirmi? hə
12, yox
12.
12.
Mətndən cümləni ayırmaq. 1-ci qaydaya keçmək
13.
Bu
l-dirmi? hə
14, yox
15.
14.
l-i
qoşalaşdırmaq, 8-ci qaydaya keçmək.
15.
Samit hərfini qoşalaşdırmaq, 7-ci qaydaya keçmək.
16.
Bu şəkilçi
-en-dirmi? hə
17, yox
17.
17.
Bu şəkilçi
t-dirmi? hə
18, yox
7.
18.
Kök və şəkilçini düzgün olmayan işçi sahəsinə gön-
dərmək, 10-cu qaydaya keçmək.
19.
Bu şəkilçi
-d-dirmi? hə
18, yox
20.
20.
Söz formasını düzgün olmayan feillərin siyahısında
axtarmaq var
18, yox
9.
21.
Son.
İngilis dilində təsirli və təsirsiz feillər
İngilis dilində Azərbaycan dilində də olduğu kimi feillər
təsirli (Transitive Verbs) və
təsirsiz (Intransitive Verbs) feillərə
ayrılır. Təsirli feil özündən sonra təsirlik halda olan ismi tələb
Maşın tərcüməsinin nəzəri problemləri
101
edir, məs.:
to see – görmək (nəyi görmək və ya kimi görmək)
Təsirsiz feil isə əksinə
nə? hara? harada? suallarını tələb
edir, məs.:
To shine – işıqlanmaq (hara?), to sleep – yatmaq (harada?),
to go – getmək (haraya?), to stay – qalmaq (harada?).
Mənaya gəlincə, ingilis dilində feillər müstəqil, köməkçi
və modal feillərə bölünür. Köməkçi feillərə –
to have, to be, to
do, shall, should, will, would – daxildir.
Modal feillərə
must, can, may, ought to, need,
dare daxildir.
Eyni zamanda modal feil rolunu
shall, will, should, would,
to be (able to) və
to have (to)oynayır.
Eləcə də ingilis dilində feilin şəxssiz formaları mövcuddur
(mood): xəbər forması (The Indicative Mood), sabjanktiv forma
(The Subjunctive Mood) və əmr forması (The İmperative Mood).
İngilis dilində feilin iki növü vardır: The Active Voice (Mə-
lum növ), The Passive Voice (Məchul növ). Bu baxımdan da feil
şəxs və kəmiyyətə görə hallanır. Zamana gəlincə isə, ingilis dilində
Indefinite (qeyri-müəyyən), Continuous (davamedici), Perfect (bit-
miş), Perfect Continuous (bitmiş davamedici) formaları vardır.
Yalnız Present Indefinite və Past Indefinite təsdiq forması
köməkçi feilsiz yaranır. Digər zamanlar isə köməkçi feillə yaranır.
Future Indefinite
shall və
will köməkçi feillərin vasitəsilə
düzəlir.
Continuous zamanları
to be köməkçi feili və feilin sonuna
-ing artırmaqla əmələ gəlir.
Perfect zamanları
to have köməkçi feilindən və feili sifət
II-dən əmələ gəlir.
Perfect Continuous
to have və
to be köməkçi feilləri və
feili
sifət l-dən (-ing) əmələ gəlir.
Future in the Past forması
should və
would köməkçi fei-
llərinin köməyilə düzəlir. Feilin inkar forması Present İndefinite
-də to do köməkçi feilindən, Past İndefinite-də isə did vasitəsilə
(to do-nun keçmiş zaman forması) əmələ gəlir, məs.:
Məhəbbət Mirzəliyeva, Kamilə Vəliyeva
102
I do not write
I am
not writing
I did not write
I have not
written
I shall not write
I have not been writting
Sual forması köməkçi feilinin mübtədan əvvəl işlənməsi
ilə yaranır, məs.:
Do I write?
Have I written?
Did I write?
Shall I be writing?
Shall I write?
Have I been writing?
Am I writing?
Bütün zamanların sual-inkar formasında köməkçi feil mübtə-
dadan əvvəl, inkar hissəciyi isə sonra qoyulmaqla yaranır, məs.:
Do I not write?
Did I not write?
Have I not been writing?
İxtisar formasında isə
not inkar hissəciyi mübtədan əvvəl
və köməkçi feillə birlikdə yazılır, məs.:
Don‘t I write?
Didn‘t I write?
Haven‘t I been writing?
Indefinite Tense Forms
(Qeyri-müəyyən zamanlar)
The Present Indefinite Tense Form
(İndiki qeyri-müəyyən zaman)
İndiki qeyri-müəyyən zaman şəxslərə görə hallanır. Bütün
şəxslərdə
to hissəciyi atılır. Yalnız III şəxsin təkindəfeilin
kökünə
-s şəkilçisi əlavə olunur. Bu halda əgər kökün sonu
sh,
ss, s, ch, tch, x, o hərfləri ilə bitirsə, onda əsasa
-es şəkilçisi
əlavə edilir:
to wash – washes (he, she)
Əgər əsasın sonu
y ilə bitərsə və
y-dən əvvəl sait gələrsə,
onda III şəxsin təkində
s əlavə edilir, məs.:
To play – he plays.
Əgər əsasın sonu
y ilə bitirsə və ondan əvvəl samit gələrsə,
onda
y ~ i əvəzlənməsi
baş verir, əsasa
-es əlavə olunur.