Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə35/40
tarix19.07.2018
ölçüsü1,69 Mb.
#57268
1   ...   32   33   34   35   36   37   38   39   40

Məhəbbət Mirzəliyeva, Kamilə Vəliyeva 
 
100 
Qaydalı və qaydasız feillərin avtomatik təyini alqoritmi 
1.
 
Cümlədə söz formalarını ayırmaq, 2-ci qaydaya keçmək.  
2.
 
Morfoloji  təhlilin  vasitəsilə  kök  və  şəkilçini  ayırmaq, 
3-cü qaydaya keçmək.  
3.
 
Söz forması feildirmi? hə 

 4, yoxsa 

1. 
4.
 
Kökdəki sonuncu hərfi ayırmaq, 5-ci qaydaya keçmək. 
5.
 
Hərf  samitdirmi?  hə 

  13,  yox 

  6-cı  qaydaya 
keçmək.  
6.
 
Hərf saitdirmi? hə 

 7, yox 

5  
7.
 
Söz  formada  şəkilçi  varmı?  hə 

  8-ci  qaydaya  keç-
mək, yox 

 20. 
8.
 
Bu şəkilçi -ed-dirmi? hə 

 9. yox 16.  
9.
 
Kök və şəkilçini düzgün olan sahəyə göndərmək, 10-cu 
qaydaya keçmək.  
10.
 
Cümlə bitmişdirmi? hə 

 2, yox 

 1. 
11.
 
Mətn bitmişdirmi? hə 

 12, yox 

12.  
12.
 
Mətndən cümləni ayırmaq. 1-ci qaydaya keçmək 
13.
 
Bu l-dirmi? hə 

 14, yox 

 15.  
14.
 
l-i qoşalaşdırmaq, 8-ci qaydaya keçmək.  
15.
 
Samit hərfini qoşalaşdırmaq, 7-ci qaydaya keçmək.  
16.
 
Bu şəkilçi -en-dirmi? hə 

 17, yox 

 17. 
17.
 
Bu şəkilçi t-dirmi? hə 

 18, yox 

 7. 
18.
 
Kök  və  şəkilçini  düzgün  olmayan  işçi  sahəsinə  gön-
dərmək, 10-cu qaydaya keçmək.  
19.
 
Bu şəkilçi -d-dirmi? hə 

 18, yox 

 20.  
20.
 
Söz  formasını  düzgün  olmayan  feillərin  siyahısında 
axtarmaq var 

 18, yox 

 9.  
21.
 
Son. 
İngilis dilində təsirli və təsirsiz feillər 
İngilis  dilində  Azərbaycan  dilində  də  olduğu  kimi  feillər 
təsirli (Transitive Verbs)  və təsirsiz (Intransitive Verbs)  feillərə 
ayrılır.  Təsirli  feil  özündən  sonra  təsirlik  halda  olan  ismi  tələb 


Maşın tərcüməsinin nəzəri problemləri 
 
101 
edir, məs.: 
to see – görmək (nəyi görmək və ya kimi görmək) 
Təsirsiz feil isə əksinə nə? hara? harada? suallarını tələb 
edir, məs.:  
To shine – işıqlanmaq (hara?), to sleep  –  yatmaq (harada?), 
to go – getmək (haraya?), to stay – qalmaq (harada?).  
Mənaya  gəlincə,  ingilis  dilində  feillər  müstəqil,  köməkçi 
və  modal feillərə  bölünür. Köməkçi  feillərə – to  have, to  be, to 
do, shall, should, will, would – daxildir. 
Modal feillərə must, can, may, ought to, needdare daxildir.  
Eyni zamanda modal feil rolunu shall, will, should, would, 
to be (able to) və to have (to)oynayır.  
Eləcə  də  ingilis  dilində  feilin  şəxssiz  formaları  mövcuddur 
(mood):  xəbər  forması  (The  Indicative  Mood),  sabjanktiv  forma 
(The Subjunctive Mood) və əmr forması (The İmperative Mood). 
İngilis dilində feilin iki növü vardır: The Active Voice (Mə-
lum növ), The Passive Voice (Məchul növ). Bu baxımdan da feil 
şəxs və kəmiyyətə görə hallanır. Zamana gəlincə isə, ingilis dilində 
Indefinite (qeyri-müəyyən), Continuous (davamedici), Perfect (bit-
miş), Perfect Continuous (bitmiş davamedici) formaları vardır. 
Yalnız  Present  Indefinite  və  Past  Indefinite  təsdiq  forması 
köməkçi feilsiz yaranır. Digər zamanlar isə köməkçi feillə yaranır.  
Future  Indefinite  shall  və will  köməkçi  feillərin vasitəsilə 
düzəlir.  
Continuous zamanları to be köməkçi feili və feilin sonuna 
-ing artırmaqla əmələ gəlir. 
Perfect  zamanları  to  have köməkçi  feilindən və feili  sifət 
II-dən əmələ gəlir.  
Perfect  Continuous  to  have  və  to  be  köməkçi  feilləri  və 
feili sifət l-dən (-ing) əmələ gəlir.  
Future  in  the  Past  forması  should  və  would  köməkçi  fei-
llərinin köməyilə düzəlir. Feilin inkar forması Present İndefinite 
-də to do köməkçi feilindən, Past İndefinite-də isə did vasitəsilə 
(to do-nun keçmiş zaman forması) əmələ gəlir, məs.: 


Məhəbbət Mirzəliyeva, Kamilə Vəliyeva 
 
102 
I do not write 
I am not writing 
I did not write 
I have not written 
I shall not write 
I have not been writting 
Sual  forması  köməkçi  feilinin  mübtədan  əvvəl  işlənməsi 
ilə yaranır, məs.: 
Do I write? 
Have I written? 
Did I write? 
Shall I be writing? 
Shall I write? 
Have I been writing? 
Am I writing? 
 
Bütün zamanların sual-inkar formasında köməkçi feil mübtə-
dadan əvvəl, inkar hissəciyi isə sonra qoyulmaqla yaranır, məs.:  
Do I not write?  
Did I not write?  
Have I not been writing?  
İxtisar formasında isə not inkar hissəciyi mübtədan əvvəl 
və köməkçi feillə birlikdə yazılır, məs.: 
Don‘t I write?  
Didn‘t I write?  
Haven‘t I been writing?  
 
Indefinite Tense Forms 
(Qeyri-müəyyən zamanlar) 
The Present Indefinite Tense Form 
(İndiki qeyri-müəyyən zaman) 
İndiki qeyri-müəyyən zaman şəxslərə görə hallanır. Bütün 
şəxslərdə  to  hissəciyi  atılır.  Yalnız  III  şəxsin  təkindəfeilin 
kökünə -s şəkilçisi əlavə olunur. Bu halda əgər kökün sonu sh, 
ss,  s,  ch,  tch,  x,  o  hərfləri  ilə  bitirsə,  onda  əsasa  -es  şəkilçisi 
əlavə edilir:  
to wash – washes (he, she)  
Əgər əsasın sonu y ilə bitərsə və y-dən əvvəl sait gələrsə, 
onda III şəxsin təkində s əlavə edilir, məs.: To play – he plays. 
Əgər əsasın sonu y ilə bitirsə və ondan əvvəl samit gələrsə, 
onda y ~ i əvəzlənməsi baş verir, əsasa -es əlavə olunur.  


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə