Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə33/40
tarix19.07.2018
ölçüsü1,69 Mb.
#57268
1   ...   29   30   31   32   33   34   35   36   ...   40

Məhəbbət Mirzəliyeva, Kamilə Vəliyeva 
 
94 
23-cü qaydaya keçməli.  
Analiz  olunmuş  cümlədən  yeni  söz  və  şəkilçini  ayırmalı, 
əgər bitmişsə, 24-cü qaydaya, əks halda 1-ci qaydaya keçməli.  
Son.  
 
2) İngilis dilində ismin hal şəkilçisi 
İngilis dilində ismin hallanması Azərbaycan dilindəkindən 
xeyli fərqlənir.  
İngilis  dilində iki hal: ümumi  (Common Case) və  yiyəlik 
(Possessive Case) halları vardır. 
Ümumi halın heç bir şəkilçisi yoxdur.  
Yiyəlik  hal  apostrof  (‘s)  və  ya  (‘)  şəkilçisini  ümumi  hala 
əlavə etməklə yaranır, məs.:  
ümumi hal 
yiyəlik hal 
student  
student‘s 
friend 
friend‘s 
boy 
boy‘s 
The boy‘s books – oğlanın kitabları  
My friend‘s father – dostumun atası  
Qeyd etməliyik ki, xüsusi adların sonu s və ya x ilə bitirsə, 
onda yiyəlik halında yalnız apostrof işarəsi yazılır.  
Yiyəlik halın cəm forması  isə  cəm  şəkilçisinin  sonuna (‘) 
apostrof işarəsi qoymaqla düzəlir.  
Əgər isim cəm formasında s şəkilçisi ilə bitməmişdirsə, onda 
yiyəlik hal kökə (‘s) əlavə etməklə düzəlir, məs.: children‘s.  
Qeyd  etməliyik  ki,  ingilis  dilində  yiyəlik  halı  bəzən  of 
önlüyü  ilə işlənir, məs.: the professor‘s lectures  = the lectures of 
the professor. 
Adətən  yiyəlik  hal  canlı  isimlərdə  işlənir.  Aşağıdakı  hal-
larda cansız isimlərə şamil edilir. 
1.  Ship,  world,  country,  nature,  earth,  sun,  moon,  water, 
ocean və başqaları, məs.: 
The earth‘s resources are quite enough to meet the material 
needs  of  the  people.  –  Yerin  sərvətləri  insanların  ehtiyaclarını 


Maşın tərcüməsinin nəzəri problemləri 
 
95 
ödəməkdə kifayət qədərdir. 
Texniki  ədəbiyyatda  hərəkət  edən  mexanizmləri  bildirən 
sözlər yiyəlik halında işlənə bilər, məs.: the plane‘s propellers – 
təyyarənin properləri. 
Ölkə,  şəhər,  zaman,  vaxt  və  məsafə  bildirən  isimlər  də 
yiyəlik halında işlənə bilər.  
Yuxarıdakı  əlamətləri  nəzərə  alaraq  alqoritm  quraq.  Yəni 
morfoloji  təhlilin  nəticəsində  alınan  morfemlərin  sintezində 
isimlərin  yiyəlik  halında  işlənməsini  avtomatik  surətdə  təyin 
edək. Buna görə ilk növbədə cümlənin morfoloji təhlilinə keçək: 
1.
 
Cümlədən söz formasını ayırmalı. 2-ci qaydaya keçməli.  
2.
 
Cümlə  bitmişdirmi?  hə 

  11,  yox 

  onda  3-cü  qay-
daya keçməli.  
3.
 
Söz formasının sonunda varmı? hə 

  11,  yox 

 7-
yə keçməli.  
4.
 
Söz  formanın  əsaslar  lüğətində  axtarışı  var  hə 

  1, 
yox 

 5-ə keçməli.  
5.
 
Söz  formasında  s  olduqda  əvvəlki  hərfi  (qrafemi) 
ayırmalı. 6-cı qaydaya keçməli.  
6.
 
Ayrılmış  qrafemi  (‘)  apostrofdurmu?  hə 

  9,  yox 

 
1-ə keçməli.  
7.
 
Söz  formasının  sonuncu  qrafemi  (hərfi)  (‘)  apostrof-
durmu? hə 

 8 yox 

10. 
8.
 
(‘) apostrofun bazada şəkilçilər siyahısında axtarışı var 

 9 yox 

 1. 
9.
 
İşçi  sahəsi  yaratmaq  (şəkilçilər  üçün)  –  R

və  (‘) 
apostrofu oraya daxil etmək. Əsaslar üçün işçi sahəsi yaratmaq – 
R
1
 və qaydaya keçməli.  
10.
 
(n-1)-ci  cümləni  mətndən  ayırmaq.  11-ci  qaydaya 
keçməli.  
11.
 
Mətn bitmişdirmi? hə 

 12, yox 

 10. 
12.
 
Son.  
 


Məhəbbət Mirzəliyeva, Kamilə Vəliyeva 
 
96 
2.2. Sifət (Adjective) 
İngilis dilində sifət hallanmır, cins və kəmiyyətcə dəyişmir. 
Sifətin 3 dərəcəsi var: 
The Positive Degree– adi dərəcə 
The Comparative Degree – müqayisə dərəcəsi 
The Superlative Degree – üstünlük dərəcəsi 
Müqayisə dərəcəsi adi sifətə -er şəkilçisi əlavə etməklə yara-
nır. Üstünlük dərəcəsi isə kökə -est şəkilçisi əlavə etməklə düzəlir, 
məs.: short – qısa, shorter – daha qısa, the shortest – lap qısa.  
Əgər sifət bir hecalıdırsa və sonu samitlə bitirsə, onda də-
rəcə  şəkilçisi  əlavə  edildikdə  samit  qoşalaşır,  məs.:  hot  –  isti, 
hotter – daha isti, the hottest – lap isti.  
Əgər sifətin sonu y saiti ilə bitirsə, onda əsasa dərəcə şəkil-
çiləri birləşərkən y~i ilə əvəz olunur, məs.: happy – xoşbəxt, hap-
pier – daha xoşbəxt, the happiest – lap xoşbəxt. 
Əgər  sifət  e  saiti  ilə  bitirsə,  onda  dərəcə  şəkilçilərini  qəbul 
edərkən e saiti yazılmır, məs.: large – böyük; larger, the largest.  
Yuxarıdakı  şərtləri  nəzərə  alaraq  morfoloji  analiz  nəticə-
sində  ayrılmış  (kök  və  şəkilçi)  hissələrin  birləşmə  alqoritmini 
(sintezini) quraq.  
1.
 
Kökün sonuncu hərfi i ilə bitir ? hə 

 2, yox 

 6  
2.
 
Şəkilçi -est-dirmi? hə 

 3, yox 

 7  
3.
 
Köklə şəkilçini birləşdirməli, 4-cü qaydaya keçməli.  
4.
 
Cümlə bitmişdirmi? hə 

 8, yox 

 5  
5.
 
(n-1)-ci kökü ayırmalı 1-ci qaydaya keçməli.  
6.
 
Kökün sonuncu hərfi samitlə bitmişdirmi? hə 

  7,  yox 

 1  
7.
 
Şəkilçi -er-dirmi? hə 

 4, yox 

 5 
8.
 
Son.  
2.3. Saylar (Numerals) 
İngilis dilində saylar (Numeral) Azərbaycan dilində oldu-
ğu kimi iki cürdür: miqdar (Cardinal numerals) və sıra (Ordinal 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə