Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə31/40
tarix19.07.2018
ölçüsü1,69 Mb.
#57268
1   ...   27   28   29   30   31   32   33   34   ...   40

Məhəbbət Mirzəliyeva, Kamilə Vəliyeva 
 
88 
Əsas  nitq  hissələrinə  isim  (Noun),  sifət  (Adjective),  say 
(Numeral),  əvəzlik  (Pronoun),  feil  (Verb),  zərf  (Adverb),  modal 
sözlər  (Modal  Words),  köməkçi  nitq  hissələrinə  sözönləri  (the 
Preposition),  bağlayıcı  (Conjuction),  artikl  (Article),  ədat 
(Particle),  nida  (İnterjection)  daxildir.  Ayrı-ayrılıqda  nitq 
hissələrini nəzərdən keçirək.  
2.1. İsim (Noun) 
İngilis  dilində  isim  müəyyən  və  qeyri-müəyyən  artiklla 
işlənir,  tək  və  cəmdə  olur,  ümumi  və  yiyəlik  hala  malik  olur. 
Cins  kateqoriyasına  gəldikdə  isə  o,  qrammatik  deyil,  məna 
kateqoriyasına görə təyin olunur.  
İsimlər  quruluşca  sadə,  düzəltmə  və  mürəkkəb  isimlərə 
ayrılır.  
Sadə  isimlər  tərkibində  şəkilçi  olmayan  isimlərdir,  məs., 
pen-qələm, book-kitab.  
Düzəltmə  isimlər  tərkibində  şəkilçi  olan  isimlərdir,  məs., 
worker – burada -er şəkilçisilə to work (“işləmək”) feilindən ya-
ranan isimdir. Düzəltmə isimlər başqa nitq hissələrinin söz kök-
lərinə uyğun şəkilçilər əlavə etməklə əmələ gəlir. 
Feildən əmələ gələn isimlər: 
-er,-or suffiksləri vasitəsilə yaranır, məs.:  
to lead – “aparmaq”, leader – “rəhbər”;  
to  construct  –  “tikmək”,  constructor  –  “inşaatçı,  kons-
truktor”; 
-ant\\-ent şəkilçisi ilə düzələnlər, məs.:  
to assist “kömək etmək”, assistant köməkçi; 
to cool “soyutmaq”, coolant soyuducu maye;  
-ment şəkilçisindən düzələnlər, məs.: 
to develop “inkişaf etmək”, development “inkişaf”;  
-ure şəkilçisi ilə düzələnlər, məs.: 
to press “təzyiq etmək”, pressure – “təzyiq”;  
-ance, - ence şəkilçiləri ilə düzələnlər, məs.:  
to differ – “fərqləndirmək”, difference “fərqlilik”;  


Maşın tərcüməsinin nəzəri problemləri 
 
89 
-ion, -tion, -ation, -sion şəkilçilərindən düzələnlər, məs.:  
to  connect  “birləşdirmək”,  connection  –  “birləşmə”;  to 
produce  “istehsal  etmək”  production  –  “istehsalat”;  to  collide 
“toqquşdurmaq”,  collision  –  “toqquşma”;  to  admit  “buraxmaq” 
“izin  vermək”,  admission  “icarə”;  to  assemble  “yığmaq”,  as-
semblation – “yığım”. 
İsmə şəkilçilər əlavə etməklə əmələ gələn isimlər:  
-ist şəkilçisi vasitəsilə düzələn isimlər;  
special – “xüsusi” spesialist “mütəxəssis”;  
ian, -ese şəkilçiləri vasitəsilə düzələnlər;  
Ukrain – Ukrayna, Ukrainian– ukraynalı;  
China – Çin, Chinese – çinli; 
Hungary – Macarıstan, Hungarian – macarlı;  
Mürəkkəb isimlər iki və daha artıq köklərdən əmələ gəlir, 
məs.: railway – dəmiryol; blackboard – lövhə. 
 
1) İngilis dilində isimlərin cəm şəkli 
İngilis  dilində  sayıla  bilən  isimlərin  cəm  formasını  yarat-
maq  üçün  –s(es)  şəkilçisindən  istifadə  olunur.  Sözün  sonundan 
asılı olaraqsöz kökünə -s və ya -es şəkilçisi əlavə edilir.  
4.
 
Əgər ismin sonu -s, -ss, -o, -x –sh, -ch, -tch şəkilçiləri 
ilə bitirsə, onda isim es cəm şəkilçisini qəbul edir, məs.:  
Tək 
Cəm 
dress (geyim) 
dresses 
box (qutu) 
boxes 
dash (xətt) 
dashes 
branch (budaq) 
branches  
Sonu  y  ilə  bitən  və  y-dan  əvvəl  samit  olan  isimlər  cəm 
şəkilçisi qəbul edərkən, y” saiti i ilə əvəz edilir, sonra əsasa  
-es əlavə edilir, məs.: 
Tək 
Cəm 
butterfly (kəpənək) 
butterflies 
country (ölkə) 
countries 
Sonu  o  hərfi  ilə  bitən  bəzi  isimlərin  cəmini  düzəltmək 


Məhəbbət Mirzəliyeva, Kamilə Vəliyeva 
 
90 
üçün onların kökünə -es şəkilçisi əlavə olunur, məs.: 
Tək 
Cəm 
hero (igid, qəhrəman) 
heroes 
cargo (yük) 
cargoes 
Sonu hərfi ilə bitən bəzi isimlərin isə cəmini düzəltmək 
üçün onların kökünə -s şəkilçisi əlavə olunur, məs.: 
Tək 
Cəm 
photo (şəkil) 
photos 
solo (salfet kağız) 
solos 
İngilis dilində bəzi isimlər qədim formasını saxladığından 
onların  cəm  şəklini  yaratmaq  üçün  -en  şəkilçisi  əlavə  edilir  və 
yaxud da kökü dəyişməklə düzəlir, məs.: 
Tək 
Cəm  
man (adam kişi) 
men (adamlar, kişilər) 
woman (qadın) 
women (qadınlar) 
child (uşaq) 
children (uşaqlar) 
ox (öküz) 
oxen (öküzlər) 
foot (ayaq) 
feet (ayaqlar) 
goose (qaz) 
geese (qazlar) 
tooth (diş) 
teeth (dişlər) 
mouse (siçan) 
mice (siçanlar) 
lause (bit) 
lise (bitlər) 
Bəzi  isimlər  isə  qədim  formasını  saxladığı  üçün  tək  və 
cəm şəkli eyni şəkildə ifadə olunur, məs.:  
Tək 
Cəm 
a sheep (qoyun) 
sheep (qoyunlar) 
a deer (maral) 
deer (marallar) 
a swine (donuz) 
swine (donuzlar) 
a fish (balıq) 
fish (balıqlar) 
Bəzi  isimlər  isə  mənşəcə  latın  və  yunan  sözləri  olduğun-
dan onların cəm forması aşağıdakı şəkildə yaranır, məs.:  
Tək 
bacterium (bakteriya)  
apparatus (aparat)  
Cəm 
bacteria 
apparatuses 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə