Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə32/40
tarix19.07.2018
ölçüsü1,69 Mb.
#57268
1   ...   28   29   30   31   32   33   34   35   ...   40

Maşın tərcüməsinin nəzəri problemləri 
 
91 
basis (bazis) 
bases 
crisis (böhran) 
crises 
analysis (təhlil) 
analyses 
thesis (tezis,mövzu) 
theses 
axıs (ox) 
axes 
phenomenon (hadisə) 
phenomena 
nucleus (xana) 
nuclei 
datum (verilən) 
data 
species (növ, cins) 
species 
Mürəkkəb isimlərin cəm şəkli isə daha ümumi məna kəsb 
edən ismə -s əlavə etməklə yaranır, məs.: 
 Tək 
Cəm 
family-name – (soyad) 
family – names 
gas-mask - (əleyhqaz) 
gas – masks 
Əgər  mürəkkəb  ismin  tərkibində  man  və  woman  sözləri 
iştirak edirsə, onda mürəkkəb ismin  hər iki tərəfi cəm  şəklində 
olur, məs.:  
Tək 
Cəm 
man-servant – qulluqçu 
men – servants 
woman-writer – yazıçı 
women – writers 
Bəzi isimlər isə yalnız tək halda işlənir. Bunlara sayıla bil-
məyən isimlər daxildir, məs.: iron-dəmir, steel-polad, water - su
air-hava, butter-yağ.  
Tədqiqat  prosesində  yalnız  şəkilçilər  vasitəsilə  düzələn 
isimlər maraq doğurduğundan isimlərin cəm şəklinin yaranması 
üçün digər halları nəzərdən keçirməliyik.  
Bəzi  isimlər s  samiti ilə bitir. Onlar tək halda olur və  feil 
tək  halda  uzlaşır,  məs.:  a  news  –  xəbər,  a  works  –  zavod,  a 
barracks – qazarma.  
Bəzi  elm  sahələrini  bildirən  terminlərin  sonu  s  ilə  bitir,  o 
da  təkdə  işlənir,  məs.:  mathematics,  economics,  physics,  phon-
etics, statistics və s. Qeyd etməliyik ki, cüt əşyalar yalnız cəmdə 
işlənir, məs.: spectacles – eynək; tongs –kəlbətin; trousers – şal-
var, eləcə də goods - əmtəə, mal; embers – köz,isti kül; dregs – 


Məhəbbət Mirzəliyeva, Kamilə Vəliyeva 
 
92 
çöküntü; valuables – qiymətli daş-qaş və s. 
 
İngilis dilində isimlərin cəm formasının yaranma alqoritmi 
Cəm formasının əlamətlərini nəzərə alaraq alqoritmi tərtib 
edək. Sintez prosesi yuxarıda qeyd etdiyimiz kimi analiz prose-
sinin əksidir. Analizdə söz formalarını morfemlərə ayırır və on-
ların  qrammatik  xarakteristikalarını  veririk.  Yəni,  kök  morfem-
lərin  mənsub  olduğu  nitq  hissəsi  və  şəkilçinin  bu  və  ya  digər 
nitq hissəsinə artırılma imkanı müəyyənləşdirilir. Sintez prosesi 
analizin tam əksi olduğundan, deməli, burada ayrı-ayrı diferensi-
al hissələrə ayrılmış morfemlərin birləşməsi baş verir. Yəni kök 
morfemin  artıq  mənsub  olduğu  nitq  hissəsi  analiz  nəticəsində 
məlumdur  və  eyni  zamanda  şəkilçi  morfemlərin  də  qrammatik 
xarakteristikaları  ilə  birlikdə  verilmişdir.  Onları  birləşdirib  söz 
forması yaratmaq üçün ingilis dilinin qayda-qanunlarına müraci-
ət olunmalıdır. Azərbaycan dilindən fərqli olaraq ingilis dilində 
ahəng  qanununa,  morfemlər  arasında  mövqe  sıralanmasına  ria-
yət olunmur. Yalnız kök və şəkilçi birləşərkən onların sərhədlə-
rində  yuxarıda  qeyd  etdiyimiz  kimi,  uyğun  dəyişikliklər  edilir. 
Bu dəyişiklikləri nəzərə alaraq alqoritm yaradaq.  
Deməli,  analiz  nəticəsində  kök  morfem  isim  verilib,  onu 
cəm formasına salmaq (gətirmək) lazımdır. Kökün sonuncu hər-
fini ayırmaq, 2-ci qaydaya keçməli. 
Ayrılmış hərfi {s, ss,o, x, sh, ch, tch} – s
1
 çoxluğu ilə mü-
qayisə etməli. Əgər {s} çoxluğunun elementlərindən biri ilə üst-
üstə  düşürsə,  onda  3-cü  qaydaya  keçməli,  əks  halda  4-cü  qay-
daya keçməli.  
Kök morfemin sonuncu hərfindən sonra -es şəkilçisi əlavə 
edilməli, 25-ci qaydaya keçməli.  
Kök morfemdən ayrılmış sonuncu hərfi y ilə müqayisə et-
məli,  əgər  y-dırsa,  onda  5-ci  qaydaya,  əks  halda  8-ci  qaydaya 
keçməli.  
Kök morfemdə y-dan əvvəlki hərfi ayırmalı. Əgər ayrılmış 
hərf samitdirsə, onda 6-cı qaydaya, əks halda 7-ci qaydaya keç-


Maşın tərcüməsinin nəzəri problemləri 
 
93 
məli.  
У-nı es ilə əvəz etməli. 3-cü qaydaya keçməli.  
Kök morfemin sonuna -s şəkilçisi əlavə etməli, 3-cü qay-
daya keçməli.  
Kök morfemin sonuncu hərfini 0 ilə müqayisə etməli, əgər 
0-dırsa,  onda  3-cü  qaydaya  keçməli,  əks  halda  9-cu  qaydaya 
keçməli.  
Kökün sonuncu hərfini ayırmalı, 10-cu qaydaya keçməli. 
Ayrılmış hərfi s ilə müqayisə etməli, əgər s-dirsə, onda 2-
ci qaydaya, əks halda 13-cü qaydaya keçməli.  
Kök  morfemi{news,  a  works,  a  barracks  mathematic  və 
s.}  –  s
2 
çoxluğu  ilə  yoxlamalı,  əgər  elementlərdən  biri  ilə  üst-
üstə  düşürsə,  onda  12-ci  qaydaya,  əks  halda  13-cü  qaydaya 
keçməli.  
Həmin  sözlər  tək  halda  işlənmir,  belə  halda  lüğətə  (baza 
lüğətinə) müraciət etməli.  
Müstəsnalar siyahısına müraciət etməli, əgər yoxdursa, on-
da 14-cü qaydaya keçməli.  
Kök  morfemi  latın  və  yunan  mənşəli  çoxluğunda  ax-
tarmalı,  əgər  tapılmışsa,  onda  15-ci  qaydaya  keçməli,  əgər  bu 
söz basis-dirsə 16-cı, əks halda 17-ci qaydaya keçməli. 
 
Basiscrisisanalysisthesis və ya axis-dirsə onda sözün so-
nundakı is sonluğunu es ilə əvəz etməli, 17-ci qaydaya keçməli.  
Əgər  bu  söz  phenomenon-dırsa,  onda  18-ci  qaydaya  keç-
məli, əks halda 19-cu qaydaya keçməli.  
Radius  sözündə  sonluqdakı  us  morfemi  i  ilə  əvəz  etməli, 
əks halda 19-cu qaydaya keçməli.  
Bu söz nucleus-dursa, onda sonluqdakı us morfemini i ilə 
əvəz etməli, əks halda 20-ci qaydaya keçməli. 
Bu  söz  losus-dursa,  onda  sonluqdakı  us  morfemini  i  ilə 
əvəz etməli, əks halda 21-ci qaydaya keçməli.  
Bu söz datum-dırsa, onda sonluqdakı um morfemini a ilə 
əvəz etməli, əks halda 22-ci qaydaya keçməli.  
Bu  söz  species-dirsə,  onda  heç  bir  dəyişiklik  edilməməli, 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə