Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə34/40
tarix19.07.2018
ölçüsü1,69 Mb.
#57268
1   ...   30   31   32   33   34   35   36   37   ...   40

Maşın tərcüməsinin nəzəri problemləri 
 
97 
numerals) sayları, məs.: 
Cardinal numerals 
Ordinal numerals 
one 
first 
two 
second 
three 
third 
13-dən  19-a  qədər  olan  saylar  birinci  onluğun  uyğun 
rəqəmlərinə -teen suffiksi artırmaqla əmələ gəlir.  
Onluqlar tək rəqəmlərin köklərinə -ty suffiksi əlavə etmək-
lə yaranır: six-sixty, seven-seventy.  
Bəzi  saylar  kökündə  dəyişiklik  etməklə  yaranır:  two-
twelve-twenty,  three-thirteen-thirty.  Miqdar  sayı  isimdən  sonra, 
sıra sayı isə isimdən qabaq yazılır, məs.:  
Cardinal Numerals 
Ordinal Numerals 
page 20 
the 20
th
 page 
Sayda yalnız sözdüzəldici şəkilçilər istifadə olunduğundan 
və  onların  vasitəsilə  əmələ  gələn  saylar  bilavasitə  lüğətə  daxil 
edildiyindən biz bu səpkidə olan söz formalarını  tədqiqatda nə-
zərdən keçirməmişik.  
2.4. Əvəzlik (Pronoun) 
İngilis dilində əvəzliklər 18 növdür.  
1. Şəxs əvəzliyi (Personal Pronouns):  
Adlıq halda 
Obyekt halda 

You 
He 
She 
It 
We 
Me (mənə, məni) 
You (sənə, səni) 
Him (ona, onu) k.c. 
Her (ona, onu) q.c. 
It (ona, onu) o.c. 
Us (bizə, bizi) 
You 
They 
You (sizə, sizi) 
Them (onlara, onları) 
 
 
 
 
 
 


Məhəbbət Mirzəliyeva, Kamilə Vəliyeva 
 
98 
2. Yiyəlik əvəzliyi (Possessive Pronouns):  
Asılı forma 
Müstəqil forma 
My–mənim 
Mine (mənimki) 
Your– sənin 
Yours (səninki) 
His–onun (kişi c.) 
Her–onun (qadın c.) 
Its–onun (orta c.) 
His (onunku) k.c. 
Hers (onunku) q.c. 
Its (onunku) o.c. 
Our–bizim 
Your–sizin 
Their–onların 
Ours (bizimki) 
Yours (sizinki) 
Theirs (onlarınkı) 
2. Qayıdış əvəzliyi (Reflexive Pronouns):  
Myself–özüm 
Ourselves (özümüz) 
Yourself–özün 
Yourselves (özünüz) 
Himself–özü (k.c.) 
Themselves (özləri) 
Herself–özü (q.c.) 
İtself–özü (o.c.) 
 
Qeyd etməliyik ki, əvəzlik heç bir şəkilçi qəbul etmədiyin-
dən biz onların şərhinin üzərində dayanmayacağıq. 
2.5. Feil (Verb) 
İngilis dilində feillər tərkibcə sadə, düzəltmə və mürəkkəb 
olurlar.  
Sadə  feillərin  tərkibinə  heç  bir  suffiks  və  prefiks  daxil 
edilmir, məs.: to work – işləmək
Düzəltmə  feillərin  tərkibində  suffiks  və  ya  prefiks  iştirak 
edir, məs.: to realize – reallaşdırmaq, to surpass – üstün olmaq.  
Mürəkkəb  feillərin  tərkibində  iki  və  daha  artıq  feilin 
birləşməsi mövcuddur, məs.: to whitewash – ağartmaq.  
İngilis  dilində  feilin  iki  forması  şəxsli  (Finite  forms)  və 
şəxssiz (Non-finite forms) feil forması vardır. 
Şəxsli forma şəxs və zamana görə hallanır. Şəxssiz forma isə 
hallanmır.  Bu  formaya  cerund,  məsdər,  feili  sifət  daxildir.  İngilis 
dilində  əsas  formaya  məsdər  (Infinitive),  keçmiş  qeyri-müəyyən 
zaman (Past İndefinite) və feili sifət II (Participle II) daxildir, məs.:  


Maşın tərcüməsinin nəzəri problemləri 
 
99 
İnfinitive 
Past indefinite 
Participle II 
to work 
worked 
worked 
to speak 
spoke 
spoken 
to put 
put 
put 
Əsas feillər iki hissəyə ayrılır: qaydalı (Regular Verbs) və 
qaydasız  (Irregular  Verbs).  İngilis  dilində  feillərin  əksəriyyəti 
qaydalı olanlardır.  
Qaydalı  feillərin  Past  İndefinite  və  Participle  II  formaları 
infinitive  formasına  -ed  əlavə  etməklə  yaranır,  məs.:  to  stay, 
stayed, stayed.  
Əgər kök e ilə bitirsə, onda -ed suffiksi köklə birləşərkən e 
saiti düşür, məs.: to translate, translated, translated.  
Əgər  təkhecalı  kök  samitlə  bitmişsə,  onda  -ed  suffiksi 
əlavə  olunduqda  kökdəki  son  samit  qoşalaşır,  məs.:  to  slip, 
slipped, slipped.  
Əgər  kökdə  vurğu  axırıncı  hecaya  düşürsə,  kökün  sonu 
samitlə bitirsə və samitdən əvvəl qısa sait varsa, onda -ed əlavə 
olunduqda samit qoşalaşır, məs.: to admit – buraxmaq, admitted, 
admitted. 
Əgər kökün sonu l samiti ilə bitirsə, onda -ed əlavə edildikdə 
l qoşalaşır, məs.: to travel – səyahət etmək, travelled, travelled. 
Qaydasız  feillərin  yuxarıda  qeyd  etdiyimiz  kimi  I  forması 
(Past  İndefinite)  və  II  forması  (Participle  II)  aşağıdakı  üsulla 
yaranır.  
Kökə  -t  və  ya  -d  suffiksini  əlavə  etməklə.  Bu  halda  kök 
dəyişə  bilər  və  yaxud  dəyişməz  qalır,  məs.:  to  burn  –  (yandır-
maq) burnt, burnt; to sleep – (yatmaq) slept, slept.  
Kökün  sonuncu  hərfi  –d-ni  atmaq  və  -t  suffiksini  əlavə 
etmək, məs.: to build – (tikmək) built, built. 
Kökdəki  saitin  dəyişməsi  ilə  Past  İndefinite,  kökün  e(n) 
əlavə  etməklə  isə  Participle  II  forması  alınır,  məs.:  to  write  – 
(yazmaq) wrote, written;to give – (vermək) gave, given  
Məsdərdən to  hissəciyini atmaqla digər iki forma  yaranır, 
məs.: to cut, cut, cut.  


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə