Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə30/40
tarix19.07.2018
ölçüsü1,69 Mb.
#57268
1   ...   26   27   28   29   30   31   32   33   ...   40

Maşın tərcüməsinin nəzəri problemləri 
 
85 
Morfoloji  analiz  vasitəsilə  kök  və  şəkilçiləri  (mənsub  ol-
duğu sinifləri) ayırmalı.  
Şəkilçilərin  simvolundan  (qrammatik  xarakteristikaların 
kodu) {A} qrupu yaratmalı.  
V  (V  –  (feil)  əsasdan  sonra  gələn  şəkilçilər  sinfinin  çox-
luğu) ilə {A} çoxluğunu müqayisə etməli.  
Oxşar  elementləri  ayırıb  V  simvolu  ilə  birləşdirməli  və 
yeni {A
1
} qrupu yaratmalı.  
{A
1
}  qrupunun  sonuncu  simvollarını  ayırmalı  və  yeni 
{A
2
} qrupunu yaratmalı.  
{A
2
}  qrupunu  {V
1
}  ilə  müqayisə  etməli,  {V}  şəkilçiləri 
sinfinin çoxluğudur.  
{A}qrupunun  birinci  elementindən  sonra  gələn  sinifləri 
{A}  ilə  müqayisə  etməli.  Siniflər  arasında  üst-üstə  düşən  ele-
mentləri  {A}  qrupunun  birinci  sinifdəki  elementi  ilə  birləşdir-
məli.  
Prosesi  eyni  ilə{A}  qrupunun  digər  elementləri  üçün  tək-
rar etməli. Həmin elementləri müvafiq qruplar – {A} çoxluqları 
ilə birləşdirməli.  
Dövrü simvolik şəkildə yaranmış söz formalarının birinci 
hərfi G olana qədər davam etməli.  
Alınmış söz formalarını çap etməli.  
Daha  aydın  təsəvvür  əldə etmək üçün belə bir nümunəyə 
nəzər salaq: Tutaq ki, yaz – Г (kök və şəkilçinin mənsub olduğu 
sinfi qeyd etmək üçün kök və şəkilçiləri yazıb, defis qoyur, de-
fisdən sonra uyğun siniflərin adı  yazılır) və ma-,  yacaq-w, mış-
ы,  am-j,  sa-G  şəkilçiləri  verilmişdir.  Şəkilçilərin  kök  ilə  müm-
kün olan kombinasiyalarını yaratmalı. Yuxarıda verilən alqorit-
mi addım-addım izləyək.  
Kök və şəkilçilərin simvollarını ayıraq Şəkilçilərin simvol-
larından {A} qrupu  yaradırıq. Yəni, kök və şəkilçinin müəyyən 
simvolla işarə olunmuş siniflərini ayırıb (“-” W, G, Г, Ы, J) – A 
qrupu  əmələ  gətiririk.  Qeyd  etdiyimiz  misalda  yaz  kökü,  Г 
sinfinə mənsubdur. Г-ni və W, G, Ы, J simvollarını (bax: matri-


Məhəbbət Mirzəliyeva, Kamilə Vəliyeva 
 
86 
sa  B)  birinci  sətir  və  sütununda  tapıb  onların  kəsişmə  nöqtələ-
rinə  nəzər  salsaq,  Г-nin  “–”  W,  Ы,  G  –  ilə  birləşdirilməsinin 
mümkün olduğunu görərik. Simvolların (işarələrin) əvəzinə ve-
rilən kök və şəkilçiləri qoysaq, aşağıdakı söz formalarını alarıq.  
yazma “– “ Г 
yazacaq – ГW 
yazsa – ГG  
yazmış – ГЫ  
Kök və şəkilçinin iki-iki kombinasiyasından mümkün olan 
söz formaları yaratmaq üçün aldığımız söz formalarının sonuncu 
simvollarını ayıraq. Yəni “–”, W, G, Ы simvollarını ayıraq. Mat-
risaya müraciət edək “–” ilə verilən simvolların əlaqəsini yoxla-
saq, aşağıdakı söz formalarını alarıq.  
yazmayacaq – Г “–” W 
yazmamış – Г “–” Ы 
yazmasa – Г “–” G 
Yenə də sonuncu simvolları ayırıb, (yəni W, Ы, G-nı ayı-
rıb)  matrisanın  köməyi  ilə  onlara  uyğun  kəsişmə  nöqtələrindən 
mümkün olan kombinasiyaları: 
yazmayacaqsa – Г“–” WG 
yazmamışsa – Г “–” ЫG alarıq. 
İndi  üç-üç  birləşmələri  götürək.  Yenə  də  aldığımız  söz 
formalarının sonuncu simvollarını ayırıb matrisaya nəzər salaq. 
G-dən sonra heç bir şəkilçi gəlmədiyindən əməliyyatı bitiririk. 
Beləliklə,  sözün  sintezi  prosesində  köklə  şəkilçi  birləşər-
kən  şəkilçilərin  əsasa  nəzərən  mövqeyi,  onların  sərhədində  baş 
verən fonetik hadisələrin izlənməsi, ahəng qanununa əməl olun-
ması tərtib olunmuş alqoritmlərə əsasən qurulmuş proqramın kö-
məyi ilə qavranılır və kompüterdə Azərbaycan dilində sözün av-
tomatik sintezi reallaşdırılır. 
 


Maşın tərcüməsinin nəzəri problemləri 
 
87 
II BÖLMƏ 
İNGİLİS DİLİNDƏ MORFOLOJİ SİNTEZ 
ngilis dili Azərbaycan dilindən fərqli olaraq başqa sis-
temə – flektiv dillərə mənsub olduğundan, təbii ki, söz 
formaların sintezi fərqlənəcəkdir.  İngilis  dilinin tarixi-
nə nəzər saldıqda onun konkret bir ailəyə mənsubluğunu demək 
o qədər də asan olmur. Çünki, ingilis dili müxtəlif dillərin qarışı-
ğından  əmələ  gəlmişdir:  80  000  sözdən  ibarət  Shoter  Oxford 
Dictionary lüğətində latın sözləri (elmi və texniki terminlər daxil 
olmaqla)  28,24%,  fransız,  qədim-fransız  və  ingilis-fransız  dilləri 
29,3%,  qədim  və  orta  əsrdə  ingilis  sözləri,  eləcə  də  normand 
holland dilinə aid sözlər 25%-dən ibarətdir. Qədim ingilis dilinin 
formalaşmasına  kelt,  vikinq  və  vaxtilə  britan  adalarında  məskən 
salan müxtəlif tayfa, qəbilə xalqlarının dillərinin təsiri olmuşdur.

 
Müasir  ingilis  dilinin  təşəkkülü  üç  amillə  əlaqələndirilir. 
Şekspir, Kral Ceyms və kitab nəşrinin kəşfindən irəli gələn dəyi-
şikliklər dilə öz təsirini göstərib. Məhz formalaşma dövründə dil 
transformasiyaya  uğrayıb,  proqramçıların  dili  ilə  desək,  dildə 
optimallaşma  gedib.  Yəni,  dilə  xələl  gətirmədən  hal  kateqo-
riyasında hallanma azalıb, öz mürəkkəbliyi və çoxmənalılığı ilə 
formal  dillərə  yaxınlaşma  baş  verib  ki,  bu  səbəbdən  də  proq-
ramlaşdırma dilləri məhz ingilis dili bazası üzərində yaradılıb.  
Təbii  ki,  bazasında  müxtəlif  tərkibli  sözlərdən  ibarət  olan 
dildə  müəyyən  istisnalar  olacaqdır.  Sintez  prosesində  bu  istis-
nalar özünü büruzə verir.  
İndi  də  ayrı-ayrı  nitq  hissələrində  morfoloji  təhlil  və  sin-
tezləşmə prosesini izləyək. 
İngilis  dilində  nitq  hissəsi  ənənəvi  dilçilikdə  olduğu  kimi 
əsas və köməkçi nitq hissələrindən ibarətdir.  
                                                           

 Məlumat www.melikyan.com səhifəsindən götürülmüşdür 
İ 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə