Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə101/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   ...   97   98   99   100   101   102   103   104   ...   114

da  ola  bilir:  Akşamm  işini  sabaha  bırakma.  A kşam ın  sabahı 
var; Atılan ok geri dönmez (Türk ata sözü).
Dil  faktları  göstərir  ki,  oğuz  qrupu  türk  dillərində 
konversiya  yolu  ilə  xeyli  sifət  ismə  keçir.  Bu  zam an  əsas, 
özül  sözlər  m üxtəlif  tematik  (semantik)  qruplardan  ibarət 
olur.
Nəticə  olaraq  qeyd  etmək  olar  ki,  konversiyanın  ümu­
mi  əlamətlərini  müəyyənləşdirən  substantivləşmə  prosesi  -  
sifət  nitq  hissəsindən  isim  nitq  hissəsinə  müvəqqəti  keçid 
prosesi  semantik  inkişafla bağlıdır.  Substantivləşmə  konver­
siyanın bir növüdür.
Konversiya  prosesində  eyni  köklü  sözlərin  inkişafı 
(leksik-semantik,  morfoloji-semantik  və  sintaktik-semantik) 
üsullarla  izlənilmiş,  onun  leksik  məzmunu,  kommunikativ- 
sintaktik  funksiyası  situativ-kontekstal  m əna  vəhdəti  nəzərə 
alınmışdır.
Beləliklə,  qıpçaq  qrupu  türk  dillərində  leksik-semantik 
konversiyanın  substantivləşmə  növü  haqqında  aşağıdakı  nə­
ticələri  çıxarmaq  olar:
1.  Konversiya  yolu  ilə  isim  yaradıcılığı  qıpçaq  qrupu 
türk  dillərinin  derivasiya  sistemində  mühüm  yer  tutur,  bun­
suz  isim  düzəltmə  mənzərəsini  tam  şəkildə  düşünmək  müm­
kün deyil.
2. 
Tədqiqatın  nəticələri  göstərir  ki,  qıpçaq  qrupu  türk 
dillərində  sifət və  felin  ismə keçidi  ən məhsuldardır,  digər tip . 
leksik-semantik konversiyalar müntəzəm xarakter daşıyır.
3.  İsmə  keçid  yalnız  sözün  əsası  sayəsində  deyil,  həm­
çinin leksik  şəkilçili  digər sözlərin də  hesabmadır.  Bu  zaman 
konversiya  hadisəsi  ilə  şəkilçiləşməni  təyin  etmək  çətinliyi 
meydana gəlir.
Ruslan  ABDULLA YEV.  Qıpçaq qrupu türk dillərində leksik-semantik
____________________________
konversiya
_____________________________
Qıpçaq qrupu türk dillərinin leksikası.  səhifə 406
4. 
Şəkilçiləşən sözün mənası  ilə digər nitq hissələrindən 
konversiyalaşan  sözlərin  spektri(həcmi) və dominantların  se- 
mantikası fərqlənir.
5.  Digər nitq hissələrinin  ismə keçidi  zamanı  ismin tam 
şəkildə özünəməxsus paradiqmaları qəbul olunur.
6.  Semantik  cəhətdən  substantivləşən  söz həmişə  əşya­
nın qrammatik mənasını  ifadə edir.
Digər  sözlərin  ismə  keçidi  elmi-nəzəri  və  praktik  ba­
xım dan  əhəmiyyətlidir.  Belə  ki,  leksikoqrafık  təcrübədə  hə­
m in sözyaradıcılığı üsulundan  da(semantik üsul)  istifadə olu­
nur.
§2. Adverbiallaşma (zərfləşmə) leksik-semantik 
konversiyanın  bir növü kimi
Dilin  semantik  proseslərindən  biri  də  adverbiallaşma 
adlanır.  «Adverbiallaşma»-zərfləşmə  mənasında  işlənən  dil­
çilik  terminidir.  Bu  termin  latınca  “adverbialis”  sözündən 
götürülmüş,  hərfən  “zərfi  xüsusiyyət  kəsbetmə”,  yəni  “zərf- 
ləşm ə” deməkdir.
Zərfləşmə  və  konversiya,  şübhəsiz,  ümumtürkoloji  bir 
proses  olub,  söz  və  sözün  eyniyyəti  probleminə  əsaslanır. 
Zərfləşmə  də  qanunauyğun  bir  dil  hadisəsidir.  “Zərfləşmə- 
adverbiallaşma  dedikdə,  ümumiyyətlə,  digər  nitq  hissələrinə 
məxsus  müəyyən  qrup  sözlərin  və  bir  sıra  birləşmələrin  (öz 
mənaları  əsasında)  zərf vəzifəsində  işlənərək  mənsub  olduq­
ları  nitq  hissəsinə  aid  bəzi  əlamətlərini  məhdudlaşdırıb,  bu­
nun  müqabilində  həm  də  zərfi  xüsusiyyət  kəsb  etmələri  -  bir 
növ  zərflərin  analoquna  çevrilmələri  nəzərdə  tutulur.  Bu  ha­
disə  də  bir  növ  substantivləşməyə,  adyektivləşməyə  bənzə­
yir.  Belə  ki,  başqa  nitq  hissələri  mübtəda  və  tamamlıq  vəzi­
fəsində  işləndikdə  ismi  xüsusiyyət,  təyin  vəzifəsində  işlən-
AMEA Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III cild,  Bakı, 2012
Qıpçaq qrupu türk dillərinin leksikası.  səhifə 407


dikdə  sifət  xüsusiyyəti  kəsb  etdikləri  kimi,  zərflik  vəzifəsin­
də işləndikdə də zərf xüsusiyyəti kəsb edir,  adverbiallaşır”.1
Müasir  türk  dillərində  adverbiallaşan  nitq  hissələri 
bunlardır:  isim, sifət.
İsim  və  sifətin  adverbiallaşma  dərəcələri  müxtəlifdir. 
Burada  hal  sistemi  əsas  götürülür.  Mətndə  zərfi  isim  və  ya 
sifətdən  ayırmaq  əlbəttə,  incəlik  tələb  edir.  «Əgər  sözə  sifət 
əlavə etdikdə  sözün mənası  dəyişmirsə,  deməli,  bu müəyyən 
formalı isimdir, əgər məna dəyişirsə, bu söz zərfdir”1
 2  ’.
Zərfləşmə hadisəsi bir sıra amillərlə  şərtlənir:  tarixi in­
kişafın  nəticəsi  olan semantik dəyişmələr; f e l  semantikasının 
zərfləşmə  prosesinə  təsir  göstərməsi;  zərfləşməni  doğuran 
dövr,  onun dərəcələri.
Zərfləşmə  prosesi  pilləlidir,  demək  olar ki,  sürət  tədri­
cidir;  burada prosesin başa çatması  lazım  gəlir.  Proses  sözün 
leksik-sintaktik  əlamətinin  dəyişməsi  ilə  müşaiyət  olunur  və 
onun  nəticəsində  zərf mənalı  yeni  sözlər  yaranır.  Bu  proses 
xarakter  etibarilə  daimidir və  fərdi  əlamət  də  kəsb  edə  bilər. 
Bu prosesdə m üxtəlif sözlər bir qayda olaraq,  zaman,  məkan 
və  istiqamət  mənasını  ifadə  edən  yerlik  və  çıxışlıq  halları 
formasında zərfləşmədə iştirak edir.
Sifət-zərf istiqamətində  konversiya:  Bu  hadisə  nəticə­
sində  türk  dillərində  sifətlərin  zərfə  çevrilməsi  prosesi  baş 
verir.  Məsələn,  iti bıçaq,  düz söz, yaxşı xörək ifadələrində iti, 
düz,  yaxşı  sözləri  sifət  olduğu  halda;  “Su  iti axır.  O,  düz  da­
nışır.  Əli  yaxşı  oxuyur. ”  cümlələrində  isə  iti,  düz  və  yaxşı 
sözləri  adverbiallaşaraq  hərəkətin tərzini  ifadə  etmək  fiınksi-
Ruslan  ABDULLAYEV.  Qıpçaq qrupu türk dillərində leksik-semantik
_________________________
konversiya
__________________________
1 Cəfərov  C.,  Abdullayev  N.  Müasir  Azərbaycan  dilinin  morfologiyası.  Bakı: 
ADPİ-nin nəşri,  2004. s.48
2 Hüseynzadə M Müasir Azərbaycan dili .Morfologiya. Bakı: Maarif,  1973, s.258
Qıpçaq qrupu tilrk dillərinin leksikasu səhifə 408
yasını  (zərflik)  qazanmışdır.  Sifətin zərfə keçmə dərəcəsi  da­
ha  yüksəkdir.  Çünki  mücərrədləşmə  dərəcəsinə  görə  sifət 
zərfin xüsusiyyətlərini  qəbul  edən ən aktiv nitq hissəsidir. Al 
görür ala,  mor görür mora  merak sarar (Türk  ata sözü).  Bu 
keçiddə  digər  bir  istiqamət  ismə  doğrudur  (mora-nəyə?  ma­
raq salar)-,  antonim cütlüklərin  konversiyası:  Aşağı  tükürsen 
sakal, yukarı tükürsen bıyık (Türk ata sözü).
Digər nümunələrə  diqqət  yetirək:  ağır adam  -  ağır da­
nışmaq;  sakit  qız  -  sakit  durmaq;  sərt fikir  -  Qışın  axır  ayı 
sərt  keçmişdi  (M.İbrahimov);  aydın  baxış  -  aydın  söyləmək-, 
ac  toyuq  -  ac  qalmaq;  diri  adam  -  Elə  adamları  dəyirmanın 
gözündən ölü sal, aşağısından diri çıxacaq (S.Rəhimov); mü­
nasib adam - münasib danışmaq;  çətin uşaq - çətin başa düş­
mək  və  s.  misallar  vermək  olar.  Bu  misallarda  birincilər  is­
min  əlamətini  bildirdiyi  üçün  sifət,  ikincilər  isə  hərəkətin 
əlamətini  bildirdiyi  üçün  adverbiallaşaraq  zərf  olmuşdur. 
«Sadə  tərzi-hərəkət  zərfləri  öz  forma  və  məzmunlarına  görə 
sadə  sifətlərdən  fərqlənir.  Odur ki,  belə  sözləri  sifət-zərf ad­
landırmaq  da  olar.  Bu  sözlər  əşyaya  aid  olduqları  zaman  si­
fət, iş-hərəkətə aid olduqda zərf hesab olunur».1
(Qırğızca)  - 
Aşusu bıyık körünbös 
Belim alıs kaldı ele 
Atagı çıkkan Fargana 
Cerim alıs kaldı ele
(Azərbaycanca)  -  Keçidi yüksək görünməz 
Ümüdüm uzaq qaldı 
Şöhrəti çıxan Fərqanə
AMEA Nəsimi adma Dilçilik institutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III cild, Bakı, 2012
'Hüseynzadə  M  Müasir  Azərbaycan  dili  .Morfologiya.  Bakı:  Maarif, 
1973, s.258
Qıpçaq qrupu türk dillərinin leksikasu  səhifə 409


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə