961
yaxınlaşmasından əndişələndilər, bərk çaxnaşmaya düşdülər, ali
saraya getməkdən çəkinib fərar məqamına gəldilər, Ətrək tərəfə
yollandılar. İllərlə üsyan səhrasında müstəqillik edən oxlular
qorxmadan Məhəmmədqulu bəyin yaşadığı evə hücuma keçdilər.
Bəyin mülazimləri müdafiəyə başladılar və onların arasında savaş
başlandı. Bir neçə yerdən Məhəmməqulu bayi ağır yaraladılar, onun
bir neçə mülazimini qətlə yetirdilər və var-dövlətini qarət edib öz
tayfalarının yanına getdilər.
Bu xəbəri eşidən əlahəzrət elə həmin gün Kəbudcamədən
çıxaraq o aqibətsizlərin ardınca yollandı. Gecə vaxtı oxluların
yurduna gəlib çatdılar. Onlar isə öz xeymə, xərgah və alaçıqlarını
(əlaçuq) atıb fərar etdilər. Olduqca qaranlıq (mozlem) bir gecə idi.
Zülmət cəhənnəmdəki quyudan (çahe-vil) xəbər verirdi. Buludun
gözləri ağlamağını saxlaya bilmirdi.
Beytlər
Gecə qıvrılırdı başda saç kimi,
Babil quyusundan fərqli idimi?
Hava - qır rənginə "bəyaz " deyirdi,
Qara - yar zülfünü üstələyirdi.
Gecə - soyunmadı sübhədək donu,
Əl - tapa bilmədi ağız yolunu.
640
Əlahəzrət zilləllah şah istəyirdi ki, Qari xana çatana və onu
tutanadək hücumu dayandırmasın və heç yerdə dayanmasın.
Ruzigarın təcrübəsinə çox yaxşı yiyələnmiş yaxşı düşüncəli
dövlətxah adamlar belə ərz etdilər: "Zülmət gecə vaxtı padşahların
şəxsən gedib yağını təqib etməsi barədə heç bir yerdə fərman
(dəstur) yoxdur. Əgər əlahəzrət öz camal aynasında qeybdən gələn
hadisələr pərdəsini dəlib keçən fikir nurunu müşahidə edərək,
səltənət və hökmranlıq məsələlərində məsləhətlərə qulaq asır və
640
Beytlərin farscası:
Şəbi əz tiregi çon cəde - kakol,
Şəbi tariktər əz çahe - Babol.
Həvaye qirgune - an şəbe-tar
Səbəq borde ze cəde - sonbole-yar.
Çenan tire bod an şəb ta səhərgah
Nəbordi dəstha suye-dəhən rah.
962
[böyük] işlər (karnameha) görürdüsə, onun gördüyü işlər ruzigar
sultanlarının düsturül-əməllərinə müvafiq olubdur." Şah həmin yaxşı
düşüncə sahiblərinin fikri ilə razılaşdı və Qari xanın yurdunda
atından yerə endi. Onun Astrabada gəlişinin əsl məqsədi o gözəl
vilayəti üsyankarlardan xilas etmək olduğundan, ağrəq qoşununu
orada qoyub, Bərxurdar bəy Ənis Topçubaşını bir dəstə tüfəngçi ilə
ağrəq [mallarının] mühafizəsi üçün saxladı. Sobhe-sadiqin işartısı
göründükdə, zəfər və iqbal ilə ata süvar oldu və gedib Ətrək çayının
sahilində oxlu qəbilələrinin köçünə çatdı. Təşvişə düşən Qari xan öz
qoşunundan ayrıldı, bir neçə adamla Ətrək çayını keçdi, çöl yoluna
düşdü, onun qoşunu isə müzəffər qazilərin basqınına məruz qaldı.
Kişilər iti şəmşirlərə yem, qadınlar və uşaqlar əsir, mal-dövlət,
heyvanlar və qənimətlər isə qarət və tarac küləyinə giriftar oldular.
Qari xanın hansı tərəfə qaçdığı məlum olmadığı üçün həmən susuz
çöldən geri döndülər, Gürgan çayı kənarında olan və Şəmsül-məali
Qabus ibn Vəşmgirin gümbəzi yaxınlığında orduya birləşdilər, sonra
oradan çıxaraq Mübarəkabad qalasının yanında dayandılar.
Sayinxanilərin eymur, kuklən, salur və başqa qəbilə
ağsaqqalları şahın qəzəbindən qorxub ali taxt ayağına gəldilər və şah
tərəfindən nəvazişləndilər. Əlahəzrət Mübarəkabad qalasının təmir
olunması qərarına gəldi. Qalanın hər tərəfini əmir və əskərlər
arasında böldülər və bu iş başlandı. Olduqca hündür olan qala divarı
on iki gün ərzində ucaldıldı.
Bu vaxt şah belə fikirləşdi: Siyahpuşlar arasında onların bu
mülkdə hakimiyyət etdikləri vaxt qızılbaşlara xidmət edən heç kəs
sağ qalmamışdır, bu dövrdə doğulan cavanların da yaşları iyirmi-
iyirmi beş yaşdan çox deyildir ki, onlar da hakim görməyərək,
özlərini hakim təsəvvür etmiş, başlarına qürur havası dolmuşdur.
Gərək ehtiyat naminə o tayfaya qarşı tədbir görülsün ki, onlar qəflət
yuxusundan oyansınlar.
Qalanın təmiri qurtardıqdan sonra, şah bütün siyahpuş
sərdarlarını [yanına] tələb etdi və onlara öz gövhərlər səpən dili ilə
dedi: "Bu məmləkət artıq neçə ildir ki, layiqli hakimdən xali olmuş,
buranı hiyləgərliklə zəbt etmişlər. Siz öz qayğınıza qalıb, rəiyyət
olmaq yolundan uzaqlaşmış, döyüşkənlik meydanına qədəm
atmısınız. Bir-birinizin qorxusundan və türkmanların basqınından
qorunmaqdan ötrü siyahpuşları toplayaraq, qızılbaş əmirlərinə qarşı
hörmətsiz hərəkətlər etmisiniz. İndi isə, öz keçmiş əməllərinizdən
peşman olub üzrxahlıq və bizə bağlılıq məqamına gəlmisiniz. Biz
963
sizin hərc-mərclik zamanı vaqe olmuş, ya olmamış
641
əməllərinizi
əfv etmişik. Hal-hazırda İlahinin inayəti və şahın qüvvəti sayəsində
bu məmləkətin hər tərəfi (həvaşi) əmin-amanlıq içərisindədir və
Təbəristan, Cürcan və Xorasan Murğab çayınadək bu güclü dövlət
övliyalarının əlindədir. Xarəzm və Ürgənc sultanları bizə itaət
edirlər. Sayinxani ulus düşmənləri öz cəzalarını almış, qalanlar isə
boyunlarını bizə bəndəlik həlqəsinə salmışlar. Məmləkəti idarə edən
bir hakim lazımdır. Bundan sonra adamlar ərbabların cövr və
zülmündən azaddırlar. Elə buna görə də, onların artıq [burada] qala
saxlamaq ehtiyacı yoxdur. Siz gərək öz qalalarınızı dağıdıb, bütün
silah-sursatınızı hakimin sərkarına verəsiniz ki, həmin silahlar
Mübarəkabad qalasında işə yarayacaqdır. Siz özünüz isə
xanəköçünüzü bu qalaya gətirib orada yaşayacaqsınız. Qədim
vaxtlarda olduğu kimi gərək əkinçilik və rəiyyət işləri ilə məşğul
olasınız, siyahpuşluğu tərk edəsiniz. Belə olan halda bu məmləkətin
hakimi sizdən, siz isə hakimdən qorxmadan etibarlı şəkildə
yaşayacaqsınız."
Sərdarların tabe olmaqdan başqa çarələri qalmadığı üçün
bu təklifi qəbul etdilər. Əlahəzrət işləri qaydaya salmağı etibarlı bir
qızılbaşa həvalə etdi və dedi ki, əgər bundan sonra bircə şəmsir,
hətta bir ədəd nizə də evlərinizdə olarsa onları saxlayan adamın qanı
hədər yerə axacaqdır.
Xülasə, bu günlərə qədər Astrabad vilayətində yaşayan və
"yalnız mən", yaxud da heç kim"
642
təbilini çalan siyahpuş təbəqəsi
özlərini heç vaxt təsəvvür etmədikləri qəribə vəziyyətdə gördülər,
ikrah hissi ilə fərmana boyun əydilər. Amma, onlar biri-digərini
ağılsızlıqda töhmətləndirirdilər, hərəkətlərindən müxalifət və nifaq
əlamətləri müşahidə olunurdu.
Xülasə, qərara alındığı kimi, onların qalaları dağıdıldı.
Mübarəkabad qalasına bir neçə min tüfəng, zireh, ox ucu (kiş) və
kaman gətirildi, sərdarların ailələri qalada yerləşdirildi. Bu hadisələr
baş verən vaxt, əlahəzrət zilləllah şah bir gün şəhərə təşrif
aparmışdı. Qadın və uşaqların nalə səslərini eşitdi. Siyahpuşların
zülmü göyə yüksəlirdi. Hərc-mərclik dövründə olduğu kimi, elə indi
də, əksəriyyəti zahid, abid və xeyrxah (saleh) olan Astrabad
şəhərinin camaatına qarşı zülm olunur, siyahpuşlar şeytancasına
641
İfadənin ərəbcəsi: "Kənə ləm yəkun".
642
İfadənin ərəbcəsi: "Ənə va la ğeqru".
Dostları ilə paylaş: |