Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə326/340
tarix26.08.2018
ölçüsü4,41 Mb.
#64733
1   ...   322   323   324   325   326   327   328   329   ...   340

952 

 

"Qardaşım öz cəzasına görə qətl olundu, amma nə üçün bu iş mənim 



də  başıma  gətirilmədi?"  Əlahəzrət  bu  hadisədən  sonra  həmişə  iki 

cəhətdən  öz  kədərini  izhar  edir  və  heyfsilənirdi:  Birincisi,  neçə  il 

Fərhad xanı yetişdirib bu uca  mərtəbəyə qaldırdığına  görə, ikincisi 

isə  ona  görə  ki,  izzət  büsatından  (yəni  şah  məclisindən  -  Ş.F.) 

uzaqda  olan  adamlar  şaha  yaxın  adamların  etdikləri  hərəkətlərdən 

bixəbər olub, məbadə başqa hərəkətlərə yol verə bilərlər. 

Xülasə,  şah  Fərhad  xanın  öldürülməsindən  sonra  Herat 

hakimliyini  şəmşir  qorçisi  Hüseyn  xan  Şamlıya  verdi,  ağalar 

zümrəsindən  olan  Bəktaş  Sultan  Ustaclıya  əmirlik  rütbəsi  verərək 

şərəfləndirdi  və  onu  Maruçaq  qalasının  və  Murğabın  zəbti  üçün 

göndərdi. Bəktaş Sultan Maruçaq qalasını təmir edib Murğabı tutdu 

və həmin yerləri abalaşdırmağa səy göstərdi, Xorasan vilayətlərinin 

hər birisinin hakimliyi sədaqətli əmirlərə tapşırıldı. 

Bu  vaxt,  özbək  ləşkərinin  vurduğu  sədəmələrdən,  habelə 

Yetim Sultan  və qardaşlarının talançılığından Sistan  vilayətini tərk 

edib  cahanpənah  dərgaha  gəlmiş  Məlik  Cəlaləddin  xan  Sistani,  o 

zaman  Qəndəharda  olan  şahın  xidmətinə  yetişdi  və  [əlahəzrət] 

Gəncəli xana verdiyi Sistan hakimliyini yenidən məlikə qaytardı. 

Təbəs  hakimi  olan  Mehrab  xan  Qacar  həmin  yolla 

hümayun ordu ilə gedib Tunda oranın hakimi olan Allahyar Oğlanı 

mühasirəyə  aldı.  Günün  isti  vaxtında,  qazilərin  yorulub  istirahət 

etdikləri  zaman  Mehrab  xan  şəhərdən  çıxdı.  Tunda  olan  özbək 

dəstəsi fərar etməyə başladıqda bundan xəbər tutan xan onları təqibə 

başladı,  Allahyar  Oğlanı  ələ  keçirərək,  başqa  özbəkləri  intiqam 

qılıncı ilə qətlə yetirdi, Allahyarı isə ali saraya  gətirib şahın inayət 

və iltifatına layiq görüldü, Xaf və  Baxərz hakimliyi ona verildi. 

 

NURMƏHƏMMƏD XANIN QIZILBAŞ DÖYÜŞÇÜLƏRİ İLƏ 

MƏRVƏ GETMƏSİ, ONUN VƏ XARƏZM VALİSİ HACI 

MƏHƏMMƏD XANIN ÖZ İRSİ MÜLKLƏRİNİN TAXTINDA 

OTURMALARI, BÖYÜK ŞAHƏNŞAHIN İQBALININ GÜCÜ 

İLƏ MƏHƏMMƏD İBRAHİM SULTANIN ƏLƏ 

KEÇİRİLMƏSİ VƏ MÜZƏFFƏR MƏİYYƏTİN İRAQA 

TƏRƏF QAYITMASININ ŞƏRHİ 

 

Xorasanın  fəth  olunması  əhvalatının  əvvəlində  Budaq 



xanın  bir  dəstə  əzəmətli  qorçi  ilə  Nurməhəmməd  xanla  birlikdə 

Sahican  Mərvinə  göndərilməsi  barədə  məlumat  verilmişdi.  Onlar 




953 

 

sağ-salamat o tərəfə yola düşdülər. Bağdada çatdıqda, Abdulla xanın 



əmisi  oğlu,  Əbdülmömin  xanınsa  dayısı  oğlu,  on  səkkiz  yaşlı 

yaraşıqlı bir cavan olan Bağdad hakimi Tursun Məhəmməd Sultanın 

oğlu  Məhəmməd  İbrahim  Sultan  bir-birinin  ardınca  gələn 

xəbərlərdən,  yəni  Mavərənnəhrdəki  qarma-qarışıqlıq,      müzəffər   

şah    məiyyətinin   yürüş     yerinə  yetişməyi,  Nurməhəmməd xanın 

qızılbaş ləşkəri ilə gəlib-çatmağı barədəki xəbərlərdan hali olduqda, 

canına  brzə  düşdü,  istədi  ki,  özünü  tez-tələsik  Mərvə  çatdırsın  və 

Çəharcu*  yoluyla  Buxaraya  getsin.  Əzəmətli  qorçilər  və  çekəni 

qaziləri  dərhal  onun  ardınca  yola  düşdülər  və  ay  haləsi  kimi  onu 

dövrəyə aldılar. Onun xidmətində olan özbəklər qızılbaş ləşkərinin 

hücumuna  tab  gətirməyib,  cəngdən  sonra  qaçış  yoluna  düşdülər. 

Məhəmməd  İbrahim  Sultan  müzəffər  qazilərin  əlinə  keçdi.  Onlar 

həmçinin  Nisa  və  Əbivərd  vilayətini  zəbt  cdib,  Şahican  Mərvinə 

doğru yola düşdülər. 

Mərvdə  olan  Süleyman  Yasovul  və  Dinməhəmməd  xanın 

qardaşı  Vəli  Məhəmməd  Sultan  hümayun  məiyyətin  gəlişi  və 

Nurməhəmməd xanın buraya varid olması xəbərini eşidərək pərişan 

oldular, amma Mərv vilayətində yaşayan qəbilələrin əksəriyyətini və 

o  diyarın  bütün  əhalisini  bu  mülkün  varisi  olan  Nurməhəmməd 

xanın  tərəfdarı  gördülər.  Çarəsiz  qalaraq,  daha  burada  qalmağın 

çətin olacağını düşünərək, qəm-kədərlə əllərini mülkdən və maldan 

üzdülər, arxayın bir yerə getmək istədilər. 

Məlum  oldu  ki,  şahın  zəfər  ayəli  ordusu  müqəddəs 

Məşhəddən  Herata  yollanmış  və  qiyamətəsər  qızılbaş  ləşkəri 

Xorasanın hər tərəfini bürümüşdür. Buna görə də, onlar Herata gedə 

bilməyərək,  Dinməhəmməd  xana  qoşulmadılar,  məcburiyyət 

üzündən Çəharcu yoluyla Buxaraya tələsdilər. Nurməhəmməd xana 

sədaqət  şüarını  irəli  sürən  Mərv  əhalisi  onun  istiqbalına  çıxdı,  o 

hüdudun  əhalisi,  cəlayir  qəbilələrinin  başçıları  və  həmin  yerlərin 

başqa  türkmanları  Nurməhəmməd  xanın  başına  toplaşılar,  hamısı 

birlikdə zəfər və iqballa Mərvə gəldilər. 

Bu  işlər  baş  verən  vaxt  Heratın  fəthi  və  özbək  ləşkərinin 

cəzaya  məruz  qalma  xəbəri  gəlib  onlara  yetişdi,  şadimanlıq 

nağaraları səslənməyə başladı, bu vilayətdə xütbə və sikkə hümayun 

şahın adı və ləqəbi ilə bəzəndi. Budaq xan və bu ədəbiyaşar dövlətin 

əmir  və  qorçiləri  Nurməhəmməd  xanı  öz  irsi  mülkünün  səltənət 

taxtına əyləşdirib, Məhəmməd İbrahim xanı bir dəstə qızılbaş qazisi 

ilə  şahın  yanına  yolladılar.  Məhəmməd  İbrahim  xan  Herat 




954 

 

darüssəltənəsində  [şahın]  irəm  məclisinə  yetişməklə  izzətləndi, 



şahın  nəzərinə  və  iltifatına  layiq  görüldü.  Əlahəzrət,  xanı  öz 

xosrovanə  diqqəti  sarıdan  xatircəm  etdi  və  o,  əvvəlkindən  də  artıq 

diqqətə məruz qaldı. Xanın izzət və ehtiramla qorunmasını xasseye-

şərifə qulamı Təhmasibqulu bəy Gürcüyə tapşırdılar. Həmçinin Hacı 

Məhəmməd  xan  tərəfindən  belə  bir  sədaqət  ayinli  məktub  gəldi: 

"Şahın diqqəti və iltifatı sayəsində Xarəzm məmləkətləri, əvvəllərdə 

olduğu  kimi,  bizim  əlimizə  keçdi,  bu  vilayətin  torpağı  müxalifət 

əhlinin  tör-töküntüsündən  təmizləndi,  bu  dövlətxah  adam  izzət  və 

ucalıq taxtında əyləşdi. Bu beytlər onun halına münasibdir: 

 

Beytlər 



 

Əgər hər tükümün olsa bir dili,  

Səndən ötrü dua etməsi bəlli.  

Hələ şükür dili açmamışam mən,  

Hələ deməmişəm sənə şükrümdən.

635


 

 

Sözün qısası, bu hadisələrdən sonra Bağşəhr Bəhram qəhrli 



xosrovun  iqamət  yeri  oldu,  [şah]  orada  Xorasan  işlərinin 

nizamlanmasına,  ehtiyac  sahiblərinin  və  dövlətxah  adamların 

mətləblərinin  həllinə  başladı.  Özbəklərin  hakimiyyətləri  vaxtı 

dövlətxahlıq izhar edən, din və dövlət yolunda çalışan, öz qalalarını 

qoruyan,  vətənlərindən  çıxıb  İraqa  gələn  bütün  Xorasan  əhlinə 

ənamlar, soyurğallar və yaxşı xələtlər verildi, onlar imtiyazlara layiq 

görüldülər. 

 

Şah Abbasın Heratdan müqəddəs Məşhədə qayıdışı: 

 

Məmləkət işlərini gördükdən, əskər  və rəiyyətin   dərdinə 



çarə  etdikdən  sonra  müzəffər  məiyyət  müqəddəs  Məşhədə  tərəf 

hərəkətə  başladı,  oraya  çatıb  bir  ayadək  həmin  cənnətnişan  yerdə 

dayandı,  müqəddəs  astana  sərkarının  işlərinə  əl  yetirdi,  oranın 

xidmətçilərinə,  müdərrişlərinə*,  heffazlarına**,  başqa  əmələ  və 

                                                           

635


  Beytlərin farscası: 

Əgər hər muye-mən gərdəd zəbani,  

Şəvəd hər yek to-ra təsbihxani.  

Hənuz əz bizəbani xofte başəm,  

Ze səd şokrət yeki nagofte başəm. 



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   322   323   324   325   326   327   328   329   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə