Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə322/340
tarix26.08.2018
ölçüsü4,41 Mb.
#64733
1   ...   318   319   320   321   322   323   324   325   ...   340

940 

 

sürtdü, dua və ziyarət ləvazimatı hazırlığına başlayaraq o müqəddəs 



astananı  olduqca  səliqəsiz  və  qızıl-gümüş  qəndillərdən  xali  gördü. 

Orada  qızılbaş  əyyamındakı  ziynət  və  zivərlərdən  fəqət  qızıl 

məhəccərdən başqa heç nə qalmamışdı. [Şah] elə oradaca Budaq xan 

Çekənini  müqəddəs  Məşhəd  hakimliyi  ilə  sərəfraz  etdi.  Əlahəzrət 

müqəddəs  astanadan  Çəharbağa  təşrif  apardı.  Orada,  qana  susayan 

qazilər  tərəfindən  Camda  əsir  götürülən  özbəklərə  öz  müqəddəs 

nəzərini  yetirdi,  onların  sözlərindən,  həmçinin  vəziyyəti  təhqiq 

etmək  üçün  göndərilən  Seyid  Məhəmməd  Sultanın  dediklərindən 

məlum oldu ki, Dinməhəmməd xan  Heratda taxta  çıxmış, Xorasan 

vilayətini  qorumaq  qərarına  gəlmiş,  deyilənə  görə,  əskərinin  sayı 

iyirmi min nəfərə çatmışdır. Amma, Xorasan əhli olanlar bu rəqəmi 

təkzib edərək onların sayının altı-yeddi min nəfərdən çox olmadığını 

söyləyirlər ki, aqil adamlar son rəqəmə üstünlük verirlər. 

Sözün  qısası,  [əlahəzrət]  Fərhad  xanı  çərxçi  əmirləri  ilə 

birlikdə elə həmin gün Herata tərəf rəvan etdi ki, özbəklər hələ bir 

fikrə  gəlib  qaladarlıq  ləvazimatı  hazırlamadıqlarına  görə  həmin 

vilayəti 

onlardan 

boşaltsınlar. 

Dinməhəmməd 

xanın 

mülazimlərindən  olan  bir  neçə  əsiri  müqəddəs  Məşhədən  yola 



saldılar  ki,  xana  [bu  mətləbi]  çatdırsınlar:  "Sən  mənimlə  sədaqət 

iddiası  etdiyin  halda  üstümə  adamlar  göndərdin.  Əgər  öz  sözünə 

sadiq  qalsan,  biz  sənin  mülazimlərinə  xələt  və  yaraq  verib,  sən 

harada  olsan,  onları  oraya  göndərərik".  Başqa  əsir  özbəklərsə  qətl 

olundular. 

Xülasə,  ali  hümayun  məiyyət  sərkarın  işlərinin  nizama 

salınmasından  ötrü  üç  gün  müqəddəs  Məşhəddə  qaldı  və  sərkarın 

tövliyyət  vəzifəsini  [məsələlərin  mütəvəllisi  kimi]  Xorasanın 

Türbəte-Heydəriyyə" seyidlərindən olan, özbək işğalı zamanı  İraqa 

gələn  və  İsfahanın  daruğəsi  işləyən  Qazi  Sultan  Türbətiyə  inayət 

etdi,  "Türbəte-Heydəriyyə"ni  tiyul  kimi  ona  tapşırdı.  [Əlahəzrət] 

Budaq xan Çekəni və Şahqulu Sultan Bayatı müqəddəs ordunun beş 

yüz nəfər qorçi və mülazimi ilə Nurməhəmmədxanla birlikdə Nisa, 

Əbivərd  və  Mərvə  göndərdi  ki,  xanın  irsi  məmləkətini  ələ  keçirib 

ona versinlər. 

[Şah]  zilhəccə  ayının  iyirmi  səkkisində  müqəddəs 

Məşhəddən  çıxdı,  Camın  Fərhadçerd  adlı  yerinə  çatdıqda,  orada 

özbək işğalı vaxtı Hindistana gedən, elə bu vaxtlarda oradan qayıdıb 

Herata  gələn,  şəhərin  bütün  işlərindən  hali  olan  İslam  bəy 

Yüzbaşının  qardaşı  Mahmudbəy  Şamlı  gəlib  çatdı,  Herat  barədə 




941 

 

məlumat verib bildirdi: "Dinməhəmməd xan Xorasan səltənətinə elə 



ürəkdən  bağlanmışdır  ki,  oradan  asanlıqla  əl  çəkməyəcəkdir. 

Hazırda  onun  on  iki  min  döyüşkən  özbəyi  və  iki-üç  min  nəfər  də 

hezarecat qəbilələrindən olan adamı vardır. Amma, o, hümayun şah 

məiyyətinin buraya gəlməyindən hələlik xəbərsizdir, heç gümanı da 

yoxdur  ki,  siz  Bəstam  hüdudundasınız  və  onunla  qarşılışmaqdan 

ötrü Fərhad xanı və əzəmətli əmirləri irəli göndərmisiniz. Hümayun 

məiyyətin  gəlişi  xəbəri  ona  çatdıqdan  sonra  əgər  qarşı  çıxmaq 

qüdrəti  olmazsa,  o,  qardaşı  Baqi  Sultanı  iki-üç  min  nəfərlə  Herat 

qalasında  saxlayacaq,  özü  isə  ləşkər  toplamaqdan  ötrü 

Mavərənnəhrə  gedəcəkdir  ki,  Xorasana  qayıtsın.  [Dinməhəmməd 

xan]  heç  vəchlə  Xorasanla  əlaqəni  kəsməyəcəkdir,  çünki  o, 

məmləkətin asanlıqla əldən çıxmasını istəmir". 

Mahmud  bəy  Şamlının  sözləri  əsaslı  və  inandırıcı  olduğu 

üçün, əlahəzrət  məqsədinə yetməkdən ötrü nə edəcəyini bilməkdən 

ötrü bir qədər tərəddüdlə fikrə daldı, Rəbbani ilham tədbiri ilə belə 

düşündü:  Gərək  təqdir  kitabında  yazılana  bel  bağlanılsın  ki,  onun 

mətləbi istəyinə uyğn yerinə yetirilsin. 

Məsələ  belə  baş  verdi:  [Əlahəzrət]  Heratdakı  vəziyyətdən 

xəbərdar  olduqdan  sonra  qüvvətli  dövlət  adamlarını  çağırıb  ilham 

dili ilə belə bəyan etdi: "Özbək ləşkərinin böyük hissəsi Heratdadır. 

Əgər irəliyə getmiş Fərhad xan və əmirlərlə özbəklər qorxmazcasına 

döyüşərlərsə,  bu  bizim  dövlətimizə  layiq  iş  olmaz,  çünki  onların 

padşahı  onlarla  birlikdədir.  Özbək  döyüşçülərinin  müharibəsi  və 

padşahla birgə döyüş meydanına qədəm basmalarına heç də əmir və 

sərdarların  müharibəsi  demək  olmaz.  Elə  olan  halda  qızılbaş 

qoşununa  böyük  zərər  dəyə  bilər,  düşmən  isə  ürəklənər.  Əgər 

müzəffər  ordu  [gedib  Fərhad  xan  və  əmirlərə  çatan  vaxta  qədər] 

onları  ləngidə  bilsə,  özbəklər  qaladırlıq  ləvazimatı  hazırlığına 

başlayaraq,  qalada  ləşkər  saxlayıb  Mavərənnəhrə  gedəcəklər.  Yox, 

əgər  qala  mühasirəyə  məruz  qalarsa,  qalanın  möhkəmliyinə  və 

qaladarlıq məharətinə görə, ehtimal ki, məsələ çox uzana bilər. Buna 

görə də,  gərək Fərhad xanın yanına adam  göndərib ona bir  mənzil 

geriyə  çəkilməsini  tapşıraq,  qoy  o,  belə  söz  yaysın  ki,  guya 

rumilərin  əlinə  fürsət  düşdüyü  və  onların  bizim  məhrusə 

məmləkətlərimizə gəldikləri barədə İraq və  Azərbaycandan qorxulu 

xəbərlər gəldiyindən, hümayun şah məiyyəti pərişan olub İraqa tərəf 

qayıtmışdır.  Əgər  qızılbaşların  məcburiyyət  üzündən  geri  qayıtma 

xəbəri özbəklərə çatarsa, qaladarlıq etmək fikrindən daşınarlar, heç 




942 

 

şübhəsiz onlar əmirləri təqib etmək, Məşhədi və ətraf yerləri tutmaq 



əzmi ilə tez-tələsik Heratdan çıxarlar, biz də yorğun atları olan əğrəq 

qoşununu orada saxlayıb, kutəl* atları olan dəstə ilə hücuma keçərək 

Fərhad  xana  birləşərik,  Fars  və  Kirman  ləşkərinin  gəlib-çatmasını 

gözləmədən  hücuma  keçərik,  onlara  qaladarlıq  etmək  imkanı 

vermərik, inşallah, əgər  Allah-təala istərsə  və bizim tədbirimiz baş 

tutarsa, ehtimal ki, işlər istədiyimiz kimi yerinə yetər". 

Bütün  aqil  adamlar  və  fikir  sahibləri  bu  fikri  bəyəndilər, 

dərhal  Fərhad  xana  məktub  (rəqəm)  yazıb,  yuxarıda  söylənilən 

qayda  üzrə,  bir  mənzil  geri  çəkilmələrini  və  hümayun  məiyyətin 

gəlişini  gözləməyi  buyurdular.  Onlar  əmrə  əməl  edib  bir  mənzil 

geriyə  döndülər,  Fars  və  Kirman  ləşkərləri  ilə  gəlib  artıq  Xorasan 

ülkasına  daxil  olan  Allahverdixan  və  Gəncəlixanın  yanına  adam 

yolladılar ki, buraya ləşkər gətirməklə  məşğul olmasınlar, bir dəstə 

adamla  gələrək  Guryan  yaxınlığında  özlərini  hümayun  məiyyətə 

çatdırsınlar.  Sonra  cənab  etimadüddövlə  Hatəm  bəy  Vəziri,  habelə 

Çeşmgəzək  əmiri  (mir)  Şahəli  Sultanla  başqa  əskərləri  əğrəq 

qoşununda  saxladılar  ki,  yavaş-yavaş  gələrək  özlərini  çatdırsınlar. 

Məhərrəm  ayının  ğorresində"  yekşənbə  günü  isə  Camın 

Fərhadcerdindən atlara süvar olub, iqbala bel bağladılar və hücuma 

yollandılar.  Yolda,  Bağənd  qalasından  bir  mənzil  məsafə  geri 

qayıdan Fərhad xan və əmirlər hümayun məiyyətə birləşdilər, habelə 

Allahverdi  xan  və  Gəncəli  xan  da  öz  ordularından  ayrılıb,  yaxşı 

yürüş  atları  olan  bir  dəstə  ilə  gələrək,  Herat  körpüsü  üstündə 

hümayun məiyyətə qoşuldular. 

Xülasə,  hümayun  məiyyət  on  günlük  məsafəni  dörd  gün 

yanına  keçib  məhərrəm  ayının  beşində  (miladi  1602,  25  iyun) 

pəncşənbə  günü,  şəhərdən  dörd  fərsəx  aralı  olan  Pole-Salar 

yaxınlığında  müxaliflərə çatdılar. Ertəsi  gün,  ayın altısında (miladi 

1602,26 iyun) cəng səflərini bəzədilər, Rübate-Poryan adlanan yerdə 

hərb başlandı. 

 

CƏM MƏQAMLI HƏZRƏT ŞAHIN DİNMƏHƏMMƏD 

ÖZBƏKLƏ HƏRBİ VƏ HƏZRƏT ALLAHIN KÖMƏYİ İLƏ 

ZƏFƏR ÇALMAĞININ ZİKRİ 

 

Yuxarıda qələm belə yazmışdı ki, Dinməhəmməd xanın şah 



məiyyətinin  gəlişindən  xəbəri  yox  idi.  O,  Fərhad  xan  və  əmirlərin 

gəlişini eşidib şəhərdən təzəcə çıxmışdı ki, yuxarıda deyildiyi kimi, 




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   318   319   320   321   322   323   324   325   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə