Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə318/340
tarix26.08.2018
ölçüsü4,41 Mb.
#64733
1   ...   314   315   316   317   318   319   320   321   ...   340

928 

 

peşiman  oldu,  xana  sədaqət  və  fədakarlıq  izhar  edən  bir  məktub 



göndərdi,  Qasım  Sultana  da,  xana  məktub  yazaraq,  öz  itaətini  və 

sədaqətini bildirməyi təklif etdi. 

Mülk və mal işlərində fərasəti və hakimlikdə adından başqa 

heç  nəyi  olmayan  Qasım  Sultan,  Süleyman  Yasovulun 

davranışından özünə qarşı peşimançılıq hissi olduğunu güman edib, 

onu  aradan  götürmək  və  müstəqil  olmaq  qərarına  gəldi.  Mərv 

hadisələrindən  xəbərdar  olan  Dinməhəmməd  xana  Süleyman 

Yasovuldan  sədaqət  məktubları  gəldiyi  üçün  Vəli  Məhəmməd 

Sultan  öz  kiçik  qardaşını  Mərvə  göndərib  Süleyman  Yasovulun 

adına  istimalət  məktubu  yazdı,  oranın  pis-yaxşı  bülün  işlərini  öz 

istədiyi kimi həll etmək üçün onun iqtidar əlinə tapşırdı və bildirdi 

ki, Mərvdə sikkə babası Yarməhəmməd xanın adına kəsilsin. [Buna 

görə də,] Vəli Məhəmməd Sultan gedib Mərvə çatdıqda, Süleyman 

Yasovul onu qarşıladı, Qasım Sultanı da Vəli Məhəmmədin istiqbalı 

üçün  zorla  onun  yanına  apardı.  Amma,  şəhər  darvazasına  gedib 

çatdıqda, "on dərviş bir xalça üstündə otura bilər, iki padşah isə bir 

ölkəyə  yerləşə  bilməz"  misalına  uyğun  hərəkət  etdi,  mülazimləri 

onun  işarəsi  ilə  o  günahsız  biçarənin  boynunu  Taxta  körpünün 

üstündə  vurdular,  Vəli  Məhəmməd  Sultanı  isə  izzət  və  ehtiramla 

şəhərə  gətirdilər,  ona  xidmət  etməyə  başladılar.  Vəli  Məhəmməd 

Sultan  hələ  Mərvdə  rahatlana  bilməmişdi  ki,  həmin  bir  neçə  gün 

ərzində,  əlahəzrət  zilləllah  şahın  zəfər  ayəli  ordusunun  təntənə  ilə 

Xorasana  gəlişi,  həmçinin  ata-babadan  Mərv  Şahicanının  varisi 

Nurməhəmməd  xanın  oraya  gəlib  çatması  xəbəri  həmin  vilayətdə 

eşidildi. Onlar orada qalmağa macal tapa bilməyib, bu dəftərin zeyl 

hissəsində  yazılacağı  kimi,  mülk  və  maldan  keçərək  Çəharcu 

yoluyla  Mavərənnəhrə  getdilər.  Müqəddəs  Məşhədin  hakimi  olan 

Əbülməhəmməd  bəy  qızılbaş  ləşkərinin  gəlişi  və  Nişapurun 

tutulmasından xəbərdar olub, qala silahı hazırlamaq  və qaladarlıqla 

məşğul  olmaq  fikrində  ikən,  elə  həmin  gecə  Əbdülmömin  xanın 

öldürülməsi xəbəri gəlib yetişdi və bu xəbər təsdiqləndi. 

Əbülməhəmməd bəy balıq kimi iztirab burulğanına düşüb, 

belə fikrə düşdü: Əgər  məmləkətin ərbabları və əhalisi dövlətxahlıq 

məqamında  durub  qaladarlıq  işlərində  kömək  edərlərsə,  özbək 

qoşununun  padşahının  kim  olacağı  bilinənədək  şəhəri  hifz  etməyə 

çalışmaq olar. O elə bu fikirdəydi ki, Dəstcerd qalasından belə bir 

xəbər gəldi: On iki min qızılbaşla Fərhad xan Dəstcerdə gəlib-çatdı. 



929 

 

Bu  xəbərdən  çaşıb-qalan  Əbülməhəmməd  bəyin  ləngimək 



və qaladarlıq  etmək  macalı olmadı  və bütün özbəklər pərişan olub 

dedilər:  "Fələyin  hökmü  ilə  hakimiyyət  özbək  dudmanından  kənar 

olmuş,  bu  tayfaya  bəla  üz  tutmuşdur.  Bizim  müstəqil  padşahımız 

yoxdur.  Belə  bir  vəziyyətdə,  qızılbaşların  yüz  illik  ülkası  olmuş, 

bizim əlimizə isə təzəliklə düşmüş məmləkətdə qalmaq ağıldan uzaq 

bir haldır. Nə qədər ki, fürsət var və hələlik mühasirəyə düşməmişik, 

gərək öz əhli-əyalimizi qəm-qüssə bəhrinin təlatümlü dalğalarından 

qoparıb nicat sahilinə çatdıraq, xətərsiz bir yerə gedək". 

Bəzi  cahillərsə  dedilər:  "Nə  üçün  biz  abad  bir  şəhəri 

qızılbaşlara verək? Oranı qarət edək, həzrət imaməl-cinn və-n-naşın 

zərihinin  qızıl  məhəccərini  qoparaq,  mübarək  gümbəzin  üstündəki 

qiymətli daş-qaşlarla bəzənmiş mili və rövzədə mövcud olan bütün 

zər-zivəri götürüb yolumuza rəvan olaq". 

O  zaman  müqəddəs  Məşhəddə  olan  sey  idlər  və  ağıllı 

şəxslər  [özbəklərin]  bu  fikirlərindən  xəbər  tutub,  Əbülməhəmməd 

bəyi  o  quldurların  fitnəsindən  və  bədnamlıq  qorxusundan,  habelə 

dargöz  özbəklərin  meylini  bu  fikirdən  daşındırdılar.  Bəy  bu  istəyi 

tərk  edib,  aşiqanə  dəlillərlə  özbək  cahillərinə  belə  bir  iş  görməyi 

qadağan  etdi  [və  dedi]:  "Siz  on  ildir  ki,  bu  mülkün  çörəyini 

yeyirsiniz. Gərək duz-çörəyi unutmayıb, böyük fitnə-fəsad ehtimalı 

görünən  bu  şəhər  əhalisinin  torpağı,  namusu  və  qarəti  barədə 

düşünməyəsiniz,  sağ-salamat  buradan  çıxasınız",  O,  şəhər 

seyidlərinə  və  böyük  adamlarına  isə  belə  xitab  etdi:  "Sizdən 

xahişimiz  belədir:  Məhəllə  ağsaqqallarına  deyin  ki,  qoy  qarətçi  və 

avara adamlar heç bir özbəyə və əhl-əyala hücum etməsinlər, üç gün 

müddəti bitməyənədək qızılbaşların yanına adam  yollamayın  və bu 

vəziyyət barədə onlara  məlumat  verməyin ki, özbəklər arxayınlıqla 

buradan çıxıb özlərini əmin-amanlıq olan yerələrə çatdırsınlar". Elə 

həmin gecə köç təbilini döyərək, süvari, yaxud da piyada olan bütün 

özbəklər  şəhəri  tərk  etməyə  hazırlaşdılar,  "Mir  Əli  Amu" 

darvazasından çıxaraq, Sərəxs yoluna rəvan oldular. 

Özbəklərin  çıxıb-getmələrindən  sonra  elə  həmin  gün 

seyidlər, əhali və müqəddəs şəxslər Dəstcerddə olan Fərhad xanın və 

əmirlərin  yanına  adam  yollayıb,  onları  vəziyyətdən  hali  etdilər.  O 

saat Dəstcerddən çıxan Fərhad xan müqəddəs Məşhədə gəldi, həzrət 

imaməl-cinn  və-l-ünsün  mələk  aşiyanlı  astanasını  ziyarət  etməklə 

şərəfləndi,  şaha  baş  verən  əhvalatı  əks  etdirən  və  müqəddəs 

Məşhədin fəthini xəbər  verən bir  məktub  və ziyarətnamə  göndərdi. 




930 

 

Hümayun  şah  Əsbahi,  Şəqan  və  Cürbəda  çatan  vaxt  Fərhad  xanın 



yolladığı adam  və  müqəddəs Məşhəd əhalisi də gəlib şaha çatdılar, 

bu  şad  xəbəri  ona  bildirdilər.  Əbülməhəmməd  bəy  və  yoldaşları 

Sərəxsdən  keçib  Zurabada  gəldikdən  sonra  eşitdilər  ki, 

Dinməhəmməd  xan  Herat  darüssəltənəsində  səltənət  taxtına  cülus 

etmişdir  və  Xorasan  əmirləri  onun  dərgahına  gedərək  ona  tabe 

olmuşlar.  Əbülməhəmməd  bəyin  Məşhəddən  çıxmasını  və  o 

müqəddəs  şəhəri  əldən  verməsi  xəbərini  eşidən  Dinməhəmməd 

xəbər  yollayaraq, onu öz əskərləri  və  yoldaşları ilə birlikdə Herata 

aparmış,  Əbülməhəmmədi  yərğu*  məzəmmətinə  tutmuş  və 

danlamağa  başlamışdı:  "Sən  nə  üçün  müqəddəs  Məşhədi  tərk  edib 

oradan  çıxdın?"  Əbülməhəmməd  xanın  üzrxahlıq  etməsinə  və 

ağılabatan dəlillər gətirməsinə baxmayaraq Dinməhəmməd xan heç 

nə eşitmək istəmədi. Xan hətta bəylə  görüşə üç  gün icazə  vermədi 

və yalnız üç gündən sonra dövlət başçılarının vasitəçiliyi və səyi ilə 

görüş icazəsi hasil oldu. Dinməhəmməd xan özünün əmisi oğlu olan 

Seyid  Məhəmməd  Sultanı  dərhal  müqəddəs  Məşhədə  hakim  təyin 

etdi, dörd yüz bacarıqlı bahadırla onu təcili olaraq həmin istiqamətə 

yolladı  ki,  qızılbaş  ləşkərindən  əvvəl  özünü  müqəddəs  Məşhədə 

çatdırıb o mübarək şəhəri zəbt etsin. Xan həmçinin  Şahım kəltəni" 

bir  dəstə  əskərlə  Guryan  qalasını  qorumağa  göndərdi  və  bu  kəltə 

qalaya daxil olaraq, o vilayətin zəbtinə başladı. 

Amma, Seyid Məhəmməd xan və yoldaşları Cam türbətinə 

gəlib  çatdıqları  vaxt  qızılbaşların  artıq  gedib  müqəddəs  Məşhədə 

girdiklərindən xəbərsiz idilər. Cam şəhərinin kələntəri iti sürətli bir 

qasidi müqəddəs Məşhədə  yollayıb o camaatın gəlişindən xəbərdar 

etdi.  Fərhad  xan  elə  o  saat  qardaşı  Zülfüqar  xanı  bəzi  əmirlərlə 

onların  dəfinə  namizəd  etdi  və  o,  hücumla  yola  düşdü.  Qızılbaş 

ləşkərinin qaraltısını görən özbəklər pis hala düşdülər, səf bəzəməyə 

və hərb etməyə  macal tapmadılar, fərar etdilər. Qızılbaş ləşkəri isə 

onlara çatdı, əksəriyyətini qətlə  yetirdi, həştad nəfərə  yaxın özbəyi 

isə tutub, müqəddəs Məşhədə qayıtdı. 

Məğlubiyyət  və  pərişanlıqla  Herata  gəlib  çatan  Seyid 

Məhəmməd  Sultan  Dinməhəmməd  Sultanı  qızılbaş  ləşkərinin 

gəlişindən xəbərdar etdi. Özbəklər arasında bu xəbərlər də eşidildi: 

"Fərhad xan və Kirman hakimi  Gəncəli xan Abdulla xanın vəfatını, 

Əbdülmömin xanın isə öldürülməsini eşidərək Xorasana  gəlmişlər. 

Xorasanın  bəzi  mahallarında  qalan  Budaq  xan  və  qızılbaş  əmirləri 



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   314   315   316   317   318   319   320   321   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə