Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə314/340
tarix26.08.2018
ölçüsü4,41 Mb.
#64733
1   ...   310   311   312   313   314   315   316   317   ...   340

916 

 

tələb  etdi.  Əbdülmömin  xan  onları  atasının  yanına  göndərdi  və 



Abdulla xan onları cəzalandırdı. Ata və oğulun hər biri isə öz dövlət 

paytaxtlarına  döndülər.  Abdulla  xan  haqqında  danışan  doğruçu 

adamlar  belə  deyirlər:  "Abdulla  xan  bu  hadisədən  sonra  tez-tez 

deyirdi ki, bütün ömrüm boyu etdiyim böyük-böyük  müharibələrdə 

çox  vaxt  düşmənə  arxa  çevirməmişəm,  amma  ömründən  və 

dövlətindən  ləzzət  görə  bilməyəcək  Əbdülmömin  xan  məni 

ömrümün  sonunda  fərar  arına  giriftar  etdi".  Həqiqətən  də 

Əbdülmömin xan atasma qarşı üsyan etməyinə görə axırda atasının 

qarğışına  gəldi,  gələcəkdə  yazacağımız  kimi,  ömür  və  dövlətdən 

kam ala bilmədi. Xülasə, ata və oğulun müxalifət xəbəri Türküstana 

yayıldıqda,  Abdulla xanın əzəməti sayəsində ədəb-ərkanla  yaşayan 

qazax  sultanları  üsyana  qalxdılar.  O  cümlədən  Təvəkkül  Sultan 

Qazax  özünə  "xan"  ismi  qoyub  böyük  qoşunla  Daşkənd  üzərinə 

yürüş  etdi.  Amma,  Abdulla  xan  ona  məqabil  durmağı  özünə  layiq 

bilməyib, qohumları olan sultanları, məmləkətlərin sərhəd əmirlərini 

(məmaleke-soğur)  və  öz  ləşkərini  onunla  hərbə  namizəd  etdi, 

Daşkəndlə Səmərqənd arasında o iki dəstə arasında böyük cəng baş 

verdi.  Cülusundan    indiyədək    bütün    cənglərdə    qalib    gələn 

Abdulla  xanın  ləşkərləri  bu  dəfə  məğlub  oldular,  onun  əmirlərinin 

əksəriyyəti,  qoşununun  tanınmış  (məarif)  adamları  və  öz 

əqrabasından  olan  bir  neçə  sultanı  qətlə  yetirildi,  sağ  qalanlarsa 

məğlubiyyət  və  pərişanlıqla  Buxaraya  gəldilər.  Bu  iş  onun  oğluna 

qarşı  olan  küdurət  və  pərişanlığını  bir  qədər  də  artırdı,  məsələni 

bitirmək  qərarına  gəldi.  Mir  Qulbabanı  çağırmaqdan  ötrü  Herata 

adam  yolladı.  O,  belə  fikirdəydi  ki,  ləşkərlər  toplayıb  bu 

məğlubiyyətin  əvəzini  çıxsın.  Bundan  sonra  Mir  Qulbaba  və 

toplanmış  əmirlər  Təvəkkül  xanı  dəf  etmək  və  intiqam  almaqdan 

ötrü  yola  düşdülər,  Abdulla  xan  Səmərqəndə  tərəf  yollandı.  Elə 

orada  da  oğlunun  müxalifəti  və  qazax  ləşkərinin  qələbəsi  (çirəgi) 

səbəbindən  məzacı  pozuldu,  natəvanlıq  yatağına  düşdü,  nəticədə 

həyatını, ömrünü əcələ təslim etdi. 

 

 



 


917 

 

ABDULLA XANIN VƏFATI, OĞLU ƏBDÜLMÖMİN XANIN 



TAXTA CÜLUSU VƏ ABDULLA XANDAN SONRA 

DÖVLƏT TAXTINA ÇIXMIŞ ÖZBƏK SULTANLARI 

HAKİMİYYƏTİNƏ SON QOYULMASININ ZİKRİ 

 

Abdulla  xanın  Səmərqənd  yaxınlığında  xəstələnib  əcəli 



gözlədiyi min altıncı (miladi 1598) xoruz ilinin axırlarında təbiblərin 

onun  müalicəsi  ilə  məşğul  olmalarına  baxmayaraq,  bunun  heç  bir 

faydası olmadı. Abdulla xanın başqa əmirlərinin hamısından şövkət 

və  iqtidarlı  olan  atalığı  Məhəmməd  Baqi  Divanbəyi  Əbdülmömin 

xandan  qorxduğuna  və  ona  etibarı  olmadığına  baxmayaraq,  bilirdi 

ki, doğma (solbi) oğul sağ ola-ola səllənəti xanın qardaşı oğullarına 

vermək əhalinin əqidəsinə xilafdır və qəbulolunmazdır. [Buna görə 

də]  istər-istəməz  Əbdülmömin  xanın  padşahlığı  ilə  razılaşıb, 

dövlətxahlıq  məqamına  gəldi,  gizlicə  adam  yollayıb,  ona  atasının 

əlacsız xəstəliyə düçar olmasını xəbər verdi, Səmərqəndə dəvət etdi. 

O  vaxt  Mir  Qulbaba  Səmərqəndə  idi.  Xorasan  və  Mavərənnəhr 

hadisələrinin  şərhi  zamanı  Mir  Qulbaba  adı  tez-tez  çəkildiyi  üçün, 

lazım  bilindi  ki,  o  vilayətin  sözləri  etibarlı  şəxsləri  tərəfindən  mir 

barədə deyilən fikirlər bu kitabın yazı ipinə düzülsün. 

 

Mir Qulbabanın vəziyyəti: 

 

Mir Qulbaba əslən Səmərqənddən idi. Onun anası Abdulla 



xanın  dayəsi  olmuş  və  xanı  öz  südü  ilə  böyütmüşdü.  Özbək  və 

cığatayların  adətinə  görə  süd  qardaşı  "kukəltaş"  adlanır.  Elə  buna 

görə  də  o,  Abdulla  xanın  kukəltaşı  oldu.  Mir  fəzilət  və  kəmalata 

yiyələndi,  dilini  şer  yazmağa  də  açdı.  Abdulla  xan  Mavərənnəhdə 

səltənət  və  cahandarlıq  bayrağı  qaldırdığı  zaman  Mir  Qulbaba  ona 

müxtəlif  xidmətlər  etdi,  fədakarlıq  (canseparı)  göstərdi.  İnkişaf, 

bacarıq  və  xidməti  müqabilində  xan  tərəfindən  nəvazişlənən  və 

tərbiyət  olunan  bu  seyid  mirin  etibarı  gün-gündən  artmaqdaydı. 

Sədarət və əmarət mənsəbinə yetdikdən sonra bir neçə il əzəmət və 

iqtidarla Heratda hakim oldu. O, həmin vilayətin əhalisiylə ölçülüb-

biçilmiş  və  bəyənilən  tərzdə  rəftar  edir,  cənab  xanın  iltifatını 

qazandığı üçün daim bütün əmirlərin və dövlət başçılarının həsədinə 

səbəb olurdu. 

 

 

 



918 

 

Mavərənnəhr padşahı Abdulla xanın vəfatı: 

 

Xülasə,  Abdulla  xan  xəstələndiyi  vaxt  öz  bimarlığından 



məyus idi və Mir Qulbabaya qarşı olan böyük məhəbbət və iltifatına 

görə,  Əbdülmömin  xanın  mirə  olan  ədavətini  bildiyi  üçün,  onun 

buranı  tərk  edib-getməsini  məsləhət  bildi  və  dedi:  "Nə  qədər  ki, 

mənim həyat ipim qırılmamışdır, yola rəvan ol, Əbdülmömin xanın 

qəzəb və bəlasından qorunmaqdan ötrü özünü Herat qalasına çatdır, 

orada  nəyi  məsləhət  görsən,  onu  da  et".  Mir  Qulbaba  padşahın 

yanından  mürəxxəs  olub  [hamıya]  belə  dedi:  "Xan  məni  [mühüm] 

bir  xidməti  icra  etməyə  göndərir".  O,  yanındakı  oğlanları  və 

mülazimləri  ilə  atlanıb  [Herata]  rəvan  oldu.  Məsələdən  agah  olan 

Məhəmməd Baqi Atalıq Divanbəyi, mir Qulbabanın getməyinə görə 

Abdulla  xanın  onu  cəzalandıra  biləcəyindən  qorxub,  ona  mane 

olmaq istədi. Mir Qulbaba gördü ki, adamlar artıq Abdulla xanın bu 

ağır  vəziyyətindən  məyus  olmuşlar,  belə  bir  vaxtda  Məhəmməd 

Baqi ilə  mübahisə edə bilməyəcəkdir. Əvvəlcə, kömək istəməkdən 

ötrü xanın yanına getdi. Onun balışının yanında olarkən vəziyyətinin 

pozulduğunu  gördü,  müşahidə  etdi  ki,  təbiblər  artıq  onun 

müalicəsindən  əllərini  üzmüşlər,  çünki  xanın  şüuru  qalmamışdı. 

Məcbur olub Məhəmməd Baqi Atalıq ilə mülayim söhbətə başladı, 

yağlı  dili  və  aqilanə  sözləri  ilə  onu  fikrindən  döndərdi  və  belə 

söylədi:  "Mənim  və  sənin  -  hər  ikimizin  məqsədəuyğun 

vəziyyətimiz  [səlah]  mənim  getməyimdən  asılıdır,  çünki 

Əbdülmömin xan  mənim kimi sənə qarşı da iltifatsızdır. Bizim hər 

ikimizin yaxasının ona verilməsi ağıldan uzaq bir məsələdir. Mənin 

Herat  qalasında  olacağım  təqdirdə  sən  və  Abdulla  xan 

tərəfdarlarının  heç  biri  Əbdülmömin  xan  tərəfindən  tutula  bilməz.  

Sən  əgər  mənimlə  razılaşsan  biz  nicat  tapa  bilərik".  Məhəmməd 

Baqi  Divanbəyi  mirin  getməyinə  razı  oldu  və  onlar  bir-biriləri  ilə 

əhd  edib  şərtləşdikdən  sonra  mir  eşiyə  çıxıb  ata  süvar  oldu.  Mir 

Qulbaba yola düşən vaxt Abdulla xan artıq keçinmişdisə də, o, bunu 

heç kimə demədi və bu hadisədən onun mülazimlərindən heç kəsin 

xəbəri  olmadı.  Amma,  xanın  vəfatını  böyük  etimad  etdiyi  və 

tərbiyətləndirdiyi  əmirlərindən      olan      Mövlana      Qaraya   

bildirmişdi.   Onlar Ceyhun çayı kənarına çatıb, bir az dayandılar və 

gəmiləri  gözləməyə  başladılar.  Gəmi  sahiblərindən  iki-üç  nəfər 

salam  verərək,  xanın  əhvalını  ondan  xəbər  aldılar.  Mir  Qulbaba 

biixtiyar ağlamağa başladı,  vəziyyət hamıya  məlum  oldu. Mövlana 




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   310   311   312   313   314   315   316   317   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə