Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


MAVƏRƏNNƏHR HADİSƏLƏRİNİN MÜXTƏSƏRZİKRİ



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə312/340
tarix26.08.2018
ölçüsü4,41 Mb.
#64733
1   ...   308   309   310   311   312   313   314   315   ...   340

910 

 

MAVƏRƏNNƏHR HADİSƏLƏRİNİN MÜXTƏSƏRZİKRİ, 



HABELƏ ABDULLA XANLA ÖZBƏK SULTANLARININ 

MÜNASİBƏTLƏRİNİN BƏYANI 

 

Müşahidə  edənlər  və  hadisələri  öyrənmək  istəyən  dövr 



adamları  (şahedan)  sözü  bədii  tərzdə  yazan  qələmin  köməyi  ilə 

agahlıq  məclisinin  açıq  söz  (zəmir)  meydanında  belə  söylədilər: 

Abdulla  xanın  yeganə  oğlu  olan  Əbdülmömin  xana  qarşı  ifrat 

məhəbbəti  vardı,  onu  "baba"  ("babayi")  adlandırır  və  tərbiyəsi  ilə 

ciddi  məşğul  olurdu.  Çingiz  sultanları  dövründə  padşaha  "xan" 

deyilir,  uca  səltənət  məqamına  hələ  yetişməyən  padşahzadəni  isə 

"sultan" adlandırırdılar. 

Amma,  Əbdülmömin  xan  hələ  atasının  sağlığında  uca 

"xan"  ləqəbi  ilə  izzətlənmişdi.  Belə  ki,  Mavərənnəhr  camaatı  və 

özbəklər  Abdulla  xana  "böyük  xan"  ("xani-kəlan"),  ona  isə  "kiçik 

xan" ("xane-xord") deyirdilər.  Atası Bəlxin  və ətrafının hakimliyini 

ona  vermişdi.  Əbdülmömin  xan  atasının  və  özünün  səyi  ilə 

Bədəxşan  vilayətini  də  cığatay  sultanzadələrinin  əlindən  çıxardı, 

Bəlx və Bədəxşan hakimi oldu. Yuxarıda yazıldığı kimi, on bir aylıq 

mühasirədən  sonra  Abdulla  xan  gözəl  Herat  şəhərini  doqquz  yüz 

doxsan  dördüncü  (miladi  1585/86)  donuz  ilində  fəth  edən  vaxt, 

Əbdülmömin  xan  o  şəhərin  alınması  və  qızılbaşların  qətl 

olunmasında  çox  çalışqanlıq  etdiyinə  görə,  hakimi  olduğu  yerlərə 

yaxınlıqda yerləşən  Herata da  göz dikmişdi  və istəyirdi ki,  atası bu 

şəhəri də bəlkə ona verər. Yaşının və təcrübəsinin az olmasına görə 

atası  onun  xahişini  qəbul  etmədi,  Heratı  öz  dövlətinin  sınanmış, 

tədbirli  və  təcrübəli  adamı  olan  Qulbaba  Kukəltaşa  verdi,  Xorasan 

məmləkətlərindən fəth etdiyi yerləri özbək əmirləri arasında böldü. 

O, Canı bəy Sultanın oğlu Dinməhəmməd Sultana-Yetim Sultan adı 

ilə  məşhur  olan  öz  bacısı  oğluna  qardaşları  ilə  birlikdə  Xorasanda 

ülkalar payladı və onu orada saxladı, amma Xorasanın fəth olunmuş 

vilayətlərindən  heç  birini  oğluna  vermədi.  Abdulla  xan  oğlu 

Əbdülmömin xana bu sözlərlə təsəlli verirdi:  "Sən  vəliəhd olduğun 

üçün  mənim  hər  vilayətim  sənindir".  Bu  sözlərdən  inciyən 

Əbdülmömin xanın o vaxt ona etiraz etmək qüdrəti yox idi. Amma, 

iki ildən sonra atasından xahiş etdi ki, bundan sonra öz səyi ilə ələ 

keçirilən  Xorasan  məmləkətləri  onun  olacaqdır.  Abdulla  xan  bu 

xahişlə  razılaşdı.  Öküz  ilində,  [Əbdülmömin  xan]  müqəddəs 

Məşhədə ləşkər çəkdi  və  oranı  mühasirəyə aldı. Bu hadisə zamanı, 




911 

 

Xorasanda olan Yetim Sultan və Abdulla xanın əmirləri əmr alaraq, 



onun  köməyinə  gəldilər.  Həmin  şərafətli  şəhər  Əbdülmömin  xan 

tərəfindən  fəth  edildikdən  sonra  onun  özü  oraya  hakim  göndərdi, 

həmçinin Nişapur, Tərşiz və başqa Xorasan mahalları tədriclə onun 

əlinə  keçdi  və  o  yerlərə  də  öz  tərəfindən  hakimlər  təyin  etdi.  Bu 

hadisədən  sonra,  Nurməhəmməd  xan  ibn  Əbülməhəmməd  xan  ibn 

Dinməhəmməd xan  və başqa imansız özbəklərin irsi  mülkləri olan 

Nisa,  Əbivərd,  Dərun,  Bağbad  və  sair  yerlərə  tamah  salaraq, 

yuxarıda  yazıldığı  kimi,  o  vilayətləri  də  öz  işğal  əlinə  keçirdi, 

Nurməhəmməd  xanı  irsi  mülkündən  çıxardı.  Ona  nəsib  olmuş  bu 

fəthlərdən  sonra  özü  səltənətə  gəlmək  istədi  ki,  qüdrət  və  şövkət 

sahibi olsun, ölümündən sonra heç bir bəndə və hal-hazırda ona tabe 

edilən özbək sultanları öz gələcək oğlu ilə dava-dalaşa qalxmasınlar, 

onun  tərbiyəti  altında  olsunlar.  Beləliklə,  Əbdülmömin  xan 

ordusunun kölgəsi altında iyirmi  min bacarıqlı cavan toplaşdı  və o 

tam istiqlala  malik oldu, başına həsəd  və qürur havası doldu, atası 

əleyhinə  üsyan  məqamına  gəldi,  ayağını  ədəb  dairəsindən  kənara 

çıxardı. 

Abdulla  xan  Buxara  şəhərini  tutub  səltənətə  yetdiyi  vaxt, 

atası  İsgəndər  xan  hələ  sağ  idi.  Xan,  Çingiz  nəslinə  xas  padşahlıq 

rəsmini atasında saxlayıb, xütbə və sikkəni onun adına vurdursa da, 

bütün  işlərin  həllini  öz  əlinə  aldı,  İsgəndər  xanın  isə  padşahlıqdan 

quru  adı  qaldı.  Əbdülmömin  xan  öz  qüruru  və  cəhaləti  üzündən 

deyirdi:  "Atam  qocalmışdır.  Yaxşısı  budur  ki,  o  [da]  İsgəndər  xan 

kimi  bir  küncdə  oturub,  səltənət  işlərini  mənə  versin".  Xorasanın 

əzəmətli  şəhərlərini  tutduqdan  sonra  istəyirdi  ki,  bütün  Xorasan 

ölkəsini Bəlxə və Ceyhun çayınadək özünə tabe etsin. Buna görə də 

atasından  Heratı  tələb  etdi,  amma  istəyi  yerinə  yetmədi.  İnciyərək 

belə  deyirdi:  "Əgər  atam  Heratı  mənə  verməsə,  özüm  Mir 

Qulbabanın  üstünə  gedib  oranı  qəhrlə  ondan  alaram".  Belə  sözlər 

Abdulla xana çatdı və oğluna qarşı onun münasibəti dəyişdi. Onun, 

hərçənd ki, vəliəhdi olan bircə oğlu vardı, amma oğlunun cəhalət və 

qüruru  barədə  düşünüb  [öz-özünə]  deyirdi:  "Məbadə  oğlum 

səbrsizlik  edib,  mənim  ixtiyarımı  əlimdən  ala  və  mən  sağ  ola-ola 

səltənət  və  padşahlıqdan  əl  çəkəm".  Elə  buna  görə  də,  oğlunun 

şövkət  və iqtidarının azalmasına (kəsr) çalışırdı və nəticədə oğluna 

mülklər  tutmağı  qadağan  etdi,  Xorasan  əmirlərinə  məktublarında 

yazdı  ki,  bir  daha  oğlunun  əmrlərinə  qulaq  asmasınlar,  ləşkər 

çəkəcəyi  yerlərdə  onunla  yoldaşlıq  etməsinlər.  Buna  görə  də, 




912 

 

Əbdülmömin  xan,  qızılbaşların  əllərindəki  Səbzvara  və  başqa 



torpaqlara  bir  neçə  dəfə  hücum  edəndə  Xorasanda  olan  Yetim 

Sultan və Abdulla xanın qardaşları onunla həmrah olmadılar. 

Atası  razılaşmadığı  üçün  o  da  başqa  bir  iş  görə  bilmirdi. 

Abdulla xan ona yazmışdı ki, acgözlük edib heç yerə göz dikməsin, 

Bəlxdə  yaşayıb  öz  işi  ilə  məşğul  olsun,  ona  verilən  ülka  ilə 

kifayətlənsin,  ayağını  ədəb  dairəsində  yığsın,  mənim  və  atam 

İsgəndər xanın işinə qarışmasın, çünki o,  mən ola bilməz, necə ki, 

mən də İsgəndər xan deyiləm. 

Amma Əbdülmömin xan  Herat  mülkü arzusundan  əl çəkə 

bilmir,  Mir  Qulbaba  haqda  atasına  tez-tez  məktublar  göndərirdisə 

də,  Abdulla  xan  oğlunun  qərəzkarlıq  etdiyini  düşünərək  onun 

sözlərinə  əhəmiyyət  vermirdi.  Elə  buna  görə  də  ata-oğul  arasında 

nifaq  tozu  ucalmaqdaydı.  Lakin,  aralarında  pərdə  [də]  vardı,  bir-

birilərinə xilaf olsalar da bunu üzə vurmurdular. Min altınıncı xoruz 

ilində  (miladi  1597/98)  Abdulla  xan  öz  əmir,  nədim  və  yaxın 

adamlarıyla Çəharcu yolu ilə Mərvə gələrək şikarla məşğul olarkən, 

Mir  Qulbaba  Heratdan  gəlib  xana  Herata  qayıtmağı  təklif  etdi.  Elə 

bu vaxt Əbdülmömin xan iki-üç min adamla Bəlxdən çıxıb atası ilə 

görüşməkdən  ötrü  Mərvə  gəldi.  Əmirlərin  miqdarca  az  olduqlarını 

və  Əbdülmömin  xana  etibar  olmadığını  söyləyən  əmirlər  Mərv 

qalasına  gedərək,  oğlunun  əsgərlərini  qalaya  buraxmamağı,  qalada 

oğlu  və  onun  az  adamı  ilə  görüşməyi  məsləhət  gördülər.  Abdulla 

xan  bu  sözlərə  bir  elə  də  əhəmiyyət  vermədi,  Şahım  bəy  bağına 

gəldi,  oğlu  ilə  orada  görüşdü.  Əbdülmömin  xan  da  zəmanəyə 

müvafiq olaraq atasına qarşı itaətsizlik göstərmədi, ədəb məqamında 

durub etdiyi qüsurlarına görə üzr istədi, onlar bir neçə gün Mərv və 

Sərəxstdə seyr və ov ilə məşğul oldular. Xanın əmriylə Mir Qulbaba 

Heratın  seyrinə  getməyi  Əbdülmömin  xana  da  təklif  etdi,  ata-oğul 

birlikdə  Herata  gəldilər.  Mizbanlıq  işinə  başlayan  Mir  Qulbaba 

böyük ziyafətlər (tuyha) təşkil edərək "böyük xana" və "kiçik xana" 

layiqli  hədiyyələr  verdi.  Amma,  Əbdülmömin  xan  Qulbaba  xana 

qarşı  hələ  də  incik  olduğu  üçün  ona  qarşı  nəsihətamiz  və  hirsli 

(xoşunətəngiz)  sözlər      söylədi,     onu     saxtakarlıqda     və      divan   

mallarını  mənimsəməkdə  ittiham  etdi.  Abdulla  xan  tərəfindən 

sözləri  eşidilən  Məhəmməd  Baqi  Divanbəyini  və  başqa  adamları 

Mir  Qulbabanın  qızılbaşlarla  dostluq  etməsi  barədə  xan  ilə 

danışmağa təhrik etməsinə baxmayaraq, mirə hədsiz etibarı olan xan 

həmin qərəz sahiblərinin sözlərinə qulaq asmadı. 




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   308   309   310   311   312   313   314   315   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə