Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə315/340
tarix26.08.2018
ölçüsü4,41 Mb.
#64733
1   ...   311   312   313   314   315   316   317   318   ...   340

919 

 

Qara  bəzi  mülazimlərlə  söhbətləşib  dedi:  "Bu  adam  padşahdan 



(Əbdülmömin  xanıdan  -  Ş.F.)  qaçır.  O,  ya  qızılbaşların,  yaxud  da 

cığatayların  yanına  gedəcəkdir.  Görəsən biz niyə onunla  gedirik?". 

Mir  Qulbaba  gəmiyə  daxil  olmaq  istərkən  Mövlana  Qara  dedi: 

"Abdulla  xan  dünyadan  getmişdir  və  indi  özbəklərin  padşahı  onun 

oğlu  Əbdülmömin  xandır.  Əgər  siz  onun  xidmətinə  getməsəniz, 

əlinizdə təyinat məktubu olmasa, sizi Herat qalasına qoymayacaqlar. 

Yaxşısı  budur  ki,  Bəlx  istiqamətinə  rəvan  olub,  [yeni]  padşahla 

görüşmək  şərəfinə  yetək".  Mir  Qulbaba  istədi  ki,  onun  ağıllı 

təklifinə  cavab  olaraq  "hal-hazırda    [Əbdülmömin]  xanın  yanına 

getmək  məsləhət  deyildir"  söyləsin,  amma  məlum  oldu  ki,  bütün 

mülazimlər  bir-biriləriylə  əlbir  olaraq  Mövlana  Qaranın  dediyini 

deyirlər. Mövlana Qara açıq-aydın bildirdi: "Siz əgər bu fikrə xilaf 

olsanız, bu camaat sizi tutub xanın yanına aparacaq". Mir Qulbaba 

onların bu məsələ xüsusunda birliyini görüb, nə qədər çalışdısa da, 

bunun  faydası  olmadı,  camaat  onu  getməyə  məcbur  etdi  və  hamı 

Əbdülmömin  xanın  dərgahına  yollandı.  Mir  Qulbaba  da,  məcbur 

olub mülkdən, maldan, bəlkə də həyatdan əlini üzüb məhbus kimi o 

istiqamətə rəvan oldu. Əbdülmömin xan Bəlxdən çıxıb Səmərqəndə 

gedən  vaxt  Mir  Qulbabanı  [onun  yanına]  apardılar.  İşin  əvvəlində 

xan  miri görməkdən  (guya) sevinc izhar  etdi, [hətta] ona  müxtəlif 

iltifatlar göstərdi. 

 

Əbdülmömin xanın əmriylə  



Mir Qulbabanın iki oğlunun öldürülməsi: 

 

Mir Qulbaba xana ərz  etdi:  "Bu

 

vaxta qədərki xidmətimdə    



olan xanın əmriylə

 

təqsirlərim duz-çörəyə hörmətim



 

və  vəlinemətin    

haqqını  tapdamamağımla  əlaqədardır.  Bundan  sonra  vəlinemət-

həzrət xandır. Daha əlimdən gələn qədər xidmət etmək və fədakarlıq 

göstərməkdə  qüsurum  olmayacaqdır".  Amma,  Mövlana  Qara  öz 

xidmətini xana bildirməkdən ötrü  belə dedi: "O istəyirdi ki, Herata 

gedib,  oranı  möhkəmləndirsin  və  müxalifət  bayrağı  qaldırsın.  Biz 

onu  zorla  buraya  gətirmişik".  Sözün  qısası,  Əbdülmömin  xan 

intiqam  məqamına  gələrək,  onu  həbs  etdi.  Əvvəlcə  onun  mal  və 

əşyalarının ələ gətirilməsinə başlandı. Xorasan camaatı ona demişdi 

ki,  Mir  Qulbaba  Xorasan  və  Mavərənnəhrdən  əlli  min  tümən  pul 

toplamışdır.  Xan  onun  bu  vəsaitini  aldıqdan  sonra  cəzaya  başladı. 

Onun  əmriylə  mirin  iki  oğlunu  yerə  yıxıb  atasının  gözü  önündə 



920 

 

qoyun kimi başlarını kəsdilər. Xan dedi: "Oğulların qətli atalarından 



ötrü acıdırmı, ya yox? 

 

Mir Qulbabanın qətli: 

          

 

Bəs  sən  mənlə  atam  arasında  fəsad  yaradıb,  məgər   



istəmirdinmi ki, atamı məhv edəsən?" Mir Qulbabanın oğlanlarının 

qətlindən  sonra  belə  eşidildi  ki,  xanın  özü  onun  sinəsinə  bir  ox 

vurdu və başqaları isə işini bitirdilər, mir böyük əziyyətlə öldürüldü. 

Xan    məsələnin    başlanğıcında    Süleyman    Yasavulu 

Herata  göndərdi,  ondan  sonrasa  o  vilayətin  hakimliyi  xanın 

dövlətxah adamlarından olan Hacı bəyə verildi, Hacı bəy tez-tələsik 

Herata çatıb hökumət işlərinə başladı. 

İndi isə Əbdülmömin xanın [sonrakı]  vəziyyətinin şərhinə 

qayıdaq.  Məhəmməd  Baqi  Atalığın  bir-birinin  ardınca  Bəlxə 

göndərdiyi  adamlar  oraya  çatıb,  atasının  xəstələnərək  vəziyyətinin 

pisləşməsi  haqda  xana  xəbər  çatdırdıqları  vaxt,  o,  Məhəmməd 

Baqinin tez gəlib özünü çatdırmaq barədəki təklifini yubatdı. Çünki, 

atasının  sağlığında  Abdulla  xan  əmirlərinin  bəziləri  ona  qarşı 

müxalifət  etdiklərinə  görə  Əbdülmömin  xan  onlara  etibar  etmir, 

buna görə də Səmərqəndə getməyini ləngidirdi. 

Xülasə,  xan  öz  əsgərlərinin  çağırılmaları  haqda  fərman 

verdi. O, çoxlu adamla Bəlxdən çıxıb yavaş-yavaş getməkdə və bəzi 

adamlarını irəli yollayıb hər mənzildə vəziyyəti öyrənməkdəydi. Hər 

yerə belə xəbər  yaymışdı:  "Atam bimardır  və  mən onu  yoluxmağa 

gedirəm". Abdulla xanın vəfatı xəbəri Səmərqənddə yayılan gün, bir 

neçə  nəfər  bu  xəbəri  Əbdülmömin  xana  çatdırıb,  göz  aydınlığı 

almaqdan  ötrü  onun  ordusuna  doğru  rəvan  oldu.  Müjdə  gətirən 

birinci  adamı  tutub,  dilinin  boğazından  çıxarılması  barədə  əmr 

etməsinə baxmayaraq bu əmrini icra etmədi. 

Müjdə  verməkdən  ötrü  ikinci  adamın  da  gəlişindən  sonra 

atasının  ölümünün  həqiqət  olduğunu  bildi,  amma  ona  da  etirazla 

dedi:  "Ataların  ölümünü  oğullara  belə  asanlıqla  demək  olmaz,  bəs 

siz  niyə  bu  xəbəri  mənə  bu  cür  asan  söylədiniz  və  məni  pərişan 

etdiniz?"  Xan  gözlərindən  şadimanlıq  yağışı  axıdır,  sevincindən 

dərisinə sığışmırdı. 

Gəlib  bu  xəbəri  çatdıran  üçüncü  şəxs  Məhəmməd  Baqi 

Divanbəyi  və  başqa  əmirlərin  onu  padşah  elan  etmələri  barədəki 




921 

 

xəbəri  söylədikdə,  şahanə  ali  bir  məclis  quraraq  səltənət  taxtına 



cülus etdi, onun şərəfinə şadimanlıq nağaraları çalındı. 

Amma,  yenə  də  [Səmərqəndə]  yavaş-yavaş  getməkdəydi. 

Hər gün əmirlər və əsgərlər hər tərəfdən axışıb onunla görüşürdülər. 

Yolda  eşitdi  ki,  Abdulla  xanın  Səmərqənd  və  Daşkənddə  olan 

qardaşı oğlu Hezarə özünə xan ləqəbi götürmüş, Əbdülmömin xanla 

müxalifətə başlamış, Hezarənin qohumlarından olan Dostum Sultan 

və Özbək Sultan  da ona itaət etmişlər, Daşkəndin  və Səmərqəndin 

ləşkərləri  də  onun  dövlət  bayratı  altına  toplaşmışlar.  Əbdülmömin 

xan  zalım,  qaniçən  və  daşürəkli  bir  padşah  kimi  məşhur  idi, 

qohumlarına  və  əmisi  oğlanlarına  qarşı  diqqətsizdi.  Xan  onları 

dövlət  gülzarının  tikanları  sanırdı.  Onun  xasiyyətini  bilən  Hezarə 

xan  və  qohumları  onunla  atası  arasındakı  vəziyyətdən  nəticə 

çıxararaq, özlərinin və fərzəndlərinin sağ qalmalarından ötrü onunla 

müxalifət məqamına gəlmişdilər. 

Xülasə,  Əbdülmömin  xan  tam  əzəmət  və  iqtidarla 

Səmərqəndə  gəlib  cahanbanlıq  taxtına  qədəm  basdı.  O,  Bəlx, 

Buxara,  Qərşi,  Səmərqənd  və  ətraf  yerlərin  ləşkərlərini  torlayıb, 

Hezarə  xanın  fitnəsini  yatırmaqdan  ötrü  Daşkənbə  yollandı.  Elə 

onlar  da  xanın  qarşısında  çıxdılar.  Aralarında  ağır  cəng  başlandı. 

Əhalinin  çoxu  Əbdülmömin  xana  meylli  olduğundan  müxaliflər 

məğlubiyyətə uğradılar və ələ keçdilər. Əbdülmömin xan onları kişi 

cinsindən  olan  fərzəndləri  ilə  məhv  etdi,  bir  dəqiqə  də  olsa 

rəhmsizliyindən qalmadı. Səmərqənd hakimliyini Məhəmməd Baqi 

Divanbəyiyə  verib,  hər  mahala  hakimlər  təyin  edən  Əbdülmömin 

xan zəfərlə Buxaraya qayıtdı. Qazax sultanzadələri və ətraf yerlərin 

hakimləri xanın yanına adam yollayıb, ona öz itaət və bağlılıqlarını 

izhar  etdilər.  Xan  Buxarada  da,  sağlam,  qabiliyyətli  və  dünya 

işlərinə  maraqları  olan  qohumlarının  və  əmi  oğlanlarının  həyatına 

son qoydu. 

Xülasə, o, öz dudmanının tüstüsünü (dud), Pir Məhəmməd 

Sultan  adlı  küçələrdə  dolaşan  bir  şəxsdən  başqa,  göyə  ucaltdı.  Pir 

Məhəmməd ev-eşiksiz bir dərviş idi, həmişə kasıbçılığı və talesizliyi 

üzündən  küçələrdə  yaşayırdı.  Xan  onu  öldürmədi,  amma  iki-üç 

uşaqdan başqa Abdulla xanın bircə qohumunu da sağ qoymadı, ağır 

qoşunla  Xorasana  yürüş  etməkdən  ötrü  Buxaradan  çıxıb,  Bəlxə 

rəvan oldu. 

 



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   311   312   313   314   315   316   317   318   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə