Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə323/340
tarix26.08.2018
ölçüsü4,41 Mb.
#64733
1   ...   319   320   321   322   323   324   325   326   ...   340

943 

 

qızılbaş  əmirlərinin  geri  qayıtma  xəbəri  özbəklər  arasında  yayıldı. 



Xan  qala  və  qaladarlıq  ləvazimatı  hazırlamaq  fikrindən  əl  çəkib, 

onlan  cəzalandırmaq  əzmi  ilə  getməyə  başladı.  Pole-Salarda 

dayanarkən, gecə vaxtı əlahəzrət şahı tanıyan və onu körpü üstündə 

(Səre-pol)

632 

görən  Mişməst  ərəblərindən  bir  nəfər  gəlib  hümayun 



şah  məiyyətinin  gəlişindən  xəbər  yetirdi.  Ondan  şah  ləşkərinin 

keyfiyyət  və  kəmiyyəti  barədə  soruşulduqda  dedi:  "O  həzrətin 

yanında  az  adam  vardı,  amma  qızılbaş  ləşkəri  arxadan 

gəlməkdədir".  Əmirlər  və  ağsaqqallar  məsləhətləşərək  qızılbaşlarla 

hərb etməyə razı olmadıqları üçün belə məsləhət gördülər: "Qayıdıb 

Herata  gedək,  əvvəl  yazdığımız  tərzdə  şaha  bir  dostanə  məktub 

yazaq,  onu  dilli-dilavər  bir  adamla  göndərib  sülh  danışığına 

başlayaq,  sonra  isə  Baqi  xanı  qalada  qoyub  Mavərənnəhrə  gedək. 

Biz qızılbaş padşahı ilə müharibə etməyi qətiyyən dövlətimizə layiq 

bilmirik". 

Dinməhəmməd  əmirlər  və  ağsaqqallara  cavabında  belə 

demişdi: "Bu fikir tərəfimizdən bəyənilir, amma vaxt olduqca azdır. 

Qızılbaşlar  çox  yaxınlaşmışlar.  Əgər  bu  gecə  buradan  çıxıb  şəhərə 

üz tutsaq, ləşkərimizin yarısı dağılacaq, biz cəng etmədən fərar arına 

giriftar  olacağıq.  Yaxşısı  budur  ki,  mərd-mərdanə  halda  döyüş 

meydanına gedək. Əgər qalib gəlsək mətləbimiz yerinə yetmiş olar, 

yox,  əgər  məğlub  olsaq,  elə  bir  alişan  padşah  tərəfindən 

məğlubiyyətimizin heç bir eybi olmaz". 

[Beləliklə]  özbək  bahadırları  bədbinliyə  qapılmamaqdan 

ötrü naçar halda hərbə razı oldular. 

 

Şah Abbasın Dinməhəmməd xanla hərbi və qələbəsi: 

 

Xülasə,  Dinməhəmməd      xan        öz



 

cəhalət  və  qürurunun 

çoxluğundan  qızılbaşlarla  müharibənin  asan  olacağını  güman  etdi. 

Daxilindəki kin və qürur şöləsi elə zəbanə çəkdi ki, onu iti qılıncdan 

başqa  heç  nə  ilə  söndürmək  olmazdı.  O  günün  ertəsi,  məhərrəm 

ayının  altısında  (miladi  1603,  16  iyun)  qızılbaş  ləşkərinin  qaraltısı 

göründü.  Dinməhəmməd  xan  çərxçi  cinahım,  habelə  bərənğar  və 

cəvanğan  bəzəyib,  qardaşı  Baqi  Sultanı  Mirzə  Abdulla  Mənqət  və 

                                                           

632


    Bu  sətirlər  müəllifi  Əfqanıstanda  bir  neçə  Səre-pol  adlı  yer  tanıyır  ki,  həmin 

yerlərin  birində  -  Bədəxşan  vilayətinin  Səre-pol  şəhərində  üç  il  (1963-1966) 

işləmişdir - Ş.F. 



944 

 

Herat hakimi Hacı bəylə birlikdə sağ qola, bəzi əmirləri isə sol qola 



təyin  etdi.  Qərara  aldı  ki,  qızılbaş  ləşkərinin  çoxluğu  görünərsə, 

təxirə  salmadan  qol  ləşkəri  ilə  irəli  gedib,  onları  məğlub  etməyə 

çalışmaq lazımdır. Xanın özü isə özü ilə götürdüyü etibarlı və seçkin 

min  nəfər  cavanla  sol  qolda  dayandı.  Bu  qərara  gəlmişdi  ki,  əgər 

özbək ləşkəri qalib gələrsə, yaxud məğlub olarsa, o min nəfər cavan 

adamın əksəriyyəti qoy ondan  aralanmasın. Cah-cəlal ordusu Pole-

Salara  çatdıqda  havanın  hərarətindən  və  hücumdan  atların    çoxu 

gücdən  düşmüşdü,  müqəddəs  ordunun  mülazimlərindən  isə 

hümayun  məiyyətə  fəqət  üç-dörd  min  adam  gəlib  çata  bilmişdi. 

Onlar  Fərhad  xanın  qoşunu  və  çərxçi  əmirləri  ilə  Hezar  kəndinə 

çatar-çatmaz  şah  Allahın  inayətinə  və  padşah  iqbalına  güvənib 

Fərhad xanı, Zülfüqar xanı və çərxçi əmirlərini dörd-beş  min nəfər 

döyüşçü ilə irəli göndərdi, hümayun qol isə şahın müqəddəs vücudu 

ilə bəzəndi, əmirlər, qorçilər və qulamlar isə sağ və sol qollarda hərə 

öz yerində qərar tutdu. 

Robate-Pəryanda tərəflər bir-birilərinə  yaxınlaşdılar  və hər 

iki dəstənin çərxçiləri bir-birilərinə qarışdılar. Əzəmətli qazilər atları 

tez sürərək, toplum halda özlərini müxalif dəstələrə vurdular, özbək 

çərxçilərini  məğlub  etdilər.  Bütün  ləşkər  mərdanəlik  şövqü  ilə  baş 

və əxtərmə gətirməkdən ötrü* müxaliflərə üz tutdu. Belə ki, Fərhad 

xanın yanında o qədər də çox adam qalmamışdı. 

Çərxçi  ləşkərinin  basıldığını  müşahidə  edən  Baqi  xan  öz 

atını  cəvanğar  qoşunu  ilə  birlikdə  irəli  sürdü.  Qızılbaşların  çərxçi 

döyüşçüləri  isə  o  ləşkərin  hücumuna  tab  gətirməyərək  geri 

qayıtdılar.  Ləşkər  sərdarının  əlaməti  olan  bayraq  (ələm)  Fərhad 

xanın  yanında  olmadığı  üçün,  çərxçi  əsgərləri  o  mərəkədə  Fərhad 

xanı  tapmadılar  ki,  onun  başına  toplaşsınlar.  Bu  vaxt,  özbəklər 

hücuma  keçdiklərindən,  qızılbaş  [çərxçiləri]  böyük  məğlubiyyətə 

uğradılar.  Onların  məğlub  edilmələri  xəbəri  hümayun  qola  gəlib 

çatdıqda  bu  məsələ  az  qalmışdı  ki,  qolun  çaxnaşmaya  düşməsinə 

səbəb olsun. 

Döyüş meydanında bir neçə nəfərlə qalan Fərhad xan hərbə 

başladı,  tutuşma  zamanı  yaralandı,  məğlub  edildi,  həmkarları 

arasında  fərar  və  məğlubiyyət  damğası  ilə  töhmətləndirildi,  üzünə 

fərar  tozu  qondu.  Fərhad  xanın,  çərxçi  əmirlərinin  və  Azərbaycan 

ləşkərinin  məğlub  olduqlarını  müşahidə  edən  əlahəzrət  Allahverdi 

xan  Qorçibaşıya,  əzəmətli  əmirlərə,  qorçilərə  və  sağ  və  sol 

qulamlarına  hərbə  başlama  icazəsi  verdi.  Onlar  ali  əmrə  əməl 




945 

 

edərək,  düşmən  ləşkərinə  hücuma  keçdilər.  Qarşı  tərəfdən  də 



cəvanğar və bəranğar ləşkərləri cəng meydanına tərəf cumdular. Hər 

iki  qoşun  bir-birinə  qarışdı,  döyüş  meydanının  toz-torpağı  iti 

fırlanan fələyədək ucaldı. O gün özbəklərin əksəriyyətinin müzəffər 

şah  məiyyətinin  buraya  gəlişini  bilərək  məyus  olmalarına 

baxmayaraq, onlar irəli çıxaraq  mərdanə cənglər  etdilər.   Nəhayət   

hümayun   qol   və   müqəddəs   məiyyət tərəfindən cəngə çıxarılan 

dilavərlərin  qorxunc  zərbələrindən  özbəklərin  arasına  çaxnaşma 

düşdü,  döyüşdən  aciz  olub  məğlubiyyətə  məruz  qaldılar,  fəth  və 

zəfər küləyi isə canfəda qazilər tərəfə əsməyə başladı. 

Özbək ləşkərinin basıldığını müşahidə edən Dinməhəmməd 

xan yanındakı min nəfər adlı-sanlı bahadırla, hümayun qolun sağ əli 

tərəfindəki öz sol qolu ilə birgə döyüşməkdən ötrü atını irəli sürdü. 

Toz-torpağın çoxluğundan onlar qaziləri görə bilmirdilər. Əlahəzrət, 

təxminən iki yüz nəfər olan bəzi yaxın adamları və mülazimləri ilə 

birlikdə  meydanda  dayanmışdı.  Hümayun  məiyyətin  önündə  duran 

Budaq  xanın  oğlu  Sultanəli  Sultan  Çekəni  o  yaxınlıqdakı 

qamışlıqdan  (neyzar)  papaq  və  paltarları  parıldayan  bir  ləşkərin 

göründüyünü  müşahidə etdi  və bunu əlahəzrətə söylədi. Müqəddəs 

ordu  mülazimləri  müxalif  qoşunun  çoxluğundan  və  bu  məsud 

döyüşçülərin azlığından bir qədər kədərlənmişdilər. Məsələdən hali 

olan  əlahəzrət  öz  fərasət  nuruna  əsasən  başa  düşdü  ki,  bu  gələn 

Dinməhəmməd  xandır  və  hümayun  şahla  döyüşməkdən  ötrü 

çəkinmədən 

mərdanəliklə 

gəlməkdədir. 

Müzəffər 

ordu 

mülazimlərinə  xitab  edərək  dedi:  "Nə  durmusunuz?  Fərarın  arı 



barədə  düşünün  və  döyüş  meydanına  mərdanəliklə  qədəm  atın. 

Mərdanəliklə öldürülmək binamus yaşamaqdan yaxşıdır". 

 

Yaxşısı budur ki, hamımız ölək,  



Məbadə düşmənə biz fürsət verək.

633


 

 

 



 

                                                           

633

  Beyitin farscası: 



Biya ta həme tən bekoşton dehim,  

Məbada ke, forsət be doşmən dehim. 

 



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   319   320   321   322   323   324   325   326   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə