Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


ƏBDÜLMÖMİN XANIN ÖLDÜRÜLMƏYİ, PİRƏ



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə316/340
tarix26.08.2018
ölçüsü4,41 Mb.
#64733
1   ...   312   313   314   315   316   317   318   319   ...   340

922 

 

ƏBDÜLMÖMİN XANIN ÖLDÜRÜLMƏYİ, PİRƏ 



MƏHƏMMƏD XANIN BUXARADA, ƏBDÜLƏMİN  

XANIN İSƏ BƏLXDƏ TAXTA CÜLUS ETMƏLƏRİ,  

MİNA RƏNGLİ ÇƏRXİN GƏRDİŞİ İLƏ O ZAMAN  

BAŞ VERƏN HADİSƏLƏRİN ZİKRİ 

 

Əbdülmömin  xan  hakimiyyətə  gələn  kimi,  bəzən  Abdulla 

xanın  əmirləri  ilə  tənəli  söhbətlər  edir,  onlara  kinayəli  kəlmələr 

deyirdi. Xanın onlara qarşı ədavəti olduğunu  güman  edən bir neçə 

adam öz hallarının qayğısına qalıb, xanın Bəlxə gəlib-çatacağı  vaxt 

onlarla  haqq-hesab  cürüdəcəyini  xəyal  edirdi.  [Buna  görə  də,] 

şücaətli  yekə

625


  cavanlardan  Abdulla  xanın  əmiaxuru  olan 

Əbdülsəməd  bahadır  və  Məhəmmədqulu  bahadır  Səxtkəman  onun 

qətlini  vacib  bilərək,  bir-biriləri  ilə  qərara  gəldilər  və  fürsət 

gözləməyə başladılar. 

Havanın  isti  olması  səbəbindən  Əbdülmömin  xan  gecələr 

yol gedirdi. Eşşəkağasılar, şəqavullar*  və xidmətçilər bir ox  gedişi 

məsafəsində  ondan  əvvəldə,  əmirlər,  qoruyucular  (çehregan)  və 

başqa  hərbiçilər  isə  bir  ox  gedişi  məsafəsində  ondan  axırda  yol 

getməkdəydilər. Onun özü isə bacludarlar (?), iki-üç xidmətkarlar və 

bir neçə nəfər nədim və çalğıçılarla yol qət edirdi. Bir gecə bir kənd 

kənarından  keçərkən,  Əbdülsəməd  bahadır  və  Məhəmmədqulu 

bahadır  yol  kənarındakı  divarın  arxasında  əyləşib  kamanlarına  ox 

qoydular  və  xanı  gözləməyə  başladılar.  İrəlidə  gələnlər  keçib-

getdikdən sonra Əbdülmömin xan yanındakı bir neçə adamla pusqu 

yerinə  (kəmingah)  gəlib  çatdı.  Məşəl  işığı  altında  bahadırların  hər 

ikisi kamanı çəkdilər və ilahinin qəzavü qədəri sayəsində hər iki ox 

məqsəd  hədəfinə  çatdı  və  hədəfdən  yayınmadı.  Xan  atdan  yıxıldı. 

Bahadırlar  isə  şəmşirlərini  qınından  çıxarıb  ona  hücuma  keçdilər, 

məşəldarlarsa  məşəlləri  atıb  qaçdılar.  Tacik  olan  nədimlər  və 

çalğıçılar  da  şəmşir  qorxusundan  öz  başlarının  hayına  qaldılar. 

Bahadırlar  dərhal  xanın  başını  kəsdilər,  onu  qoruyan  və  yanında 

dayanan  qoruyucunu  da  para-para  doğradılar,  ata  süvar  olub 

Buxaraya üz tutdular. 

Bir  ləhzədən  sonra  arxadan  gələnlər  yetişib,  onu  yol 

üstündə ölmüş gördülər. Baş verən hadisədən xəbərdar olan miraxur 

Əbdülsəmi bahadır  və bəzi başqa əmirlər elə həmin gecə Buxaraya 

                                                           

625


 Mətndə elə belə də yazılıb: Yekə! – Ş.F.  


923 

 

rəvan oldularsa da, adamların əksəriyyəti o gecə baş vermiş hadisəni 



hələ  bilmədi.  Sübh  orduya  çatıb  xanı  görmədikdə  elə  təsəvvür 

etdilər  ki,  o,  ova  çıxmışdır.  Arxadan  gələnlər  məsələni  sonradan 

bildikdə, ordu arasında çaxnaşma düşdü, əmirlər  və döyüşçülər iki 

hissəyə  ayrıldılar.  Əbdülmömin  xanın  köhnə  mülazimləri  və  Bəlx 

əmirləri  onun  xəzinə  və  başqa  ağır-yüngül  mallarını  bacardıqları 

qədər qarət edib Bəlxə yollandılar, Abdulla xanın əmirləri və Buxara 

ləşkəri  də  xanın  əksər  çadır  və  mallarını  qarət  edərək,  Buxaraya 

qayıtdılar.  Orada  padşahlığa  layiq  bircə  adam  da  yox  idi.  Çarəsiz 

qalaraq  Əbdülmömin  xanın  qəzəb  bəhri  dalğalarının  təlatümü 

nəticəsində  küçələrə  atılmış  Pir  Məhəmməd  xan  işə  yaradı  və  ona 

padşah  və  xan  ləqəbi  verərək  xütbə  və  sikkəni  adı  ilə  bəzədilər, 

məsələni  Səmərqənddə  olan  Məhəmməd  Baqi  Divanbəyiyə 

çatdırdılar. 

Bəlxə  gəlib  çatan  Əbdülmömin  xan  əmirlərinin  bəziləri 

istədilər  ki  xanın  iki  yaşlı  oğlunu  atasının  yerinə  Bəlxdə  padşah 

edib, atasının Ceyhun çayından qızılbaş dövlətinin sərhədinə qədər 

zəbt  etdiyi  yerləri  ona  versinlər.  Başqaları  bu  fikrə  etiraz  edib 

dedilər ki, iki yaşlı bir tifil bizim səltənətimizə layiq deyildir, çünki 

bizə  təcrübəli  bir  cavan  lazımdır  ki,  düşmənlərə  müqavimət 

göstərməyi bacarsın. 

Dinməhəmməd  xanın  və  Baqi  xanın  ataları  olan  Abdulla 

xanın bacısı oğlu  Cam bəy Sultan  isə Əbdülmömin xan tərəfindən 

tutulub  həbsə  salınmışdı.  Onun  oğlanları  Xorasanın  bəzi 

mahallarının  hakimləri  olduğundan,  istədilər  ki,  Canı  bəyi 

[həbsxanadan]  çıxarıb  Bəlx  və  Xorasanın  padşahlıq  ipini  onun 

iqtidarı  altına  versinlər.  Bu  məsləhətlə  hamı  razılaşdı,  Canı  bəyin 

səltənətə gətirilməsinin tərəfdarı oldu. 

Allahın təqdiri ilə, Abdulla xanın qardaşı İbadulla Sultanın 

arvadı,  İbadullanın  vəfatından  sonra,  Abdullanın  zövcəsi  olmuşdu. 

İbadulla Sultanın bir qızı isə Əbdülmömin xanın arvadı idi ki, onun 

evində  də  öldü.  Canı  bəy  Sultan  Bəlxə  gəldi,  Adil  bəy, 

Yarməhəmməd  Mirzə  və  bəzi  ağsaqqallar  onun  yanına  gedərək, 

Canı  bəyi  öz  qərarlarından  agah  etdilər.  Amma,  o  bu  qərarla 

razılaşmadı.  Ağsaqqallar belə ərz etdilər: "Əbdülmömin xanın oğlu 

tifil  bir  uşaqdır  və  onun  dudmanından  padşah  olası  başqa  adam 

yoxdur. Biz də əlacsız qalıb səni, Abdulla xanın bacısı oğlu olduğun 

üçün, onun yerinə padşah etməyə razı olmuşuq". 



924 

 

O  əzəmətli  qadın  (İbadulla  xanın  arvadı  -  Ş.F.)  dedi: 



"Padşahlıq  dudmanından  padşahlığa  layiq  bir  padşahzadə  vardır". 

Əmirlər  o  padşahzadənin  [kim  olduğunu]  soruşduqda  cavab  verdi: 

"Ərim  İbadulla  Sultanın  cariyədən  doğulmuş  Əbdüləmin  adlı  bir 

oğlu  var.  Ərimdən  sonra  onun  anası  da  öldü  və  mən  onu 

[Əbdülmömin  xandan]  hifz  etdim.  Öz  qohumlarının  və  əmisi 

oğlanlarının qətlinə ürək bağlayan Əbdülmömin xanın qorxusundan 

mən  indiyədək  ona  qız  paltarı  geydirib  böyütmüşəm".  Hamı 

təəccübləndi,  çünki  İbadulla  Sultanın  oğlu  olduğunu  heç  vaxt 

eşitməmişdilər. 

O qadın Əbdüləminə xətər yetirməyəcəkləri haqda əmirlərə 

and içirəndən sonra, dərhal onun qadın libasını çıxarıb oğlanı onlara 

göstərdi.  Bu  hekayətin  doğruluqdan  uzaq  olmasını  bilmələrinə 

baxmayaraq,  Əbdüləmin  boya-başa  çatmış  qabiliyyətli  bir  cavan 

kimi  gözə  dəydiyindən  və  Abdulla  xanın  qardaşı  oğlu  olması  adı 

onun  üstündə  olduğundan,  əmirlər  razılaşdılar,  elə  həmin  gün  onu 

hamama  aparıb,  hörük  qədər  uzun  olan  saçlarını  qırxdılar,  kişi 

geyimi  geydirdilər,  xan  adı  verərək  səltənət  taxtına  əyləşdirdilər, 

Bəlxin  bütün  əmirləri  onun  görüşünə  gəldilər.  Əbdülmömin  xanın 

səltənət  və  padşahlıq  ləvazimatları  və  Bəlxdə  olan  bütün  şeyləri 

Əbdüləminin  əlinə  keçdi.  Həmin  əzəmətli  "qadın"  bütün  işlərin 

həllini öz iqtidar əlinə aldı, belə ki, ağsaqqallar onun  məsləhəti  və 

məşvərəti  olmadan  heç  bir  işə  qarışmırdılar.  Sübhanallah,  bunlar 

oyunbaz  fələyin  necə  də  şəbədaləri  və  nə  təhər  qəribə  işləridir  ki, 

qeyb pərdəsinin arxasında baş verməkdədir? 

Xülasə, elə ki, Buxara xəbərləri və Pir Məhəmməd Sultanın 

taxta cülusu hadisəsi Bəlx özbəklərinə gəlib yetişdi, həmin xanımın 

rəyi  və  məsləhəti  ilə  onlar  Buxara  əmirləriylə  müxalifətdən  əl  

çəkdilər,    Əbdüləmin    xan  tərəfindən    Pir  Məhəmməd  xana 

sədaqətamiz  bir  məktub  yazıldı,  onu  taxta  cülus  etməsi  və  xan 

olması  münasibətiylə  təbrik  etdilər,  xahişləri  belə  oldu  ki,  qoy 

Əbdüləmini  Əbdülmömin  xanın  fərzəndi  bilsinlər,  Abdulla  xan 

vaxtında olduğu kimi onların hər biri öz yerində əyləşib, biganələrin 

qarşısını  almaq  naminə  məmləkətin  mülki  işlərində  biri-digərinə 

yardımçı  olsunlar.  Buxara  əmirləri  səltənətin  başqa  qadınlarından 

Abdulla xan dudmanı barədə sorğu-sual apardılar, hamı bir ağızdan 

dedi  ki,  İbadulla  xanın  heç  bir  oğlu  olmamışdır,  Əbdüləmin  xanın 

varlığı  haqqında  nə  birunda,  nə  əndərunda,  nə  məhrəmdən,  nə 

naməhrəmdən heç kim, heç nə eşitməmişdir, bütün bunlar İbadulla 




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   312   313   314   315   316   317   318   319   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə