Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə317/340
tarix26.08.2018
ölçüsü4,41 Mb.
#64733
1   ...   313   314   315   316   317   318   319   320   ...   340

925 

 

xanın zövcəsinin hiyləgərliyinin nəticəsidir. Amma əhalini özlərinə 



ram  etməkdən ötrü aqil adamlar  və ağsaqqallar bu  məsələni təsdiq 

edir,  vaxtın  məsləhətinə  uyğun  olaraq  onları  inkar  etmirdilər.  Pir 

Məhəmməd  xan  tərəfindən  Məhəmmədəminə  yərliğ  yazıldı  və  Pir 

Məhəmməd  ona  "fərzənd"  sözü  ilə  xitab  etdi.  Belə  bir  sovqata 

(ətiyye)  şükr  edərək,  öz  sevinclərini  izhar  etdilər,  Əbdülmömin 

xanın məmləkətini Əbdüləmin xana təhvil verdilər, amma bu şərtlə 

ki,  Bəlxdə  Pir  Məhəmməd  xanın  adına  sikkə  zərb  olunmasın  və 

xütbədə onun adını öz adından əvvəl yazsın. 

Onların  dövlət  məktubu  "məlikin  istəyinə  baxmayaraq"

626 


qayda-qanuna  uyğun  yazılmadığı  üçün  heç  birinin  işi  sahmana 

düşmədi və qurduqları dövlətin büsatı bir neçə gün davam etdi ki, bu 

haqda gələcəkdə yazılacaqdır. 

 

XORASANIN VƏZİYYƏTİ, DİNMƏHƏMMƏD XANIN 



HERATDA SƏLTƏNƏT TAXTINA CÜLUS ETMƏSİ, ONUN 

VƏZİYYƏTİNİN SONU VƏ QARDAŞI BAQİ XANIN 

DÖVLƏT BAYRAĞININ MAVƏRƏNNƏHRDƏ 

QALDIRMASININ ZİKRİ 

 

Yuxarıda  yazılmışdı  ki,  Abdulla  xanın  bacısı  oğlu  Yetim 



Sultan  ibn  Canı  bəy  Sultan  öz  qardaşları  ilə  hökümət  yərliğinin 

hökmüylə  hakimlik  edirdilər.  Əbdülmömin  xanla  onlar  arasında 

vəhşət  və  dava-dalaş  yarandığı  üçün,  Abdulla  xandan  aldıqları 

tərbiyətə  əsasən  Əbdülmöminə  itaət  etmir,  onun  əmr  və 

qadağalarına (nəhy) o qədər də iltifat göstərmirdilər. 

Abdulla  xanın  vəfatından  sonra  Əbdülmömin  xan  səltənət 

və  padşahlıqda  istiqlal  əldə  edib,  qohum-əqrabasının  və  əmisi 

oğlanlarının həyat ipini kəsdikdə və onların ataları Canı bəy Sultanı 

zindana saldıqda, onlara qorxu üz verdi  və əlahəzrət zilləllah şahın 

dövlətinə pənah apardılar. Yetim Sultan Kirman hakimi Gəncəli xan 

vasitəsiylə qızılbaşların kömək və imdadına yetişdi. 

O öz quşbəyisi Yusif bahadırı sədaqətini şaha ərz etməkdən 

ötrü  onun  yanına  göndərdi,  qüvvətli  şah  dövlətinin  adamlarının 

köməyi  sayəsində  Xorasanda  Əbdülmömin  xana  qarşı  müxalifət 

təbilini  döydü,  Xorasan  paytaxtı  olan  Herat  qalasını  əlinə  almaq 

istədi.  Bu  məqsədlə  də  az  adamla  golib  Herat  yaxınlığına  çatdı. 

                                                           

626


 İfadənin ərəbcəsi: "Bi rağmi təvətuyi-l-məliki min təşa." 


926 

 

Heratda  olan  özbək  əmirləri  güclü  döyüşçülərinin  azlığı  üzündən 



eşiyə çıxmayıb qalaya sığındılar, onu içəri buraxmadılar. Qalaya yol 

tapa bilməyən Yetim Sultan oranın ətraf yerlərini qarət edərək geri 

döndü. 

Elə həmin vaxtlarda, o, iki min nəfərlə Fərah üzərinə yürüş 



etdi,  Fərah  qalasını  tutdu,  Esfezar  qalasını  da  zəbt  etdikdən  sonra 

Herata doğru gəldi. Herat vilayətinin hakimi Hacı bəyin özü şəhərdə 

qalıb,  Molla  Qaranı  və  Seyid  Məhəmməd  Sultanı  iki  min  nəfər 

adamla  onun  qarşısına  yolladı.  Onlar  Pole-Malana  qədər  gəlib,  o 

zaman  Esfezarda  olan  Yetim  Sultanın  yanına  adam  göndərdilər  və 

belə  dedilər:  "Sərt  rəftarını  tərk  et  və  geri  dön,  əks  təqdirdə  hərbə 

hazır  ol!".  Yetim  Sultan  bu  sözlərə  etina  etməyərək,  Esfezardan 

çıxıb  Herat  ziyarətgahına  gəldi,  onlarla  döyüşə  hazırlaşdı.  Molla 

Qara  və  Seyid  Məhəmməd  Sultan  qoşun  səflərini bəzəyərək,  onun 

qarşısına yollandılar. Tərəflər hələ silaha əl atmamışdılar ki, Bəlx və 

Buxaradan  etibarlı  qasidlər  gəlib,  Əbdülmömin  xanın  öldürülmə 

xəbərini Herata çatdırdılar. Hacı bəy heyrət  və əndişə bəhrinə qərq 

oldu.  Əlahəzrət  zilləllah  şahın  hümayun  ordusunun  [Xorasana] 

yürüş  xəbəri  və  güclü  qızılbaş  əsgərlərinin  gəlmələrinin  sədası  da 

gəlib  yetişdi.  Mavərənnəhrdə  padşahlığa  namizəd  sultanlar 

nəslindən kiminsə qaldığına güman yox idi, buna görə də, Hacı bəy 

Yetim Sultanla müxalifət edə bilməzdi. 

 

Adı Din Məhəmməd Sultan olan Yetim 



Sultanın Herat taxtına cülus etməsi: 

 

 Heratın      özbək      əyanları        pərişan  olub  belə  qərara 



gəldilər  kı,  şücaətli  və  dilavər  adam  olan  Yetim  Sultanı  Herata 

gətirsinlər və ona uca “xan” ləqəbi versinlər, bütün Xorasan əmirləri 

onun ətrafına toplaşsınlar və məmləkəti qorumaqla məşğul olsunlar. 

Hamının  məsləhəti  ona  itaət  etmək  oldu.  Elə  həmin  gün  Hacı  bəy 

onun  yanına  adam  yollayıb  məsələni  bildirdi.  Bundan  belə 

"Dinməhəmməd  xan"  adlandırılacaq  Yetim  Sultan  bu  şad  xəbərin 

doğru  olub-olmadığını  müəyyənləşdirdikdən  sonra,  şadimanlıq 

papağını  öz  iqbal  başına  əyri  qoydu,  beyin  sarayına  qürur  havası 

doldu,  səltənət  və  padşahlıq  etmək  qərarına  gəldi.  Ona  qarşı 

inadkarlıq  etmiş  Molla  Qara  və  Məhəmməd  Sultan  qorxudan 

qaçdılar  və əsgərlər Dinməhəmməd xana birləşdilər. Şəhərin özbək 

əyan-əşrafı ilə orada olan  Hacı bəy silahsız halda onu qarşılamağa 




927 

 

çıxdı  və  Pole-Malanda  onun  mülazimətinə  yetişdi,  qarşısında  diz 



çökdü və xanın ali ordusu ilə birlikdə şəhərə gəldi. 

Amma, həmin gün bəd bir saatda başlamışdı və ay (qəmər) 

alovlanma yolunda (təriqeye-mohtəreqe) idi. Nəsə başqa bir əməlin 

başlanmasından  qorxan  Dinməhəmməd  xan  saatın  yaxşı,  ya  pis 

olmasının  fərqinə  varmayıb,  həmin  nəhs  saatda  şəhərə  daxil  oldu, 

sultanların  iqamət  yeri  olan  "Bağe-şəhr"də  dayandı,  səltənət  işləri 

tədbirlərinə  başladı,  Xorasanda  yaşayan  seyidlərə,  varlı  adamlara, 

əhaliyə,  qala  və  şəhər  mühafizlərinə  nəvazişanə  yərliğlər  yolladı. 

Həcc  səfərindən  qayıdıb  onun  yanına  gələn  babası  Yarməhəmməd 

xan çingizilərə xas qaydaya rəğmən onu  "padşah" adlandırdı, xütbə 

və sikkəni onun adıyla bəzədi. Xorasan əmirləri də itaət qədəmlərini 

irəli atıb Dinməhəmməd xanın ətrafında toplaşdılar. O isə, əhahəzrət 

zilləllah  şah  ilə  başladığı  dostluğu  unudub  (nesyan)  Xorasan 

məmləkətlərini  zəbt  etmək  məqamına  gəldi.  Özbək  əmir  və 

əyanlarının hər birini öz istəyinə uyğun olaraq ali mənsəblərə təyin 

etdi, asudəliklə səltənət balışına baş qoydu. 

 

Şer 

 

Saqinin zülfünü tutmuş o həriflər necə xoş!..  

Yaxşıdır qoysa fələk onları bu halətdə.

627


 

 

Əbdülmömin  xan  və  qızılbaş  ləşkərinin  Xorasana  gəlişi 



xəbərinin yayıldığı ilk gün bu xəbər Xorasan özbəklərini elə təlaşa 

salmışdı  ki,  onların  hamısı  savab  yolu  itirib  boş  əndişələrə  və 

mənasız fikirlərə dalaraq, öz vəziyyətləri barədə düşünməkdəydilər. 

O cümlədən, o vaxt Əbdülmömin xanın fərmanı ilə Mərvin Şahican 

adlı  mahalının    hakimi  olan  mötəbər  özbək  əmiri  Süleyman 

Yasovul,  deyildiyinə  görə,  Canı  bəy  xanın  nəslindən  və  Abdulla 

xanın  qohumu  olan  və  dərvişlik  libası  geyib  homin  vilayətdə 

avaralanan Qasım Sultan adlı bir şəxsi yanına gətirib, ona hakimlik 

verərək Mərv Şahicanına, Çaharsuya, Nisaya, Xorasana Bavərdə və 

o  hüduddakı  yerlərə  göndərdi.  Dinməhəmməd  xanın  Xorasanda 

xəbəri  eşidiləndən  sonra  Süleyman  Yasovul  etdiyi  bu  cürətdən 

                                                           

627

 Şerin farscası: 



Xoş qereftənd hərifan səre-zolfe-saqi,  

Gər fələkşan begözarəd ke qərari girənd. 




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   313   314   315   316   317   318   319   320   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə