Mənsur şEİRLƏR (Tərc. Mikayıl Rzaquluzadə) Bağban bağban



Yüklə 240,01 Kb.

səhifə1/10
tarix19.07.2018
ölçüsü240,01 Kb.
  1   2   3   4   5   6   7   8   9   10


MƏNSUR ŞEİRLƏR 

(Tərc. Mikayıl Rzaquluzadə) 

 

Bağban 

 

BAĞBAN 

 

X i d m ə t k a r .  Ey məlikəm, öz xidmətkarına lütf elə! 



M ə l i k ə .   Yığıncaq  qurtarmış,  bütün  xidmətkarlar  dağılıb  getmişlər.  Sən  niyə  belə  gec 

gəlibsən? 

X i d m ə t k a r .   Elə indi, sən hamını yola saldığın bir vaxtda mən macal tapmışam. 

Gəlmişəm ki, axırıncı xidmətkarının payına nə qalmışsa, onu səndən diləyim. 

M ə l i k ə . Belə bir vaxtda sən məndən nə uma bilərsən? 

X i d m ə t k a r .   Məni öz bağına bağban elə! 

M ə l i k ə . Nə danışırsan, ey divanə? 

X i d m ə t k a r .   Mən  əvvəlki  peşəmdən  əl  çəkirəm.  Qılınc  və  nizəni  atıram,  məni  uzaq 

ölkələrə göndərmə. Yeni qələbələr qazanmağı əmr etmə. Məni öz bağına bağban elə! 

M ə l i k ə . Bəs sənin vəzifən nədən ibarət olacaq? 

X i d m ə t k a r .  Sənin asudə günlərinə xidmət etməkdən. 

Sənin  səhərlər  gəzdiyin  cığırın  otlarının  təravətini  qoruyacağam,  orda  sənin  hər  addımını 

ayaqların altında ölməyə can atan çiçəklərin pərəstişkar nəğmələri qarşılayacaqdır. 

Mən  səni  saptaparna

1

  ağaclarının  budaqları  arasında  yelləncəkdə  yelləndirəcəyəm;  oradakı, 



axşamlar doğan ay yarpaqların arasından sənin paltarının ətəklərini öpməyə an atacaqdır. 

Mən  sənin  yatağın  yanında  yanan  çırağı  ətirli  yağla  dolduracağam,  ayağının  altına  qoyduğun 

xırdaca kətili sehrkar naxışlarla bəzəyəcəyəm, səndəl və zəfəranla boyayacağam. 

M ə l i k ə . Bəs bunların əvəzində sən nə mükafat istəyirsən? 

X i d m ə t k a r .   İstəyirəm  ki,  incə  lotos  qönçələrinə  bənzəyən  xırdaca  əllərinə  toxunmağa, 

biləklərinə  çiçəklərdən  bilərziklər  taxmağa,  ayaqlarının  altına  aşoka  şirəsi  yaxmağa

2

  və  təsadüfən  ora 



qonan tozları öpüşlərimlə təmizləməyə icazə verəsən. 

M ə l i k ə . Arzun yerinə yetdi, ey xidmətkarım, sən mənim bağımın bağbanı olacaqsan. 



 

                                                 

1

   Саптапарна – Щиндистанда битян аьаъ нювляриндян бири 



2

   Щиндистанда ярли гадынлар айагларынын алтына ашока аьаъынын ширясини вя йа щяна йахырлар. 




* * * 

«Ah, ey şair, axşam yaxınlaşır; saçların ağarır. 

Tənha düşüncələrə dalarkən gələcək həyat elçisinin yaxınlaşdığını duyursanmı?» 

«Elədir,  artıq  axşamdır,  –  dedi  şair,  –  amma  mənim  qulağım  səsdədir,  çünki  gec  də  olsa,  məni 

kəndə çağıran olar. 

Gözləyirəm, birdən iki gənc sərgərdan könül rastlaşar, bəlkə, ehtirasla dolu iki cüt göz məndən 

musiqi istər ki, onların sükutunu pozub, onların əvəzinə danışsın. 

Mən həyat sahilində oturub ölümü və onu təqib edən şeyləri seyr etməyə dalsam, bəs onlar üçün 

ehtiraslı nəğmələri kim qoşar? 

İlk axşam ulduzu yox olur. 

Dilsiz çayın o tayında dəfn tonqalı yavaş-yavaş sönür. 

Ölən ayın işığında tənha qalmış evin həyətində çaqqallar ulaşır. 

Mən  qapımı  bağlayıb,  özümü  ölüm  kəməndindən  xilas  etməyə  çalışsam,  –  gecə  bir  qərib  bura 

gəlib  başını  aşağı  salaraq,  gecəni  oyaq  qalmaq  və  zülmətin  pıçıltısını  dinləmək  istəsə,  –  bəs  həyat 

sirlərini ona kim pıçıldar? 

Qoy saçlarım ağarsın, nə olar... 

Mən daim bu kəndin ən gəncləri qədər gənc, ən qocaları qədər qocayam. 

Kiminin dodaqlarında sadə və mehriban bir təbəssüm, kiminin gözlərində hiylə parıltıları. 

Kiminin gözlərindən gündüz işığında yaşlar rəvan, kiminin göz yaşları zülmətdə nahan olur. 

Mən onların hamısına gərəyəm, – gələcək həyat barəsində düşünməyə mənim macalım yoxdur. 

Mən hamı ilə yaşıdam, – saçlarım ağaranda nə olar?» 

 

* * * 

 

Səhər torumu dənizə atdım. 



Dənizin qaranlıq dibindən əcaib şəkillərdə, əcaib gözəllikdə şeylər çıxartdım, – bəziləri təbəssüm 

kimi işıq saçır, bəziləri göz yaşları kimi parlayır, bəziləri gəlin yanaqları kimi cilvələnirdi. 

Mən evə qayıtdıqda, sevgilim bağçada oturub bikarçılıqdan çiçəyin ləçəklərini yolub tökürdü. 

Bir an duruxdum, sonra dənizdən çıxardığım bütün şeyləri onun ayaqları altına səpdim. 

O, mənə baxıb dedi: 

– Nə qəribə şeylərdir! Bilmirəm bunlar nəyə gərəkdir. 

Mən  utanıb  boynumu  bükdüm  və  düşündüm:  «Bunlar  üçün  mən  vuruşmamışam,  bunları 

bazardan almamışam, deməli, bu hədiyyə ona gərək deyil». 




Bütün gecə mən bunları küçəyə tulladım. 

Səhər yolçular gəldilər; onları yığıb uzaq-uzaq yerlərə apardılar. 

 

* * * 


 

Əfsus, mənim evimi niyə bazara gedən yolun üstündə tikiblər? 

Onlar öz yüklü qayıqlarını ağaclarımın kötüklərinə bağlayırlar. 

Onlar gəlib-gedirlər, – özlərini kefləri istədiyi kimi aparırlar. 

Mən oturub onlara baxıram; günlər bir-bir ötüb keçir. 

Onları qovmağa gücüm çatmır. Günlərim belə ötüb gedir. 

Gecəli-gündüzlü qapım ağzından onların ayaq səsləri gəlir. 

Nahaq fəryad edirəm ki: «Mən sizi tanımıram!» 

Bəziləri  əl  duyğuma  tanışdır,  bəziləri  qulaq  duyğuma;  qanım,  sanki,  onları  tanıyır:  bəziləri  də 

röyalarıma tanışdır. 

Mən  onları  qova  bilmirəm.  Çağırıb  deyirəm:  «Gəlin  mənim  evimə,  kim  istəyir  gəlsin.  Bəli, 

gəlin!» 


Səhər ibadətgahın zəngləri çalınır. 

Onlar, əllərində səbət gəlirlər. 

Ayaqları pəmbə-qırmızı; üzlərində şəfəqin ilk işıqları. 

Onları qova bilmirəm mən. Çağırıb deyirəm: 

«Gəlin bağçamdan gül dərin. Gəlin mənim yanıma». 

Günorta sarayın darvazasında sinc guruldayır. 

Bilmirəm onlar niyə öz işlərini atıb, bağçamın çəpəri önündə durublar. 

Saçlarındakı çiçəklər saralıb solub; neylərinin səsi həzin... 

Onları qova bilmirəm mən. Çağırıb deyirəm: «Ağaclarımın kölgəliyi sərindir: Gəlin, a dostlar!» 

Gecə meşədə cırcıramalar cırıldayır. 

Mənim qapıma belə ağır-ağır yaxınlaşan və onu yavaşca döyən kimdir? 

Üzünü tutqun görürəm, amma heç bir səs eşitmirəm, səmanın sükutu hər yeri bürümüşdür. 

Mən bu dinməz qonağımı qova bilmirəm. Toranlığın içindən onun üzünə baxıram, yuxu saatları 

keçib gedir. 



 

* * * 

 





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə