Ssenarilər, tərcümələr



Yüklə 3,37 Mb.

səhifə1/167
tarix25.07.2018
ölçüsü3,37 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   167


 

A N A R

 

 

 

 

 

 

 

 

 

 

Əsərlər

 

 

VI 

 

ssenarilər, tərcümələr 

 

 

 

 

Bu kitabın çapı 

 

 

Ekson Azərbaycan Əməliyyat Şirkəti,  

MMM EksonMobilin törəmə şirkəti 

 

tərəfindən maliyyələşdirilmişdir 

 

 

 

Bakı — 2006


 2 

 

 

 



 

 

 



Redaktor: 

Arif Əmrahoğlu 

 

Rəssam: 

Azər 

 

 



 

 

 



 

 

ANAR. Əsərlər. VI cild,  

Nurlan, Bakı, 2006, 626 səh. 

 

 



 

 

 



Müəllif bu cildlərin nəşrinə vəsait ayırmış  

Ekson Azərbaycan Əməliyyat Şirkətinə,  

MMM EksonMobilin törəmə şirkətinə  

dərin minnətdarlığını bildirir 

 


 3 

 

 



 

 

 



TORPAQ, DƏNİZ, OD, SƏMA 

(kinopoema) 

 

 



Qayalar  əcaib heykəllərdir. Vaxtın yonduğu, küləyin döydüyü, 

dənizin gəmirdiyi heykəllər. 

Bu qaya "Sfinks" heykəlinə oxşayır. Bu qaya "yumruğa" bənzər. 

Lay-lay "Qatdama" qayalar. Sütun qaya. Bütöv qaya. Parçalanmış 

qaya. Çopur qaya. Hamar qaya. Şahə qalxmış qaya. Yatmış qaya. 

Bu məşhur Qobustan qayalarıdır. Ekranda səmanın və torpağın 

fonunda  gah ayrı-ayrı qayaları, gah da bu qayaların üstündə çəkilmiş 

rəsmləri görürük, biçinçi, ov səhnələri,  şah-budaq buynuzlu maral, 

nizəli atlılar, qədim qurban bayramı, yallı  rəqsi, qayıqda avar 

çəkənlər və s. Bu rəsmlər bütün ekranı tutur. Torpaq, səma, qayaların 

konturlarını görmürük. 

Məlum olduğu kimi,  Qobustan qayalığında "Oxuyan daş" vardır. 

Yuxarıda təsvir olunan kadrların musiqi müşayiəti də yalnız bu 

"Oxuyan daşın" səsi olmalıdır. 

Bu kadrlar filmin proloqudur. Odur ki, onların ruhu, ahəngi, ritmi, 

səs müşayiəti, bir sözlə hər şeyi filmin əsas ideyasını-insan əməyinin, 

mübarizəsinin, gözəlliyinin və ölməzliyinin tərənnümü ideyasını 

təyin etməlidir. 

Kamera yavaş-yavaş panorama edərək bizi Qobustan 

qayalarından bir qədər aralı yerləşən kiçik bir kəndə aparır. Torpaq 

fonunda ekranda yazı görünür. 

 

Torpaq boyu



1

 

 



Susayıb yanan Abşeron torpağı. Abşeron kəndi. Baxdıqca bax, 

dörd həndəvərdə ağac, kölgəlik adına bir şey tapmazsan. Alçaq üzüm 

                                            

1

 

“Boy” sözü burada “Dədə Qorqud dastanındakı mənada qol, hissə, fəil 

mənasında işlənmişdir

.  



 4 

meynələri elə bil qızmar günəşdən çəkinə-çəkinə torpağa qısılıblar. 

Meynələrin yarpaqlarıda bozumtul kül rəngindədir. 

Bir mərtəbəli evlər, kələ-kötür nahamvar daşlardan quraşdırılmış 

alçaq hasarlar. 

Hasarların ensiz kölgəsində "küçənin" hər iki tərəfində daşlara 

söykənib oturmuş adamlar. Bardaş qurmuş, çömbəlib oturmuş, yarı 

uzanmış kişilər papaqlarını lap gözlərinin üstünə basıblar. 

Hərəkətsizdirlər. Danışmırlar. Bilinmir, oyaqdırlar, ya mürgü 

vururlar. 

Hər şey, hər yan, hamı — yol da, hasarlar da, evlər də, meyvələr 

də, adamların geyimi də, torpaq da və  hətta  səma da vahid rəng 

qammasındadır — əhəng rəngli və bozumtul kül rəngli papaqları 

olan rəng qammasında. Bu qammaya kontrast təşkil edərək, dal 

planda qara çarşablara bürünmüş iki qadın keçir. 

Ekran tam bir sükuta, səssizliyə qərq olub. Bu səssizlikdə kamera 

ağır-ağır kəndi seyr edir (panorama) — küçələr, adamların üzləri 

hərəkətsiz, bürkülü, yarımyuxulu bir aləm. 

Sonra uzaqdan gələn bir səsi eşitməyə başlayırıq. Bu səs araba 

cırıltısıdır. Səs get-gedə artır və  nəhayət, kənd yolunun lap 

başlanğıcında, uzaq dal planda, kadra araba daxil olur. 

Araba yaxınlaşır. İndi biz arabanı da görmürük. Bu qoca kişinin 

üzü qırış-qırışdır, ağ saqqalı, qara papağı var. Vaxtaşırı tatarını 

qaldırıb eşşəyi vurur. 

—He… he… hoşşa, hoşşa. 

Arabanın  içində on dənə nazik, körpə alma günəşibi (qələməsi) 

var. Arabanın təkərləri toz-palçıq içindədir. Qoca yorğun və əzgindir, 

eşşək də lap əldən düşüb, arabanı güclə çəkir. Belə görünür ki, uzaq 

səfərdən gəlirlər. 

Araba kəndə daxil olur, kəndin  əsas  küçəsilə keçir. Divar 

kölgələrində mürgü vuran qocalar, kişilər tənbəl-tənbəl başlarını 

qaldırır, biganə  nəzərlərlə qocaya baxır, onu tanıdıqda laqeyd 

salamlaşırlar. 

Araba yanlarından keçəndən sonra kişilər yenə papaqlarını gözlərinin 

üstünə basıb əvvəlki vəziyyətlərini alırlar. 

Tin başında iki kişi. Biri daşın üstünə çömbəlib, təsbeh çevirir. 

İkincisi qəlyan çəkir. Təsbehli kişi arabadakı qocaya müraciətlə: 

—Xoş gördük, Kərim. Deyəsən səfərin uzaq olub? 

Kərim baba ona baxır, sonra yavaş-yavaş başını çevirir və üfüqə 





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   167


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə