Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə167/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   159   160   161   162   163   164   165   166   167

 571 

 

BORİS SLUTSKİ  

(1919-1986, rus şairi) 

 

ALLAH 



 

Allahın altında qaldıq bir vaxtı 

Göylərdə deyildi Allahın taxtı 

Mavzoley üstünə çıxardı hərdən 

Ona canlı kimi baxardıq bəzən 

Bir dəfə Arbatda gördüm onu mən 

Gözləri yanırdı hirsdən, qəzəbdən 

Allah beş maşında keçib gedirdi 

Keşikçilər orda tir-tir əsirdi 

Həm gecdi, həm tezdi, səhər çağıydı 

Baxışı deşirdi, biz sayağıydı.  

Hər şeyi görürdü ayıq gözləri 

Qanundu, fərmandı bütün sözləri 

Onun yanında yox, altındaydıq biz 

Onun əlindəydi talelərimiz.  

 

DAVİD SAMOYLOV  



 (1920-1990, rus şairi) 

 

Qırxıncı ilər, əsrin qırxları 



Barıt qoxuları, hərb qoxuları 

Dava gəzir Rusiyanı başı başına 

Təzə qədəm qoymuşduq gənclik yaşına.  

 

 



VLADİMİR SOKOLOV  

     (rus şairi) 

 

İyirminci əsr — səndən nə yazım 



Usandım o qanlı dənizlərindən 

İnsan hüquqları nəyimə lazım 

Axı çoxdan insan deyiləm ki, mən. 

   


    *** 


 572 

Dumanlar içində Maşuk qeyb oldu 

Sətirlər soyudu, susdu dinmədən 

Ürəyim bir anda qorxuyla doldu 

Yamanca qorxmuşdum sakitliyimdən. 

 

Ehtiras şerimi daha didmirdi 



Düşündüm: gəlibdi, bax, qocalığım 

Amma heç özüm də bunu bilmirdim 

Qocalıq deyil bu — yetkinlik çağım. 

 

Zehnim ilhamımı eyləmişdi ram 



Elə bilirdim ki, ilhamım solub 

Amma əvvəlki tək güclüydü ilham 

İlhama ustalıq əlavə olub.  

 

 



YUZ ALEŞKOVSKİ  

(rus şairi) 

 

STALİN HAQQINDA MAHNI 



 

Yoldaş Stalin siz böyük alimsiniz 

Dilçilik elmindən başınız çıxar 

Sovetin adicə məhbusuyuq biz 

Dostumuz — meşədə gəzən canavar.  

 

Niyə tutulmuşam, bilmirəm özüm 



Prokurorun sözü yəqin haqdır haqq 

Turuxan diyarı yerimiz bizim 

Siz də sürgündünüz burada bir vaxt. 

 

Burda keşikçilər quduzdu yaman 



Mən əlbəttə bunu düşürəm başa 

Sinfi mübarizə güclənən zaman 

Hər kəs girişibdir bu cür yarışa. 

 

İki marksisti gömdük torpağa 



Şaxtalı, boranlı fevral sabahı 

Biri müqəssirdi, meyl edib sağa 




 573 

O biri yazığın yoxmuş günahı. 

 

Başımız üstündə gah yağış, gah qar 



Göz açmağa qoymur heç mığmığalar 

Burda qığılcımdan alışdı odlar 

Sağ olun, sağ olun, yoldaş Stalin 

Bizi isidirlər sizin tonqallar.  

  

 

YEVGENİ  YEVTUŞENKO  



  (1933, rus şairi) 

 

Ağappar qarlar yağar— 



Sapa düzülmüş muncuq 

Hey yaşardım, hey yaşar 

Mümkün deyil, nə yazıq. 

 

Yağar, əriyər qarlar 



Kim əcələ yalvarar? 

Mən də bir gün gedəcəm 

Ölümsüzlük istəməm. 

 

"Baş tutacaq möcüzə 



Dünyaya dönəcəksən 

Yenidən, lap təp-təzə 

Ulduz kimi, qar kimi" 

İnanmıram bu vədə 

Heç bir vaxt olmayacam 

Heç vədə, heç bir vədə.  

 

Günahkar adamlar tək 



Bir-bir salıram yada 

Nə etdim, nə etmədim 

Mən bu fani dünyada. 

 

Həyatımdan da artıq 



Rusiyanı sevdim yaman 

Güləndə, ağlayanda,  




 574 

Çayları daşan zaman,  

Ya da buz bağlayanda. 

 

Rusiyanı sevirəm 



Zirvə, ucalarını 

Puşkinini, Razini,  

Bir də qocalarını. 

 

Çox dolaşdım, dalaşdım 



Ağır günlərim oldu 

Amma hər saat, hər gün 

Yaşadım Rusiya üçün. 

 

Bilmirəm ki, çoxmudur,  



ya azmıdır əməyim 

Bir ümid bəsləyirəm 

Rusiyaya azacıq  

Bəlkə dəyib köməyim 

 

Qoy məni unutsunlar 



Yəqin qismət belədi.  

Təki Rusiya yaşasın,  

qoy yaşasın əbədi.  

 

Ağappaq qarlar yağar 



Hər zaman yağdığı tək 

Puşkinin, Razinin dövründəki qar 

Beləcə yağardı, yağacaq bura 

Mən də bu dünyadan gedəndən sonra. 

 

Ağ qarlar necə bərraq və parlaq 



Ləpirləri nə tez itirir ancaq 

Ölümsüz olmağı bacarmasam da 

Bunu bilirəm ki, bir gün öləndə 

Rusiya durunca olacam mən də. 

 

 



 575 

ANDREY VOZNESENSKİ  

(1933, rus şairi) 

 

SİQULDADA PAYIZ 



 

Vaqonun pilləsindən 

Sallanmışam mən 

Payızdı dünyada 

Əlvida 

Bu yay da ötdü 



Vaxtdı, gedirəm 

Göylərdə üzürlər qara buludlar 

Necə tutulubdu indi havalar 

Evin qapısını mismarlayırlar 

Ağaclardan qopub düşür yarpaqlar 

Elə bil musiqi uçandan sonra 

Akkardeonun 

Kənara atılmış boş qutusudur.  

Bir vaxt çimdiyimiz ilıq dəniz də 

İndi tənha qalmış sopsoyuq sudur.  

Gedəri insanıq, bir gün gedirik 

Atıb tərk edirik 

Divarları, evləri,  

Anaları, qızları.  

Həyatın qanunudur 

İnsan hamısın unudur.  

Payızdır,  

Əlvida, əlvida ey yay 

Əlvida ey dostlar, düşmənlər,  

Qud bay 


Əlvida həyatım, sən də bir yoldun 

Sağ ol ki, baş tutdun, sağ ol ki, oldun.  

Səni də meşədə gördüyüm o gün 

Məndən nəyi isə sorduğun üçün 

İtinin ipini çəkdiyin üçün 

Rastlaşdığımızçün o gün dünyada 

Çox sağ ol, çox sağ ol 

Həm də əlvida 




 576 

Dirçəldim payızda, bununçün sağ ol 

Məni öz-özümə izah etdin sən 

Evin sahibəsi saat səkkizdən 

Bizi oyadırdı, hər gün, hər səhər 

Bayram günlərində səslənirdilər 

Çox köhnə vallardan köhnə nəğmələr 

 

Evdən ayrı-ayrı gedirik axır 



İndi həm yaxınsan, həm də çox uzaq 

Bilirəm hər bir şey təkrar olacaq 

İnsan hər bir şeyi bir gün unudur 

Birinin yerini başqası tutur 

Təbiət boşluğu xoşlamır axı 

Amma o da buna oxşamır axı 

Təpələr üstündən bir qadın qaçar 

Xəzəli ardınca aparır qatar 

Son bahar — payızdır bax Siquldada 

Bizi xilas edin, bizi.  

Əlvida.  

 

 



VLADİMİR VISOTSKİ  

(1938-1980, rus şairi) 

 

Gəmilər üzürlər, uzaqlaşırlar 



Yenə bu limana yaxınlaşırlar 

Yarım il keçməmiş mən də dönərəm 

Sonra yarım ilə yenə gedərəm.  

 

Amma nə yazıq ki, hamı qayıdar 



Yaxşı yoldaşlardan, dostlardan başqa 

Bir də ki dönmürlər ən etibarlı 

Sevib oxşadığın gözəl qadınlar 

 

Taleyə, özümə mən inanmıram 



İnandım, inanmadım 

Taleyi də danmıram.  

İnanmaq istərəm — hər şey dəyişər 



 577 

Gəmilər yandırmaq dəbdən tez düşər 

Mən əlbəttə dönəcəm 

Dostlarım, işlərimlə 

Yarım ildən az çəkən gediş gəlişlərimlə 

Sizlərçün təşnəyəm, sizlərçün acam 

Sizinçün nəğmələr mən oxuyacam 

Yarım il də keçməz inanın mənə 

Yenə də buraya mən qayıdacam.  

 

 



İOSİF  BRODSKİ  

(1940-1996, rus şairi) 

 

ZƏVVARLAR 



Arzular, duyğularım 

Sənə tərəf gəlirlər 

Yoluyla zəvvarların 

V.Şekspir 

 

Yollara çıxıblar yenə zəvvarlar 



Arxada qalırlar meydanlar, tapınaqlar 

Arxada qalırlar böyük bazarlar 

Kədərlər, şəhərlər, Məkkə, Romalar 

Qızmar günəş altında hər gün qaralar 

Yorulmaz zəvvarlar, yazıq zəvvarlar 

Şikəstlər, topallar, korlar, donqarlar 

Ayağı yalınlar, aclar, çılpaqlar 

Gözlərində sönər qəmli qürublar 

Qəlblərində şəfəq hər gün oyanar 

Yollara düşübdü yenə zəvvarlar 

 

Arxada qalırlar çöllər, səhralar 



Başları üstündə ulduzlar yanar 

Hardasa oxuyur onlarçün quşlar 

Bir gün boşalacaq, bir gün dolacaq 

Dünya bax belədir, belə qalacaq.  

Dünyada əbədi budur qalanlar: 

Ümidlər, vədlər, sözlər, yalanlar 




 578 

Dünyanı dərk edən bəlkə olacaq 

Amma dünya — sonsuz, sonsuz qalacaq.  

 

Odur ki, mənası yoxdur ey İnsan 



Özünə, Allaha ya da inansan.  

Onu bil insana sonunda qalar 

Yalnız aldanışlar, bir də ki yollar.  

Günəş tülu edib, qürüb edəcək 

Zəvvarlar yenə bu yolu gedəcək.  

 

Şair tək dünyanı tərənnüm edək 



Əsgər tək torpağın altına gedək.  

 

  



*** 

Bu yeni il də belə ötüşər, gedər 

Ötən ildə qalsın qəm-qüssə, kədər 

Qarşıdan gələn il ümid sənədir 

Bol-bol işıq gətir, şan-şöhrət gətir 

Kaş xoş günlər ola, çörək bol ola 

Sağa ləngər vuran həyat da bəlkə 

Yırğalanıb ləngər vuracaq sola.  

 

  

*** 



Torpağa gömülməkçün, getmərəm bir ölkəyə 

Vasilyev adasına gələcəyəm ölməyə 

Biganə vətənimə üzümü söykəyərək 

Yaşanmamış həyatı xatırlayan adam tək 

Bir-bir salacam yada 

Bu küçə, bu döngə, bu ev, bu ada.  

Qulağıma bir səs birdən gələcək 

Əlvida, ey dostum, sağ ol, əlvida.  




 579 

 

 



OXUDUQLARINIZ 

 

BƏDİİ FİLMLƏRİN SSENARİLƏRİ: 



Torpaq. Dəniz. Od. Səma....................................................3 

Dədə Qorqud......................................................................54 

Qəm pəncərəsi.................................................................131 

Üzeyir ömrü.....................................................................171 

Cavid ömrü......................................................................223 

Gecə işıqları.....................................................................289 

SƏNƏDLİ FİLMLƏRİN SSENARİLƏRİ: 

Daş saatın səsi..................................................................303 

Dədə Qorqud dühası.........................................................307 

Nəsimi...............................................................................314 

Aşıq gördüyünü çağırar....................................................325 

TELEVİZİYA FİLMLƏRİNİN SSENARİLƏRİ: 

Bu — Səttar Bəhlulzadədir..............................................332 

Bu — Cavaddır................................................................339 

Anarla üz-üzə televiziya filmində yazıçının danışdıqları ....348 

Filmlər haqqında məlumatlar.......................................... 378 



 

TƏRCÜMƏLƏR 

 

Qədim Şumer—Akkad mətni. Həyatın mənası haqda  



sahibiylə qulun söhbəti....................................................390 

Platon (Əflatun)...............................................................393 

Dhammapada (Fəzilət yolu)............................................397 

Hind mətnləri...................................................................402 

Svami Vivekanandanın nitqi............................................404 

Sufiz.................................................................................406 

Sənai. 1131-ci ildə yazdığı "Divarla əhatə olunmuş  

həqiqət bağı" kitabından..................................................412 

Əl Qəzali..........................................................................414 

İbn Həzm.........................................................................416 

Zen buddizm mətnləri......................................................420 

Qədim Çin fəlsəfəsi mətnlərindən.................................. 422 

Sey Sonaqon....................................................................424 



 580 

İhara Saykaku..................................................................426 

Covanni Bokkaçço...........................................................429 

Mişel Monten...................................................................431 

Stendal.............................................................................436 

Henrix Hayne...................................................................441 

Fridrix Nitsşe  .................................................................446 

Mark Tven...................................................................... 450 

Anton Çexov....................................................................455 

Rabindranat Taqor...........................................................457 

Ziqmund Freyd................................................................461 

Marsel Prust.....................................................................466 

Ceyms Coys.....................................................................468 

Frans Kafka......................................................................470 

Akutaqava Ryunoske.......................................................473 

Mixail Zoşşenko..............................................................477 

Ernest Heminquey...........................................................483 

Horxe Lüis Borhes...........................................................488 

Can Pol Sartr....................................................................490 

Alber Kamyu...................................................................495 

Anna Mariya Matute........................................................500 

Şeirlər (sərbəst tərcümələr) 

Şeir tərcümələrim haqqında bir neçə söz.........................505 

Peşmanın öz qəlbiylə söhbətlərindən...............................507 

Hesiod..............................................................................509 

Ovidi................................................................................510 

"Varlıq kitabı"ndan 

Ekkleziast.........................................................................512 

Süleyman peyğəmbərin "Nəğmələr nəğməsi" kitabından ...515 

Li Bo................................................................................518 

Du Fu...............................................................................520 

Rudəki............................................................................. 522 

Hafiz Şirazi......................................................................523 

Françesko Petrarka...........................................................524 

İnkvizisiya Qurbanı Naməlum.........................................525 

Fransua Viyon..................................................................525 

Con Donn.........................................................................526 

Basö.................................................................................527 

Klassik Koreya şeirindən ................................................528 



 581 

Corc Qordon Bayron ...................................................... 532 

Aleksandr Puşkin.............................................................533 

Fyodor Tütçev..................................................................533 

Mixail Lermontov ...........................................................533 

Nikolay Nekrasov .................................................... ......533 

Apallon Maykov .............................................................534 

Uolt Uitmen.....................................................................534 

Şarl  Bodler......................................................................535 

Rol  Verlen.......................................................................536 

Artür Rembo .................................................................. 537 

Rayner Mariya Rilke ............................................... .......537 

Aleksandr Blok ...............................................................538 

Velemir Xlebnikov ........................................................ 540 

Nikolay Qumilyov ..........................................................540 

Aleksey Kruçenıx ............................................... ...........541 

Anna Axmatova ........................................................ .....542 

Boris Pasternak ...............................................................542 

Osip Mandelştam ............................................................546 

Marina Svetayeva ...........................................................547 

Vladimir Mayakovski .....................................................547 

Sergey Yesenin ...............................................................550 

Robert Frost ....................................................................551 

Giyom Apolliner .............................................................551 

İsikava Takuboku ............................................................553 

Pol Elyuar........................................................................554 

Sen Jon Pers.....................................................................556 

Tomas Sternz Eliot .........................................................557 

Federiko Qarsia Lorka ....................................................558 

Rober Desnos ..................................................................560 

Sesar Valyexo .................................................................562 

Pablo Neruda ..................................................................562 

Leopold Sedar Senqor......................................................564 

 

Oktavio Pas .....................................................................566 



Tadeuş Rujeviç ...............................................................567 

Aleksey Surkov ...............................................................568 

Aleksandr Tvardovski .....................................................569 

Konstantin Simonov ................................................ ......570 




 582 

Boris Slutski ....................................................................571 

David Samoylov .............................................................571 

Vladimir Sokolov ............................................................571 

Yuz Aleşkovski ...............................................................572 

Yevgeni Yevtuşenko .......................................................573 

Andrey Voznesenski .......................................................575 

Vladimir Vısotski ............................................................576 

İosif Brodski....................................................................577 

 

 




 583 

 

 



ANAR. Əsərlər.  VI cild 

Bakı, Nurlan, 2006, 690 səh. 

 

 

 

Nəşriyyat redaktoru: 

MƏLAHƏT QƏMBƏROVA 

 

 

 

Bilgisayar tərtibi: 

SEVİNC HÜSEYNOVA 

 

 

 

 

Yığıcı: 

ARZU MAHMUDOVA, 

SEVİNC HÜSEYNOVA

 

 

 

 

 

 

 

 



 

 

 



Yığılmağa verilib: 17.02.2006. 

Çapa imzalanıb: 05.04.2006. 

Həcmi: 43 ç.v. Format:60x88 1/2 

Ofset çap üsulu 

Sayı: 500. 

Qiyməti müqavilə yolu ilə 



 

Nurlan Nəşriyyat Poliqrafiya Birliyi 

Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə