Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə2/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   2   3   4   5   6   7   8   9   ...   167

 5 

tərəf baxır. 

—Bəli. Uzaqdan gəlirəm. Günəşibləri göstərir. 

Qəlyanlı kişi arabanın ardınca baxır. 

—Kişi qoca yaşında yamanca xərifləyib. Dünyanın o başına gedib 

ki, nə var alma gətirib əkəcək. Ay pir olmuş, denən bu qərib susuz 

torpaqda ağac bitər? 

Təsbehli kişi. 

—Eh, torpaq torpaq olsaydı, ata-babalarımız  əkmişdilər də… 

Bizdən axmaq olmayıblar ki… 

Qəlyanlı kişi uzaqlaşan arabanın ardınca baxıb başını bulayır. 

...Quyu başında. Müxtəlif biçimli, müxtəlif tutumlu bom-boş, 

qupquru vedrələr, qablar sıraya düzülüb. Qadınlar və uşaqlar da quyu 

başında növbəyə durublar. 



Gülsüm: 24-25 yaşlarında sifahi bir qadındır. Vedrəni quyuya 

sallayıb, kəndiri tərpədərək vedrəni suyla doldurur. Quyu üstündəki 

hərləngəci fırlatmağa başlayır. Gülsümün balaca  oğlu Kamil də 

yanındadır. 

—Ana, ver mən çəkim, — deyə Kamil hərləngəcin qulpundan 

yapışır. 

Var gücünü topalyıb birtəhər hərləngəci fırladır. Növbədəkilər 

arasında etiraz səsləri ucalır. Dolu vedrə quyunun üstünə  çıxır. 

Gülsüm əlini uzadıb vedrəni götürmək istəyir, birdən…  

Kamil sanki ilan çalan kimi atılır, hərləngəcin qulpunu buraxır. 

—Babam gəlib, babam, — deyə yerindən qopub qaçır. 

Hərləngəc iti sürətlə geri hərlənməyə başlayır, vedrə quyunun daş 

divarlarına toxuna-toxuna taqqataraq dibə gedir.  

Kamil bağların arasıyla qaçır. 

Kərim baba ala qapını taybatay açıb, arabanı həyətə çəkir. 

Kərim baba qaraqabaq, azdanışan adamdır. Hərəkətində, 

davranışında zəhimlidir, ağırdır, hisslərini biruzə verən deyil. Bax 

indi də neçə günlük ayrılıqdan sonra nəvəsi özünü ona tərəf atarkən

halını dəyişmir, azacıq  gülümsünən kimi olur, əlini Kamilin başına 

çəkir və dərhal ondan aralanıb arabanı boşaltmağa başlayır. 

(Qocanın səciyyəvi bir hərəkəti var. Bu hərəkət diqqətimizi 

çəkməlidir. Çünki sonralar biz həmin hərəkəti Kərim babanın 

oğlunda, nəvəsində və nəticəsində görəcəyik). 

Gülsüm onlara yanaşır. Kərim babanı görüb vedrəni yerə qoyur, 

kəlağayısını düzəldir. 



 6 

—Xoş  gəlmisən, — deyir, — ürəyimə dammışdı ki, bu gün 

gələcəksən. Yuxum çin çıxdı… 

…Kamil dar tozlu küçələrlə qaçır. Sahilə çatmır. Qarşıdan gələn 

balıqçıları görüb dayanır. Balıqçılar görünür dənizdən yenicə 

çıxmışlar.  Əllərində balıqla dolu zənbillər var. İki cavanın 

çiyinlərində tor var. Balıqçılardan biri Kamilin atası Əlidir. 

Kamil ona tərəf atılır. 

—Babam gəlib. 

Əli və Kamil evə tərəf gedirlər.  



Kamil: 

—Ağac gətirib? 

—Hə. Neyləyəcək onları? 

—Torpağa basdıracaq. 

—Niyə? 

—Necə niyə? Böyüyüb qol-budaq atacaq, almasını yeyəcəyik, 



kölgəsində oturacağıq. 

—Bəs haçan böyüyəcəklər? 

—Yenə sorğu-sual başlandı… Sən böyüyəndə onlar da 

böyüyəcək. 

Əliylə Kamil ala qapıdan içəri girirlər, nə görsələr yaxşıdır. 

Divarın dibində üç alma günəşibi ucalır. İndicə basdırılıbdır. Kərim 

baba isə yer qazıb dördüncüsünü basdırmağa hazırlaşır. 

Əli: 

—Xoş gəlmisən dədə. 

Kərim baba işindən qalmadan başını  tərpədir. Gah onun beldən 

möhkəm yapışmış kobud əllərini görürük, gah da bellə atılan 

yumşaq, təzə, tünd torpağı. 

Əli: 

—Əşi, yoldan gəlmisən, bir dincini alaydın. Axşam tərəfi 

köməkləşib bir yerdə basdırardıq. 

Kərim baba cavab  vermədən işinə davam edir. 



*** 

Qoca işini dayandırır, nəfəsini dərir, tərini silir. Diqqətlə ona 

baxan Kamilə nəzər salır. Beli bir kənara qoyur. Ağacı götürüb səliqə 

ilə çuxura salır. (Kamilə)  

—Saxla bunu, ancaq düz tut. 

Kamil tam bir məsuliyyətlə ağacı möhkəm və düz tutur. 

Kərim baba çuxura torpaq tökür. 



 7 

Kərim: 

—Yaxşı. Burax. 

Eyvanda Gülsüm, Əli gətirən zənbilin  örtüyünü qaldırır. 

Təəccüblə: 

—Dədəm vay, gör nə boyda balıqdır. Kamil, ədə gəl buna bax. 

Əli: 

—Kişi özünə  iş tapıbdı.  Əşi  bu şoqərib torpaqda şey bitər? 

Ondansa meynələrə yaxşı qulluq eləyəydi. 

Gülsüm: 

—(Qışqırır) — Kamil, ay Kamil, gəl bir gör dədən nə boyda balıq 

gətirib. 

Kamil:  

(Ağacı tutub) İstəmirəm. 

Gülsümlə Əli bir-birinə baxırlar. 

Kərim vedrəni götürüb quyuya tərəf gedir. 



Əli: 

—Dədə, bir səbrin olsun da. Bu saat çörəyimi yeyim, su 

gətirirəm. 

Kərim cavab vermir. 



Əli: 

—Ay tələsir ha. 

Kərim  birinci ağaca su tökür. Kamil diqqətlə baxır, sonra 

soruşur: 

—Baba, niyə su tökürsən? 

Kərim cavab vermir. İkinci vedrəni götürüb ikinci ağaca 

yaxınlaşır. 

Kərim: 

—Sən yeyirsən, içirsən? Ağac da belə… 

Azər: 

—Ağac da su içir? Bəs ağac nə yeyir? 



Kərim: 

—Bax bu torpağı yeyir ağac. Kökləri torpağın  şirəsini çəkir 

canına. Bildin? 

—Hə, mən də böyüyəndə ağac əkəcəm. 



Əli: 

(Onlara yanaşır) — Ə, nə  hərdəmxəyalsan. Bəs deyirdin 

balıqçı olacağam. Kişinin sözü bir olar. 

Kərim: 



 8 

—Yoxsa sənin sözün yaman bir oldu. Sən də  əvvəl çox şey 

deyirdin. Bağa baxmaq istəyirdin. Sonra dəniz səni elə çəkib apardı 

ki, heç özün də bilmədin. 



Əli: 

—Naşükür olma, dədə. Bizi saxlayan dənizdir. Bu quru torpaqdan 

dolanmaq olar? Qurban olum dənizə. Çörəyi mənə o verir. 

Kərim: 

—Verir, verir, bəli. Amma sən dənizin namərdliyini hələ 

görməmisən. Bütün verdiklərini bir gün adamın burnundan elə tökür 

ki… Yox, pis-yaxşı nə varsa, bax, bu torpaqdadır.  

Qazır. 

*** 

Kərim baba eyvanda həsir üstündə uzanıb. 

O biri tərəfdən evə nərdivan dirənib. Evin damında görünür nə isə 

tikiləcək. Daşlar sıra ilə düzülüb. Aşağıda  Əli palçıq hazırlayıb. 

Kamil indi buradadır. Atasının işinə baxır.  

Əli torpağı  təpə kimi yığıb  ortadakı çuxura vedrədən su tökür, 

bellə qarışdırır. 

Kamil:  

—Sən neynirsən? 

—Palçıq düzəldirəm. 

—Niyə? 


—Bura bax, gəl şərt kəsək… Neçə sual verəcəksən? 

Kamil: 

(Barmaqlarını bir-bir yumur). Bir… iki… üç.. yüz. 

—Yaxşı birini verdin. Qaldı qalanı. Mən palçıq düzəldirəm. 

Damda eyvan tikirəm. 

—Niyə? 

—Niyə? Yenə niyə? Onun üçün ki, oturaq orda… Ora əntiqə 



sərin olacaq… Yel vurub yengələr oynayacaq. Ordan dəniz 

görünəcək… Dənizə baxacağıq. 

—Niyə dənizə baxacağıq? 

—Əşi, necə yəni niyə? — Kamili götürüb başı üzərinə qaldırır. — 

Bax, o yana bax. Dənizi görürsən. Uzağa bax e… Lap uzağa. 

Gördün? 


—He, he… Odey… 

Dənizin müsiqi teması. 

—Hə, görürsən nə gözəldir. İndi düş görüm. (Kamili yerə qoyur)



Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə