Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə14/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   10   11   12   13   14   15   16   17   ...   167

 44 

—Anam gəldi — deyə Murad şəhərdən qayıdan Sevdaya tərəf 

atılır.  

Sevda torbasından çörək çıxarır.  



Sevda (Gülsümə): Kartof üçün dayanmışdım, çatmadı mənə.  

Müharibə illərinin kasıb süfrəsi. Sevda, Gülsüm, Murad nahar 

edirlər. 

…Dəniz sahili. Hər yana payız çöküb, çuğunlaşmış dəniz, tutqun, 

alçaq səma, boş sahil. Sahilin geniş boşluğunda yalnız iki insan 

fiquru görünür. Sevdayla Murad qayaların altında qumluqda 

oturublar. Göydə qatar-qatar quşlar görünür. Sevda həzin-həzin  şer 

oxuyur.  



Qatar-qatar olub qalxıb havaya 

Nə çıxıbsız, asimana durnalar, 

Qərib-qərib, qəmgin-qəmgin ötərsiz 

Üz tutubsuz nə məkana durnalar.  

 

Ərz eləyim bu sözümün sağıdır, 

Yollarınız haramıdır, yağıdır. 

Şahin-şunqar səfinizi dağıdar, 

Boyanarsız qızıl qana durnalar! 

 

Bir baş çəkin dərdməndin halına, 

Ərzə yazsın, qələm alsın əlinə, 

Vidadi xəstədən Bağdad elinə 

Siz yetirin bir nişanə durnalar.  

Quşlar üfüqə tərəf uçub gözdən itirlər.  



Murad: Ana, quşlar hara uçurlar?  

Sevda: İsti yerlərə uçub gedirlər. Yayda yenə qayıdacaqlar. 

Göydə yeni quş qatarı görünür. Bu quşlar xeyli alçaqdan uçur.  

Muradla Sevda quşların uçuşunu izləyirlər. 

Qəfildən güllə açılır. Yenə iki dəfə atəş açılır. Qatar pozulur. Bir 

neçə quş daş kimi yerə düşür.  

Sevda: Ay yazıqlar, kimdi bunlara qıyan. Gedək evə bala. 

Murad təəccüblə baxır. 

Qayalaran arasıyla evlərinə  tərəf gedirlər. Taygöz ovçunu 

görürlər. 



Taygöz ovçu (Sevdaya müraciətlə): Bacı  qızı, bax sən özün de 

bahadır yox, gör sizə necə quş verirəm e.  




 45 

Gülsüm: Hələ adını qonşu qoymusan. Sənin insafın hardaydı ki, 

belə od qiymətinə satırsan.  



Ovçu: O getdiyim Xorasan mənə qənim olsun, bu tək gözüm də 

kor olsun, yalan deyirəmsə, bazara çıxartsam bunun qiyməti bilirsən 

neçədir…  İndicə vurmuşam,  əti təptəzə, yağlı, ləzzətli, iki-üç gün 

yeyərsiz, uşağa da bir şey olar. Al bala (quşun rəngbərəng 



lələklərindən qopardıb Murada verir). Gör bir nə qəşəngdir.  

Sevda, Gülsüm, Murad nahar edirlər. Nahar Murada ləzzət verir.  

…Bahardır. Kərim babanın alma ağacları yaşıl yarpaqlar 

içindədir.  

Sahil. Sevdayla Murad qayaların altında qumluqda oturublar. 

Üfüqün o tayından durna qatarı görünür. Köçəri quşlar qayıdırlar.  



Murad: Ana, bax.  

Sevda: Qayıdırlar da oğlum. Yadındadır sənə deyirdim ki, yazda 

qayıdacaqlar.  



Murad: Ana, bax. 

Murad  (ləzzətlə barmaqlarını yalayır): Ana, gedim ovçu əmini 

çağırım?  

Sevda  əvvəl onun sözlərinin mənasını başa düşmür, sonra 

anlayaraq kədərlə oğlunun başını sinəsinə sıxır.  

—Yazıq bala, deyir, — tifil balam. 

…Göydə bir dəstə quş görünür. Batan günəşin şüalarında quşların 

lələkləri rəng verib, rəng alır.  

Birdən qayanın dalından Taygöz ovçu çıxır. Onun əlində tüfəng 

var. Tüfəngi qaldırıb qundağını çiyninə basır, təkcə gözünü də 

qıyaraq quşları nişan alır. Güllə açılır və qatardan bir quş daş kimi 

yerə düşür.  

Elə  həmin andaca başqa bir qayaların dalından başqa Taygöz 

ovçular çıxır. Onlar hamısı bir-birinə oxşayır, daha doğrusu, bir-

birinin eynidir. Quşları nişan alır, atırlar. Quşlar bir-bir düşür. 

Qayalar güllə səslərini əks edir. Taygöz ovçular çoxalır, quş qatarları 

pərən-pərən olur, quşlar bir-bir düşürlər, elə bil göydən yerə daş 

yağır.  

Ovçular isə hey atır, atır. Bütün yer ölü quş cəmdəkləriylə dolub.  

…Murad, ay Murad, — deyə Gülsüm onu yuxudan oydır. 

Yuxuda nə görürdün ki, belə qışqırırdın, bala?  

Murad gözlərini geniş açıb nənəsinə baxır.  

—Nənə bəs haradadırlar? 




 46 

—Kim, bala?  

—Ovçular. 

—Nə ovçu bala, heç kəs yoxdur. Dur geyin.  

İşıqlı may səhəri. Murad və Gülsüm eyvanda çay içirlər. Solmaz 

qaça-qaça gəlir.  



Solmaz  (tövşüyərək): Gülsüm xala, gözün aydın, muştuluğumu 

ver, dava qurtardı.  

…Gülsüm, Murad və Solmaz kəndin kənarında, yollar ayrıcında.  

Gülsüm: Siz bu yana baxın, dəmir yoluna, mən də bu yola, bəlkə 

gəldilər.  

Elektrik qatarı gəlir. Sərnişinlər düşüb, kəndə tərəf gəlirlər, ancaq 

aralarında nə Kamil var, nə Sevda.  

Gülsüm şosse yoluna baxır. Maşınlar yel kimi ötüb keçir.  

Budur, bir maşın da böyük sürətlə onları ötdü. Yox, ötmədi. 

Qəfildən dayandı.  

Maşının içindən Sevda və Kamil yerə atıldılar. Kamil hərbi 

geyimdədir.  

Birinci onları Murad gördü. Murad "Ana" — deyə  qışqıraraq 

onlara tərəf qaçır.  

Kamil Muradı qucaqlayır, öpür, havaya qaldırıb atıb-tutur, sonra 

Solmazla görüşür.  

Kamil onlardan ayrılıb bayaqkı yerində heykəl kimi donub qalmış 

anasına tərəf qaçır. Gülsümü qucaqlamaq istəyir.  

—Dəymə mənə, dəymə, — deyə Gülsüm onu itələyir. Gülsüm tir-

tir əsir, ağlayır və iki əliylə üzünü örtür.  

Kamil anasının bu hərəkətinə mat-məətəl qalır.  

Gözlərini açmadan Gülsüm əlini uzadır, Kamilin üzünə, alnına, 

gözünə, burnuna, ağzına, qulağına, çənəsinə, boynuna çəkir, əllərinə, 

ayaqlarına toxunur, — oğlum sağ-salamatdır.  

Kamil (təəccüblə): Bu nədi ay ana! 

Solmaz:  Əhd eləyib ki, sən gələndə  məscidə getməmiş  sənin 

üzünə baxmayacaq, görüşməyəcək səninlə.  

—Əşi, boşla görək, — deyə Murad qəti bir hərəkətlə anasını 

qucaylayıb öpmək istəyir.  

—Yox, yox, yox, — deyə Gülsüm çılğınlığıyla qışqırır, — and 

verirəm Muradın canına, dəymə mənə. Əhdimi pozma, qurbanım olum. 

Allaha xoş getməz.  (Pıçıltıyla  əlavə edir). Dədən hələ  gəlməyib, 

qorxuram allah-tala qəzəbini ondan çıxar.  




Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə