Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə10/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   6   7   8   9   10   11   12   13   ...   167

 32 

bilməz.  



Solmaz  (sevinc içində sözünü kəsir): Doğrudan da bu barədə 

fikirləşirdin? 

—Hə, nədir ki? 

Solmaz: Ancaq bu barədə? 

Kamil: Hə də… axı nədir ki?  

Solmaz: Heç, heç, elə-belə. Yat, dincəl, bu barədə sabah 

fikirləşərsən. Gecən xeyrə qalsın.  



Kamil: Xeyrə qarşı. 

Sevdanın uzaq səsi. Uzaq gülüşü. Dənizin uzaq pıçıltısı. Kamil 

üzünü saqqal basmış, yorğun görkəmli, fikirli halda sahildə gedir. 

Axşam çağıdır.  

—Salam.  

Bu Kamili fikirlərindən ayırır. O, başını qaldırır və qayanın 

başında Sevdanı görür.  

Sevda (gülümsünərək): Nəyin fikrini çəkirsiniz belə?  

Kamil (sağ əliylə sol qulağını qaşıyaraq): Heç. 

Sevda: Çimməyə gəlmisiz?  

Kamil başıyla təsdiq edir və soyunub dənizə cumur.  

…Kamil dənizdən çıxır və qum üstündə karikuturanı görür. 

Saqqallı, qaş-qabaqlı bir gənc sağ  əliylə sol qulağını qaşıyır. Bu 

Kamilin karikaturasıdır. Kamil Sevdanın  gülüşünü eşidib başını 

qaldırır, ona baxır. Sonra ayağıyla şəkli silmək istəyir.  

—Nə edirsiz? — deyə Sevda qışqırır. — Axı bu sənət əsəridir.  

Kamil bir an dayanır. Dənizdən gələn ləpə şəkli yuyub aparır.  



Kamil: Bu sənət  əsərini dəniz də  bəyənmir, görürsüz. Yaxşı, 

yorulmadınız?  

—Nədən? 

—Elə hey dənizi çəkirsiniz. Eyni şeyi nə qədər çəkmək olar?  



Sevda: Eyni şeyi? Siz nə danışırsız? Dünən dəniz tamam başqa 

idi. Bir bura qalxın. Görürsüz?  

—Nəyi?  (Onu yamsılayır)  Nəyi, nəyi? Dənizi. Qəribə adamsız. 

Dünyada bu dənizdən gözəl nə var? Gözünüz qabağındadır. Siz də 

baxıb elə bil görmürsüz. Nəyi, nəyi?  

Kamil: Siz bura təzə gəlmisiniz. Deyəsən heç ömrünüzdə dəniz-

zad görməmisiniz. Odur ki, o sizin gözünüzə ayrı cür görünür. Mən 

isə gözümü açandan bu dənizi görmüşəm.  Bax bu boyda vaxtından. 

Hər üzünü görmüşəm bu dənizin.  İndi də  işləyirəm bu dənizdə. 




 33 

Gözəlliyi-zadı özünə qalsın. Bircə o neft zəhrimarı tapıb çıxartsaq 

dibindən, daha dərdim qalmaz.  

Sevda: Demək siz bu dənizdə neftdən başqa heç nə görmürsüz. 

Onda yazıq sizin halınıza.  



Kamil: Yaxşı, bəs siz nə görürsüz bu dənizdə.  

Sevda:  Mən… çox şey… gözəllik, genişlik, açıqlıq, böyüklük, 

əzəmət, əbədilik, hüzn, həsrət.  



Kamil: Pah atonnan! 

Sevda: Bəli, bəli. İstəyirsiz mən sizə bir sirr açım. Mən böyük bir 

şəkil çəkmək istəyirəm. Adı da dəniz. Böyük, böyük, divar boyda. 

Bunlar isə hamısı ona hazırlıqdır.  

Kamillə Sevda sahil boyu gedirlər. 



Kamil: Baxın. 

…Dəniz üfüqü tərəfdən təyyarələr görünür. Onlar sırayla uçur. 

Çox hündürdən uçurlar. Sevdayla Kamil məftun baxışlarla 

təyyarələrə baxırlar. Lap dənizin üstündə təyyarələrdən nə isə ayrılır. 

Az sonra havada böyük ağ paraşütlər açılır. Paraşütlər uça-uça dənizə 

düşürlər. Sanki dəniz çiçəkləyir. Katerlər "çiçəklərə" doğru üzür, 

paraşütçüləri götürürlər.  

Sevda: Nə gözəldir. Elə bil ağ çiçəklərdir.  

Kamil: Hərbi dərslərdir.  

Sevda: Siz heç uçmusunuz?  

Kamil: Hələ ki yox. Bəs siz necə?  

Sevda: Mən də yox. Amma bu mənim arzumdur. Görəsən göydən 

yer necə görünür?  



Kamil:  Dəniz sizə  bəs eləmədi, indi də yeri çəkmək istəyirsiz. 

Dəniz və torpaq, hə? 



Sevda: Nə olar? Lap yaxşı fikirdir. Torpaq və dəniz.  İki divarlıq 

freska. Bəs bunlar dənizə niyə düşürlər? 



Kamil: Dedim də hərbi dərsdir? 

Sevda (təlaşla): Müharibə olacaq?  

Kamil: Nə bilim, bəlkə. 

Onlar sahillə gedirlər. Sakit, fikirli. Göydə  təyyarələr uğuldayır, 

paraşütlər açılır. Ancaq indi bütün bunlarda nə isə nigaranlıq və 

həyəcan var.  

Kamil və Sevda Ağca xalanın evi qarşısında. Uzaqdan onları 

Solmaz görür.  



Sevda: Gəldik çatdıq. Di sağ olun. Bəlkə daha görüşmədik. Mən 


 34 

sabah gedirəm.  

Bir müddət susurlar. Kamil nə isə demək istəyir. Amma demir. 

Sonra birdən.  

—Sağ olun, —deyə çevrilib gedir.  

Kədərli Solmaz ağır addımlarla evə tərəf addımlayır.  

Dənizdə buruq. Kamil işə  rəhbərlik edir. Fəhlələr quyunu qazır, 

elektrokorotajın diaqramını yazır, üzə  çıxan maddəni  qutulara 

yerləşdirirlər. Fəhlələrdən biri yenicə üzə  çıxmış maddəni Kamilə 

uzadır.  

—Usta, bir bura bax, gözümə birtəhər dəyir e…  

Kamil bir ovuc nəm yumşaq torpağı əlinə alır, diqqətlə nəzərdən 

keçirir, üzündə sevincək bir ifadə əmələ gəlir.  

Kamil (var gücü ilə bağırır): Neft! Neft! Axır ki. 

Kamil sahillə evlərinə  tərəf addımlayır. O tələsik addımlarla 

gedir. Evlərinə çata-çatda Solmazla rastlaşır.  

Solmaz dinməzcə  əlindəki kağızı Kamilə uzadır. Kamil cəld 

kağızı oxuyur. Sevinclə Solmaza baxır. Qucaqlayıb onu havaya 

qaldırır. Öpüb yerə qoyur, sonra tələsik çevrilib qaçır. Solmaz bir 

gözüylə gülüb, bir gözüylə ağlaya-ağlaya onun ardınca baxır.  

Kamil qaça-qaça gəlib həmin qayaya çatır, onun təkinə dırmaşır, 

o yan, bu yana boylanır və birdən təəccüblə donub qalır. Qayanın 

üzərində karikatura çəkilmişdir. Kamilin karikaturası. Kamil hirslə 

əlindəki kağızı  əzib atır, cəld papiros çıxarıb yandırır, dərin qullab 

vurur və birdən şux bir gülüş səsindən diksinir. Çevrilib baxır. Gülən 

Sevdadır.  

Bir-birlərinə baxırlar, susurlar.  



Sevda: Daha bunu dəniz yuyub silə bilməyəcək. 

Səhərin erkən çağı. Adamsız çılpaq sahillə iki nəfər gedir. Zəif 

meh Sevdanın saçlarını oxşayır, narın qumları ürpədir.  

Şəffaf ləpələr Kamilin yalın ayaqlarını yalayır.  

İki nəfər balıqçı torları qayığa yağır, dənizə çıxmağa hazırlaşırlar.  

Cavan balıqçı (qoca balıqçıya): Görürsən sübh o başdan duran tək 

biz deyilik.  

Sevda: Sabahınız xeyir, əmi. 

Qoca balıqçı (təəccüblə): Aqibətin xeyir qızım. 

Sevda: İşiniz avand olsun. 

Cavan balıqçı (qayığı dənizə itələyərək):  Çox sağ ol.  

…İndi kamera həmin qayıqda yerləşdirilib. Sahil ləngər vura-vura 




Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə