Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə12/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   8   9   10   11   12   13   14   15   ...   167

 38 

Sevda yola hazırlaşır, çamadanları  yığışdırır. Kamil kağız-

kuğazını səliqəyə salır.  

Sevda: Heç inana bilmirəm. Yəni doğrudan iki gündən sonra 

Moskvanı görəcəyik.  İnana bilmirəm ki, Moskvaya gedirik, özü də 

təyyarəylə.  

Kamil: Qatara bilet götürmüşdülər. Qaytardım, dedim xeyr, 

arvadım da, mən də  hələ ömrümüzdə  təyyarəyə minməmişik.  İndi 

fürsət düşüb fövtə vermək olmaz.  

Kamil pencəyini çıxarıb Sevdaya uzadır. Sevda pencəyi səliqəylə 

büküb çamadana qoyanda alışqan pencəyin cibindən yerə düşür.  

Sevda (alışqanı götürür): Götürürsən özünlə? 

Kamil: Hə.  

Sevda: Neyləyirsən, sən ki, papirosu atmısan.  

Kamil: Bunun papirosa dəxli yoxdur. Mən heç vaxt bu alışqanı 

gözümdən iraq qoya bilmərəm. Ondan ayrı düşsəm özümü birtəhər 

hiss edərəm.  (Çamadana yanaşır, ikinci boyda Sevdanın tapdğı 

balıqqulağını götürür, dinləyir, yenə yerinə qoyur) Sən bundan ayrı 

dura bilmədiyin kimi, mən də onsuz dura bilmirəm.  



Gülsüm (otağa boylanır): Sevda, bala, bir bəri gəl.  

Sevda eyvana çıxır.  



Gülsüm  (pıçıltıyla): Sevda, bala, sözümü yerə salma, qurbanın 

olum.  


Sevda: Nədir ki, Gülsüm xala?  

Gülsüm: Amma Kamil bilməsin, hirsi tutar. Mən bilirəm, siz belə 

şeyə inanmırsız, amma mənim xətrim üçün, qurban olum sözümü 

yerə salma.  

Sevda: Gülsüm xala, nədir ki, e. 

Gülsüm: Gör hara çıxacaqsız, qurban olum, göyün yeddi qatına, 

dünən gedib dua yazdırmışam. Sənə etibar edirəm, al bunu bir yerdə 

gizlət, özünüzlə aparın, sizi xatadan-bəladan saxlar. Mənim də 

ürəyim sakit olar. Yaxşı, bala? Qurbanım olum sən Kamilin, 

Muradın canı…  

Sevda (gülərək): Yaxşı, yaxşı, ay arvad, daha and niyə verirsən. 

Götürərəm, lap yəqin götürərəm.  



Gülsüm: Ay sənin başına dönüm. 

Kamil çamadanların ağzını bağlayır.  



Kamil: Vəssalam. Biz hazır. Deməli belə. Sevda xanım. 

Üç gündən sonra, yəni ki, 1941-ci ilin 24 iyununda Kamil Kərimli 




 39 

və onun həyat yoldaşı Sevda xanım Kərimli ömürlərində ilk dəfə 

təyyarəyə minib göyün yeddi qatına qalxacaqlar.  

…Gecədir. Kəndin işıqları. Dəniz mədənlərinin işıqları. Sakit, 

dinc şən uşaqlar.  

Gecənin səssizliyi qəfil müdhiş  təhlükə siqnallarıyla parçalanır. 

Bu uzun, dəhşətli səs kəndin, sahilin, dənizin üstünə axır və  işıqlar 

dəstə-dəstə sönməyə başlayır. Kəndin bir hissəsi, sonra başqa bir 

hissəsi qaranlığa qərq olur…  

…Gecədir. Kəndin işıqları. Dəniz mədənlərinin işıqları. Sakit, 

dinc, şən uşaqlar.  

Gecənin səssizliyi qəfil mühdiş  təhlükə siqnallarıyla parçalanır. 

Bu uzun, dəhşətli səs kəndin, sahilin, dənizin üstünə axır və  işıqlar 

dəstə-dəstə sönməyə başlayır. Kəndin bir hissəsi, sonra başqa bir 

hissəsi qaranlığa qərq olur… Küçə lampaları sönür. Dəniz mədəninin 

işıqları sönür, yalnız  ən uzaq bir dəniz buruğunda işıq, son işıq 

nöqtəsi… Siqnal get-gedə daha dəhşətlə  səslənir və bu son işıq da 

sönür.  İndi siqnal ekranın tam qaranlığında səslənir. Sonra susur. 

Ekrana çökmüş sükutda yalnız kənd itlərinin hürüşməsi eşidilir.  

Kamilgilin otağı. Yarımqaranlıqda biz yola hazırlanmış 

çamadanların açılıb boşaldıqlarını görürük.  

Ekran yenə  də qaranlığa qərq olmuşdur. Birdən bu qaranlıq 

ekranın bir bucağında işıq yandırılır. Bu cib fənərinin işığıdır. Bu 

cansız, ölü bir işıqdır, o yalnız məhdud bir dairəni işıqlandırır. 

Ekranın o biri bucağında da belə bir işıq yandırılır. Ekranın bir neçə 

yerində cib fənərləri işıqlanır.  İndi biz bu fənərləri tutan əlləri də 

görürük. Sonra adam fiqurlarını da görürük. Adamlar ölü, cansız 

işıqlarıyla yollarını işıqlandıraraq irəliləyirlər. Kamilgilin kəndindən 

min kilometrlərlə uzaqda olan bir çöl. Almanlar bu çöllə irəliləyirlər.  

Bu epizodun səssizliyi cib fənərlərinin ölü, cansız işıqları indiyə 

qədər gördüyümüz kadrlarla kontrast təşkil etməlidir. Düşmənlər 

zülmət elçiləri, qaranlıq nümayəndələri, yarasalardır. Onların işıqları 

da yalnız öz fiqurlarını, sifətlərini eybəcər bir şəkildə işıqlandıran cib 

fənərləridir.  

…Sovet blindajı. Zəif  şam işığı, hərbi paltar geymiş Kamil 

komandirin qarşısında farağat dayanmışdır.  



Komandir: Po dannım razvedki seqodnya veçerom po jeleznoy 

doroqe vraq perevozit 20 sistern s neftyu. Sostav proydyet po mostu 

nad rekoy Beloy, v 04.35. Postavlena zadaça-vzorvat most v tot 



 40 

moment, koqda tam budet proxodit sostav. Vam yasna zadaça? 



Kamil: Tak toçno. 

Komandir: İtak… (xəritənin üzərinə əyilir)

Kamil körpünün yaxınlığında pusqudadır.  Əliylə  şnurun ucunu 

tutub. Ancaq biz hələ bunların heç birini görmürük, çünki ekran 

qaranlığa qərq olub. (Od boyunda qaranlıq və zülmət kadrların çox 



olması bizi təəccübləndirməməlidir. Çünki odun, alovun, işığın 

əyani, görümlü, ekran obrazını yalnız qaranlığın kontrastında, 

fonunda vermək mümkündür. İşıqlı kadrlarda od, alov, işıq obrazı 

lazımı effetki verməz). 

Ekrandakı sükutun içindən qatarın uzaq səsi eşidilir. Səs get-gedə 

artır, yaxınlaşır. Qatar körpüyə  tərəf gəlir. Kamil şunurun ucunu 

yandırır.  

…Ekranın qara fonunda yalnız yanan nazik bir xətti-ilan kimi 

qıvrılan şnurun odlu yolunu görürük.  

Qatarın səsi lap yaxından gəlir. Qatar artıq körpünün üstüylə 

gedir. Partlayış. Körpü uçub dağılır. Yanan sisternlər çaya tökülür.  

Bu yanğının şöləsində Kamilin gərgin sifətini görürük.  

Yenə də odun şölələrində gah Kamilin gözlərini, gah da Qobustan 

qayalarının rəsmlərini görürük. Gecəyə  qərq olmuş qayaların 

rəsmləri alovların işığında bir an qaranlıq içindən çıxır və biz atlıları, 

nizələri, oxları görürük. Müasir müharibənin alovları  qədim 

müharibə  səhnələrinin  əksini işıqlandırır. Alov ərşə qalxır. Hər  şey 

bir-birinə qarışır. Uçmuş körpü, yanan sisternlər, Kamilin sifəti, 

qədim rəsmlər, oxlar, atlar, Qobustan qayaları.  

Kamilgilin kəndi. Qış səhəri.  

Əlinin evi. Sırıqlı pencək geymiş Solmaz otağa daxil olur. Bir 

qucaq odun gətirib. 

Sevda: Çox sağ ol, Solmaz. Hələ bir az odunumuz qalıb. Kənd 

sovetindən göndəriblər. Öz evinə aparaydın.  



Solmaz: Sizə məndən çox gərəkdir. Özün bilirsən ki, uşağa necə 

lazımdır.  

Odunlar ocaqda alışıb şirin-şirin yanırlar.  

Sevda  (oda baxaraq): Gör nə  qəşəng yanır, hə…  (köksünü 

ötürür). Bir vaxt mən alov-od şəkli çəkmək istəyirdim. Ancaq 

müharibə alovlarını yox.  

Gülsüm balaca Muradı yatızdırır, qəmli səslə layla çalır.  

Laylay beşiyim, laylay,  



Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə