Cek london oyun



Yüklə 4.58 Kb.

səhifə1/59
tarix25.07.2018
ölçüsü4.58 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   59


www.vivo-book.com 
 

CEK LONDON 
OYUN 
 
 
 
 


www.vivo-book.com 
 

I fəsil 
 
Onların  qarşısındakı  döşəməyə  rəngbərəng,  müxtəlif 
naxışlı  xalçalar  salınmışdı.  Onlar  lap  əvvəldən  iki  Brüssel 
xalısından  gözlərini  çəkə  bilmirdilər,  ancaq  əlvan  xovlu 
xalçaların da tamaşasından doymaq olmurdu, lakin bunların 
qiyməti  baha  olduğundan, bu  xalçalara  yaxın  düşməyə  belə 
qorxurdular.  Şöbə  müdiri  lütfkarlıq  göstərərək,  özü  onlar 
üçün  xalça  seçirdi;  qız  yaxşı  bilirdi  ki,  şöbə  müdiri  bunu 
Coyun  xətrinə  edir,  onlar  yuxarı  mərtəbəyə  qalxınca,  liftdə 
işləyən oğlanın heyrətdən ağzı açıla qalmışdı. Coya heyran-
heyran  baxıb  gözünü  ondan  çəkmirdi.  Qız  Co  ilə  şəhərin 
qərb  hissəsindən,  öz  məhəllələrindən  keçəndə  uşaqlar, 
yeniyetmələr də Coya heyran-heyran tamaşa edirdilər. 
Şöbə  müdirini  telefona  çağırdılar,  qızın  çox  pul 
xərcləmədən  gözəl  xalça  almaq  niyyəti  yaddan  çıxdı,  onun 
qəlbini narahat fikirlər çulğaladı. 
Cenevyeva  yavaşcadan,  ancaq  inadla,  görünür  ki,  bu 
yaxınlarda  aralarında  baş  vermiş,  amma  heç  bir  nəticəsi 
olmayan mübahisəni davam etdirərək dedi: 


www.vivo-book.com 
 

–  Co,  bir  şeyi  başa  düşmürəm  ki,  bunun  nəyi  sənin 
xoşuna gəlir? 
Oğlanın  hələ  uşaqlıq  cizgilərini  itirməmiş  sifəti  bir 
anlığa tutuldu,  ancaq  yenə  üz-gözündən mehribanlıq  yağdı. 
O,  çox  cavan  idi,  demək  olar  ki,  lap  uşaq  idi,  qız  da  çox 
gənc  idi.  Həyata  təzəcə  qədəm  qoyan  bu  iki  məxluq  öz 
məskənlərini sahmana salmaq üçün xalça seçirdilər. 
Co dedi: 
–  Həyəcanlanma.  Bu  axı  axırıncı  dəfədir,  lap  axırıncı 
oyunumdur. 
Co  qıza  baxıb  gülümsündü,  qız  oğlanın  istər-istəməz 
təəssüflə  köks  ötürdüyünü  görəndə  ürəyi  sıxıldı,  onun  bir 
qadın  kimi  tələbi  bu  idi  ki,  sevgilisinin  qəlbinə  tamamilə 
hakim  kəsilsin,  oğlanın  indiyədək  həyatının  məqsədi  hesab 
etdiyi bu həvəsindən heç baş açmırdı, qorxurdu. 
Oğlan sözünə davam etdi: 
–  Sən  bilirsən  ki,  O’Neyllə  görüşümüzdən  mənə 
çatacaq pulla anamın evi üçün axırıncı haqq-hesabı çəkdim. 
Bu  qayğıdan  qurtardım.  Pont  ilə  bugünkü  görüş  üçün 


www.vivo-book.com 
 

bilirsən ki, yüz dollar mükafat alacağam, başa düşürsən, düz 
yüz dollar. Bu pulla biz öz ev-eşiyimizi qaydaya salarıq. 
Qız pul haqq-hesabına fikir vermədi. 
– Sən rinqi
1
 niyə çox istəyirsən? 
Co  danışmaqda,  ürəyindən  keçənləri  sözlə  ifadə 
etməkdə  bir  o  qədər  də  mahir  deyildi.  İşdə  əlləri  danışığı 
əvəz  edirdi,  rinqdə  də  onun  yerinə  bədəni,  əzələlərinin 
hərəkəti danışırdı. Co rinqə niyə can atdığını sözlə ifadə edə 
bilmirdi. Oğlan rinqə niyə can atdığını demək fikrinə düşdü, 
çəkinə-çəkinə  yarışlar  vaxtı,  xüsusilə  çox  gərgin  anlarda 
qüvvəsini  səfərbər  edəndə,  nə  kimi  hallar  keçirdiyini 
karıxmış halda nəql etməyə başladı. 
–  Cenevyeva,  sənə  bir  şeyi  deyə  bilərəm  ki,  rinqdə 
düşmənin sənin əlində olduğunu hiss etməkdən yaxşı şey ola 
bilməz. Bax, o  gah sağ  yumruğu, gah  sol  yumruğu  ilə sənə 
zərbələr  endirməyə  çalışır,  sən  də  hər  dəfə  üz-gözünü 
qoruyursan,  zərbədən  can  qurtarmağa  çalışırsan.  Sonra  isə 
ona  elə  bir  yumruq  endirirsən  ki,  o  səndələyir,  səndən 
                                                 
1
Rinq – boks meydançası (Tərc. qeydi).
 


www.vivo-book.com 
 

möhkəm  yapışır,  buraxmır,  hakim  onu  səndən  aralayır,  bu 
vaxt sən onu məğlub edirsən, tamaşaçılar özlərindən çıxırlar, 
fəryad  qoparırlar,  sənsə  bilirsən  ki,  qalib  gəlmisən,  qayda-
qanunla,  şərəflə  vuruşmusan,  ona  görə  qalib  gəlmisən  ki, 
güləşməyi yaxşı bacarırsan. Başa düşürsən, mən... 
Oğlan  özünün  çox  danışmağından,  Cenevyevanın 
gözlərindəki dəhşətdən qorxdu, dili dolaşdı. Qız Coya qulaq 
asa-asa  oğlana  diqqətlə  baxırdı,  qızın  üz-gözündən 
əzabverici  narahatlıq  yağırdı.  Həyatının  ən  mühüm  anlarını 
qıza  nəql  edən  Co,  xəyalən  qarşısında  zərbəsindən  yerə 
yıxılmış  rəqibini,  rinqin  işıqlarını,  coşqunluqla  əl  çalan 
tamaşaçıları görürdü. Cenevyeva hiss edirdi ki, Coyu ondan 
baş  açmadığı  həyat  axını  uzaqlaşdırır.  Qızın  fədakar 
məhəbbəti  bu  hədələyici,  qarşısıalınmaz  axının  qarşısında 
gücsüz  idi.  Onun  tanıdığı  Co  geri  çəkildi,  yoxa  çıxdı, 
görünməz  oldu.  Onun  mehriban  uşaq  sifəti,  nəvazişkar 
baxışları,  ucları  yuxarı  dartılmış  ağzı  yoxa  çıxdı.  Qızın 
qarşısında  sanki  üz-gözü  poladdan  yonulmuş  donuq, 
rəhmsiz  yekə  bir  kişi  dayanmışdı,  geniş  açılmış  gözləri 
soyuq-soyuq  diqqətlə  baxırdı.  Sanki  polad  işıq  saçırdı.  Bu 


www.vivo-book.com 
 

yekə kişi sifəti idi, qız isə ancaq cavan oğlanı tanıyırdı. Qız 
onu ilk dəfə idi ki, belə görürdü. 
Qızı  dəhşət  götürdü,  amma  hər  halda,  oğlanla  fəxr 
etdiyini  dumanlı  şəkildə  hiss  etdi.  Oğlanın  –  qalib  erkəyin 
cəsarəti onun bir qadın kimi təbiətini, qədimdən bəri qadının 
özünə  etibarlı  həyat  yoldaşı  seçmək,  kişinin  daş  hasara 
bənzər  qüvvəsinə  arxalanmaq  istəyini  cuşa  gətirməyə 
bilməzdi.  Qız  oğlanın  bu  ehtirasından  baş  aça  bilmirdi, 
ancaq bir şeyi bilirdi ki, məhəbbət özü belə onun öhdəsindən 
gələ  bilmir,  ancaq  oğlanın  onun  xətrinə,  sevgiləri  xətrinə 
təslim  olması,  qızın  arzusuna  rəğmən  sevimli  işindən  əl 
çəkməsi,  qızın  istəyinə  tabe  olması  onu  çox  sevindirirdi. 
Oğlan bu gün rinqdə sonuncu dəfə çıxış edəcəkdi. 
Cenevyeva dedi: 
–  Missis  Silverstayn  deyir  ki,  boksdan  zəhləsi  gedir, 
boksun yaxşı bir cəhəti yoxdur. O da, bildiyimiz kimi, ağıllı 
qadındır. 
Oğlan  şəfqətlə  gülümsündü,  dəfələrlə  incisə  də  bunu 
büruzə  vermədi.  Cenevyeva  onun  həyatında  təbiətindən 
doğan  ən  çox  fəxr  etdiyi  cəhəti  qəbul  etmək  istəmirdi.  Co 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   59


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə