Cek london oyun



Yüklə 4.58 Kb.

səhifə2/59
tarix25.07.2018
ölçüsü4.58 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   59

www.vivo-book.com 
 

rinqdə  qazandığı  şöhrəti  öz  qüvvəsi,  gərgin  əməyi 
nəticəsində əldə etmişdi, oğlan onun məhəbbətini qazanmaq 
istəyəndə  özünü,  özündəki  ən  yaxşı  cəhətləri  Cenevyevaya 
təklif  etmişdi.  Co  özünün  boksçu  kimi  məharətində  böyük 
və  həddindən  artıq  cəsarətinin  rəhnini  görürdü,  bunu 
kişilərdən  heç  biri  nümayiş  etdirə  bilməzdi,  bu  da  onun 
zənnincə  Cenevyevanın  məhəbbətini  əldə  etmək  və  ona 
yiyələnmək üçün Coya haqq verirdi. Qız Coyu onda da başa 
düşməmişdi,  indi  də  başa  düşmürdü.  Co  bir  şeyə  mat 
qalmışdı;  qız  onda  nə  kimi  yaxşı  cəhət  tapmışdı,  onu  niyə 
sevmişdi? Oğlan acıqlanmadan dedi: 
– Missis Silverstayn axmağın, qoca deyingənin biridir. 
O nə başa düşür? Mənə inan ki, idmanın çox yaxşı cəhətləri 
var. Həm can sağlığına xeyri var... – o fikirləşib əlavə etdi. – 
Mənə  bax.  Mən  bədən  quruluşum  xarab  olmasın  deyə, 
düşkün həyat sürməliyəm. Mən missis Silverstayndan, onun 
qocasından,  ümumiyyətlə,  sənin  tanıdığın  adamların 
hamısından düşkün həyat  sürürəm.  Mən  rejimlə  dolanıram; 
duş  qəbul  edirəm,  bədənimi  yaş  dəsmalla  sürtürəm,  məşq 
edirəm,  cana  faydalı  yemək  yeyirəm,  heç  bir  nadinclik 


www.vivo-book.com 
 

etmirəm.  Mən  içki  içmirəm,  papiros  çəkmirəm,  bir  sözlə, 
mənə  ziyan  vuran  heç  bir  şey  etmirəm.  Cenevyeva,  mən 
səndən  də  düzgün  həyat  sürürəm...  –  Qızın  incikliklə 
dodağını  büzdüyünü  görüb  tələsik  əlavə  etdi.  –  Düz 
sözümdür.  Mən  sabunu,  suyu  nəzərdə  tutmuram,  bir  bura 
bax.  –  Oğlan  qızın  əlini  dirsəkdən  yuxarı  ehtiyatla,  ancaq 
bərk-bərk  sıxdı.  –  Sən  yumşaqsan,  zərifsən.  Mənim  tayım 
deyilsən. Bir bax. 
Co  qızın  barmaqlarının  ucunu  özünün  daş  kimi  bərk 
bitsepsinə
2
 toxundurdu, qız ağrıdan üz-gözünü turşutdu. 
Co yenidən sözə başladı: 
– Mənim bütün bədənim başdan-başa belədir. Daş kimi 
bərkdir,  qüvvətlidir.  Mən  düzgün  deyəndə  bunu  nəzərdə 
tutmuram.  Hər  bir  damarım,  hər  damcı  qanım,  hər  əzələm 
sümüyüməcən  safdır,  sümüklərim  də  safdır.  Bu  təmizlik, 
saflıq, dərini sabunla, su ilə yumaq demək deyil, bu başdan-
ayağacan  saflıqdır,  təmizlikdir.  Səni  inandırıram  ki,  mən 
bunu  hiss  edirəm,  bütün  bədənimlə  duyuram.  Mən  səhərlər 
                                                 
2
 Bitseps – əli bilək oynağından bükən çiyin əzələsi(Tərc. qeydi).
 


www.vivo-book.com 
 

yuxudan oyanıb işə gedəndə bütün qanım, bütün damarlarım 
sanki qışqırır: biz safıq. Ah, sən bilsəydin ki, mən... 
O  belə  çox  danışmasından  pərt  oldu,  adətən,  o  çox 
danışmazdı,  susdu,  sözünü  yarıda  kəsdi.  O  heç  vaxt  öz 
fikirlərini 
belə 
həyəcanla 
ifadə 
etməmişdi, 
ancaq 
həyəcanlanmaq  üçün  heç  belə  ciddi  əsası  olmamışdı.  Axı 
Cenevyevaya  boks  barədə  mənfi  fikir  söyləmiş,  oğlanın 
təsadüfən Silverstaynın qənnadı dükanına gəlib çıxana qədər 
Cenevyevanın  surətinin  gözlənilmədən  onun  həyatına  daxil 
olub  qalan  hər  bir  şeyi  kölgədə  qoyana  qədər,  Co  üçün  hər 
şey  olan  oyunun  məziyyətini  görməmişdi.  Oğlan  qeyri-
müəyyən  şəkildə  də  olsa  başa  düşürdü  ki,  qadınla  istəyin, 
sevdiyi  işlə  qadının  kişidən  tələbi  arasında  barışmaz 
ziddiyyət var. Ancaq Co ümumi nəticələr çıxara bilmirdi. O 
ancaq real, canlı Cenevyeva ilə böyük, adamı heyrətə gətirən 
ancaq  qeyri-maddi  oyun  arasındakı  düşmənçiliyi  görürdü. 
Onların ikisi də bir-birinə qarşı çıxırdı, ikisi də ona ixtiyarı 
çatmadığını  bildirirdi,  Co  odla  su  arasında  qalmışdı,  oğlan 
hələ  qəti  qərara  gələ  bilmir,  hər  şeyi  olduğu  kimi  qoyub 
suyun axarı boyunca üzürdü. 


www.vivo-book.com 
 
10 
Cenevyeva  Coyun  həyəcanla  danışığına  qulaq  asır, 
oğlana  diqqətlə  göz  qoyurdu.  Özündən  asılı  olmayaraq, 
onun  təmiz  sifətinə,  aydın  baxışlarına,  qız  dərisinə  bənzər 
hamar  və  zərif  dərisinə  heyran  qalırdı.  Cenevyeva  oğlanın 
dəlil-sübutunun  inandırıcılığını  görürdü,  bu  qızı  daha  da 
əsəbiləşdirirdi. Qızın düşünmədən onu Codan uzaqlaşdıran, 
onun  bir  hissəsini  oğurlayan  bu  oyunu  görməyə  gözü  yox 
idi.  O,  oyunun  cazibə  qüvvəsinin  nədən  ibarət  olduğunu 
dərk  edə  bilmirdi.  Söhbət  yenə  başqa  bir  qızdan  getsəydi, 
hər  şey  ona  aydın  olardı.  Biliyini,  ağlını,  gözüaçıqlığını 
səfərbər edərdi. Ancaq bu düşmən hiss olunmayan, əlçatmaz 
idi,  qız  onun  barəsində  heç  nə  bilmirdi,  onunla  əlhavasına, 
qaranlıqda  mübarizə  aparmalı  olurdu.  Qız  hiss  edirdi  ki, 
Coyun  sözündə  müəyyən  qədər  həqiqət  var,  buna  görə  də 
düşmən qıza daha çox qorxulu görünürdü. 
Birdən Cenevyeva özünün gücsüzlüyünü hiss etdi, qanı 
qaraldı.  Qız  istəyirdi  ki,  Co  ancaq  onun  olsun,  onun  qadın 
təbiəti  tələb  edirdi,  oğlan  isə  ondan  aralanır,  qızın  nahaq 
yerə  onun  tutub  saxlayan  qolları  arasından  sürüşüb  çıxırdı. 
Qızın  özünün  özünə  yazığı  gəldiyindən  gözləri  yaşarır, 


www.vivo-book.com 
 
11 
dodaqları  titrəyirdi,  onun  məğlubiyyəti  qələbəsinə  çevrildi, 
qüdrətli  oyun,  valehedici  qadın  zəifliyi  qarşısında  məğlub 
oldu. 
Co günahkar olmasa da, günahkarcasına: 
– Cenevyeva, ağlama, ağlama, – deyib xahiş etdi. 
Onun  kişi  ağlı  qızın  dərdini  başa  düşə  bilmirdi,  ancaq 
qız ağlayırdı. Oğlan da hər şeyi yaddan çıxartdı. 
Qız göz yaşları içərisində oğlana baxıb gülümsünürdü, 
oğlan  onun  baxışlarından  günahı  olmasa  da,  təqsirindən 
keçdiyini  hiss  edib,  ürəyi  riqqətə  gəldi.  Oğlan  qızın 
dirsəyindən  tutub  sıxmaq  istədi,  ancaq  qız  onun  qolunu 
çəkdi,  ədəblə  özünü  düzəltdi.  Qız  daha  da  ürəkdən 
gülümsündü: 
–  Budur,  mister  Klauzen  də  gəlib  çıxdı!  –  bir  qadın 
bacarığı  ilə  həyəcanını  pərdələyib,  şöbə  müdirinə  göz 
yaşlarını bildirmədən, aydın nəzər saldı. 
Çevik,  qırmızıyanaq,  sıx,  yekə  bakenbardlı,  balacaboy 
kişi xırda, şən gözlərini dolandırıb dedi: 
– Co, məni yəqin ki, çox gözlədiniz? Necə oldu? – o əl-
qolunu  ataraq  sözünə  davam  etdi:  –  Hansını  seçdiniz?  Bu 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə