Cek london oyun



Yüklə 4,58 Kb.

səhifə59/59
tarix25.07.2018
ölçüsü4,58 Kb.
1   ...   51   52   53   54   55   56   57   58   59

www.vivo-book.com 
 
299 
idi. Qoca tayfa başçısının tamahı cuşa gəlmişdi. Lit-Lit onun 
sərvəti idi. Özü də elə  sərvəti  idi ki, o bundan  ancaq  xırda-
xuruş  faizlər  əldə  etməklə  kifayətlənməyib,  ardı-arası 
kəsilməz çoxlu qazanc qazanmaq istəyirdi. 
Lit-Lit  hindu  qəsəbəsində  demək  olar  ki,  mümkün 
olduğu  qədər  monastırda  böyümüşdü,  indi  o,  narahatçılıqla 
qız marağı ilə onu aparmağa gələn kişiyə, bilmədiyi şeyləri 
ona öyrədəcək ərinə, başının ağasına, sözü onun üçün qanun 
olana, ömrünün axırınadək ona istiqamət verəcək, ona ağalıq 
edəcək adama tamaşa edirdi. 
Yanaqları  pörtmüş,  gələcək  qəribə  taleyi  barədə 
həyəcanlı  fikirlərə  dalan  qız  viqvamdan  boylanırdı,  ancaq 
vaxt  ötürdü,  işlər  müdiri  ilə  atası  toydan  başqa  hər  şey 
barədə  lovğa-lovğa  danışırdılar.  Qızın  qanı  qaraldı.  Axşam 
düşürdü.  Günəş  get-gedə  lap  aşağı  enirdi,  işlər  müdirinin 
getməyə  hazırlaşdığı  hiss  olunurdu.  Budur,  dönüb  getmək 
istəyir. Lit-Litin ürəyi düşdü, çünki kişi ayaq saxlayıb çiyni 
üstündən dedi: 
–  Hə,  Snitşeyn,  mənə  alt  paltarımı  yuyan,  üst-başımı 
yamayan arvad lazımdır. 


www.vivo-book.com 
 
300 
Snitşeyn  burnunun  altında  nəsə  mızıldandı,  dişsiz  qarı 
Vanidanini təklif elədi. 
Foks etiraz etdi: 
– Yox-yox! Mən arvad almaq istəyirəm. Son vaxtlar bu 
barədə  fikirləşirəm,  indi  birdən  ağlıma  bir  şey  gəldi,  bəlkə 
sənin elə bir adamın oldu? 
Snitşeyni maraq hissi möhkəm bürüdü, işlər müdiri ona 
yaxınlaşdı  ki,  işarası  yeri  gəlmişkən,  birdən  ortaya  çıxmış 
məsələni müzakirə edə. 
Snitşeyn təklif elədi: 
– Katunu al. 
İşlər müdiri etiraz etdi: 
– Çolaqdır. 
– Laskanı necə? 
–  O  qamutpaçadır.  Ayaq  üstə  olanda  qıçları  arasından 
sənin ən böyük köpəyin Kips asanlıqla keçə bilər. 
Snitşeyn halını pozmadan təklifini elədi: 
– Sinatini necə, alarsan? 
Con Foks özünü yalandan qəzəbli göstərib qışqırdı: 


www.vivo-book.com 
 
301 
– Bircə bu çatmırdı. Mən qoca-zadam məgər, qarılarını 
mənə vermək istəyirsən? Dişsiz qocayam? Topalam, koram? 
Ya  da  elə  kasıbam  ki,  yer  üzündə  heç  bir  gözəl  qız  üzümə 
baxmaz?!  Bilirsən  mən  kiməm?  Mən  işlər  müdiriyəm, 
dövlətliyəm,  qüdrətliyəm,  güclüyəm,  hakimiyyət  əlimdədir, 
mənim  bir  sözümlə  adamların  canına  üşütmə  düşür, 
sözümdən çıxmağa cürət etmirlər. 
Bütün  bu  sözlər  Snitşeynin  ürəyinə  yağ  kimi  yayıldı, 
ancaq  üzü  sirli  və  müəmmalı  idi.  O  istər-istəməz  işlər 
müdirini məcbur etdi ki, addımını atsın. Snişteynin çox sadə 
quruluşlu beyninə bir dəfəyə ancaq bir fikir hakim kəsilirdi, 
ürəyində  tutduğunu  Con  Foksdan  daha  inadla  əldə  etmək 
istəyirdi.  Con  Foks  nə  qədər  sadə  olsa  da,  bir  o  qədər 
mürəkkəb  idi,  onun  ağlında  eyni  zamanda  biləsən-
bilməyəsən bir neçə ideya dolaşırdı, bu da ona tayfa başçısı 
kimi bir şeyi inadla, hökmən əldə etməkdə mane olurdu. 
Snitşeyn  tayfa  qadınlarının  adını  bir-birinin  dalınca 
çəkirdi,  Con  Foks  o  dəqiqə  onları  rədd  edirdi,  niyə  də 
yaramadıqlarını deyirdi. 


www.vivo-book.com 
 
302 
Nəhayət,  bütün  bunlar  onun  zəhləsini  tökdü,  təzədən 
evinə  yola  düşmək  istədi.  Snitşeyn  onu  saxlamaq 
istəməyərək  altdan-altdan  ona  göz  qoyurdu,  ancaq  Foks 
axırdan-axıra çıxıb gedə bilmədi. 
O dedi: 
–  Gör  nə  deyirəm.  Biz  ikimiz  də  Lit-Liti  yaddan 
çıxarmışıq. Bəlkə o mənə yaradı? 
Snitşeynin  qaşqabağı  açılmadı,  ancaq  ürəyində 
sevincinin  həddi-hüdudu  yox  idi.  Bax  buna  varam.  Bir 
dəqiqə  də  ötsəydi  o  özü  Lit-Litin  adını  çəkəcəkdi,  ancaq... 
işlər müdiri özü ilk addım atdı.  
Ancaq tayfa başçısı ağ adam sonrakı addımı atmayınca 
Lit-Liti barədə heç nə demək istəmirdi. 
İşlər müdiri ucadan ürəyindən keçənləri deyirdi: 
–  Hə,  nə  olar  ki?  Bunu  bir  yolla  yoxlamaq  olar, 
sınaqdan keçirək. Hə, demək belə, – o səsini ucaltdı, – Lit-
Lit üçün on yorğan, üç funt da əla tütün verərəm. 
Ancaq  Snitşeyn  başını  yellədi,  bu  açıq-aydın  o  demək 
idi  ki,  yer  üzünün  bütün  yorğanları,  tənbəkisi  hər  cür 
xeyirxahlığın  mücəssəməsi  olan  Lit-Litin  yerini  verməz. 


www.vivo-book.com 
 
303 
Foks, nəhayət, ondan nə istədiyini tələb edəndə tayfa başçısı 
soyuqqanlılıqla  bildirdi  ki,  ona  beş  yüz  yorğan,  on  tüfəng, 
əlli  fut  tənbəki,  iyirmi  parça  qumaş,  on  butulka  rom, 
şarmanka verəcək, bundan başqa da işlər müdirinin iltifatını 
qazanacaq və ocağının başında yeri olacaqdır. 
Foksu  sanki  iflic  vurdu,  ona  görə  də  yorğanların  sayı 
tez  iki  yüzə  endirildi,  onun  dalınca  da  tayfa  başçısı  ocağın 
qırağında yer istəməkdən boyun qaçırdı, ağdərili kişilərlə bu 
yerin  qızlarının  evlənməsi  görünməmiş  iş  idi.  Onlar  bir  üç 
saat  da  sövdələşdilər,  axırdan-axıra  razılığa  gəldilər. 
Snitşeyn  Lit-Lit  üçün  yüz  yorğan,  beş  funt  tənbəki,  üç 
tüfəng, bir butulka rom alacaqdı. Həm də şübhəsiz ki, işlər 
müdirinin iltifatını qazanacaqdı. 
Con Foksun fikrincə, o, on yorğan, bir tüfəngi qıza görə 
artıq  verirdi.  Gecə  yarıdan  ötəndə  şimal-şərqdə,  lazımi 
yerində duran günəşin gözqamaşdırıcı işığı altında Foks evə 
qayıdanda təəssüflə fikrindən keçirdi ki, Snitşeyn ona kələk 
gəlib. 


www.vivo-book.com 
 
304 
Yorulmuş,  ancaq  əldə  etdiyi  qələbədən  sevincək  olan 
Snitşeyn  uzanmağa  hazırlaşırdı  ki,  viqvamdan  yavaşca 
sürünüb çıxmaq istəyən Lit-Liti gördü. 
O, nəsihətverici şəkildə mızıldandı: 
–  Sən  özün  gördün,  özün  eşitdin.  İndi  sən  özün 
görürsən  ki,  atam  müdriklərin  müdrikidir.  Sənin  üçün  ən 
sərfəli  ər  tapmışam.  Mənə  qulaq  as,  mən  deyən  kimi  elə, 
mən deyəndə get, get, qayıt deyəndə qayıt, biz bu ağ axmağı 
soyarıq, boyu uzundur, ağlı az. 
Ertəsi  günü  dükan  alver  eləmirdi...  İşlər  müdiri  səhər 
yeməyindən əvvəl Mak Lini və Mak Teyvişi sevindirərək bir 
butulka viski açdı, iki pay yemək verdi, ən yaxşı mokasinləri 
geyinib  gəldi.  Faktoriyanın  yaxınlığında  potlaça  möhkəm 
hazırlıq  görünürdü.  “Potlaç”  hədiyyə  paylanan  qonaqlıq 
demək  idi.  Con  Foks  Lit-Liti  almasını  indiyədək 
görünməmiş  potlaçla  qeyd  etmək  istəyirdi  ki,  adaxlının 
əliaçıqlığı  gəlinin  gözəlliyindən  geri  qalmasın.  Axşama 
yaxın bütün tayfa qonaqlığa gəldi. Kişilər, qadınlar, uşaqlar 
və itlər doyunca yedilər, əliaçıq kişi heç kəsin – nə yol azıb 
gələn  yolçuların,  nə  də  tayfasından  geri  qalan  ovçuların 


www.vivo-book.com 
 
305 
xətrinə dəymədi. Saqqallı ər indicə gözünün yaşını tökəcək, 
fağırlaşan  Lit-Litə  təzə  çit  paltar,  zəngin  naxışlı  mokasin 
verdi,  onun qaralığından  göyə  çalan  saçları  üstünə  əl-əlvan 
ipək  yaylıq  örtdü,  boğazına  qıpqırmızı  şərf  bağladı,  üstəlik 
də bürünc  sırğa, üzüklər, bir  ovuc par-par  parıldayan  bəzək 
şeyləri, ucuzlu saat bağışladı. 
Snitşeyin  hədiyyələr  paylayanda  özünü  güclə  saxladı, 
ən axırda bir dəqiqə vaxt tapıb, qızını bir qırağa çəkdi. 
O, burnu altında mızıldandı. 
– Bu gecə də yox, sabah gecə də yox, gecələrin birində 
çayın  qırağına  gəlib  qarğa  kimi  qarıldayacağam,  sən  də 
yekəpər,  axmaq  ərinin  yatağından  qalxıb  mənim  yanıma 
gələrsən. 
Lit-Litin  yeni  gözəl  həyatdan  ayrılmalı  olacağını 
eşidəndə  sifətinin  uzandığını  görüb  tələsik  əlavə  etdi:  – 
Qorxma. Sən qaçıb gələn kimi yekəpər və sadəlövh ərin ah-
ufla  viqvamıma  qaçıb  gələcək,  sonrası  isə  səndən  asılıdır, 
var  gücünlə  şikayətlən  ki,  bundan  xoşun  gəlmir,  ürəyindən 
deyil,  işlər  müdirinin  arvadı  olmaq  sənin  düşündüyündən 
çətin imiş, qoy ərin yazıq, kasıb, qoca atana üstəlik adyallar, 


www.vivo-book.com 
 
306 
tənbəki  və  başqa  mallar  versin.  Belə  ki,  möhkəm  yadında 
saxla, gecə çay sahilində qarğa kimi qarıldayacağam. 
Lit-Lit  başını  tərpətdi,  bilirdi  ki,  atanın  sözünə  qulaq 
asmamaq  olmaz,  bir  də  o,  qızından  nə  tələb  edirdi  ki, 
deyirdi,  Foksdan  bir  müddət  ayrılsın,  Lit-Lit  onun  yanına 
qayıdanda  əvvəlkindən  xoşbəxt  olacaqdır.  Qız  qonaqlara 
qarışdı. Gecə yarıdan keçəndə, xüsusilə, yaşlı hindu qadınlar 
dəridən-qabıqdan  çıxıb  zarafatlaşanda  və  hay-küy  salanda 
Foks Lit-Liti çağırıb qalaçaya apardı. 
Lit-Lit  faktoriyada  ən  nüfuzlu  adamın  arvadı  olmağın 
nə  qədər  sərfəli  olduğunu  tez  başa  düşdü,  belə  güzəran 
yatsaydı  yuxusuna  da  girməzdi.  İndi o,  odun,  su  daşımırdı, 
deyingən  tayfa  üzvlərinə  qulluq  eləmirdi.  İlk  dəfə  idi  ki, 
səhər  yeməyi  hazır  olunca  yataqda  uzanıb  nazlana  bilərdi. 
Yataq da ki, nə yataq, təmiz, yumşaq, rahat, o ömründə belə 
yorğan-döşəkdə  yatmamışdı.  Bəs  yeməyinə  nə  deyirsiniz! 
Yediyi  ağ  çörək,  peçenye,  buğda  unundan  kökə  idi.  Gündə 
üç  dəfə,  hər  gün  özü  də  ki,  ürəyin  istədiyi  qədər.  Belə 
bolluğa  adam  alışa bilmir.  Bundan başqa Foks xeyirxah da 
olurdu. Bir arvadı ölmüşdü, evi idarə etməyi yaxşı bacarırdı, 


www.vivo-book.com 
 
307 
arvadın  cilovunu  da  hərdənbir,  özü  də  ciddi  şəkildə  çəkə 
bilirdi. 
O, toyun ertəsi günü süfrə dalında oturanda dedi: 
–  Lit-Lit  burda  xanımdır.  O,  nə  dedi,  olmalıdır,  başa 
düşdünüz? 
Mak  Lin  və  Mak  Teyviş  başa düşdülər. Onlar  bunu  da 
bilirdilər ki, işlər müdirinin əli ağırdır. 
Lit-Lit vəziyyətindən sui-istifadə eləməyə tələsmirdi. O 
əri  kimi  böyüyən  oğlanlarının  nazını  çəkdi,  yorulmadan 
onların  qeydinə  qaldı,  bununla  bərabər  əri  onu  müəyyən 
dərəcədə  sərbəst  buraxdığı  kimi,  o  da  onları  sərbəst 
buraxırdı.  Oğlanlar  təzə  analarını  hamıya,  hər  gördüklərinə 
tərifləyirdilər.  Mak  Linlə,  Mak  Teyviş  də  dil-boğaza 
qoymurdular, Foks da ailə həyatının gözəlliklərindən, cavan 
arvadının  məziyyətlərindən,  özünün  razılığından  o  qədər 
danışdı  ki,  bütün  bunlardan  Günah  qayasının  sakinləri  və 
ətrafında yaşayanlar xəbər tutdular. 
Gələcək 
saysız-hesabsız 
qurtarmaq 
bilməyən 
qazancların  eşqinə  düşən,  gecələr  yuxusu  ərşə  çəkilən 
Snitşeyn bu qərara gəldi ki, hərəkətə gəlmək vaxtı çatıb. 


www.vivo-book.com 
 
308 
Toyun  onuncu  gecəsi  Lit-Liti  qarğa  qarıltısı  yuxudan 
elədi.  Qız  başa  düşdü  ki,  Snitşeyn  onu  sahildə  gözləyir. 
Xoşbəxt həyata başı qarışdığından, o atası ilə şərtləşdiklərini 
unutmuşdu,  indi  onun  canına  uşaqlıqda  olduğu  kimi  qorxu 
düşmüşdü. Lit-Lit tir-tir əsərək yorğan-döşəkdə xeyli uzanıb 
qaldı,  getmək  də  istəmirdi,  qalmağa  da  qorxurdu.  Axırdan 
axıra  Foksun  mehribançılığı,  həm  də  dəmir  kimi  əzələləri, 
dördkünc  çənəsi  ona  cürət  verdi.  Atasının  sözünü  qulaq 
ardına  vurdu,  Foks  da  bu  gecə  nə  kimi  qələbə  əldə 
etdiyindən xəbər tutmadı. 
Səhəri Lit-Lit qorxu içində yatağından qalxdı, evdə yır-
yığış  edəndə  atasının  bu  dəqiqə  gəlib  çıxacağını  fikrə 
gətirəndə  diksinirdi.  Vaxt  ötüb-keçdi,  qız  get-gedə 
sakitləşdi. Foks Mak Lini, Mak Teyvişi diqqətsizlik üstündə 
ucadan  danlayırdı,  onun  səsi  qıza  cəsarət  verirdi.  Lit-Lit 
bütün günü çalışdı ki, ərinin yanında olsun, onun iri anbarda 
nəhəng  mal  bağlarını,  qu  tükündən  qayırılmış  balışlar  kimi 
çətinlik  çəkmədən  qaldırıb  ordan-burdan  atdığını  görəndə, 
tamamilə bu qərara gəldi ki, atasına qulaq asmasın. Bundan 


www.vivo-book.com 
 
309 
başqa  o  ilk  dəfə  idi  ki,  anbarı  görürdü  –  Günah  qayası  bir 
neçə xırda faktoriyaların bazası idi.  
Lit-Liti  bura  yığılmış  saysız-hesabsız  var-dövlət  mat 
qoydu.  O  bu  var-dövlətə  tamaşa  edir,  atasının  miskin 
viqvamı  gözləri  önünə  gəlirdi.  Onun  bütün  şübhələri  yoxa 
çıxdı. Öz qərarını yoxlamaq üçün oğulluğundan soruşdu: 
– Ata yaxşıdır? 
Oğlan cavab verdi ki, yer üzündə ondan yaxşısı yoxdur. 
Bu  gecə  də  “qarğa”  təzədən  qarıldadı.  Ertəsi  gecə  onun 
qarıltısı  lap  ucadan,  ara  vermədən  eşidildi.  Foks  yuxudan 
oyandı, yorğan-döşəyində narahat-narahat çevrilib söydü: 
– Lənətə gəlmiş qarğaya bax! 
Lit-Liti  gülmək  tutdu,  ehmalca  üzünü  yastığa 
yapışdırdı. 
Snitşeyn  kabus  kimi  səhər  tezdən  günəş  doğanda 
faktoriyaya  gəlib  çıxdı,  onu  Vanidani  ilə  birlikdə  mətbəxə 
səhər  yeməyinə  çağırdılar.  Qoca  qadınla  birlikdə  çörək 
yeməkdən  qətiyyətlə  boyun  qaçırtdı,  bir  azdan  qızğın  alver 
gedən dükanda kürəkəninin başının üstünü kəsdirdi. Dedi ki, 
eşitdiyinə  görə,  qızı  tayı-bərabəri  olmayan  dürdanəsidir, 


www.vivo-book.com 
 
310 
deməli,  ona  yenə  tənbəki,  yorğanlar,  tüfənglər  düşür...  ən 
vacibi  də  tüfənglər.  Onu  sadəcə  olaraq  aldadıblar.  Lit-Litə 
görə  az  şey  veriblər.  İndi  o  gəlib  ki,  insafla  işi  yoluna 
qoysun.  Ancaq  Con  Foksun  nə  artıq  adyalları,  nə  də  insafı 
var idi.  
Snitşeyn xəbər verdi ki, üç yerə ayrılan yolun ağzında 
missionerə  rast  gəldi,  o  dedi  ki,  Allah-taala  belə  nikahları 
təqdir eləmir, atanın borcu qızını qaytarıb evinə aparmaqdır.  
Snitşeyn sözünü axıra çatdırdı:  
– Mən indi əsl xristianam, istəyim budur ki, qızım Lit-
Litin göylərdə yeri olsun. 
İşlər  müdirinin  qayınatasına  cavabı  qısa,  aydın  oldu, 
onu  cəhənnəmə  yollamadı,  ona  bu  yolda  ilk  addımlarını 
atmaqda kömək edərək, boynunun dalından tutub çölə atdı, 
qapını çəkdi. 
Snitşeyn evin ətrafında dövrə vurub, mətbəxdən qonaq 
otağına keçdi, ordan Lit-Litin üstünə düşdü.  
O, qızına qəzəbli bir nəzər salıb sözünə başladı: 
– Mən səni çağıranda, görünür, yuxun bərk imiş. 
– Yox, mən yatmamışdım, hər şeyi eşidirdim. 


www.vivo-book.com 
 
311 
Qızın  ürəyi  bərk  döyünürdü,  qorxudan  sıxılırdı,  buna 
baxmayaraq, qətiyyətlə sözünə davam etdi: 
–  Keçən  gecə  də  yatmamışdım,  çağırdığını  eşidirdim, 
ondan qabaqkı gecə də. 
Böyük səadətinin əlindən alınacağından qorxan Lit-Lit 
qadınların  hüquq  və mövqelərindən  ilhamla  nitq  irad  elədi. 
Bu,  altmış  üçüncü  paraleldən  şimalda  “Yeni  qadının”  ilk 
çıxışı idi. 
Ancaq  Lit-Lit  nahaq  yerə  canfəşanlıq  edirdi:  Snitşeyn 
hələ də orta əsrlər cəhalətindən ayılmamışdı. 
Qız  nəfəsini  dərmək  üçün  sözünü  kəsəndə,  o  təhdidlə 
dedi: 
– Bu gün mən yenə qarğa kimi qarıldayacağam. 
Bu vaxt Cob Foks içəri girib, qayınatasına eşik qapısını 
göstərdi. 
Bu  gecə  “qarğa”  həmişəkindən  inadla  qarıldadı.  Oyaq 
yatan  Lit-Lit  qarıltını  eşidib  gülümsünürdü.  Con  Foks 
narahat-narahat  qurcalanırdı.  Sonra  o  yuxudan  ayılıb  daha 
da çox qurcalandı. O mızıldandı, fısıldadı, alçaqdan o ki var 
söyüş  söydü.  Nəhayət,  yatağından  qalxdı,  qonaq  otağına 


www.vivo-book.com 
 
312 
keçdi,  başısoyuq  Mak  Teyvişin  yaddan  çıxarıb  qoyduğu, 
içinə xırda barıt doldurulmuş tüfəngi qapıb çölə atdı. 
Foks oğrun-oğrun  faktoriyadan  çıxıb tələsik  çaya  tərəf 
yollandı.  Qarıltı  səsi  daha  gəlmirdi,  Foks  hündür  otların 
arasında 
sərələnib 
gözləməyə 
başladı. 
Gündüzün 
bürküsündən  sonra  onu  ürəklərə  yayılan  sərinlik  bürüdü. 
Gecə  Foksu  yırğalayıb  yatırtdı,  o  əlini  başının  altına  qoyub 
əvvəlcə mürgü vurdu, sonra isə dərin yuxuya getdi. 
Ondan  əlli  yard  aralıda  gecənin  sakitliyindən 
xumarlanan  Snitşeyn  də  başını  dizlərinin  üstünə  qoyub 
yatırdı.  Bir  saatdan  sonra  o  yuxudan  ayıldı,  başını  yuxarı 
qaldırmadan belə, sakitliyi xırıltılı, boğazdan gələn qarıltısı 
ilə pozdu. 
Foks  yuxudan  mədəni  adamlar  kimi  birdən  ayılmadı, 
vəhşilər  kimi  sürətlə  oyandı.  Tutqun  gecə  işığından  otların 
arasında  nə  isə  tünd  bir  şey  gördü,  tüfəngi  qaldırıb  nişan 
aldı.  “Qarğa”  təzədən  qarıldadı,  o,  tətiyi  basdı. 
Cırcıramaların cırıltısı, kəkliklərin qarıltısı bir anlığa kəsildi, 


www.vivo-book.com 
 
313 
“qarğa”nın  qarıltısı  ürküdülmüş  sükut  içində  bilmərrə 
kəsildi.  
Con  Foks  özünü  irəli  atdı,  qurbanını  qucaqladı.  Əlləri 
cod,  pırtlaşıq  saçlara  toxundu,  ulduzların  işığında  o  tanış 
sifəti gördü. O əlliyardlıq məsafədən barıtın necə yayıldığını 
bilirdi,  başa  düşdü  ki,  Snitşeynin  çiyinlərində,  kürəyində 
sağ-salamat yer yoxdur. Snitşeyn Con Foksun bunu bildiyini 
anlasa da, bu haqda ağzını açıb bir söz demədi. 
Foks soruşdu: 
– Burda nə eləyirsən? İndi sənin yatan vaxtındır. 
Barıt  dərisini  göynətsə  də,  Snitşeyn  heç  özünü 
sındırmadı, qaşqabaqla cavab verdi: 
–  Yatmaq  hardan  yadıma  düşür?!  Mən  qızım  Lit-Litə 
yas  tuturam,  qızım  yaşasa  da  ölüdür,  birbaşa  gedib  ağ 
adamın cəhənnəminə düşəcək. 
Con Foks sərt şəkildə dönüb dedi: 
–  Bundan  sonra  ona  o  biri  sahildə  yas  tut,  elə  et  ki, 
faktoriyada  eşidilməsin,  yoxsa  elə  bərkdən  ağlayırsan  ki, 
yatmağa qoymursan. 


www.vivo-book.com 
 
314 
Snitşeyn etiraz etdi: 
– Ürəyim parçalanır. Gecəm-gündüzüm qapqaradır. 
Con Foks dedi: 
– Qarğa kimi qaradır? 
Snitşeyn dilləndi: 
– Qarğa kimi qaradır. 
O  vaxtdan  bəri  çaydan  qarğa  qarıltısı  eşidilmir,  Lit-Lit 
gündən-günə daha yaraşıqlı, daha mötəbər olur, özü də çox 
xoşbəxtdir.  Con  Foksun  –  anaları  ağac  başında  uyuyan  – 
oğlanlarının  bacıları  olub.  Qoca  Snitşeyn  daha  faktoriyada 
görünmür, o nazik qoca səsi ilə yer üzündəki bütün nanəcib 
uşaqları,  xüsusilə  öz  qızı  Lit-Liti  lənətləyir.  Tayfa  başçısı 
ömrünün  qalan  günlərini  oturub-durub  deyir  ki,  onu 
aldadıblar.  Hətta  Con  Foks  da  Lit-Lit  üçün  daha  on  adyal, 
tüfəng artıq verdiyini demir. 
 
 


www.vivo-book.com 
 
315 
KİTABIN İÇİNDƏKİLƏR 
Oyun (povest)............................................................. 
Balıqçı patrulun hekayələri 
Ağlar və sarılar............................................................ 
Yunanların kralı........................................................... 
İstridyə ovlayan dəniz quldurlarına basqın................. 
“Lankaşir kraliçası”nın mühasirəyə alınması............... 
Çarlinin bicliyi............................................................. 
Demetrios Kontos........................................................ 
Sarı Yaylıq................................................................... 
Kişi sədaqəti 
Kişi sədaqəti................................................................. 
Lit-Litin ərə getməsi..................................................... 
 
 
 
 
 
 
 


www.vivo-book.com 
 
316 
 



Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə