Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə53/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   ...   49   50   51   52   53   54   55   56   ...   59

www.vivo-book.com 
 
266 
O birdən dilləndi: 
–  İkimiz  də  çıxıb  gedə  bilsəydik,  nə  yaxşı  olardı.  Heç 
zər atmalı da olmazdıq. 
Pentfild qaşqabaqla ona baxdı. 
–  Sənin  bu  lənətə  gəlmiş  tərsliyin  olmasaydı,  heç 
mübahisə də eləməzdik. Sən ancaq şeylərini yığışdırıb yola 
düşərdin. Mən işlərə göz olardım, gələn il gedərdim. 
–  Mən  niyə  gedim?  Mənim  yolumu  axı  gözləyən 
yoxdur... 
Pentfild onun sözünü ağzında qoydu: 
– Bəs qohum-qardaşın? 
Xatçinson sözünə davam etdi: 
–  Səni  isə  gözləyirlər.  Sən  bilirsən  mən  kimi  nəzərdə 
tuturam.  
Pentfild qaşqabağını sallayıb çiyinlərini atdı: 
– Gözləyər. 
– Axı o iki ildir gözləyir. 
– Bir il də gözləsə, qocalmaz. 


www.vivo-book.com 
 
267 
–  Axı  onda üç  il olacaq?  Ay  kişi, bir ağlına vur,  üç  il 
dünyanın  bu  başında,  bu  lənətə  gəlmiş  cəhənnəmdə  ilişib 
qalmaq olar?! – Xatçinson əllərini məyusluqla yellədi. 
O  öz  şərikindən  kiçik  idi,  iyirmi  altıdan  artıq  yaşı 
olmazdı.  Sir-sifətindən  qəm-qüssə  yağırdı,  çoxdan  bəri 
arzusunda olduğu şeylərdən məhrum olan təki kədərlənirdi. 
Pentfildin  üz-gözündən,  donqar  çiyinlərindən  kədər, 
məyusluq tökülürdü. 
O dedi: 
–  Dünən  gecə  yuxuda  gördüm  ki,  Zinkengildəyəm. 
Musiqi çalınır, stəkanların  cingiltisi,  hay-küy,  qadın  gülüşü 
eşidilir,  mən  yumurta  sifariş  verirəm,  hə,  ser.  Həm  bərk 
bişmiş, həm ilıq yumurta, qayğanaq və omlet
78
 də... bunları 
elə aşırıram ki, bişirib çatdıra bilmirlər. 
Xatçinson onun sözünü acgözlüklə kəsdi: 
                                                 
78
Omlet – un və südlə çalınmış qayğanaq (Tərc. qeydi).
 


www.vivo-book.com 
 
268 
–  Mən  isə  salat,  üstünə  göyərti  səpilmiş  bifşteks
79
 
sifariş verərdim, yanında göy soğanı, turpu dişlərim arasında 
xırçıldayaydı. 
Pentfild ah çəkdi: 
–  Mən  bunların  hamısını  yumurtadan  sonra  sifariş 
verərdim, yuxudan ayılmasaydım. 
O, döşəmənin üstündəki sınıq-salxaq bandjonu götürüb 
simlərinə fikirli-fikirli toxundu. Xatçinson diksinib dərindən 
ah  çəkdi.  Pentfild  şən  bir  melodiya  çalanda  o  gözlənilməz 
qəzəblə qışqırdı: 
– Saxla! Adam dəli olar! Dözmək olmur. 
Pentfild bandjonu taxtın üstünə atıb qiraətlə oxudu. 
 
Açıb gizli həsrətimi!
80
 
Oxuyuram mən beləcə: 
Yaddaşımın qaranlığı 
Axıb gedir, keçir gecə. 
                                                 
79
Bifşteks – qızardılmış ət (Tərc. qeydi). 
80
Şeirlərin tərcüməsi Musa Ələkbərlinindir. 


www.vivo-book.com 
 
269 
Bir şəhərəm, dan yerinin 
Şəfəqində sökülürəm. 
Xatirələr əzabında 
Öz içimə çəkilirəm. 
Qəlbim yenə düşür oda, 
O geydiyim frak mənim 
Gör nələri salır yada. 
Onun  yoldaşı  başını  ağır-ağır  əlləri  üstünə  endirdi. 
Pentfild təzədən stolun üstünü yeknəsəq şəkildə taqqıldatdı. 
Sonra  onun  nəzərini  qapının  bərkdən  açılması  cəlb  elədi. 
Qapının  üstünə  ağ  qırov  örtük  kimi  çökmüşdü.  Pentfild 
pəsdən oxudu. 
Ağıldadır qoyun, quzu... 
Neçə ümid, neçə arzu 
Bir quş kimi süzüb gedir... 
Qızıl balıq dağ çayından 
Dəryalara üzüb gedir... 
Ürəyimdə bir səda var: 
Yeri dinlə, göyü dinlə! 
Haçan mənim məhəbbətim 


www.vivo-book.com 
 
270 
Qovuşaram mən səninlə?! 
Bilbidem  gəlib  çıxdı,  zərləri  stolun  üstünə  atdı,  yenə 
araya sükut çökdü. O dedi: 
– Yaman soyuqdur. Olson mənə dedi, Yukon dünəndən 
donub.  
Pentifild Xatçinsonun çiyinlərini şappıldadıb qışqırdı: 
– Eşitdin, dostum? Kim udsa, sabah o bu vaxt xoşbəxt 
diyarın yolunda olacaq.  
O içində zərlər olan stəkanı şən-şən silkələdi. 
– Nə oynayırıq? 
Xatçinson cavab verdi: 
– Poker
81
. At görüm.  
Pentifild stolun üstündəki qab-qaşığı itələyib şaqqıltı ilə 
aşağı saldı, zərləri stolun üstünə atdı. İkisi də tələsik əyildi: 
heç biri qoşa düşməmişdi, ən böyük say beş idi.  
Pentifild içini çəkdi: 
– Boş xanə.  
                                                 
81
Poker – qumar oyunlarından birinin adı (Tərc. qeydi).
 


www.vivo-book.com 
 
271 
Çox götür-qoydan sonra o, zərlərin beşini stəkana yığdı. 
Xatçinson dedi: 
– Sənin yerinə olsaydım, beşi saxlayardım. 
Pentfild: 
– Yox. İndi gör nə olacaq! – deyib zərləri atdı. 
Yenə  heç  biri  qoşa  düşmədi.  Bu  dəfə  ikidən  tutmuş 
altıyacan düşmüşdü. 
Pentfild inildədi: 
– Yenə fərli bir şey düşmədi. Korri, sən daha atma. Sən 
uddun. 
Yoldaşı  dinməzcə  zərləri  yığdı,  stəkanın  içində 
cingildətdi, qolaylayaraq stolun üstünə atdı, gördü ki, ona da 
altı ilə boş xanə düşdü. 
O altılığı saxlayıb, qalan dörd zəri yığaraq dedi: 
–  Hər  halda,  heç-heçə,  ancaq  mən  qoşa  bir  zər 
istəyirəm. Budur, udacam. 
Stolun üstünə iki, üç, dörd, beş və Pentfilddəki kimi boş 
xanə düşdü. 
Xatçinson ah çəkdi: 
– Belə hadisə yüz ildə bir dəfə olur. 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə