Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə22/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   18   19   20   21   22   23   24   25   ...   167

 69 

—Hey Təpəgöz! — dedi. — Çıx savaşaq, çəkişək, vuruşaq, yaxşı 

kşilərin canını sənin əlindən qurtarım. 

Mağaranın qaranlıq ağzından Təpəgözün yeganə gözü görünürdü. 

O, dərə dibindəki oğlana baxıb qəh-qəh güldü. 

—Oğlan, oğlan, ay oğlan! — dedi.  

— Əlim—ayağım sənə dəyməmiş qayıdıb dön burdan! 

Oğlan dedi: — Hərzə-mərzə söyləmə, itim Təpəgöz. Alp ərə 

qorxu vermək eyib olur, bəri gəl, vuruşaq! 

Təpəgöz nərə  çəkib mağaradan çıxdı. Nərəsindən dağlar titrədi, 

yeddi qaya yeddi kərə hay verdi, yamacın daş-kəsəyi yerindən qopub 

yarğana yuvarlandı. Təpəgöz altı  pərli gürzünü əlinə aldı, oğlanın 

üzərinə cumdu. Oğlan qalxanını yapındı, gürzə qarşı tutdu. Təpəgöz 

oğlanı yuxarıdan aşağı vurdu. Qalxan paralandı, oğlan yaralandı, 

amma yıxılmadı. Təpəgöz qılıncını  sıyırdı, oğlan da qılınc çəkdi, 

qılınclaşdılar, bir-birini ala bilmədilər. Süngülərlə vuruşdular, buğa 

kimi çarpışdılar, qurşaq tutub güləşdilər, süngülər sındı, torpaq 

ayrıldı, bir-birini alammadılar. Təpəgöz oxu yaya qoydu, nişan aldı, 

atdı oğlanın çiynindən yaraladı, alca qanın şorlatdı. Təpəgöz qılıncını 

qaldırıb oğlanın başını  kəsmək istədi, oğlan qıvrılıb kənara sıçradı, 

kəməndini iri bir ağacın budağına keçirdi, ipdən yapışıb özünü 

yellədi, çayın o biri tərəfinə tullandı. Təpəgöz başını çevirib tək 

gözüylə ona baxmaq istəyəndə oğlan ipi yelləyib təzədən o biri yana 

atıldı. Oğlan kəmənddən yapışıb o taya, bu taya atılırdı. Təpəgöz isə 

tək gözüylə onu izləyə bilmirdi. Oğlan bu dəfə lap hündürə tullandı, 

havadaykən nişan alıb oxla Təpəgözü düz gözündən vurdu, Təpəgöz 

gözündən yapışıb fəryad qopardı:  

Aman  gözum, vay gözüm!  

Yalqız  gözum, ay gözum! 

Kor olmuş  Təpəgöz altı  pərli gürzü sağına-soluna fırladırdı, 

gürzün qopardığı yerdən az qala dəvələr yıxılırdı. Oğlan qaçıb 

mağaranın ağzına gəldi, yumaq kimi büzüşüb mağaranın bir 

küncündə qalmış tacirləri səslədi. 

—Çıxın, — dedi. — Daha Təpəgözdən sizə zaval yoxdur. 

Tacirlər mağaradan çıxdılar. Qoca tacir Təpəgözün nalələrindən 

titrəyə-titrəyə: —Ay oğul, — dedi, — axı malımız, varımız 

mağarada qaldı. 

Oğlan: — Bu saat malınızı ordan çıxardaram, — dedi, mağaraya 

girdi. 



 70 

Təpəgöz bunu eşitdi: 

—Oğlan, — dedi, — sən mənim mağarama girdin, daha əlimdən 

qurtara bilməyəcəksən, indi səni mağaraya elə vuracam ki, quyruğun 

mağaranı yağlasın! 

Təpəgöz mağaranın içinə girdi. Oğlan daş rəflərə düzülmüş insan 

kəllələrindən birini götürüb Təpəgözün  əlinə toxundurdu. Təpəgöz 

bunu oğlanın kəlləsi bilib bərk-bərk yapışdı. Oğlan sivişib mağaranın 

ağzından çıxdı, dartıb malları da çıxartdı. 

Təpəgöz: 

—Oğlan, qurtuldunmu? — dedi. Oğlan: 

—Qurtuldum — dedi. Təpəgöz hirsindən az qala partlayacaqdı, o, 

mağaranın  əhəng sütunlarının birindən yapışıb silkələdi. Mağaranın 

divarları  titrəməyə başladı. Oğlan, tacirlər, karvan artıq dərənin 

dibində idilər. Birdən  sanki dəhşətli bir zəlzələ qopdu. Təpogöz 

silkələyib mağarasını öz başını uçurtmuşdu. Gurultulu bir yarğan 

qopdu, dağın yarısı uçub dağıldı. Təpəgöz daşın-torpağın altında 

qaldı, həlak oldu. Karvan Qanlı Dərədən keçib açıqlığa çıxdı.  

Qoca tacir dedi:  

—İgid oğlan! Sən ərlik göstərdin, bizi ölümdən qurtardın, gəl indi 

bəyəndiyin mallardan seç. 

Oğlan ipəyə-qumaşa, ləl-cavahirata gözucu baxıb: 

—Tacirlər, — dedi. — Dünya malında gözüm yoxdur. 

Amma bir bu yayı, bir bu gürzü, bir də bu boz ayğırı bəyənirəm. 

Tacirlər tutuldular.  

Oğlan: 


—Nədi, çoxmu istədim? — dedi. 

Qoca tacir: 

—Xeyr, igid, — dedi, — niyə çoxdur? Amma bizim bir 

müştərimiz var, bu üç şeyi onun oğluna ərməğan aparırıq. 

Oğlan: 

—Müştəriniz kimdir? — dedi. 



—Bayat obasından Bəyburadır, — dedilər, — onun oğluyçün 

aparırıq.  

Oğlan gülümsədi, bir şey demədi, atını qamçıladı, çapıb getdi. 

Tacirlər ardınca baxa-baxa qaldılar:  

—Yaxşı igiddir, insaflı, mürüvvətli igiddir, — dedilər. 

*** 

...Karvan Bəyburanın obasına yaxınlaşırdı. 




 71 

*** 

...Bəybura öz  çadırında  əyləşmişdi, oğlu da yanındaydı. 

Tacirlərin gəldiyini eşitmişdilər, gözləyirdilər. Karvan obaya çatdı, 

tacirlər obaya gəldilər. Baş endirib salam verdilər, gördülər ki, onları 

qurtaran igid Bəyburanın sağında oturub. Tacirlər yüyürdülər, 

oğlanın əlindən öpdülər. Bəyburanın acığı tutdu: 

—Bu nə deməkdir,  əbləhlər, — dedi. — Ata dururkən oğul  əli 

öpərlər? 

Qoca tacir: 

—Bu igid sənin oğlunmudur? — deyə xəbər aldı.  

—Bəli, oğlumdur. 

—Onda incimə, Bəybura,  əvvəlcə onun əlini öpdüyümüzə. Əgər 

sənin oğlun olmasaydı, bizim malımızı da aparmışdılar, canımızı da 

almışdılar. Oğlun igidlik göstərdi, bizi qurtardı. 

Bəybura: 

—Bu oğlana ad qoymaq olarmı? — dedi. — Bəli, — dedilər. 

...Dədə Qorqud gəldi. 

—Sözüm dinlə, Bəybura, — dedi. — Sənin oğlun elimizin arxası 

olsun. Bunun adı Boz ayğırlı Bamsı Beyrək olsun! Adı mən verdim 

verdim, yaşını tale versin!  



*** 

Bayandır xan can verirdi. Alp Aruz, Əmən, Qazan, Qarabudaq, 

Dondar, Bəybura, Beyrək, başqa igidlər onun yanındaydılar. 

Bayandır xan yatağında uzanıb, ağır-ağır danışırdı: 

—İgidlər, sözümü dinləyin. Mən bu dünyadan gedər oldum. Ona 

ağlamıram ki, dünyadan doymadım, xanlıqdan usanmadım. Ona 

ağlamıram ki, at belində, yağılarla savaşda həlak olmadım, evimdə, 

yatağımda ölürəm.  İgidlər, ona ağlayıram ki, oğuldan ortağım yox, 

qardaşdan qədərim. Allah-taala mənə qarğayıbmış, igidlər, tacım, 

taxtım üçün ağlayıram. 

Alp Aruz, Qazan, başqa igidlər gərginliklə Bayandırı 

dinləyirdilər. Bayandır xan deyirdi:  

—İgidlər, son sözümü dinləyin, vəsiyyətimi bilin, lazımdır ki, 

mən öləndən sonra məmləkət pozulmasın, xaniman dağılmasın, 

yağılar evimizi başsız görüb üstümüzə ayaq açmasınlar. Lazımdır ki, 

taxt-tacıma bir alp igid sahib olsun. 

Alp Aruz son dərəcədə böyük gərginliklə dinləyirdi. Bayandır xan 

sözünü bitirdi: 




Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə