Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə24/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   20   21   22   23   24   25   26   27   ...   167

 75 

Banıçiçək dedi: 

—O qız elə adam deyildir ki, sənə görünə. Amma mən 

Banıçiçəyin dadısıyam. Gəl indi səninlə ova çıxaq.  Əgər sənin atın 

mənim atımı keçərsə, onun atını da keçərsən. 

Gəl səninlə ox ataq, oxun mənim oxumu ötərsə, onunkunu da 

ötərsən. Bir də gəl səninlə güləşək. Məni basarsan, onu da basarsan. 

—İkisi də atlandılar, meydana çıxdılar, at çapdılar. Qızın atı 

Beyrəyin atını keçdi. Ox atdılar, qızın oxu Beyrəyin oxunu ötdu.  

Qız dedi:   

—İgid bil ki, mənim atımı kimsənin keçdiyi yox, oxumu 

kimsənin ötduyu yox. İndi gəl səninlə güləşək. Beyrək atdan endi. 

Güləşdilər. İki pəhləvan olub bir-birinə sarmaşdılar. Beyrək götürüb 

qızı yerə vurmaq istər, qız qıvrılıb çıxar, qız Beyrəyi yerə  yıxmaq 

istər, Beyrək qacıyıb qurtular. 

Beyrək düşündü: 

—"Bu qıza basılacaq olsam, el-oba içində başıma qaxınc, üzümə 

toxunc edərlər". 

Qıvradı  qızın döşündən yapışdı, sıxdı, qız gücəndi, çabaladı, bu 

dəfə Beyrək qızın incə belindən tutdu arxası üzərinə yerə qoydu, 

xəncərini çıxartdı, onun boğazına yaxınlaşdırdı. 

Qız:  


—İgid, — dedi, — Bəybecan qızı Banıçiçək mənəm. 

Beyrək:  

—Hey, xanım! — dedi. — Elimizin qızı-gəlini içində,  hərə öz 

sözünü söyləyəndə, sən durarsan, öyünərsən, Beyrəyin atın keçdim, 

oxun ötdüm — deyərsən, məni xar edərsən. Gözüm dondü, könlüm 

getdi, öldürəcəm səni! 

Banıçiçək dedi: 

—İgidim. Öyünərsə  ər öyünsün — arslandır! Öyünməklik 

arvadlara böhtandır. Öyünməklə arvad ər olmaz! Ala yorğan içində 

səninlə dolaşmadım, dadlı damaq dadıb, soruşmadım, al duvağın 

altından söyləşmədim. Tez sevdin, tez usandın, sərək oğlu sərək. Yer 

şahid olsun, göy şahid olsun, mən sənə munisəm, yarım, qıyma 

mənə, igidim! 

Beyrək güldü: 

—Gözəlim, incə bellim, öldürməyə  mən səni qıyarmıydım. Öz 

canıma qıyardım, sənə qıymazdım. Mən səni sınayırdım.  

Belə deyib Beyrək qızı üç öpdü, bir dişlədi, barmağından qızıl 



 76 

üzüyünü çıxardı, qızın barmağına keçirdi. 

—Aramızda bu nişan olsun, xanım, — dedi. 

Qız: — Çünki belə oldu, indi qabağa düşmək gərək, igid — dedi. 

Beyrək: 

—Nola, xanım, — dedi. — Baş üstə. Banıçiçək yerdən bir dəstə 

ot dərib Beyrəyə uzatdı: — Al, — dedi — yovşandır. Bunu iyləyib 

məni yada sal…  

...Beyrək atını mahmızladı, çapdı, Banıçiçək onun ardınca 

baxdı… 


...Beyrək atın belində qanadlanıb yel kimi uçdu, sevincindən onun 

gözləri parıldayırdı. 

Beyrək öz-özünə oxuyurdu:  

İncə donlum, yer basmayıb yeriyən!  

Başım  baxtı, evim  taxtı!  

Evdən  çıxıb yuruyəndə  sərv  boylum!  

Badam yesə boylu görünən incə  bellim!  

Topuğunda  sarmaşanda  qara  saçlım!  

Qurulu yaya  bənzər  çatma  qaşlım!  

Qoşa badam sığmayan dar ağızlım!  

Qar üzərinə qan dammış  kimi  al yanaqlım!  

Sevgilim, gözəlim, adaxlım!..  

Beyrək atası Bəyburanın qarşısında dayanmışdı. 

Bəybura:  

—Oğul, — dedi, — bu gün eldə, obada nə gordün? 

—Nə görəcəm,  əziz ata? Oğlu olan evləndirmiş, qızı olan 

köçürmüş. 

—Oğul, bəlkə səni də evləndirmək gərək?  

—Bəli, əziz ata, evləndirmək gərək. 

—Kimin qızını alaq sənə. 

—Ata, mənə bir qız al ki, mən yerimdən durmadan o dursun, mən 

atımı minmədən, o minsin. 

—Oğul, sən qız istəməzsən, bir igid pəhləvan istərmişsən ki, onun 

arxasında yeyəsən, içəsən, xoş keçəsən. 

—Bəli, canım ata, elə istərəm. Bəs gedəsən bir cicibacı tərəkəmə 

qızı alasan, yanından yel ötsə, qarnı yırtılsın? 

—Oğul, onda qız tapmaq səndən, mal-rizq vermək məndən. 

—Tapmışam, ata. 

—Kimdir o? 




 77 

—Bəybecan qızı Banıçiçək. 

Bəybura fikrə getdi. 

—Ay oğul, — dedi, — Banıçiçəyi sənə hələ beşikdən nişanlamışdıq. 

Amma Bəybecan öldü, qızın ixtiyarı qardaşı Qoçərə keçdi. O da ki, 

dəlinin biridir. Adına Dəli Qoçər deyirlər. And içib ki, bacımı  ərə 

verməyəcəyəm. Qızı istəyəni öldürür. 

—Bəs neyləyək?  

Bəybura fikrə getdi: 

—Bu qızı istəməyə kim gedə bilər? Getsə bircə Dədə Qorqud... Bəlkə 

Dəli Qoçər Dədənin qopuzuna hörmət eləyə. 

Gəl bir Dədə Qorqudla məsləhətləşək. 

...Dədə Qorqud: 

—Çünki məni göndərirsiz, gedərəm, — dedi. — Amma bilirsiz 

ki, Dəli Qoçər böyük-kiçik tanıyan deyil. Barı  mənə iki yüyrək at 

gətirin. Qovma-qaçma olarsa, birisini minim, birisin yedim, canımı 

qurtarım. Dədə Qorqudun sözü məqbul gəldi. İki at gətirdilər. Dədə 

birini mindi, birini yeddi: 

—Xoş qalın — dedi, getdi. 

...Dəli Qoçərin çadırının yanında qupquru bir çay yatağı vardı... 

Amma Qoçər bu susuz çayın üstündən bir körpü tikdirmişdi, yoldan 

ötənləri məcbur edirdi ki, bu körpüdən keçsinlər.  Keçənlərdən otuz 

axça, keçməyənlərdən döyə-döyə qırx axça alırdı. 

İndi də tacirlərdən birini döyürdü. Tacir ağlaya-ağlaya: 

—Ay igid, axı niyə belə edirsən, — deyirdi, — düz yolu qoyub 

bu sınıq korpünün üstündən niyə bizi aparırsan? 

Dəli Qoçər bağırdı: 

—Nə dedin, sarsaq oğlu sarsaq? Məndən dəli, məndən güclü ər 

varmıdır ki, qabağıma çıxa! Mənim bahadırlığım, igidliyim Ruma, 

Şama gedib çatıb. 

Qoçər taciri döyüb: 

—Körpüdən keçmirsiniz, cəhənnəmə keçin, amma onda qırx 

axçanı bəri verin görüm, — deyirdi. 

Tacir soruşdu:  

—Yaxşı, bəs körpüdən keçsək neçə axça alacaqsan? 

Dəli Qoçər: 

—Körpüdən keçsəniz otuz, — dedi. Tacir pulları  Dəli Qoçərin 

ovcuna sanadı, dəvələrini körpünün üstündən sürdü. 

Dəli Qoçər onların ardınca baxıb qəhqəhəylə güldü, sonra iri bir 



Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə