Quyuların mərkəzdən qaçma elektrik nasosları ilə istismarı zamanı təmir işləri



Yüklə 17,27 Kb.
səhifə1/2
tarix23.12.2023
ölçüsü17,27 Kb.
#155298
  1   2
Quyuların mərkəzdən qaçma elektrik nasosları ilə istismarı zamanı təmir işləri


Quyuların mərkəzdən qaçma elektrik nasosları ilə istismarı zamanı təmir işləri

Mərkəzdənqaçma nasosları dedikdə, tələb olunan basqı və təzyiqin köməyilə mərkəzdən qaçma qüvvəsinin hesabina işçi çarxın pərlərinə daxil olan mayeni nəql edən qurğu başa düşülür.


Əsas işçi orqanı, val üzərinə yerləşdirilmiş və korpusun daxilində firlanan işçi çarxdır. Çarx bir-birindən müəyyən məsafədə yerləşən arxa və qabaq disklərdən ibarətdir. Pərlər arasındakı mexanizm işçi çarxın iş prinsipini tamamlayır.

Mərkəzdənqaçma nasosların iş prinsipinin əsas mahiyyəti işçi çarxın fırlanmasl ilə nasosun işləməsi zamanı onun korpusunda yaranan mərkəzdənqaçma qüvvəsidir. İşçi çarx şpon şəkili birləşmə ilə nasosun valı üzərinə yerləşdirilir. Nasosun valı isə muftanın köməyiə elektrik mühərrikinə birləşdirilir. Elektrik mühərrikinin köməyilə nasos fırlanır, ardıcıl olaraq, işçi çarxın pərlərinə daxil olan maye nasosun korpusunda mərkəzdənqaçma qüvvəsi əmələ gətirir, korpus daxilində vakkum və təzyiq yaranır. Nəticədə, maye sorucu boru vasitəsilə sorucu qola, oradan nasosa daxil olur. Bu zaman yaranan təzyiqlər fərqinin hesabına maye işçi çarxdan spiral kameraya, oradan vurucu qola birləşən təzyiq borusunun köməyi ilə təzyiq hovuzuna nəql olunur.


Müasir mərkəzdənqaçma nasoslarının ən çox yayılmış tipi bilavasitə mühərriklə birləşmiş və spiral kamerası olan üfiqi vallı nasoslardır ki, onların fadalı iş əmsalı yüksəkdir. Şaquli vallı nasoslar mayelərin dərin quyulardan çıxarılmasında tətbiq olunur.
Bu tip nasosların iş prinsipindən və təyinatından asılı olmayaraq onun işini xarakterizə edən əsas parametrlər aşağıdakılardır:
— məhsuldarlıq; m3/saat; m3/dəq; m3/san;
— güc; vt :
— təzyiq; Pa :
— basqı; m:
— FİƏ (faydalı iş əmsalı); % :
— dövrlər sayı; dövr/dəq :
- — buraxılabilən kavitasiya ehtiyat əmsalı ; m :
Məhsuldarlıq Q – nasos vasitəsilə vahid zaman ərzində basqılı boru xəttinə vurulan mayenin miqdarıdır. Bu kəmiyyət çox vaxtı m3/saat; m3/dəq; m3/san;
Güc N – nasosun vahid zaman (saniyədə) ərzində gördüyü işdir. Güc vahidi olaraq Vatt (Vt) qəbul edilir. Güc vahidləri arasında əlaqələr : 1 Vt = 1 C/san; 1 a.q. = 736 Vt = 0,736 kVt Nasosun gücü adətən stenddə təyin edilir.
Təzyiq p – nasosun yaratdığı təzyiq, onun basqı və giriş xətlərində yaranan təzyiqlər fərqi ilə, basqı və giriş xətlərində yaranan kinetik enerjilər fərqi ilə, manometr və vakumetr quraşdırılan şaquli xətt boyunca məsafədə yaranan müqaviməti dəf etmək üçün lazım olan təzyiqlər fərqinə bərabərdir, ölçü vahidi Pa-dır.
Tam basqı H – nasosun yaratdığı basqı, mayenin nasosa daxil olmazdan əvvəl və nasosdan çıxdıqdan sonra tam xüsusi enerjisinin fərqinə deyilir, ölçü vahidi m-dir.
FİƏ η – nasosun faydalı gücünün onun gücünə (vala düşən) olan nisbətidir, %-lə ifadə edilir.
Dövrlər sayı n – nasosun rotorunun dövrlər sayıdır, dövr/dəq.
Kavitasiya ehtiyatı Δh - Buraxılabilən kavitasiya əmsalı Δh metrlə ölçülür. Kavitasiya səs-küy və vibrasiya ilə müşahidə olunur. Mərkəzdənqaçma nasoslarda kavitasiya hadisəsi işçi çarxın girişində və kürəklərdə müşahidə olunur. Nasosun kavitasiyasız işləməsi üçün nasosun girişində basqı elə qiymətə çatdırılmalıdır ki, nasosda maye axınının heç bir nöqtəsində təzyiq mayenin doymuş buxar təzyiqindən az olmasın. Kavitasiya yarandıqda nasosda aşağıdakı hadisələr müşahidə olunur:
1. Nasosun bütün hidravliki göstərişləri – məhsuldarlığı (Q), basqısı (H), gücü (N) və FİƏ (η) kəskin aşağı enir.
2. Nasos qurğusunun titrəməsi və xarakterik səs (uğultu, zərbə) eşidilir.
3. Təzyiqin ayrı-ayrı yerlərdə ani olaraq təzyiqin artması nəticəsində ən qorxulu hal, yəni maye axan kanalların eroziyası və dağılması, müşahidə olunur.
Təmir işlərinin mürəkkəbliyindən asılı olaraq quyuların cari və əsaslı təmiri növləri vardır.

Yüklə 17,27 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə