Quyuların mərkəzdən qaçma elektrik nasosları ilə istismarı zamanı təmir işləri



Yüklə 17,27 Kb.
səhifə2/2
tarix23.12.2023
ölçüsü17,27 Kb.
#155298
1   2
Quyuların mərkəzdən qaçma elektrik nasosları ilə istismarı zamanı təmir işləri

Quyuların cari təmirinə yeraltı avadanlığın yoxlanması, qismən və ya tam dəyişdirilməsi, boruların və quyu diblərinin parafin, duz, qum, korroziya məhsulları çöküntülərindən təmizlənməsi, həmçinin quyuların debitinin bərpası və artırılması üzrə geoloji-texniki tədbirlərin keçirilməsi daxildir. Cari təmirin məqsədi-quyuların iş rejimini pozan nasazlıqların aradan qaldırılması və yeraltı avadanlığın dəyişdirilməsidir. Buna görə də, çox zaman cari təmiri yeraltı təmir də adlandırırlar. Quyuların cari təmiri- planlıxəbərdarlıqlı (profilaktik) və bərpa (yenidənqurma) təmiri növlərinə bölünür.
Planlı-xəbərdarlıqlı təmir dedikdə, quyuların müvafiq təqvim cədvəli ilə nəzərdə tutulan təmiri başa düşülür. Cədvəllər aylıq, rüblük, illik tərtib edilir. Profilaktik təmir, quyuların yeraltı avadanlığının işində gözlənilməyən nasazlıqlara qarşı ehtiyat tədbirlərinin görülməsi və bu avadanlıqların iş rejimində gözlənilməyən iş pozulmalarına səbəb ola biləcək parafin, qum, korroziya məhsullarının çöküntülərinin vaxtında aradan qaldırılması üçün yerinə yetirilir.
Bərpa təmiri dedikdə, quyudan neft çıxarılmasının tamamilə dayanması da daxil olmaqla, quyunun istismarının texnoloji rejiminin gözlənilmədən pozulması səbəbindən zəruri olan təmir başa düşülür.
Quyuların əsaslı təmiri- boru kəmərinin və ya yeraltı avadanlıqların qəzalarının aradan qaldırılması ilə əlaqədar daha mürəkkəb işlərin yerinə yetirilməsi, həmçinin lay və kənar suların təcridi, quyuların kəsmə, yaxud ikinci lülənin qazılması ilə bərpası və s. başa düşülür.
Mərkəzdənqaçma elektrik dalma nasos qurğularından (MEDN) istifadə zamanı cari təmir işləri nasosun işçi pərlərinin qum ilə yeyilməsi səbəbindən sıradan çıxması, elektrik mühərrikinin, yaxud cərəyan ötürən kabelin izolyasiyasının pozulması ilə şərtlənə bilər. Mərkəzdənqaçma elektrik dalma nasos qurğularından (MEDN) istifadə zamanı cari təmir işləri nasosun işçi pərlərinin qum ilə yeyilməsi səbəbindən sıradan çıxması, elektrik mühərrikinin, yaxud cərəyan ötürən kabelin izolyasiyasının pozulması ilə şərtlənə bilər.
Quyuların cari təmiri üzrə işlər aşağıdakılardan ibarətdir:
-fontan və ya qazlift quyularının avadanlığının dəyişdirilməsi; -quyu nasosunun dəyişdirilməsi;
-nasosun klapan və plunjerinin dəyişdirilməsi;
-qum tıxaclarının aradan qaldırılması (ləğvi);
-boru və ştanqların parafin-asfalt-qatranlı çöküntülərdən təmizlənməsi;
-nasosun girişində yerləşdirilən qaz, yaxud qum lövbərinin təmizlənməsi;
-ştanqların qırılmalarının və açılmasının qarşısının alınması;
-istismar üsulunun dəyişməsi ilə bağlı təmir;
-nasos-kompressor boruları asqısının dəyişdirilməsi;
-NKB-də pozulmaların aşkar edilməsi və boruların dəyişdirilməsi.
Cari təmir işlərinin sadalanan növlərinin bir neçəsi, yeraltı təmir briqadasının quyuya bir çıxışı zamanı eyni vaxtda yerinə yetirilə bilər, belə ki, briqadanın bir çıxışı zamanı nasosun dəyişdirilməsi, qum tıxacının yuyulması və nasos asqısının dəyişdirilməsi üzrə işlər eyni vaxtda aparıla bilər. Quyuların cari təmiri üzrə işlər, rəhbəri usta olan briqada tərəfindən yerinə yetirilir. Quyuların cari təmiri üzrə briqadalar bir qayda olaraq, üç növbəli işləyirlər. Növbədə üç nəfər olur: iki nəfər - köməkçi ilə operator - quyu ağzında işləyir, üçüncü - traktorçu qaldırıcı mexanizmin bucurqadını idarə edir. Dərin quyuların təmiri zamanı növbə 4 nəfərdən ibarət ola bilər. Adı çəkilən üç nəfərdən əlavə, yüksəklikdə işləyən operator da növbəyə daxil edilir. Təmir üzrə işlər əvvəlcədən tərtib edilmiş plan üzrə yerinə yetirilir; burada işlərin növü və onların aparılmasının təhlükəsizliyini təmin edən tədbirlər göstərilir. İşlərin planı neft-qaz çıxarma idarəsinin texnoloji xidmətləri tərəfindən tərtib edilir və NQÇİnin baş mühəndisi tərəfindən təsdiq edilir. Quyuların təmiri üzrə usta plana müvafiq olaraq işlərin aparılmasını təşkil edir, aparılan işlərin təhlükəsizliyini, yerin təkinin və ətraf mühitin mühafizəsi şərtlərinə riayət edilməsini təmin edir, briqada tərəfindən aparılmış işlərin qeydiyyatını aparır.
Cari təmir əməliyyatlarının tam tsiklinə aşağıdakılar aiddir:
-briqadanın köçməsi və avadanlığın quyuya çatdırılması;
-qaldırıcı qurğuların, aqreqatların və quyunun boğulması üçün məhlulla dolu çənlərin quyu yaxınlığında quraşdırılması üzrə hazırlıq işlərinin yerinə yetirilməsi;
-quyu avadanlığının təmiri ilə bağlı olan qaldırma-endirmə əməliyyatlarının aparılması;
-avadanlığın demontajı və onun yeni quyuya nəql edilməsi üçün hazırlanması üzrə son əməliyyatların həyata keçirilməsi.
Yükqaldırma qurğusu (quyu ağzındakı meydançada quraşdırılan buruq) quyuların cari və əsaslı təmirinin bütün növləri üçün zəruri avadanlıqdır. Buruqlar stasionar şəkildə və ya quyuların yeraltı təmiri aqreqatının komplektinə daxil edilməklə, səyyar olub, yalnız təmir işləri zamanı quyu ağzında montaj edilə bilər. Stasionar buruqların aşağı hissəsində ayaqlar arasında məsafə 8 m, yuxarı hissəsində isə 2 m olmaqla hündürlüyü 22-28 m-ə çatır. Onlar xüsusi özül üzərində yerləşdirilir və bərkidilir və əlavə olaraq polad kanatdan olan dartıcılarla bərkidilir. Dərin olmayan quyularda buruq əvəzinə işlənmiş qazıma və qoruyucu borulardan maçta ( kiçik qüllə) quraşdırılır.
Yüklə 17,27 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə