Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə23/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   19   20   21   22   23   24   25   26   ...   167

 72 

—Taxt-tacımı kürəkənim Salur Qazana vəsiyyət edirəm, — dedi. 

Alp Aruzun bığlarından qan dammağa başladı. 

Bayandır xan gözlərini yumdu. Qazan onun əlinin içinə bir daş 

verdi. Bayandır xan son gücüylə ovcundakı daşı sıxdı... 

*** 

Uca dağın başında tonqal qalandı. Dağdan dağa xəbər getdi. 

Zirvələrdə qoşa-qoşa tonqallar alovlandı. Bayandırın cənazəsini 

qaldırdılar, yerinə daş qoydular. Qəbrinin üstündə  şam, çıraq 

yandırdılar. Aslan yatağında, Ağca qayanın yanında igidlər yığnaq 

olmuşdu. 

Qazan qonur atının belində atlı  Oğuz igidlərinin qarşısında 

dayanmışdı.  İgidlər ipək örkəni kəmənd kimi Qazanın boynuna 

atdılar, onu atdan saldılar. Qazan yerdə çapalamağa başladı.  İgidlər 

örkənin uclarından yapışıb dartdılar. Qazan az qala boğulacaqdı. 

Amma adət belədir dözməlidir — bu xan seçmə mərasimidir. Örkəni 

dartanlardan birinin — Alp Aruzun gözlərində elə bir kin vardı ki, 

sanasan o, Qazanı doğrudan-doğruya boğub öldürməyə hazırdı. 

Əksinə, Beyrək bu ayini yüngül bir təəssüflə icra edirdi. Nəhayət, 

igidlər örkəni bir qədər boşaltdılar və Qazandan soruşdular: 

—Necə il bizə xan ola bilərsən? Qazan xırıldaya-xırıldaya: 

—Alnımda neçə il yazılıbsa, onca, — dedi. Örkəni Qazanın 

boynundan açdılar. Qazanı keçə üstünə mindirib başları üzərinə, 

göyə qaldırdılar, üç dəfə günəş boyu hərlədilər, hər dövrədə ona 

təzim edirdilər. Qaval daşın səsi bu mərasimi müşayiət edirdi. 

Qazanı aparıb Bayandırın taxtına əyləşdirdilər. 

Qazan: 


—Beyrək mənim vəzirim olsun, — dedi. 

Kənardan dayanıb bu mənzərəni kinli baxışlarla seyr edən Alp 

Aruzun yenə də bığları qanamışdı. O tələsik bığları sildi.  

*** 

Qaranlıq düşəndə Alp Aruz xarabalıqda qara niqablı bir adamla 

pıçıldaşırdı, ona nə isə deyirdi. Qara niqablı adam başını yelləyərək 

razılıq verdi, oğrun-oğrun tövləyə yanaşdı, atların birinin 

ayaqlarından nalları çıxartdı, atı tərsinə nalladı, sonra minib səssizcə 

obadan çıxdı, uzaqlaşdı. Torpaqda onun atının izləri qalmışdı. Bu 

izlərə baxan elə biləcəkdi ki, obadan getməyib, əksinə obaya gəlib... 

Qıpçaq Məlik basqınçı köçəri tayfalardan birinin başçısı idi. Onun 

düşərgəsi hündür daqların  əlçatmaz qartal yuvasını andıran 



 73 

zirvəsində yerləşirdi. Bu tayfanın adamlarının qorxunc görkəmi 

vardı. Əyinlərində vəhşi heyvan dərilərindən kürklər, başlarında dəri 

papaqlar, sifətləri yoluq. Qıpçaq Məliyin sifəti də yoluq idi. Qıpçaq 

Məliyin taxtı uca bir talvarın üstündə yerləşirdi. Talvar çox geniş idi. 

Bura Qıpçaq Məliyin həm taxtı, həm yatağı idi. Bu taxt-talvarın 

üstündə  Qıpçaq Məliyin özündən başqa doqquz qara gözlü, göyçək 

üzlü, hörmə saçlı,  əlləri biləyindən xınalı gözəllər də vardı. Qıpçaq 

Məlik onlarla əylənirdi. Qızlar ona altun badələrdə al şərab 

verirdilər. 

Qıpçaq Məlik heç vaxt taxt-talvarından ayağla düşməzdi. O bura 

at belində  gələrdi. Bir yerə gedəndə  də atı düz talvarına çəkərdilər, 

taxtından düz atına sıçrayardı. Aşağıda oturmuş tayfa cəngavərləri 

Qıpçaq Məliyin atının ayaqlarına döşənər, başçıları onların arasından 

çapıb keçməyincə sifətlərini yerdən qaldırmazdılar. 

Taxt-talvar çox bərbəzəkli idi. Onun sütunları bahalı daş-qaşla 

işlənmiş, kənarları tovuz quşunun lələkləriylə  bəzənmişdi. Talvarın 

müxtəlif yerlərindən  şahmar ilanların, gürzələrin qabıqları asılmışdı — 

bu tayfa ilana inanır, ilana tapınırdı.  

Qıpçaq Məlik basqınçı səfərlərdə olmadığı vaxt onun işi-peşəsi bu 

taxt-yataqda bütün tayfa cəngavərlərinin gözləri qarşısında doqquz 

məhbus qızla yeyib-içmək, əylənib kef çəkmək idi. 

Qara niqablı atlı çapıb bura, Qıpçaq Məliyin düşərgəsinə  gəldi. 

Üzünün niqabını qaldırmadı, paltarlarını soyunmadı, amma 

ayağındakı  çəkmələri çıxartdı — Qıpçaq Məliyin hüzürünə ancaq 

ayaqyalın girmək olardı. 

Qara niqablı atlı  Qıpçaq Məliyə  təzim etdi, baş  əydi, dedi: — 

Hey, Qıpçaq Məlik! Nə oturmusan?! Xanlar xanı Bayandır xan 

ömrünü sənə bağışladı, vəsiyyət elədi... 

Qıpçaq Məlik qara gözlü gözəlin dodaqlarından ayrılaraq: 

—Bilirəm, — dedi. — Taxt-taca gözünü at ağızlı Alp Aruz 

dikmişdi, amma Salur oğlu Qazan sahib oldu. Aruz Qazandan hayıf 

çıxmaq istəyir, odur səni mənim yanıma göndərib. Amma Aruza de 

ki, hələ vaxt çatmayıb.  İlan tanrım mənə yar olsa, Qazanı  zəbun 

edəcəm, ocağını söndürəcəm, qara başın kəsəcəm, alça qanın 

şorladacam, elin, günün çalıb, çapıb qarət edəcəm. Tovla-tovla 

atlarını, qatar-qatar dəvələrini, sürü-sürü qoyunlarını aparacam. 

Qızının-gəlinin göyçəyini bura yanıma gətirəcəm, çəkib döşəyimə 

salacam... Qoy bir vaxtı çatsın... 



 74 

*** 

...Sərin-sərin dan yelləri  əsəndə, koksü gözəl qaba dağlara gün 

dəyəndə Beyrək yerindən erkən durmuşdu. Boz ayğırına minmişdi, 

ova çıxmışdı. Nagahandan Beyrəyin qarşısına bir sürü ceyran çıxdı. 

Ceyranlar qaçışdılar, Beyrək onları qova-qova gəlib Qız Bənövşə 

yaylasına çıxdı. Baxdı gordü bura bir yerdir, gül-gülü çağırır, çiçək-

çiçəyi çağırır. Qu quşları, durnalar, turaclar, kəkliklər uçurlar. 

Soyuq-soyuq sular, çiçəklər, çəmənlər... Baxdı gördü ki, bu gözəl 

yerdə, göy otların üzərində bir ğırmızı çadır tikilib. 

Beyrək: 


Yarəb, bu çadır kimin ola? — dedi. Xəbəri yox idi ki, bu çadır 

alaçağı ala gozlü qızın çadırıdır. Beyrək bunu bilmədi, amma ovunu 

qovub lap çadırın önünə  gəldi, ceyranı oxladı. Banıçiçək çadırdan 

bunu gördü. Dayəsi Qısırça Yengəyə: — — Dayə, — dedi, — bu 

igid bizə ərlikmi göstərir. Gedin bundan pay diləyin, görün nə deyir. 

Qısırca Yengə çadırdan çıxıb Beyrəyi salamladı: 

—Hey igid, — dedi, — bu ceyrandan bizə də pay ver. 

Beyrək dedi: 

—Dadı, mən ovçu deyiləm. Ceyranın hamısı sizə qurbandır. 

Gotür. Amma sormaq eyib olmasın, bu çadır kimindir?  

Qısırca Yengə dedi: 

—İgid, Bəybecan qızı Banıçiçəyindir. 

Beyrəyin qanı qaynadı, ədəblə geri döndu. Qısırça Yengə 

ceyranı Banıçiçəyin önunə gətirdi. Banıçiçək dedi: 

—Dayə, bu igid nə igiddir? 

Qısırca Yengə dedi: 

—Sultanım, bu igid boz ayğırlı yaxşı igiddir. 

Banıçiçək dedi: 

—Hey, hey dayə! Atam rəhmətlik mənə  mən səni Boz ayğırlı 

Beyrəyə vermişəm — deyərdi. Olmaya ki, bu ola? Çağır gəlsin, 

xəbərləşək. Qısırca Yengə çağırdı. Beyrək gəldi. Banıçiçək 

yaşmaqlandı, xəbər soruşdu: 

—İgid, gəlişin hardan? 

—Boyat obasından.  

—Boyat obasında kimin nəyisən? 

—Bəyburanın oğlu Bamsı Beyrək dedikləri mənəm. 

—Nə  məsləhətə, nəyə  gəldin, igid? — Bəybecanın bir qızı 

varmış, onu görməyə gəldim. 




Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə