Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə31/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   27   28   29   30   31   32   33   34   ...   167

 96 

—Tanrı  mənə  oğul verməyib, oğlan cildində  qız verib, — dedi. 

— Elə bu zaman Tural içəri girdi, əlində lalə  dəstəsi vardı. Qazan 

onu gördü, daha da qaş-qabağını tökdü. Bu heç kəsin gözündən 

yayınmadı. Tural da bunu duyub pərt oldu. 

Dedi: 


—Ağam Qazan, şad sevincək oturmuşdun, məni gördün qanın 

qaraldı, səbəb nədir, de mənə, qara başım qurban olsun, ağam sənə.  

Qazan dedi: 

—Oğul! Sağ  əlimə baxdım qardaşım Qarabudağı gördüm, baş 

kəsibdir, qan tökübdür, ad çıxarıbdır. Sol əlimə baxdım Alp Aruzu 

gördüm, baş  kəsib, qan töküb, ad qazanıb. Qarşıma baxdım səni 

gördüm, on altı yaş yaşladın, baş  kəsmədin, qan tökmədin. Bu 

oturanlar hər biri oturduğu yeri, yediyi yeməyi, qılıncıyla, oxuyla 

alıblar. Sən divanıma haçan istəsən gəlirsən, igidləri basıb keçib 

harda istəyirsən oturursan, amma nə hünər göstərmisən? 

Tural: 

—Ata, — dedi, — dəvəcə böyümüşsən, köşəkcə  ağlın yox. 



Təpəcə böyümüşsən, darıça beynin yox. Baş  kəsib, qan tökmək 

hünərmidir? 

—Oğul, iş qan tökməkdə deyil. İş ondadır ki, sən divanımda nə 

qapı tanıyırsan, nə baca, amma hələ heç bir igidlik göstərməmisən. 

Nə ov ovladın, nə quş quşladın, nə yay çəkdin, nə ox atdın. Odu, bax, 

əlində  qılınc yox, gül-çiçək tutmusan. Bəs sabahkı gün mən düşəm 

öləm, taxt-tacımı sənə verməyəcəklər axı. Onu anıb, sonu anıb, dərd 

eləyirəm. 

Tural: 

—Yaxşı, ay ata, — dedi, — hünəri oğul atadanmı görər, öyrənər, 



yoxsa atalar oğuldanmı öyrənər? Sən haçan məni ova apardın, yay 

çəkmək, ox atmaq, qılınc oynatmaq öyrətdin? 

Qazan əlini-əlinə çaldı, qəh-qəh çəkib güldü. Dedi: 

—İgidlər, Tural yaxşı soylədi, şəkər yedi. Doğrudan da yata-yata 

yanımız ağrıdı, dura-dura belimiz qurudu. Mən bu oğlanı da gotürüb 

ova çıxım. Ov ovlayaq, quş quşlayaq, qayıdaq gələk sizinlə birlikdə 

yeyək, içək, xoş keçək. 

Qarabudaq:  

—Bəli, ağam Qazan, məsləhətdir, — dedi. 

Əmən: 


—Xan Qazan, məsləhətdir, — dedi.  


 97 

Alp Aruz: 

—Qazan məsləhətdir, — dedi, — amma doqquz tümən yolda 

Qıpçaq Məliyin ordusu durub, bəs yurdunu kimə tapşırıb gedirsən? 

Qazan: 

—Qıpçaq Məliyin hünəri nədir, mənim yurduma basqın edə, — 



dedi. 

Alp Aruz: — Özün bilən yaxşıdır, — dedi. 

Qazan: 

—Mən bu oğlancığı aparıb cəng etdiyim, cida sındırdığım, qılınc 



oynatdığım yerləri göstərim. Sonra oğlana gərək olar! — dedi. 

*** 

Qazanla oğlu Tural yaraqlandılar, atlarını çəkib mindilər. 

Burla Xatun çadırdan çıxdı, "oğlancığımın ilk ovudur" — deyə 

ona xeyir-dua verdi, atının ardınca bir parç su atdı. Qazanla Turalın 

ardınca bir cüt göz də baxırdı — ədavətlə, kinlə, nifrətlə baxırdı — 

Alp Aruzun gözləri. Qazanla Tural gözdən itəndən sonra Alp Aruz 

igidlərə: 

—İgidlər, — dedi, — bizə yaraşmaz ki, Qazan obasından 

çıxandan sonra onun divanında oturub, yeyək-içək. Gəlin biz də 

hərəmiz öz obamıza gedək. Qazanla oğlancığı ovdan qayıdanda 

onların pişvazına çıxarıq. 

—İgidlər bu sözü bəyəndilər.  



*** 

Alp Aruz xarabalıqda qara niqablı çaparla danışırdı.  

—Atına quş qanadı tax. Yeddi ağac yolu yeddi göz qırpımında 

keç. Qıpçaq Məliyə xəbər apar. De ki, Qazanla oğlancığı Sürməlidə, 

Dərəşamda ovdadırlar.  İkicəciyəzicə gediblər. Tədbirin görsün.. De 

ki, bir də belə fürsət ələ düşməz.  

...Qara niqablı atlı yel kimi çapıb uzaqlaşdı. 

*** 

...Qazanla Tural xeyli ov etmişdilər. Bir meşə  qırağında, bulaq 

başında məskən salmışdılar, ocaq çatıb kabab çəkmişdilər. 

...Qazanla Tural kabab yeyir, yeddillik şərab içirlər. Şərabın istisi 

Qazanın başına vurdu, gözünü yuxu aldı. Oğuz igidləri yatanda yeddi 

gün yatırdılar. Bəli, elə ki, Qazanın gözünü yuxu tutdu, Qazan dedi: 

— Oğul, mənim gözümü yuxu aldı. Mən bir az yatım, sən mənə 

pusqu ol! Qazan yuxuladı, xorultusundan dağ-daş  lərzəyə  gəldi, 

Tural atasının ətrafında gəzişirdi. Birdən onun qolunun üstündəki ov 



 98 

şahini havaya qalxdı, uçdu. Meşənin qalın yerində bir ağacın üstünə 

endi. Sən demə, Qıpçaq Məlik bu yerdə bir qoruq qurdurubmuş. Qaz, 

toyuq, ceyran, dovşanı bu yerə  yığıb tələ düzəldibmiş. Oğlancıqdır 

nə bilsin? Şahinin  ardınca meşəyə  tərəf getdi. "Atam durana qədər 

uçardan, qaçardan ovlayıb gətirim, atam oyanıb görsün, güvənsin, 

sevinsin, fərəhlənsin" — dedi, atlanıb meşəyə  tərəf üz tutdu. Tural 

meşəyə girər-girməz dörd tərəfdən üstünə tor atdılar, altmış yaraqlı 

adam  əl-qolunu, ağzını bağladılar. Boynuna, topuğuna buxov 

taxdılar. Ağ  ətindən qan çıxınca döydülər,  əli bağlı, boynu bağlı 

qabaqlarına qatıb apardılar. Tural dustaq oldu. 

*** 

Qara donlu, göy dəmirli yağılar nagahandan yetdilər. 

Qazan yatan yerə gəldilər. Qazan bərk yuxuda idi, xorultusu ərşi-

gürşi tutmuşdu. Altmış adam qəfildən Qazanın üstünə düşdü,  əlin 

ayağın bərk-bərk sarıdılar, Qazanı bir arabaya yüklədilər, iplə kip 

bağladılar. Qazan nəinki oyanmadı, heç qımıldanmadı da, 

xorultusuna ara da vermədi. Araba yola düzəldi. 

*** 

Qazanın obasında hələ heç kəsin heç nədən xəbəri yoxdu. 

Qızlardan biri uzaqlardan qalxan tozu gorüb Burla xatuna dedi:  

—Ceyran sürüsü keçir, gör necə toz qaldırıb. 

Burla xatun onun göstərdiyi yerə baxıb həyəcanla dedi: — Ceyran 

tozu olsa, bir ya iki bölük olardı. Bu gələn, bilmiş olun, yağıdır. 

Toz yayıldı, gün kimi işıldadı, dəniz kimi yayxandı, meşə kimi 

qaraldı. Altı min it üzəngili, geçə börklü, gecə ürəkli, quzğun üzlü, 

azğın sözlü düşmən süvarisi Qazanın obasına basqın elədi. Qazanın 

ağ ban evlərini, çadırlarını-çətirlərini çalıb çatdılar, qaza bənzər 

qızlarını, gəlinlərini çıqırışdırdılar. Tovla-tovla şahbaz atlarını 

mindilər. Qatar-qatar qızıl dəvələrini yeddilər. Ağır xəzinəsini, bol 

axçasını taladılar. Qırx incə belli qızla boyu uzun Burla xatun əsir 

getdi. 


*** 

Qıpçaq Məlik: 

—Qazanın belini qırdıq, — dedi. 

Qıpçaq Məliyin atlılarından biri: 

—Qazanda bir heyfimiz qaldı, — dedi. 

—Nə heyfimiz qaldı? 

—Oğuzların Dəmirqapı  Dərbənddə on iki min qoyunu var. O 



Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə