Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə39/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   35   36   37   38   39   40   41   42   ...   167

 120 

Gümüş kimi ap-ağ biləyini açdı, əlini  çıxartdı, Beyrəyin keçirdiyi 

üzük barmağında göründü. 

Beyrək üzüyünü tanıdı. Dedi: 

—Beyrək gedəli Bam-bam təpə başına çıxdınmı qız? Uzun-uzun 

yollara baxdınmı  qız? Gecə kimi qara saçlarını yoldunmu qız? Ala 

gözdən acı yaşlar tökdünmü qız? Gələnindən, gedənindən Beyrək 

xəbərini sordunmu qız? 

Banıçiçək ağlaya-ağlaya dedi: 

—Ağladım ozan, sızladım ozan, neçə illər gözlədim ozan. 

Şahbaz igidim gəlməz oldu... Bu gün mən  ərə getmirəm ozan, 

gora gedirəm. Aman ozan, yaramı təzələmə. 

Beyrək dedi: 

—Qız, barmağındakı altun üzüyü sənə kim bağışlayıb? Ver onu 

mənə. Mən onun nişanlarını bilirəm. 

Qız: 


—Yox, — dedi. — Altun üzüyün çox nişanı var. Onu ancaq 

bağışlayan bilər, sən bilməzsən. 

Beyrək yenə qopuzun çaldı, avazla dedi: 

—Ala sabah boz ayğırın belinə minmədimmi? Sənin evinin 

yanına ceyranları qovmadımmı? Sən məni yanına çağırmadınmı? 

Səninlə meydanda at çapıb, ox atıb, güləşmədikmi? Üç öpüb, bir 

dişləyib, altun üzüyü barmağına keçirmədimmi? Sevişdiyin Bamısı 

Beyrək mən deyiləmmi? 

Banıçiçək duvağını qaldırdı, onun bənizi qaçmışdı, dodaqları 

titrəm-titrəm titrəyirdi, həyəcanla, təlaşla, qorxuyla Beyrəyin 

qocalmış sifətinə, batıq gözlərinə, ağarmış saç-saqqalına baxdı, 

əfsuslanmış kimi ona tərəf iki addım atdı. Beyrək  əlini ona tərəf 

uzatdı, yumruğunu açdı, ovcunun içində torpaq qarışıq yovşan vardı. 

Yovşan iyi Banıçiçəyin burnuna dəydi, Banıçiçək pıçıltıyla: 

—Yovşan iyi, — dedi, Beyrəyə tərəf atıldı, sonra birdən dayandı, cəld 

çadırdan bayıra sıçradı, atlardan birinə tərəf qaçdı. 



*** 

Banıçiçək atlandı, atına qamçı  çəkib çapdı, toya gəlmiş 

qonağların arasından, oxatma meydanında toplanmış igidlərin 

içindən, təəccüblə ona baxan Qazanın, Turalın, Qarabudağın 

yanından, sərxoş olub bir tərəfdə sərələnmiş Dəli Qoçərin üstündən, 

özünü itirib çaşıb qalmış Yalıncığın böyründən çapıb getdi, 

çöllərdən-çəmənlərdən keçib Bayat obasına çatdı. Gözləri kor olmuş 



 121 

Bəybura və arvadı Ayna Mələk həmişəki yerlərində, oba kənarındakı 

daşın üzərində oturmuşdular. Banıçiçək çaparaq onlara yetdi, atının 

yüyənini dartdı. At şahə qalxdı. Banıçiçək uca səslə dedi: 

—Hey  qayınata, qayınana. Qara dağın yıxılmışdı, ucaldı axı!  

Axar suların qurumuşdu çağladı    axı!  Neçə ilin həsrəti  oğlun 

Beyrək gəldi axı!  Qayınata,  qayınana muştuluq mənə nə verərsiniz? 

Bəybura yerindən sıçrayıb dedi: 

—Dilin üçün ölüm gəlinciyim, yoluna qurban olum gəlinciyim. 

Yalansa bu sözlərin gerçək ola, gəlinciyim. 

Bu məhəldə igidlər və Beyrək çaparaq gəlib yetdilər. 

Qazan: 


—Muştuluq Bəybura, — dedi. — Oğlun gəldi. 

Bəybura dedi: 

—Oğlum  olduğun ondan bilərəm ki, çeçələ barmağını  qanatsın, 

qanını gözümə sürtsün. Açılacaq olursa oğlum Beyrəkdir. 

Beyrək cəld çeçələ barmağını  çərtib qanını atasının gözlərinə 

çəkdi, Bəyburanın gozləri açıldı. 

Bəybura: 

—Oğul, — dedi, — görür gözümün aydını  oğul, tutar əlimin 

qüvvəti oğul, evimin dirəyi oğul. 

Ayna Mələk: 

—Qızımın, gəlinimin çiçəyi oğul, — dedi. Ata, anası, bacıları 

Beyrəyi qucaqladılar, ağladılar, güldülər, güldülər, ağladılar. 

Qazan Banıçiçəyə, Beyrəyə baxıb: — Yaxşı, — dedi, di murada 

yetin. 


Beyrək. — Hələ bir işim var — dedi. Onu etməyincə murada 

yetmərəm. Hanı Yalıncıq? Beyrək atını geri döndərdi.  İgidlər də onun 

ardınca çapdılar. 

*** 

Yalıncığ da atını minib qaçırdı. Dönüb arxaya baxa-baxa qaçırdı. 

Beyrək qovur, Yalıncıq qaçırdı. Yalıncığın  atı daha yeyin gedirdi, 

get-gedə onların arasındakı məsafə artırdı. Artıq Beyrək arxada qalıb 

gözdən itmişdi. 

Ancaq bu zaman Yalıncıq Uca dağın  ətəyinə çatanda Qaraca 

Çoban onu daşa tutdu. Yalıncığın atı büdrədi, yıxıldı, Yalıncıq atdan 

düşüb qaçdı, yaxındakı qamışlığa girdi,  gizləndi. 

Beyrək çapıb getdi. Yalıncığı görmədi. Qaraca Çoban: 

—Darıxma, — dedi. — Qamışlıqda gizlənib. Bu saat onu ordan 




 122 

çıxardarıq.  

Qaraca Çoban çaxmaq daşını çəkdi, od yandırdı, qamışlığı odladı. 

Alov bütün qamışlığı bürüdü.  Qamışlığdan dəhşətli böyürtülər 

eşidildi. Üst-başı yanıb parça-parça didilmiş, üz-gözünü his basmış 

Yalıncıq böyürə-böyürə qamışlıqdan çıxdı. Gələn igidlər onun bu 

gülünc görkəminə baxıb qəh-qəh çəkdilər. Yalıncıq indi murdar və 

qorxulu deyildi, zavallı və miskin idi. 

Yalıncıq gəlib Beyrəyin ayaqlarına yıxıldı. 

Beyrək qılıncını sıyırdı. Yalıncıq dili topuq çala-çala: 

—Amandır, öldürmə məni, — dedi. 

Beyrək: — Öldürmürəm, sarsaq, — dedi. — Dur qılıncımın altından 

keç! — Yalıncıq Beyrəyin qılıncının altından  keçdi. 

Beyrək: — Get, — dedi. — Keçdim sənin günahından. 



*** 

Dədə  Qorqud qopuzunun şən sədaları ucaldı. 



*** 

...Dədə Qorqud məzarının başında oturub. Qopuzun dınqıldadır, 

amma indi onun çaldığı hava şən toy havası deyil — Dədə Qorqudun 

özü kimi qəmgin, kədərli bir nəğmədir. 

Dədə Qorqud deyir: 

—Beyrək  əsirlikdən qayıdıb gəldi, toyun etdi, Banıçiçəyi 

gərdəyinə gətirdi, oğulları oldu. Beyrəyin bacısı Güneli Qazanın oğlu 

Turala nişanladılar. Şadlıq elədik, çaldıq, oxuduq. Elə bildik ki, Oğuz 

elinin qadalı-bəlalı günləri qurtardı getdi. Nə biləydik ki, müsibətli 

günlərimiz qabaqdaymış, nə biləydik ki, hələ başımıza necə qəzalar 

gələcək, yurdumuz nə bəlalar görəcəkmiş. 

...Alp Aruzun çadırında Qara niqablı adam ona məlumat verdikcə 

Aruzun bığlarından qan sızırdı. Aruz əlini çalıb, xidmətçilərini 

çağırdı:  

—Qan qohumumuz olan igidlərə adam salın, çağırın gəlsinlər. 

Əmən gəlsin, Dəli Qoçər gəlsin. 

...Çağrılan igidlər gəlib yığnaq oldu. Alp Aruzun çadırına 

gəldilər. Həmişə  sərxoş olan Dəli Qoçər atdan səndələyə-səndələyə 

düşdü, çadıra yellənə-yellənə girdi. 

Alp Aruz igidləri salamlayıb dedi: — İgidlər, mən sizi niyə 

çağırdığımı bilirmisiniz? 

Dedilər: 

—Bilmirik. 



Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə