Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə37/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   33   34   35   36   37   38   39   40   ...   167

 114 

*** 

Beyrək qaçıb dərənin çalovuna çatdı, o yan-bu yana boylandı. 

Yarımaqaç məsafədə bir ilxı gördü. Bu zaman ilxıdan bir at aralanıb 

ona tərəf qaçdı. Beyrək baxıb Boz ayğırını tanıdı. Beyrək dustaq 

olandan Boz ayğır da sahibinin iyini tutub bura gəlmişdi, Qara 

Arslanın ilxısına qoşulub könüllü "dustaq" olmuşdu. Boz ayğır 

uzaqdan Beyrəyin iyini almışdı, qaçıb yaxına gəldi, iki ayağının 

üzərinə qalxıb kişnədi. At başını yuxarı tutdu, bir qulağını qaldırdı, 

Beyrəyin qarşısında durdu, Beyrək atın köksünü qucaqladı.  İki 

gözlərindən öpdü, sıçradı, mindi. — At demərəm sənə, qardaş 

deyərəm, qardaşımdan da yaxın, yoldaş deyərəm, yoldaşım, çap məni 

yurdumuza apar, — dedi. Yel kimi yerlərindən qopdular.  



*** 

Qalada Beyrəyin qaçdığını  xəbər tutdular, yaraqlandılar, 

atlandılar, Beyrəyi qovmaq istədilər, darvazaya tərəf gələndə Selcan 

xatun hasarın üstündəki kəndiri dartdı, darvaza bağlandı, atlılar 

içəridə qaldılar. 

*** 

Beyrək isə Boz ayğırın belində neçə gün neçə gecə çapıb gəldi. 

Oğuz elinə çıxdı. İlk rastına çıxan ozan oldu. 

Beyrək ozana dedi: 

—Ozan, obadan-obaya gəzərsən, ər comərdin ər nakəsin bilərsən. 

Elimizdə həmişə çalıb oxuyan Ozan olsun! 

Ozan: 

—Sağ ol, igid, — dedi, — sənin də ömrün xoş, alnın açıq olsun. 



Azıb gələn qadan başından sovuşsun! 

Beyrək ozana dedi: 

—Ozan, — dedi, — nə yerə gedirsən? 

Ozan: — İgid, — dedi, — toya-düyünə gedirəm. 

—Toy kimindir? 

—Yartacaq oğlu Yalıncığ Bamsı Beyrəyin adaxlısı Banıçiçəyi 

alır.  

—Yalıncıq? 



—Bəli. — Ozan əhvalatı Beyrəyə danışdı. 

Beyrək: 


—Ozan, — dedi, — qopuzunu mənə ver. Atımı    sənə girov 

qoyuram. Saxla, gələrəm bahasını verərəm, atımı apararam. 

Ozan: — Olsun, — dedi, — səsim boğulmadan, avazım 



 115 

kəsilmədən, bir atdır əlimə düşdü. 

Ozan qopuzu verdi, Beyrək yoluna davam etdi. 

Uca dağın  ətəyinə çatanda gördü Qaraca Çoban yolun qırağına 

xeyli daş toplayıb, yenə  yığır. Beyrək onu tanıdı, amma Qaraca 

Çoban Beyrəyi tanımadı. 

Beyrək: 

—Çoban — dedi, — bir adam yolda daş görsə, kənara atar. 

Son daşları bu yola niyə yığırsan?  

Qaraca Çoban: 

—Sən səni bilirsən, — dedi — mənim halımdan nə xəbərin var? 

— Nədir ki, halın? 

—Mənim Bamsı Beyrək adlı bir dostum vardı. Neçə ildir ölüsü-

dirisi xəbərin kimsə bilməz. Yarıtmasın onu Yartacaq oğlu Yalıncıq 

Beyrəyin ölüm xəbərini gətirdi. Beyrəyin adaxlısını ona verər 

oldular. Gəlib burdan keçəcəklər, bu daşları  yığmışam ki, onu 

vurum. Banıçiçəkdən əl çəksin, getsin tayını-tuşunu tapsın. 

Beyrək: 


—Üzün ağ olsun Çoban, — dedi, — Beyrəklə  kəsdiyin çörək 

sənə halal olsun. 



*** 

Beyrək ordan ötüb öz obalarının — Bayat obasının qırağına, 

Soyüdlü bulağın başına gəldi. Gördü ki, kiçik bacısı Günel bulaq 

yanındadır. Su aparmağa gəlib. 

Günel: — Beyrək, qardaşım, toyu-düyünü qara gələn qardaşım, 

— deyib ağlayırdı. 

Beyrəyə  də qatı  fəraq gəldi, kövrəldi, bıldır-bıldır gözünün yaşı 

rəvan oldu. Qopuzunu gotürüb çaldı, qıza söylədi, görəyin nə 

söylədi: 

—Ay qız, — dedi, — nə  ağlarsan, nə bozlarsan? Yandı bağrım, 

göynədi içim. Nə olub axı? Məgər sənin qardaşın yox olubdur, 

ürəyinə qaynar yağlar qoyulubdur. Ağı deyib nə  ağlarsan, nə 

sızlarsan, qız! 

Günel dedi: 

—Çalma ozan, oxuma ozan. Mən qara bəxtli qızın nəyinə gərək 

ozan? Qara dağı aşıb gəldiyində, Beyrək adlı bir igidə rast gəlmədin 

ki? Bircə qardaşım alınıbdır, ozan sənin xəbərin yox, qara bağrım 

dəlinib, uca dağlarım yıxılıb, kolgəli ağacım kəsilib, ozan sənin 

xəbərin yox. Çalma ozan, oxuma ozan. 



 116 

Mən bəxti qara qızın nəyinə gərək ozan? Eldə toy-düyün var, öt 

get ora, ozan. 

*** 

Beyrək burdan keçib evlərinin yanına gəldi. Baxdı gördü bacıları 

Aysel və Gunay qara geyib oturublar, ağlayırlır. 

Beyrək: 


—Ay qızlar, — dedi, — qatıqdan, qaymaqdan, qara sac altında 

umacdan,  əppəkdən nəyiniz var? Üç gündür yol gəlirəm, doydurun 

məni. Üç gün keçməz sevindirərəm sizi. Günay yemək gətirdi. 

Beyrəyin qarnını doydurdu. 

Beyrək dedi: 

—Qardaşınızın başı, gözü sədəqəsi, köhnə qaftanınız varsa verin 

geyim, toya gedim, toyda əlimə qaftan düşərsə sizinkini qaytararam. 

Aysel getdi Beyrəyin qaftanını gətirdi, verdi. Beyrək aldı, geydi, 

boyu-boyuna, beli-belinə, qolu-qoluna yaraşdı. 

Böyük bacısı Aysel bunu Beyrəyə  bənzətdi, qara qıyma gözləri 

qan-yaşla doldu, dedi: 

—Qara qıyma gözlərin batmasaydı, Beyrək deyərdim sənə, üzünü 

ağ-qara saç örtməsəydi, biləklərin solmasaydı Beyrək deyərdim sənə. 

Yürüşündən, baxışından Beyrəyə  bənzədirəm ozan səni, xatırlatdın, 

sevindirdin, ozan məni. 

Günay: 


—Ay ozan, — dedi, — sən hardan gəlib çıxdın bura? Beyrək 

gedəli bizə ozan gəldiyi yox, bizdən qaftan aldığı yox. 

Beyrək düşündü: 

"Qızlar bu qaftanla məni az qala tanıdılar. Sonra oğuz igidləri də 

tanıyarlar. Qoy hələ tanımasınlar, görüm dostum, düşmənim kimdir". 

Qaftanı sıyırdı çıxartdı, qızın üstünə atdı, dedi: 

—Nə sən, nə də Beyrək qalsın. Bir kohnə qaftan verdiniz, mənim 

başımı beynimi apardınız. 

Çıxıb getdi, bir köhnə dəvə çulu tapdı, deşdi, boynundan keçirtdi, 

özün dəliliyə qoydu, gəldi toya çıxdı. 

Toy məclisində Qaval daş vurulurdu, nağaralar doyülürdü, 

borular çalınırdı, zurnanın səsi yeri-göyü tutmuşdu.  İgidlərin bir 

qismi yallı gedir, bir qismi ox atırdı. 

Toy şənliyi Qobustan qayalıqlarında qurulmuşdu. Ox atanlar üçün 

hədəf də Qobustanda həkk olunmuş, oküz, keçi, maral  şəkilləri idi. 

İndi iri bir qayanın  üstündə  çəkilmiş öküz şəklinə,  şəklin tən 




Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə