Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə33/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   29   30   31   32   33   34   35   36   ...   167

 102 

Qazan daha da hiddətlə: 

—Oğlumun başından bircə tük də  əskik olsa, hamınızı  qıracam! 

— dedi. Atlılardan biri əyri-əyri qımışaraq: 

—Sən öz başının qeydinə qal Qazan, — dedi. — Qıpçaq Məlik 

səpin başını oğlunun başının yanında asdıracaq. 

—Nə? — deyə Qazan dəhşətli bir nərə  çəkdi, bir an içində güc 

verib  əl-qolunu bağlayan ipləri qırdı, göz qırpımında atlıların birini 

qamarlayıb atdan saldı, qılıncını çəkib aldı, onun atına sıçradı, o biri 

atlıların üstünə cumdu. 

Atlılar özlərini itirdilər. Qazan ikisini də yerə  sərdi, toppuzu 

qapdı, dördünçü bir atlının üstünə çapdı, yaxasından yapışıb: — Hanı 

mənim oğlum, — deyə bir də bağırdı — de, yoxsa boğazını quş 

boğazı kimi üzəcəm. Bənizi qaçmış, dili-dodağı əsim-əsim əsən atlı: 

—A Qazan, başına dönüm, məni öldürmə, — dedi, — oğlun sağ-

salamatdır. 

—Bəs o hardadır? — deyə Qazan başqa bir atlının üstünə hücum 

çəkdi, bu atlı özünü itirmədi, tez bir yalan uydurdu: 

—A xan, — dedi, — oğlan quş ürəkli olur. Bizi görüb qorxdu, 

qaçıb anasının yanına getdi. 

Dərhal o biri atlılar da: — Bəli, dedilər, — bizi görən kimi elə 

götürüldü ki, izi-tozu qalmadı. — Qazan bu sözə inandı: 

—Aman! — dedi. — Tanrım mənə bir kor oğul verib. Gedim onu 

anasının yanından alım, qılıncla parçalayım, altı bölük edib, altı 

yolun ayrıcında atım. Bir də kimsə yoldaşın dar ayaqda qoyub 

qaçmasın. 

Qazan xan atını qamçıladı, bir qədər, aralanandan sonra dönüb atlılara 

dedi: — Qıpçaq Məliklə mənimki qalsın sonraya! 



*** 

Qazan atını mahmızlayıb çapdı, dərələr, dağlar aşdı, gəlib 

yurduna çatdı. 

Gördü ki, yurdu talanıb, çadırlar parçalanıb, ocaqlar söndürülüb, 

otlar, ağaclar yanıb kösöv olub, dörd bir tərəf at təpiyi altında tapdaq 

olub. 


Bu halları gördükdə Qazanın qara qıyma gözləri qan-yaşla doldu, 

bağrı sarsıldı, ürəyi oynadı, dedi: 

—Səni yağı  nə yerdən daramış, gözəl yurdum? Qarıcıq anam 

oturanda yeri qalmış, igidlərin at çapanda meydan qalmış, qara 

mətbəx tikiləndə ocaq qalmış. Çalınıb—çapılmış, talanıb viran 



 103 

qalmış yurdum, gözəl yurdum! Qazan Uca dağın  ətəyinə  gəldi, 

Qaraca Çobanı səslədi: 

—Ehey, Çoban, — deyə çağırdı. — Çoban mənim evim burdan 

keçdimi, gördünmü, desənə mənə. Çoban dedi: 

—Ölmüşmüydün, itmişmiydin, Qazan? Haralarda gəzirdin? 

Dünən yox, ötəki gün evin burdan keçdi. Boyu uca Burla xatun qırx 

incə belli qızla burdan keçdi! 

Çoban belə decək Qazan ah elədi, ağlı başından çıxdı, dünya 

gözünə qaranlıq oldu. 

Dedi: — Ağzın qurusun, Çoban! Dilin çürüsün Çoban! 

Çoban dedi: 

—Nə qarğıyırsan mənə, Qazan?! Altı yüz yağı üstümə gəldi. Üç 

yüzün öldürdüm, üç yerdən yaralandım, ağ saqqallı atamı öldürdülər. 

Yalqız qaldım, amma elin malından bircə qoyun yağılara vermədim. 

Bumudur mənim taqsırım?! Qonur atını  mənə ver, qalxanını  mənə 

ver, qara polad üz qılıncını  mənə ver, gedim yağının üstünə, ölsəm 

atamın yolunda ölüm qanını alım, sənin də evini qurtarım. 

Qazan:  

—Artıq-əskik danışma, Çoban, — dedi, — özümə  nə  gəlib ki, 

mənim evimi sən qurtarasan?! Qazan atını qamçılayıb yola düzəldi. 

Qaraca Çoban onun toz qaldırıb getdiyi dolama yollara baxdı, 

sonra özü də atlandı, Qazanın dalınca. Qazan onu görmədi. Amma 

gədiyi aşanda, Çoban birdən dayandı, geri döndü. Uca dağın 

zirvəsinə qalxdı, atasının vəsiyyət elədiyi kimi iki tonqal  çatdı, 

çaxmaq daşıyla alışdırdı. Tonqallar alovlandı. Qaraca Çoban yenidən 

Qazanın ardınca çapdı. 

*** 

Qıpçaq Məlik öz talvar-taxtında yeyir-içir, gözəllərlə  əylənirdi. 

Aşağıda onun adamları oturmuşdular,  əl-qolu bağlı Turalın üstünə 

yapıncı atıb eşik qapısının ağzında uzatmışdılar. Gəlib-gedən onu 

tapdayıb keçirdi. 

Girən basdalayırdı, çıxan basdalayırdı. 

Tural dişlərini qıcayıb dözürdü, ondan nə bir inilti, nə bir zırıltı 

çıxırdı. Qıpçaq Məlik  şərabı başına çəkib piyaləni Turalın üstünə 

atdı. O, lap keflənmişdi, gözləri qıpqırmızı qan çanağı idi. Yarıçılpaq 

qızlardan biri onu qucaqladı, Qıpçaq Məlik onu itələdi, üzünü 

adamlarına tutub: 

—Bilirmisiniz Qazana necə heyf eləmək gərək, — dedi. — 




 104 

Qazanın arvadı Burla xatunu gətirin bax bura, mənim yanıma. 

Tural bu sözləri eşidib yerində çabaladı, keşikçilərdən biri onun 

üz-gözünü qamçıladı. 



*** 

Burla xatun qırx incə belli qızla zindanda idi. Burla xatun göz 

yaşları içində deyirdi: 

—Hardasan Qazan, hardasan Tural? Bizim bu günümüzü 

bilməzmi olarsız? Hardasınız? 

Zindançı zindana girdi: 

—Hey, Qazan bəyin xatunu hansınızdır? — dedi. 

Sükut çökdü.  Burla xatun susurdu, təlaşla gah zindançıya, gah 

qızlara baxırdı. Qızlardan biri:  

—Mənəm, — dedi, — elə  həmin andaca başqa bir qız: — 

Mənəm, — deyə səsləndi. Zindanın  müxtəlif yerlərindən qırx qızın 

avazı ucaldı: 

—Mənəm. 

Zindançı mat-məəttəl qalmışdı. Qızlar get-gedə daha uca səslə: 

—Mənəm, mənəm, — deyə qışqırırdılar. Onların  çıqırtıları bütün 

zindanı tutmuşdu. Zindançı qulaqlarını tutub zindandan çıxdı.  

Qıpçaq Məlik taxt-talvarında zindançını dinləyib pis-pis güldü: — 

Onda biz belə bir tədbir görərik, — dedi, —Qazanın oğlunu bura 

gətirin. 

Turalı yerdən götürüb Qıpçaq Məliyin hüzuruna qaldırdılar. 

Qıpçaq Məlik kirpiksiz gözləriylə düz onun ala gözlərini içinə baxıb 

dedi: 


—Qazan oğlu Tural, eşit və bil! Səni cəzayla öldürəcəm, dartıb 

çəngələ  çəkdirəcəm, asdıracam, sonra ağ  ətindən qıyma-qıyma 

doğrayıb qara qovurma bişirdəcəm. Qovurmanı  qırx qızın qabağına 

qoyduracam. Hər kim yedi o deyil, hər kim yemədi, odur sənin anan. 

Onu bura gətirəcəm, döşəyimə salacam. 

Tural yerində çabaladı, dörd tərəfdən onu tutan adamlar ipləri 

daha da bərk dartdılar, oğlanın qolları-qıçları al-qana bulaşdı. 

Qıpçaq Məlik: 

—Amma səni öldürməyə  də bilərəm. Göndərim səni zindana, 

özün ananı başa sal ki, gizlənməsin, üzə çıxsın.  



*** 

Turalı gətirib zindanın qapısından atdılar. 

Burla xatun qanına qəltan olmuş  oğlunu görüb çığırmaq istədi, 



Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə