Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə32/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   28   29   30   31   32   33   34   35   ...   167

 99 

qoyunları da gətirsək Qazana ulu heyf edərik. 

Qıpçaq Məlik: 

—Altı yüz atlı getsin, o qoyunları gətirsin, — dedi. 

Altı yüz atlı Dəmirqapı Dərbəndə tərəf getdi. 

...Tural əli bağlı atlar qabağında gedirdi... 

...Qırx incə belli qızın içində boyu uzun Burla xatun əsir gedirdi... 

...Qazan arabada xoruldayırdı... 

...Uca dağın bir zirvəsində Qaraca Çoban qayanın üstündə 

oturmuşdu. O, qəflətən uzaqlarda qalxan tozu gördü. Toz artdı, 

dünyanı tutdu, yaxınlaşdıqca yaxınlaşdı. Sanki qara səmum yelləri 

əsirdi,  əsə-əsə uca dağa yaxınlaşdı. Qaraca Çoban atası  Bəkilin 

yanına gəldi. Tamamilə taqətdən düşmüş Bəkil yatağında üzüquyulu 

qalmışdı. 

Qaraca Çoban: 

—Ata, — dedi, — ora bax, o dəniz kimi qaralıb gələn nədir? Od 

kimi işıldayıb, ulduz kimi parlayan nədir, ağız dildən bir kəlmə xəbər 

ver mənə. Qara başım qurban olsun, ata, sənə.  

Bəkil yatağında dirsəklənib uzaqlara baxdı, bildi ki, gələn yağıdır. 

— Bəri gəl, aslanım oğul! — dedi, — dəniz kimi yayxanıb gələn 

yağıdır, oğul! — Yağı nəyə deyərlər, ata? 

—Oğul, oğul, ay oğul. Yağı Qıpçaq Məlikdir. Onun oxcusu var

üç ox atar, biri yayınmaz. Onun hay demədən başlar kəsən cəlladı 

var. Adam ətindən qovurma bişirən aşpazı var. Yağı bizi yaman 

yerdə haqladı. Güclü belimin qüvvəsi oğul, bir gör axı  nələr oldu, 

nələr gəldi mənim başıma. Yağı bilib ki, neçə vaxtdır oğuz 

igidlərindən aralanmışam, bilib ki, yıxılıb qıçımı  sındırmışam, bilib 

ki, sən hələ  bərkə-boşa düşməmisən, məni yalqız görüb üstümə 

qudurub oğul, dur dağımızın başında iki tonqal qala, oğuz igidləri 

bilib agah olsun. Özün də tez Qazan xanın yanına get, əlini öp, de ki, 

atam bükülüb əyilib, haldan düşüb. De ki, Qazan xan igidləri başına 

yığsın, əlbəttə və əlbəttə mənə yetişsin, gəlməz olsa, yağı yurdumuzu 

çapıb talayacaq, sürülərimizi aparacaq, elimizi ac-yalavac qoyacaq. 

Məmləkətimiz pozulub xarab olacaq. 

Qaraca Çoban dedi: — Ata, nə soylərsən, nə deyərsən, bağrımla 

ürəyim nə dağlarsan. Tonqal qalayıb imdad dilədiyim yox. Qazan 

kimdir? Onun əlini opməyim yox. Özümə nə gəlib ki... 

Gücümü, qüvvəmi saxlamışdım bu gün üçün, günü gəldi. 

Qolumu, biləyimi saxlamışdım bu gün üçün, günü gəldi. 



 100 

Aslan adımı saxlamışdım bu gün üçün, günü gəldi. 

Bəkilin gözləri yaşardı: — Ölüm ağzın üçün oğul, — dedi, — 

ölüm dilin üçün oğul. Qoluna qüvvət! 

Qaraca Çoban qoyunların yerləşdiyi ağılların qapısın bərkitdi, üç 

yerdə təpə kimi daş yığdı, ala qollu sapandını əlinə aldı. Altı yüz atlı 

gəlib çıxdı. Dedilər: — Hey  Çoban! Qazan xanın elini-obasını çalıb-

çapmışıq, ağır xəzinəsini aparırıq, bizimdir. Qırx incə belli  qızla 

Burla xatunu aparırıq, bizimdir. Çoban sən də  gəl bəri, baş endirib 

bağır bas, bizə müti ol. 

Oğuz elinin qoyunlarını da qat qabağına gətir, səni öldürmərik, 

apararıq Qıpçaq Məliyin yanına, sənə  bəylik verər, səni amiraxur 

eləyər. 

Qaraca Çoban dağın başından səsləndi: 

—Hərzə-mərzə söyləmə itim yağı, — dedi. — Mən kimsənin 

boyunduruğuna girmərəm. Gələcəyin varsa, görəcəyin də var. 

Yağılar bu sözləri eşitdilər, at təpdilər, ox səpdilər. Qaraca Çoban 

sapandına iri-iri daşlar qoydu, atdı. Birini atanda yağının ikisini, 

üçünü yıxdı.  İkisini atanda üçünü, dördünü yıxdı. Yağıların canına 

vəlvələ düşdü. Çobanın daşı tükəndi, qoyun, keçi deməz, sapandına 

qoyar, atar, yağıların dördün, beşin bir yerə yıxar. Gen dünya yağının 

başına dar oldu. Bu yandan da axşam düşdü, hava qaraldı, göz-gözü 

görməz oldu. 

Qaraca Çoban bu səfər ağacdan oxlar yondu, ucuna əski bağladı, 

əskini odladı, yanar oxları gecənin zülmətində od yağmuru kimi 

yağıların başına yağdırdı. Yağılar qaranlıqda fısıl-fısıl söyləşdilər: 

—Bu Çoban hamımızı qırıb qurtaracaq. 

Cəhənnəm olsun özü də, qoyunları da, qaçaq, canımızı qurtaraq. 

Durmayıb qaçdılar. 

Amma Qaraca Çoban da yaralanmışdı, çaxmaq çəkib od qaladı, 

yapıncısından bir parça yandırdı, yarasına basdı, atasının yanına 

gəldi. Gördü ki, atası can verir. Demə düşmənin ötgün oxlarından 

biri çovuyub gəlib Bəkilə dəyib. Bəkil son gücünü yığıb danışırdı: 

—Oğul, — deyirdi. — Uca dağımın yüksəyi oğul! Ananın südü, 

atanın çörəyi sənə halal olsun. Hünər göstərdin, qeyrət göstərdin. 

Amma sözümü dinlə, son sözümü heç vaxt yadından çıxarma. Nə 

qədər güclü olsan da, onu bil ki, tək əldən səs çıxmaz. El gücü — sel 

gücüdür. Mən bunu başa düşüb ölürəm, sən bunu başa düş yaşa, 

oğul!  Sənə bu tonqalları vəsiyyət eləyirəm. Xoş gündə də, pis gündə 



 101 

də onları qala, oğuz ellərinə  xəbər elə, sevincini, dərdini elinlə  

bölüş.  

Bəkilin son naləsi koksündən çıxdı, Qaraca Çoban onun göz 

qapaqlarını bağladı, hönkürüb ağladı, sızladı, fəryadı dağa-daşa 

düşdü,  əks-səda verdi. Qaraca Çoban: — Qazan, ay Qazan! 

Haradasan, ay Qazan? Ölümüsən, dirimisən, bu işdən xəbərim 

yoxmudur? — deyirdi. 



*** 

Araba dolama yollarla qalxanda birdən təkəri çıxdı. 

Araba yan böyrü üstə əyildi, təkərlər çırıldadı, dayandı. 

Birdən-birə Qazan sərmərdi, gözlərini açıb oyandı, gərnəşmək 

istədi, gördü əl-qolu bağlıdır, qəh-qəh çəkib güldü. 

Onu müşayiət edən yaraqlı atlılardan biri: 

—Nə gülürsən? — dedi.  

Qazan daha da bərkdən güldü: 

—Vallah, — dedi, — indicə elə xoş yuxu görürdüm ki. Görürdüm 

ki, körpə uşağam, beşikdəyəm. Demə bu arabanı beşiyim sanmışam. 

Sizi də yumru-matan dayəm bilmişəm. 

Atlı: 


—Yaxşı yatacaq yer tapmısan, — dedi, — qəribliyə  gələn 

yatarmı, əbləh? 

Qazan: 

—Bəs siz nə qadasınız? — dedi. 



—Biz Qıpçaq Məliyin ləşgəriyik. 

—Belə de. Demək məni yatan yerdə tutdunuz? 

—Bəli. 

—Oğuz igidlərinə  nə  qəza gəlsə yuxudan gələr. Oyanmasaydım 



yeddi gün, yeddi gecə yatacaqdım. Yaxşı, bəs indi məni hara 

aparırsınız? 

—Sənin qaraca başını Qıpçaq Məliyə ərməğan aparırıq. 

Qazan bəy nə isə fikirləşib ora-bura boylandı: 

—Yaxşı, bəs mənim oğlum vardı, o necə oldu? Atlılar cavab 

vermədilər, istehzayla baxışdılar. 

Bayaqdan bəri xoş bir zarafatla danışan Qazan birdən qəzəbləndi: 

—Namərdlər, neylədiniz mənim oğlancığımı? — dedi, — bu saat 

hamınızı qıraram. 

Atlılar Qazanın bağlı ol-qoluna baxdılar, onun vəziyyətilə dediyi 

sözlərin uyuşmadığını lağa qoyub güldülər. 



Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə