Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə28/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   24   25   26   27   28   29   30   31   ...   167

 87 

Yalıncığın sözlərini təsdiq etdi. 

Qazan Dəli Qoçərdən soruşdu: 

—Bəs qızın özü nə deyir? 

Dəli Qoçər dedi: 

—Qız Beyrəyin ölümünə həm inanır, həm inanmır. 

Möhlət istəyir. Deyir mən onu bir il gözləyəcəyəm, bir il gəlməsə, 

iki il gözləyəcəyəm, iki il gəlməsə, üç il gözləyəcəyəm. Üç il 

gəlməsə, kimə versəniz gedərəm.  

Qazan dedi: 

—Yaxşı, qoy elə olsun. Bir il keçib. Bir il də keçsin, nişanın 

edərsən. Sonra bir il də keçər toyunu edərsən!.. 

...Bayat obasında yol kənarındakı daşın üstündə beli bükülmüş, 

gözləri kor olmuş bir qoca oturmuşdu. Bu Bəybura idi. Zınqırov səsi 

eşidildi. Bəybura başını qaldırdı. 

Kor gözlərini məchul  bir nöqtəyə zillədi. — Gedən, gələn! 

Kimsən, hardan gəlib, hara gedirsən? — dedi. 

Qoca tacir: 

—Bizik Bəybura, tacirlərik, — dedi. — Uzaq səfərə gedirik. 

Yalıncıq bizi mal dalınca göndərir. Toyuna vəd alıb. 

Bəybura: 

—Tacirlər, aman, — dedi, — taleyə yoxdur güman! — Uca 

dağlardan keçər olsaz, uzaq-uzaq ellərə yetər olsaz bircə 

oğlancığımın sorağını sorun. Bəlkə ucqar bir iqlimdə ölüsünü, 

dirisini bilən oldu. 

Qoca tacir: 

—Arxayın ol, Bəybura, — dedi, — hər yerdə Beyrəyin sorağını 

soracayıq. Tapsaq tapdıq. Tapmasaq, tanrı verdi, tanrı aldı 

neyləyəsən? 

Tacirlər yola düzəldi, zınqırov səsləri uzaqlaşdı, kor gözlərini 

səslərin ardınca dikmiş Bəybura dodaqaltı pıçıldadı: 

—Qaranlıq gözlərimin aydını oğul, evimin dirəyi oğul, hardasan 

oğul?... 

*** 

Parasarın Bayburd hasarının dərin quyusunda Beyrəyin gözləri 

artıq qaranlığa alışmışdı. Amma burada quyunun rütubətli 

divarlarından başqa nə görmək olar ki? Beyrək büzüşüb hərəkətsiz 

qalmışdı. O, əlini quyunun daş divarlarına sürtürdü. Birdən daşların 

birinin nəm olduğunu duydu, həmin daşdan su sızırdı. Beyrək daşı 




 88 

tərpətdi, daş qopdu, ordan su axmağa başladı. Beyrək bir neçə daş da 

çıxartdı və həmin yerdən lağım açıldı. Lağım isə yeraltı çaya çıxırdı, 

Beyrək lağımla sürünüb çaya düşdü, çayda çapaladı, suyun axarı onu 

başqa lağımın ağzına gətirib çıxartdı. Beyrək bu lağımla sürünüb 

geniş bir zirzəmiyə düşdü. Bura yeraltı  sərdabə idi. Burada yer 

üstündəki məzarların müqabilində eyni qəlibli qəbir səndüqələri 

qoyulmuşdu. 

Xaqanın qohum-əqrabası burda basdırılmışdı. Beyrək qəbirləri 

seyr edərkən addım səsləri eşitdi, bir bucaqda gizləndi. Bir də gördü 

ki, xaqan Qara Arslanın arvadı Despinə xatun bura düşdü, 

qəbirlərdən birinə yaxınlaşdı. 

Despinə xatun ət, süd, cürbəcür ləziz yeməklər, şərab gətirmişdi. 

Hamısını da həmin qəbrin yanına düzdü. 

Despinə xatun qəbrə müraciətlə: — Babacan, — dedi, — sənə bu 

gün qurbanlıq quzudan qızarmış  ət gətirmişəm, bu gecə yuxumda 

əmlik quzu əti istəmişdin. Yeddi illik şərab gətirmişəm. Süd-qaymaq 

gətirmişəm. Sabah sənə  qızardılmış cücə  gətirəcəm. Könlündən nə  

keçirsə, gecə yuxuda deyərsən, gətirərəm. Ta ki, bir şeydən  tamarzı 

qalmayasan. 

Despinə xatun əyilib qəbri öpdü, sonra yavaşca çıxıb getdi. 

Beyrək gizləndiyi yerdən çıxdı, əvvəlcə təəccüblə ora-bura boylandı, 

sonra məsələni başa düşüb güldü. Beyrək başa düşüb bildi ki, 

bunların inancına görə ölülər yemək yeyir, şərab içirlər. Beyrək 

gülüb usandı, babanın yeməklərini iştahla yedi, şərablarını içdi, 

sürünüb öz quyusuna keçdi. 

Yuxarıdan ona bir əlçə çörək və bir qurtum su salladılar. 

*** 

Səhəri günü eyni vaxtda Beyrək yenə  həmin yolla sərdabəyə 

gəldi, gizləndi. Bir az sonra Despinə xatun yemək-içmək gətirdi. 

Gördü ki, qəbrin üstündə ancaq sümüklər və boş şərab bardağı qalıb, 

sevincək: 

—Babacan, nə yaxşı yeyib-içmisən, nə əcəb səndən? — dedi. — 

Deyəsən axır ki, öz əlimlə hazırladığım yeməkləri bəyəndin. Daha 

bundan sonra həmişə özüm bişirəcəm, yəqin ki, qulun-qaravaşın 

hazırladıqları yeməklər ürəyinə sinmir, ye, iç, nuş olsun. 

...Despinə xatun yer üzünə çıxdı. 

...Beyrək iştahla yeyirdi. 

*** 



 89 

Bir gün Despinə xatunun gətirdiyi  şərab çox tünd oldu, Beyrək 

içib kefləndi, elə qəbrin yanındaca yıxılıb yatdı: bir də gözünü açıb 

başının üstündə dayanmış Despinə xatunu gördü. Qadın dəhşətdən 

bərəlmiş gözlərini onun sifətinə dikmişdi. Beyrək gördü ki, qadının 

qorxudan bağrı çatlayacaq, odur ki, tələsik: — Qorxma xanım, — 

dedi, — mən ölü deyiləm, diriyəm, adamam, ərin xaqanın  əsiri 

Bamsı Beyrəyəm. 

Despinə xatun ətrafa səpələnmiş toyuq sümüklərini, boş bardağı 

gördü və hər şeyi başa düşdü. 

—Babamın payını sən yeyirsən? — dedi. 

Beyrək: 


—Bəli, — dedi, — xanım, mən yeyirəm.  

Despinə xatun məyus-məyus: 

—Çoxdan? — dedi. 

—Sən bişirməyə başlayan gündən. Qadının elə  bədbəxt görkəmi 

vardı ki, Beyrəyin ona yazığı gəldi:  

—Xanım, dedi, — baban özü yeməkləri mənə verir, deyir 

qocayam, dişim yoxdur, şərab da içmirəm. Amma balı, qaymağı 

həmişə yeyir.  

Despinə xatun bir az özünə gəldi: 

—Yenə insaflı adamsanmış, — dedi, — hamısını tutub əlindən 

almırsan! Düzünü de, dünya harda yaxşıdır, burda ya yer üzündə?  

Beyrək: 


—Niyə, bura da pis deyil, — dedi, sonra qəbirləri göstərdi. — 

Bunlar da mənə yaxşı qulluq edirlər. Biri paltarımı yuyur, biri məni 

çimizdirir, biri belində gəzdirir.  

Beyrək danışdıqca Despinə bir-bir qəbirlərə baxır: 

—Vay, paltarı xalam yuyur, dayım çimizdirir? — deyə 

həyacanlanırdı. 

—Yoxsa ay oğlan, səni belində gəzdirən mənim qoca nənəmdir? 

Beyrək: 


—Bə  nə? — dedi, — ölülərinizdə ondan yorğası yoxdur. Çox 

vaxt ona minirəm.  

Despinə xatun başına döyməyə başladı: 

—Vay, sənin boynun sınsın, — dedi, — sizlərin  əlindən nə yer 

üzündə dirimiz, nə yer altda ölümüz qurtuldu. Despinə xatun qaça-

qaça birbaş xaqanın hüzuruna gəldi. — Kərəm elə, ulu xaqan, — 

dedi. — O oğuzu quyudan çıxar. Nənəciyəzimin belini üzəcək. Yer 



Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə