Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə25/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   21   22   23   24   25   26   27   28   ...   167

 78 

şərab bardağını başına çəkdi, çaxır onun bığlarına, çənəsinə, 

boynuna, boğazına töküldü. Dəli Qoçər elə hey içir, içirdi. Bu zaman 

Dədə Qorqud gəlib çıxdı, atdan düşdü, salam verdi. 

Dəli Qoçər bardaqdan ayrılmadan bir müddət Dədə Qorqudu 

süzdü, sonra rişxəndlə: 

—Ay əleykəssalam, — dedi. Dəli Qoçər bir az içib çığırdı: 

—Ay  əməli azmış, feli dönmüş, qadir tanrı  ağ alnına qada 

yazmış! Ayaqlıların bura gəldiyi yox. Ağızlıların bu suyumdan içdiyi 

yox. Sənə noldu? Əçəlinmi yetdi? Buralarda neylərsən?  

Dədə Qorqud dedi: 

—Qarşı yatan qara dağını  aşmağa gəlmişəm. Axıntılı çağlar 

suyunu keçməyə  gəlmişəm. Gen ətəyinə, dar qoltuğuna qısılmağa 

gəlmişəm. Aydan arı, sudan duru bacın Banıçiçəyi Bamsı Beyrəyə 

istəməyə gəlmişəm. 

 

Dəli Qoçərin matı-qutu qurudu, bir müddat maddım-maddım 



Dədə Qorqudun üzünə baxdı, sonra ilan çalmış kimi yerindən atılıb, 

var səsiylə bağırdı:  

—Hey, tez olun, nə dediyimi yetirin, ayğırı yarağıyla gətirin. 

Ayğırı  və yaraqları  gətirən kimi Dəli Qoçər atlandı, qılıncını 

sıyırdı. Dədə Qorqud da fürsəti fövtə vermədi, qaçdı. Dəli Qoçər 

qova-qova ardınca düşdü. Dədənin altındakı Duru ayğır yoruldu. 

Dəli Qoçər Dədəni qova-qova haqladı, qılıncını onun başı üzərinə 

qaldırdı. 

Dədə Qorqud: 

—Çalarsan,  əlin qurusun, — dedi. Birdən Dəli Qoçərin  əli 

havadan asılı qaldı. 

Dəli Qoçər: 

—Mədəd, aman, əlaman, — deyə bağırdı. — Dədə, mənim əlimi 

sağalt, bacımı Beyrəyə verərəm. 

Dədə Qorqud: 

—Yaxşı, — dedi, — sal əlini aşağı. Dəli  Qoçərin  əli sapbasağ 

oldu.  Əlini aşağı saldı, dedi: — Bacımın yoluna nə istəsəm 

verərmisiz? 

—Verərik, di de görüm nə istəyirsən? 

—Min dəvə  gətirin... Min ayğır gətirin... Min qoç görməmiş 

qoyun, min quyruqsuz, qulaqsız köpək gətirin. 

Min dənə də birə gətirin. 




 79 

—Nə, birə? 

—Hə, birə! Min dənə. Əgər dediyimdən bircə dənə az gətirsəniz 

bu dəfə öldürmədim, o vaxt öldürəcəm. 



*** 

Dədə Qorqud döndü, Bəyburanın obasına getdi. Bəybura dedi: 

—Dədə, oğlanmısan, qızmısan? 

Dədə: 


—Oğlanam, — dedi.  

—Bəs necə qurtuldun Dəli Qoçərin əlindən? 

—Qurtuldum da, qızı da aldım. 

Dədə Qorqud Dəli Qoçərin şərtlərini Bəyburaya dedi. 

Gülüşdülər, amma sonra Bəyburanı fikir aldı. Yaxşı, Dədə, — 

dedi, — hamısını mən düzəltsəm, birələri sən taparsan?  

—Taparam. 

*** 

...Dəli Qoçərə tovla-tovla şahbaz atlar, qatar-qatar dəvələr, sürü-

sürü qoyun, qoçlar gedirdi. Dəli Qoçər körpünün yanında dayanıb 

bardaqdan şərab içə-içə sayırdı.  

—Üç otuz on, beş otuz, on otuz... 

Nəhayət, köpəkləri də saydı:  

Min, — dedi, sonra birdən üzünü Dədə Qorquda tutub, — hə, 

Dədə, — bəs hanı mənim birələrim?  

—Hay  oğul, Qoçər, birələrin hamısını bir yerə yığmışam, gedək 

say, seç köklərini götür, arıqları qalsın. Gəl dalımca. Dədə Qorqud 

Qoçəri bir ağılın yanına gətirdi. 

—Soyun, — dedi. 

Dəli Qoçər lüt soyundu. Dədə Qorqud onu ağıla saldı, qapısını 

bağladı. Bu ağıl birəylə dolu idi. Birələr, Dəli Qoçərii canına 

daraşdılar, Qoçər gordü bacara bilmir, haray qaldırdı: — Vay! — 

dedi — Mədəd! Dədə kərəm elə, allah eşqinə qapını aç çıxım.  

Dədə Qorqud bayırda dayanıb qımışırdı, sakit-sakit:  

—Oğul, Qoçər, nə haray-həşir salmısan, — deyirdi. — İsmarladığın 

birələrdir də! Saysana, düz min dənədir! Bəlkə bəyənmədin?! Köklərini 

götür, arıqları qalsın. 

Dəli Qoçər bağırırdı: 

—Vay Dədə, hay Dədə! Tanrı bunun kökünü də qırsın, arığını da. 

Məni burdan çıxar. Dədə, qara başım qurban olsun sənə, Dədə! 

Mədəd! 



 80 

Qoçərin fəryadı ərşə qalxırdı. Dədə Qorqud qapını açdı. 

Lüt Qoçər ağıldan bayıra atıldı, üstünü birə basmışdı, üz-gözü 

görünmürdü. Dəli Qoçər Dədənin ayağına düşdü. 

—Allah eşqinə, məni qurtar, — dedi. — Qoyunlarımı, quzularımı 

hamısını sənə qurban kəsərəm. 

Dədə Qorqud: 

—Qaç oğul, özünü suya vur, — dedi.  

Dəli Qoçər çaya tərəf qaçdı, suya atıldı. 

*** 

Dədə Qorqud çapa-çapa Bayat obasına gəldi. Ucadan: 

—Muştuluq! Muştuluq! — deyə qışqırdı. Bəybura onun qabağına 

çıxdı, atının alnına bir yumurta çırpdı. 

Bəyburanın evində toy tədarükü başlandı. Qız evinə göndərilən 

qoyunların, qoçların buynuzlarına qırmızı yaylığ bağladılar, 

ağızlarına, ayaqlarına xına sürtdülər. Atların boynundan bəhri-qotaz 

asdılar, dəvələri bəzədilər. 

...Banıçiçək öz çadırında Beyrəyə qızılı qaftan tikirdi... 

...Boğazca Fatma Beyrəyin anası Ayna Mələyin, üç bacısı Günay, 

Aysel və Günelin başlarına, əllərinə, ayaqlarına xına qoyurdu... 

...Qısırca Yengə Banıçiçəyin başına,  əllərinə, ayaqlarına xına 

qoyurdu, yanağına  ənlik, kirşan sürtür, gözlərinə, qaşlarına sürmə 

çəkirdi...  

...Səhər üzü Beyrək yoldaşlarıyla birlikdə Bayat obasının 

kənarındakı düzəngaha çıxdı.  İgid evlənəndə  gərək ox ataydı. Oxu 

hara düşsə gərdəyini orda tikərdi. Beyrək də yayı çəkdi, oxunu atdı. 

Ox düşən yerdə çadırını qurdu. 

İgidlər çıdıra çıxdılar. Beyrəyin dəstəsindəki çavanlardan biri də 

Yalıncıq idi. O, uzdə gülüb sevinsə də, ürəyindən qara qanlar axırdı. 

Banıçiçəkgildən  gələn çaparlar xonça, xələt gətirdilər. 

Banıçiçəyin tikdiyi qaftanı Beyrəyə verdilər, Beyrək çadırına 

girdi, ordan qızılı qaftanda çıxdı. 

Yoldaşlarından biri:  

—Mübarəkdir, sağlığına qismət olsun, — dedi.  

Beyrək:  

—Bəs niyə gözümə pərt dəyirsəi? — dedi. 

Başqa bir yoldaşı: 

—Necə  pərt olmayaq? — dedi. —Sən təzə qaftan geyirsən, biz 

köhnə qaftan geyirik. 




Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə