Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə27/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   23   24   25   26   27   28   29   30   ...   167

 84 

uzaqlaşdı, gözdən itdi... 



*** 

Xınalıq kəndini andıran Bayburd qalası uca dağların qoynunda, 

buludlardan yüksəkdə yerləşirdi. Dağ döşünün dolama yollarıyla 

qalaya tərəf yeddi atlı qalxırdı. Atlıların qabağınca əli ardından bağlı, 

ayağı buxovlu bir piyada gedirdi. Bu Beyrəkdir. Qalanın dəmir 

darvazaları açıldı, dəstə qalanın içinə girdi, dəmir darvazalar 

bağlandı... 

*** 

Dədə Qorqud öz məzarının yanında oturub qopuz çalır. 

—Beyrəyin əhvalatı hələ uzundur, hələ bu əhvalatın dalı var. 

Amma indi kimdən deyim, Bəkildən... Bəkil bir gün yenə ova 

çıxmışdı, Qazan xandan çapar yetdi, Bəkili Qazanın divanına çağırdı. 

Bəkil divana gəldi, ceyranları Qazana hədiyyə verdi. Qazan da 

buyruq elədi ki, Bəkilə  qılınc, çomaq, yaxşı at və yaxşı qaftan 

versinlər. Bu vaxt Dondar məclisə daxil oldu. O da ovdan gəlirdi

ceyran ovlamışdı. Ovladığı ceyranı Bəkilin qabağına qoydu. 

—Bəkil sənin halal malındır, — dedi, ceyranın dəlik qulağını 

göstərdi. 

İgidlər gülüşdülər. 

Alp Aruz: 

—Görən bu hünər Bəkilindir, ya atınındır? — dedi. 

Əmən:  

—Əlbəttə ki, Bəkilindir, — dedi. Yeddillik al şərabın istisi 



Qazanın başına vurmuşdu.  

Qazan: 


—Yox, — dedi, — at işləməsə, Bəkil də öyünməz. Hünər atındır.  

Bu söz Bəkilə xoş gəlmədi. O ayağa durdu, üzünü Qazana tutdu: 

—İgidlər içində bizim boynumuzu palçığa batırdın, — dedi. Bəkil 

Qazanın bəxşişlərini onun qabağına tökdü, divandan çıxdı. Atın 

çəkdilər, minib evinə gəldi. Arvadı qabağına çıxdı: 

—İgidim, — dedi, — Qazan xanın divanına  şad getdin, pərt 

qayıdırsan, nədir halın?  

Bəkil: 


—Qazanın nəzəri bizdən dönüb, — dedi, — Qazan xandan 

küsmüşəm.  

Qadını dedi: 

—İgidim, elə demə, səbrini bas, tələsik iş görmə, könüldə pas olsa 




 85 

şərab açar. Şərab iç. Sən gedəni Ala dağlar ovlanmamış. Ova çıx 

könlün açılsın. Bəkil gördü ki, arvadın sözü, məsləhəti haqdır, 

atlanıb ova çıxdı. 

Ov ovladı, quş quşladı, birdən qarşısına yaralı bir ceyran çıxdı. 

Bəkil bunun dalınca at saldı. Ceyran özünü bir uca yerdən atdı, Bəkil 

atın cilovunu çəkə bilmədi, keyikin dalınca yarğandan uçdu. Sağ 

oyluğu qayaya toxundu, sındı. 

Bəkil qaftanın altından ayağını bərk sarıdı. Atı onu obaya gətirdi. 

Oğlu Qaraca Çoban Bəkilin qabağına çıxdı. Gordü ki, atasının bənizi 

saralıb, çalması boğazına keçib. 

Qaraca Çoban: 

—Sənə nə oldu, ata? — dedi.  

Bəkil dedi: 

—Bir az naxoşam. Oğul, məni atın üstündən al, döşəyimə apar. 

Qaraca Çoban atasını atın belindən götürüb, döşəyinə apardı, 

cübbəsini üstünə saldı, qapısını ortdü, Bəkil ayağının sındığını 

kimsəyə demədi, amma gecə döşəyində zar-zar inlədi, ah etdi. 

Arvadı yanına gəldi: 

—İgidim, — dedi, — sənə nə olmuş? Nədir halın? Kişi qoynunda 

yatan halalına sirrini deməzmi olur? 

Bəkil: 


—Atdan düşdüm, ayağım sındı, — dedi. 

Arvad ah-vay edib bacısına söylədi, bacısı çıxıb qapıçıya söylədi. 

Otuz iki dişdən çıxan bütun obaya yayıldı. 

...Qara niqablı çapar düşmənə xəbər apardı. 



*** 

Parasarın Bayburd hasarının xaqanı Qara Arslanın məclisində 

sağda oturan sağ  bəylər, solda oturan sol bəylər taxta əyləşmiş 

xaqanın əlinə baxırdılar. Qara Arslanın qarşısında böyük mis ləyənin 

üstündə bütöv qızardılmış bir toğlu vardı. Qara Arslan əlindəki uzun 

xəncərlə toğlunun ətini hissələrə bölür və hər bəyə oturduğu yerdən 

və mövqeyindən asılı olaraq toğlunun müəyyən bir hissəsini verirdi. 

Qara Arslan və  bəylər ləzzətlə yeməyə başladılar. Xaqan qapıçıya 

işarə verdi:  

—Əsiri gətirin. 

Beyrəyi içəri gətirdilər. Onun gözləri batmış, sifəti arıqlayıb 

tanınmaz olmuşdu, saçı saqqalına qarışmışdı. 

Beyrəyin geyimi də  qəribə  şəkil almışdı:  şalvarı dizdən, 



 86 

köynəyinin qolları dirsəkdən aşağı  kəsilmişdi, bu qəriblik,  əsirlik 

nişanəsidir. Beyrəyin  əl-qolu bağlıdır. Ağızlarını marçıldada-

marçıldada toğlu  əti yeyən bəylərə baxışından hiss olunurdu ki, 

Beyrək neçə gündür acdır. Amma o özünü sındırmır, düşmənlərin 

qarşısında başını dik tuturdu.  

Qara Arslan Beyrəyə dedi: 

—Təpəgöz həramini zəbun edən, ad çıxaran igid Bamsı Beyrək 

sənmisən? — Mənəm! 

—Bilirsənmi səni niyə qaçırtmışıq?  İstəyirik ki, sən bizdən 

olasan. Nə görmüsən Oğuz elində? Çöldə-düzdə yaşamaqda, 

qışlaqdan yaylağa, yaylaqdan qışlağa koç eləməkdə, at belində 

güzəran keçirməkdə  nə görmüsən, igid. Qal burda, sarayda yaşa, 

ipək-qumaş döşəklərdə yat, ləziz-ləziz xörəklər təam elə, məhbub 

gözəllər qulluğunda hazır olsun. Ye, iç, kef çəkib xoş ol. Amma 

bircə  şərtimiz var. Əvvəlcə  gərək altı min qoşunla Oğuz elinə 

gedəsən, o dağların, düzlərin yoluna, cığırına səndən yaxşı bələd olan 

yoxdur. Oğuz elini tar-mar edib qayıt, sənə  bəylik verək, taxt-tac 

verək, altun axça verək, gözəl qızlar verək. 

Beyrək bir müddət susdu, iştahla ət gəmirən bəylərə baxdı, sonra 

ağır-ağır təmkinlə danışmağa başladı: 

—Dədə Qorqud deyərdi ki, "Qara eşşək başına yüyən taxsan at 

olmaz. Mərd oğul öz yurduna yad olmaz". Öz əslimi, öz kökümü 

söyməyim yox, öz evim-eşiyim dururkən, yad qapısını döyməyim 

yox. Əlinə girmişkən alçaq, öldür məni, bitir məni. Çal qılıncın, kəs 

başımı, qılıncından, xəncərindən qorxmağım yox. 

Qara Aslan qəzəblə: — Aparın salın bunu quyuya, yalvarmayınca 

çıxarmayın. Qoy qalsın orada, çürüsün ölsün, — dedi. Beyrəyi 

apardılar, dibi görünməz zulmət bir quyuya saldılar. Quyunun ağzına 

iri bir dəyirman daşı qoydular. Bir əlçə çörəyini, bir qurtum suyunu 

dəyirman daşının dəliyindən verirdilər. 

*** 

Bir gün Yalıncıq və  Dəli Qoçər Qazanın divanına gəldilər, diz 

çökdülər, baş əydilər, Yalıncıq dedi:  

—Dövlətli xanın ömrü uzun olsun! Beyrək yoxa çıxdığı gündən 

bir il keçib. Özün vəd vermişdin ki, Beyrəyin xəbərini gətirənə 

Banıçiçək qismət olsun. Bu xəbəri mən gətirdim. Qızın qardaşı da 

razıdır. İndi məsləhət sənindir. 

Qazan üzünü Dəli Qoçərə tutdu. Dəli Qoçər başının hərəkətilə 




Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə