Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə26/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   22   23   24   25   26   27   28   29   ...   167

 81 

Beyrək dedi: 

—Belə şeydən ötrü pərt niyə olursunuz. Bu gün mən geyinirəm

sabah sən gey. Yeddi gün, yeddi gecə toy olacaq, hər gün biriniz 

geyinin, ondan sonra bir dərvişə verərik. 

Yeddi gün, yeddi gecə toy oldu. İgidlər Qobustan qayalıqlarında 

həkk olunmuş oküzləri, keçiləri, maralları nişan alıb ox atdılar, at 

çapdılar, qılınc çaldılar, güləşdilər, yallı getdilər. Hər gün də 

Beyrəyin qızılı qaftanı başqa bir cavanın əynində idi. 

...Qız Bənəvşə yaylağında da toy dəsgahı idi. Banıçiçəyə toy 

paltarı geyindirirdilər. Qısırca Yengə onun döşünə güzgü tutmuşdu, 

anası başına qırmızı parçadan çalma bağlayırdı.  

Oba kənarında bir xarabalıq vardı. Gecə ay işığında xarabalardan 

qəribə kölgələr düşürdü.  Burada sərgərdan itlər dolaşar, bayquşlar 

ulaşardı. Xarabalığın bir divarına iki nəfər qısılmışdı. Onları 

kolgələrindən tanımaq olardı: biri Alp Aruz, o biri qara niqablı adam 

idi. 

Alp Aruz:  



—Deməli Qıpçaq Məlik hələ fürsət gözləyir, tələsmir. 

Onda gərək ayrı  tədbirə  əl ataq. Bayburd hasarının xaqanıyla 

sövdələşək, haydı, çap, Parasarın Bayburd hasarına xəbər apar. 

Xaqana de ki, Dəli Qoçər bacısını onun qardaşı oğluna vəd etmişdi

ilqarına dönük çıxdı. Qızı Boz atlı Beyrəyə verdi. Sabah gecə 

gərdəyə girəcəklər. De ki, Beyrəyi aradan götürsələr, Qazanın beli 

qırılar. Onun dayağı, dirəyi Beyrəkdir. Qara niqablı çapar atın belinə 

qalxdı. O çaparkən heç bir nal səsi eşidilmirdi. Çapar qaranlığda 

əridi, gözdən itdi. 

*** 

...Banıçiçək çadırında uzanmışdı, çadırın açıq qapısından səmaya 

— karvanqıran ulduza baxırdı, yastığının yanına yığdığı yovşan 

topalarını  iyləyirdi.  Gözünə yuxu getmirdi. 

...Beyrək də öz  çadırında yovşan iyləyirdi, karvanqıran ulduza 

baxırdı, düşünürdü. Yavaş-yavaş xumarlanırdı, gözlərini yumdu

yuxuya getdi. 

Beyrəyin gərdəyi bomboş, ucsuz-bucaqsız çölün ortasında idi. 

Yeddi ağaç məsafədə  nə bir işıq ucu görünürdü, nə bir hənirti 

duyulurdu. Haradansa İsaq-Musaq quşunun səsi eşidilirdi. Beyrəyin 

Boz ayğırı uzağda ilxının içində idi. 

Boz ayğırın xasiyyəti vardı, haçan ki, yağı qorxusu duyulsa, 




 82 

ayağını yerə döyərdi, tozu göyə çıxardı. İndi də dırnaqlarıyla torpağı 

didim-didim diddi, fınxırdı, kişnədi, səsini eşidən olmadı. 

Gecənin qaranlığında səssiz gələn səkkiz atlı kirimişcə atdan 

düşdülər, ətrafı pusa-pusa gərdəyə yanaşdılar. Yeddisi əllərində qalın 

bir örkən gərdəyə girdi, biri çöldə marıqda durdu. Gərdəkdən boğuq 

səs eşidildi, az sonra ordan həmin o yeddi nəfər çıxdı. Onlar örkənlə 

möhkəm sarıdıqları, ağzına parça tıxadıqları Beyrəyi sürükləyib 

gərdəkdən çıxardılar, atın tərkinə atdılar. Atlılar gəldikləri kimi 

səssizcə  də  çıxıb getdilər. Yeddisi getdi, biri qaldı. Qalan həmin o 

qara niqablı adam, atlılar uzaqlaşandan sonra qılıncını sıyırdı, sonsuz 

bir nifrət və hiddətlə  gərdəyi parçalamağa başladı, təpikləri altında 

çadırı yerlə yeksan etdi, çapıb uzaqlaşdı. 

*** 

Qazanın divanına igidlər yığnaq olmuşdu. Dədə Qorqud da 

buradaydı. 

Qazan: 


—Dədə, məsləhət sənindir, — dedi.  

Dədə Qorqud: 

—Yer altını ilan bilər, yer üstünü insan bilər, — dedi. —İgidləri 

göndər, dörd iqlimi dolaşsınlar. Beyrəyin ölüsü, dirisi xəbərini 

gətirsinlər. Qazan dedi: 

—Əmən gündoğana getsin. Dondar günbatana getsin. Qarabudaq 

Ala dağın güneyindən xəbər gətirsin, Yalıncıq Qazılıq dağının 

quzeyindən xəbər gətirsin. Beyrəyin dirisi xəbərini gətirənə var-

dövlət verərəm, ölüsü xəbərini gətirənə — Banıçiçək qismət olsun.  

İgidlər atlandılar, dörd yerə çapdılar. Qalanlar intizarda qaldı.  

Qazan xəbər gözlədi, Banıçiçəyin gözləri yol çəkdi, Beyrəyin 

atası, anası, bacıları dörd yol ayrıcında durdular. 

Əmən qayıtdı, başını bulayıb: 

—Beyrəyi gördüm deyən olmadı, — dedi. 

Dondar qayıtdı, gözünü yerə dikib: 

—İzi-sorağı yoxdur, — dedi. 

Qarabudaq geri döndü: 

—Beyrəkdən nam-nişan tapmadım, — dedi. 

Yalıncıq gəlib çıxdı, atdan düşüb hönkür-hönkür ağladı. 

—Aman Beyrək, can qardaş, — dedi, — muradına—maqsuduna 

çatmayan yoldaşım.  

Qazan: — Yalıncıq, nə xəbər gətirmisən? — dedi. 




 83 

—Nə  xəbər gətirəcəm, xan Qazan? Gətirməsəm gətirdiyimdən 

yaxşıydı. Namərd düşmən Beyrəyi qaçırıb, yoldaca paralayıb, 

cəsədini dağdan-daşdan yuvarladıb, qarğaya-quzğuna yem edib. 

Qazan: 

—Bunu nədən bildin? — dedi. 



Yalıncıq ağlaya—ağlaya heybəsindən Beyrəyin al qana bulaşmış 

qızılı qaftanını — həmin o Banıçiçəyin tikdiyi qaftanı çıxartdı. 

—Beyrəyin qaftanıdır, — dedi. — Adaxlısı tikmişdi. 

Qazan: 


—Biz bunu bilmərik. Adaxlısına göstərin — dedi.  

Qaftanı Banıçiçəyə  gətirdilər, Banıçiçək al qan olmuş qaftanı 

görən kimi, zar-zar ağladı: 

—Vay  şah igidim, vay şahbaz igidim, al duvağım ağası, alnım-

başım umudu, doyunca üzünə baxmadığım canım igid, hara getdin 

məni yalqız qoyub, vay Beyrək!  

Dartdı yaxasını yırtdı, payız alması kimi al yanaqlarını cırdı. 

*** 

...Bayat obasına şivən girdi, Bəybura çalmasını açıb yerə çırpdı, qara 

geyib göy  sarındı, yaxasını  yırtdı, "oğul, oğul" deyib hönkür-hönkür 

ağladı. Ayna Mələk saçını yoldu, bacıları: — Vay qardaş, can qardaş! 

Muradına, məqsuduna çatmayan yalqız qardaş, — deyib göynəyə-

göynəyə ağlaşdılar. 

Beyrəyin bacıları ağ çıxarıb qara geydilər. Qazan xan ağ çıxarıb 

qara geydi. Beyrəyin yar-yoldaşları, bütün Oğuz igidləri ağ  çıxarıb 

qara geydilər, ümidlərini üzdülər. 

Beyrəyə yas tutdular. Beyrəyin anası, bacıları, Banıçiçək 

Beyrəyin paltarlarını ortalığa töküb ağı dedilər:  

—Oğul vay, qardaş vay, Beyrək vay! Ay kimi doğdun, gün kimi 

batdın. İtik qardaş, itik bala vay!.. 

Beyrəyin boz ayğırının quyruğunu kəsdilər, belinə Beyrəyin 

paltarını, qanlı qaftanını qoydular, üstünə qara ortük çəkdilər, atı qara 

bəzədilər. Beyrəyin atası, anası, bacıları, Banıçiçək atın qabağına 

düşüb obanı, eli gəzdilər, yerlə-yeksan olmuş  gərdəyin yanına 

gəldilər. 

Ayna Mələk dedi: — Gərdəyi goru olan balam, tanrı  sənə bir 

məzarı da çox gördü. 

Birdən Boz ayğır fınxırıb üstündəki pal-paltarı yerə  çırpdı, 

yerindən qopub harasa çapdı. Dalınca düşmədilər. At çapıb-çapıb 




Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə