Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə29/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   25   26   27   28   29   30   31   32   ...   167

 90 

altında nənəciyəzimi minərmiş. Qalan ölülərimizi özüyçün 

işlədərmiş. Babacığazıma verdiyim yeməkləri çəkib alıb yeyərmiş. 

Onun  əlindən nə ölümüz, nə dirimiz qurtarar. Din eşqinə, çıxar 

onu quyudan. 

*** 

Beyrək öz quyusunda oturmuşdu. Zindançı quyuya nərdivan 

salladı, Beyrəyi səslədi: 

—Xandan buyuruq oldu ki, yer üzünə çıxasan. 

Beyrəyi yer üzündəki zindana saldılar. Zindanın dar pəncərəsinə 

dəmir barmaqlıqlar vurulmuşdu. Gecə düşəndə Beyrək bu dəmir 

barmaqlar arasından ulduzlu göyə baxırdı. Ulduzlar içində 

karvanqıran ulduzu tapırdı. 

...Bir cüt ala göz də karvanqıran ulduza baxırdı. Yaş dolu ala 

gözlər. Banıçiçəyin həsrət gözləri. Banıçiçək Beyrəkdən uzaqlarda, 

uca-uca dağların, daşqın-daşqın suların arxasında,  Qız Bənövşə 

yaylağında, öz çadırında uzanıb ulduzlu səmada Beyrəyin ulduzunu 

axtarırdı.  

...Bayat obasının kənarında Bəybura da kor gözlərini ulduzlu 

səmaya zilləmişdi. 

...Ay işığında dolama yollarla bir karvan gedirdi. Tacirlərin 

karvanı. Yavaş-yavaş dan sökülürdü, ağla-qara seçilirdi. 

...Beyrək də gözlərini yummamışdı. Hava işıqlaşanda o, zindanın 

dar pəncərəsindən müdhiş bir mənzərə gördü: uzaqda, hündür bir 

bürcün başına insan kəlləsi sancılmışdı. Beyrək barmaqlıqlardan 

yapışıb başını yuxarı uzatdı, boylandı, iri bir meydan gördü. 

Meydanın dörd tərəfində bürclər ucalmışdı  və onların çoxunun 

başına insan kəllələri sancılmışdı.  

Beyrək zindançını səslədi: 

—Bura bax, o kəllələr, hansı biçarələrindir? Ora niyə sancılıblar? 

Zindançı dedi: 

—Qara Arslan Xaqanın dünyalar gözəli bir qızı var, adına sarı 

donlu Selcan xatun deyərlər. Küllü-aləmin igidləri o qıza aşiqdir. 

Qapısına elçi düşürlər. Xaqanın bir aslanı, bir qara buğası, bir də 

erkək dəvəsi var — hər biri bir əjdahadır. Xaqan şərt qoyub, qızına 

elçi düşənlər gərək bu əjdahalarla vuruşsun. Onları bassalar, Selcanı 

alacaqlar, basmasalar, başları  kəsiləcək. Hələ bu üç əcdahanı basan 

olmayıb. O, otuz iki baş da ki, bürclərdən asılıb, haman o otuz iki 

igidin başıdır, heç birisi aslanla dəvənin üzünü görməyib, elə birinci 




 91 

döyüşdəcə həlak olublar. 

Beyrək: 

—Rəvadırmı ki, cavan igidlər bir qızdan ötrü buğanın 

buynuzunda həlak olsunlar. Get, xaqana xəbər apar, de ki, məni 

meydana buraxsın, mən  əjdahaları öldürüm, yaxşı igidlərin canını 

qurtarım. 

Xaqana xəbər getdi. Təbillər,  şeypurlar çalındı. Sağ  bəylər, sol 

bəylər,  əyanlar,  əmirlər meydana toplaşdı. Xüsusi köşkdə Xaqanın 

qızı sarı donlu Selcan xatun əyləşmişdi. Yanında yeddi incə belli qız 

vardı. 

Beyrəyi meydana gətirdilər. 



Xaqan: 

—Bu qoçağı anadangəlmə soyundurun, — dedi. Beyrək soyundu, 

bircə qızılı incə kətan bezini belinə sarıdı. 

Qız koşkdən baxırdı. Beyrəyi görəndə öysəl olmuş dana kimi 

ağzının suyu axdı, igidə aşiq oldu, yanındakı qızlara dedi: 

—Allah atamın könlünü rəhmə  gətirsin. Kəbin kəsib məni bu 

igidə versin... Hayıf deyilmi bunun kimi igid heyvanların  əlində 

həlak ola? 

Zəncirlə buxovlanmış buğanı  çəkib meydana gətirdilər. Buğa 

dizin-dizin çökdü, buynuzu ilə  mərmər daşı yoğurdu, pendir kimi 

diddi. Beyrək sağına baxdı, soluna baxdı, dedi: 

—Sarı donlu Selcan xatun koşkdən baxar, kimə baxsa eşqilə oda 

yaxar, sarı donlu qız eşqinə "hu"! 

Beyrək "hu" deyib buğanın üstünə cumdu. Buğanın zəncirini 

açdılar, meydana buraxdılar, buğa buynuzlarını almaz cida kimi 

Beyrəyin üstünə sürdü. 

Beyrək buğanın alnına bir elə yumruq vurdu ki, buğanı dalı üstünə 

çökdürdü, alnına yumruğunu dayadı, sürüdü, meydanın başına çıxardı, 

çox çarpışdılar, nə buğa yenər, nə Beyrək yenər. Buğanın ağzı 

köpükləndi. Beyrək buğanın onündən çəkildi. Buğa buynuzu üstünə 

yıxıldı, Beyrək onun quyruğundan tutub qaldırdı, üç kərə  fırladıb yerə 

saldı. Buğanın sümükləri xurd-xəşil oldu. Beyrək buğanı basdı, 

boğazladı, bıçaq çıxarıb başını kəsdi, aparıb xaqanın önünə atdı. 

Selcan xatun sevincək yerindən sıçradı. — Bu igidi gözüm gördü, 

könlüm sevdi, — dedi. 

Xaqan: 


—Heyvanların sərvəri aslandır, — dedi, onunla da oyun göstər. 


 92 

Aslanı  gətirdilər, aslan elə  qışqırdı ki, meydanda nə  qədər at 

vardısa, hamısı qan işədi. 

Selcan xatun qızlara: 

—Bu yazıq buğadan qurtuldu, aslandan necə qurtulacaq? — dedi: 

Beyrək: — Sarı donlu qız eşqinə bir aslandan donərəmmi? — 

dedi. 

Aslan sürdü gəldi. Beyrək gözətçilərdən birinin yapıncısını qapıb 



qoluna doladı, aslanın pəncəsinə verdi, sonra aslanın alnına bir 

yumruq vurdu, aslan səndələdi. 

Beyrək onun belini üzdü, leşini xaqanın önünə atdı. 

Selcan xatun qızlara: 

—Vallah bu igidi gözüm gördü, könlüm sevdi, — dedi. 

Xaqan dedi: 

—Heyvanların padşahı  dəvədir. Onunla da oyun oyna. Dəvəni 

gətirdilər. Beyrək fırladı  dəvənin qoltuğuna girdi, fırladı  çıxdı.  İki 

heyvanla savaşmışdı, taqətdən düşüb, sərxoş kimi olmuşdu. Bacara 

bilmirdi. Altı cəllad Beyrəyin başının üstünü aldılar, yalın qılınclarını 

havaya qaldırdılar. 

Dəvə Beyrəyi sıxışdırıb Selcan xatunun köşkünün altına gətirdi. 

Beyrək yıxıldı, aşağıdan yuxarıya baxanda gördü ki, Selcan xatun 

ona işarət edir. Selcan əyilib, pıçıltıyla Beyrəyə: 

—İgid, — dedi, — bilməzmisən ki, dəvə burnundan zəbun olar? 

— Beyrək son gücünü toplayıb dəvənin burnundan yapışdı, dəvə 

bağırıb, ayaq üstündə durammadı, yıxıldı. Beyrək basıb onu iki 

yerdən boğazladı, dərisindən iki qayış  çıxartdı, xaqanın önünə 

apardı. 

Xaqan: 


—Qızı bu igidə verdim — dedi. Despinə xatun: 

—Üç heyvan öldürdüyü üçün bircə  qızcığazımızı alsınmı — 

dedi? 

Xaqan: — Bəli, — dedi. — Xaqan verdiyi sözün üstündən 



qaçmaz, həm də bu igid bizə qohum olsa, onu tez yola gətirərik. 

Sonra üzünü Beyrəyə tutdu: 

—İgid, — dedi. — Selcan xatunu verdim sənə. 

Beyrək: 


—Mən sənin qızını istəmirəm, — dedi. —Mənim məqsədim 

yaxşı igidlərin canını sənin əjdahalarından qurtarmaq idi. Mənim öz 

elimizdə, göz açıb gördüyüm, konül verib sevdiyim adaxlım var. 



Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə