“Xalq Cəbhəsi”. 2015. 20 oktyabr. N 190. S. 14. “Dədə Qorqud” oğuznamələri geniş arealda yayılıb



Yüklə 31.45 Kb.
tarix25.06.2018
ölçüsü31.45 Kb.


“Xalq Cəbhəsi”.-2015.-20 oktyabr.-N 190.-S.14. 

“Dədə Qorqud” oğuznamələri geniş arealda yayılıb 

“Dədə Qorqud” boyları Azərbaycan torpağı və xalqının tarixi keçmişinin ədəbi-bədii 

formaya salınmış hekayətləridir 

Asif Hacıyev 

Pedaqogika üzrə fəlsəfə doktoru 

 

 Müasir türk xalqlarının çoxunun etnogenezisində əriməklə öz varlığına son qoyan qədim oğuz etnosu 



yaşadığı tarixi epoxanı bədii sözün gücü ilə əbədiləşdirməyə nail olub. Atalar sözü, məsəl, rəvayət, əfsanə 

və  dastan  şəklində  yazıya  köçürülərək  daha  çox  oğuznamə  adı  altında  təqdim  olunan  folklor 

nümunələrində  ulu  Tanrıya,  torpağa,  təbiətə,  ataya,  anaya,  qadına,  oğula,  qıza,  ümumilikdə  ərliyi, 

ərdəmliyi  ilə  seçilən  insana  bənzərsiz  bir  sevginin  şahidi  oluruq  ki,  bu  da  oğuz  ruhunun  əzəməti, 

möhtəşəmliyi haqqında ətraflı bilgilər almağa imkan yaradır. Cüzi bir hissəsi dövrümüzə gəlib çatmış bu 

mədəni  irsin  ən  yenilməz  abidəsi  titul  səhifəsində  ərəbcə  “Kitabi-Dədəm  Qorqud  əla  lisani-taifeyi-

oğuzan”  yazılmış  oğuznamələr  toplusudur.  Nəsildən-  nəslə  sözlə  ötürülən  bu  boyların  ilk  yaradıcısı  – 

düzüb-qoşanı Dədə Qorqud olsa da, artıq dövrünü başa vurmuş Oğuz zamanının qəhrəmanlıq salnaməsi, 

görünür,  ulu  əcdadlarının  ruhunu  yaşatmaqda  olan  hansısa  bir  xanın  qurduğu  məc¬lisdə  sinəsi  hikmət 

dolu ozanın dili ilə üçtelli qolça qopuzun sədaları altında söylənilir. Epos kimi yaranma, formalaşma, ilk 

dəfə yazıya alınma və sonradan üzü köçürülmə dövrlərinin müəyyən elementlərini özündə əks etdirən bu 

abidənin  elm  aləminə  bəlli  olan  son  ikiyüzüllük  tədqiq  tarixi  göstərir  ki,  boylarda  oğuz  etnosunun  Orta 

Asiya  dövrü  əfsanələşib, Qafqaz-Azərbaycan  dövrü  isə  gerçək  bir  qat  şəklində  təsvir  olunub.  Elə  buna 

görə  də  boyların  məzmununda  daha  qədim  tarixi  izləri  görən  əksər  araşdırıcılar  V.V.Bartoldun  “... 

Qorqudun  adı  ilə  bağlı  bu  epik  silsilə,  çətin  ki,  Qafqaz  mühitindən  kənarda  yaradıla  bilərdi”  fikrini 

birmənalı  şəkildə  qəbul  edib  və  konkretləşdiriblər.  A.Y.Yakubovskiyə  görə,  eposun  mətnində  oğuzların 

Sırdərya və Amudərya cayları hövzəsində yaşadıqları daha qədim, hətta XI əsrdən əvvəlki çağların həyat 

tərzinin heyrətedici qalıqlarını görmək mümkün olsa da, coğrafi ad sisteminə, siyası mühitinə və mədəni 

əhatəsinə  görə  onun  son  formalaşması  Zaqafqaziya  hüdudları  ilə  bağlıdır.  M.Ergin  yalnız  dil  və  üslub 

baxımından  deyil,  ərazi  baxımından  da  onu  Azərbaycan  sahəsinin  əsəri  sayır.  X.Koroğlu  “Qorqud 

kitabı”nın daha qədim oğuz eposu əsasında bir neçə əsr sonra yeni torpaqlara köçərək Azərbaycan türkü 

etnik  adını  alan  oğuzlar  tərəfindən  formalaşdığını  irəli  sürür.  Dil,  tarixi,  coğrafi,  dini  və  antripoloji 

göstəricilər  baxımından  əsəri  “Azərbaycan  oğuznaməsi”  adlandıran  T.Hacıyev  belə  bir  ümumiləşdirmə 

aparmağı  lazım  bilir:  “Şübhəsiz,  dastan  konkret  bir  zaman  kəsiyində  yaranmadığı  kimi,  onu  mütləq 

coğrafi kordinata yerləşdirmək zorakılıq sayılardı. Bu, oğuznamədir; oğuzlar tarixən müxtəlif ərazilərdə 

dövlətlər  yaratdığından  burada  oğuzların  tarixi  coğrafiyasının  izləri  görünməkdədir.  Oğuzların  tarixi 

coğrafiyası,  Sibiri  çıxmaqla,  təxminən  bugünkü  türk  dövlətlərini  əhatə  edir.  Həmin  coğrafiyada  çoxlu 

oğuznamələr yaranıb. Əlimizdə olan əsər, deyildiyi kimi, məhz Azərbaycan oğuznaməsidir”. 

Beləliklə, qorqudşünaslığın gəldiyi başlıca fikir bundan ibarətdir ki, ulu Qorqudun adı ilə bağlı olan bu 

oğuz  boyları  məhz  Azərbaycan  torpağı  və  xalqının  tarixi  keçmişinin  ədəbi-bədii  formaya  salınmış 

hekayətləridir.  Lakin  bu  da  bir  danılmaz  gerçəklikdir  ki,  xüsusilə  Türkiyə  və  Türkmənistan 

respublikalarında  bu  abidənin  məhz  onlara  məxsus  olduğu  fikri  də  geniş  yayılıb.  Fikrimizcə,  tarixi 

baxımdan oğuz etnosu ilə bağlı olan həmin xalqların buna mənəvi haqları çatır. Hətta bu monumental söz 

abidəsində öz tarixi keçmişinin izlərinin axtaran qazax, qırğız və digər oğuz qarışığı olan xalqların da ona 

şərik gözü ilə baxmalarına təbii yanaşılmalıdır. Qorqud obrazının bir övliya, bir müdrik ozan kimi həmin 

xalqların  rəvayət,  atalar  sözü  və  məsəllərində  hələ  də  yaşaması  bir  də  onu  göstərir  ki,  ilkin  mərhələdə 

“Dədə  Qorqud”  oğuznamələri  daha  geniş  arealda  yayılıb,  zaman  və  həyat  tərzinin  dəyişməsi  ilə 

variasiyalara uğrayaraq ya tamamilə yeni dastanlar şəklini alıb, ya da yaddaşlardan silinməklə epizodik 

məqamlarda qalıb. Bu fakt eposun “Bamsı Beyrək boyu” ilə qırğızların “Manas”, başqırd, qaraqalpaq və 

özbəklərin  “Alpamış”  dastanlarının  müqayisəsi  fonunda  daha  aydın  duyulur.  Xalqımızın  bəxti  onda 

gətirib  ki,  yaranışca  bütün  oğuz  etnosunu  əhatə  edən  bu  epos  Azərbaycan  ərazisində  yeni  variantda 

formalaşmaqla  yanaşı  yazıya  alınaraq  kitablaşdırılıb.  Elm  aləmində  “Dədə  Qorqud  kitabı”  kimi 

məşhurlaşan  Drezden  nüsxəsi  məhz  qədim  oğuz  eposunun  Azərbaycan  variantıdır.  Bu  fikir  ayrı-ayrı 

boyların,  Vatikan  və  Drezden  nüsxələrinin,  xüsusilə  də  Qorqud  adı  ilə  bağlı  yazıya  alınmış  əski  mətn 

nümunələrinin  müqayisəli  təhlili  prosesində  öz  təsdiqini  tapır  ki,  qorqudşünasların  dönə-dönə  müraciət 

etdikləri həmin faktları yeni baxış bucağında açıqlamağa çalışacağıq. 




 Mətnin  məzmunu  göstərir  ki,  sıralanma  baxımından  ikinci  verilmiş  “Qazan  xanın  evinin 

yağmalanması  boyu”nun  sonunda  24  sancaqdan  ibarət  Qalın  Oğuz  dövlətinin  adlı-sanlı  igidləri 

göstərdikləri hünərə uyğun səciyyələndirilərək dinləyiciyə təqdim olunur və bu təqdimat forması “Qazan 

bəg  oğlu  Uruz  bəgin  tutsaq  olduğu  boy”da  müəyyən  ixtisarlarla  yenidən  təkrarlanır.  Bədii  təyinlər 

şəklində  yerinə  yetirilən  bu  cür  təqdimatların  real  faktlara  söykəndiyi  onların  adı  ilə  “Kitab”a  düşmüş 

ayrıca  boyların  məzmunu  ilə  tam  səsləşir.  Məsələn,  eposun  ən  romantik  və  faciəvi  qəhrəmanı  Bamsı 

Beyrək belə təqdim olunur: 

“Parasarın Bayburd hisarından parlayıb uçan, apalaca gərdəginə qarşu gələn, yedi qızın umudı, Qalın 

Oğuz imrəncisi, Qazan bəgin inağı Boz ayğırlı Beyrək çapar yetdi, “Çal qılıcın, ağam Qazan, yetdim!” – 

dedi.” 


Onun adı ilə düzülüb-qoşulmuş boyda bu təqdimatda getmiş informasiya bütünlüklə öz bədii həllini 

tapır. Yaxud qeyri-adi görünüşü və hünəri ilə seçilən Yegnək belə təqdim olunur: 

“Çaya  baqsa,  çalımlu,  çal  qaraquş  ərdəmlü,  qurqurma  quşaqlu,  qulağı  altun  küpəli,  Qalın  Oğuz 

bəglərini  bir-bir  atından  yıqıcı  Qazılıq  qoca  oğlı  bəg  Yegnək  çapar  yetdi,  “Çal  qılıcın,  ağam  Qazan, 

yetdim!” – dedi.” 

Yegnəgin adı ilə bağlı boyda onun bu qeyri-adi gücü atası Qazılıq qocanı on altı il əsirlikdə saxlayan 

Arşın  oğlı  Dirək  üzərində  əzəmətli  qələbəsi  ilə  sübuta  yetirilmiş  olur.  Maraqlıdır  ki,  görkəmli 

qorqudşünas T.Hacıyev bu təqdimatlardan çıxış edərək “Kitaba” düşməyən neçə-neçə oğuznamənin tarixi 

mövcudluğundan bəhs etməklə “Dədə Qorqud” eposunun həcmcə daha çoxsaylı olması fikrini irəli sürür. 

Olduqca inandırıcı yanaşmadır. Hər bir obrazın oğuz cəmiyyətində tutduğu mövqeyi və həyat tarixçəsini 

əks etdirən bu yığcamlaşdırılmış informasiya onların adı ilə bağlı müvafiq boyların olmasına işarədir ki, 

bununla  dövrümüzə  gəlib  çatmayan  digər  boyların  süjet  xətti  haqqında  müəyyən  məlumat  əldə  etmək 

mümkündür.  Oğuz  igidlərinin  qəliblənmiş  ifadələr  şəklində  bu  cür  təqdim  olunmasına  təkcə  “Dədə 

Qorqud”  eposunun  mətnində  deyil,  həm  də  XV  əsr  tarixçisi  Yazıçıoğlu  Əlinin  “Tarixi-ali  Səlcuq” 

əsərindəki oğuznamə parçasında da rast gəlinir. 

 Ancaq  hər  iki  mənbədə  işlənmiş  informativ  təyinlərin  təhlili  göstərir  ki,  burada  oxşar  məqamlarla 

yanaşı,  qabarıq  şəkildə  nəzərə  çarpan  fərqli  məqamlar  da  gedib.  Bu  isə  həmin  obrazlarla  bağlı  variativ 

oğuznamə  formasının  movcudluğu  haqqında  mülahizə  yürütməyə  əsas  verir.  Həmin  variantlara  diqqət 

yetirək. “Dədə Qorqud kitabı”nda abidənin baş qəhrəmanı Qazan xan belə təqdim olunur: 

“Bir gün Ulaş oğlı, Tulu quşun yavrısı, bezə-miskin umudı, Amit soyunın aslanı, Qaraçuğın qaplanı, 

Qonur atın iyəsi, xan Uruzun ağası, Bayındır xanın güyəgüsi, Qalın Oğuzun dövləti, qalmış yigit arxası 

Salur Qazan yerindən turmışdı”. 

 

Başqa bir boyda: 



“Qalmış yigit arxası! 

Bezə-miskin umudı! 

Bayındır xanın güyəgüsi! 

 Tulu quşun yavrısı! 

Türkistanın dirəgi! 

 Amit soyunın aslanı, Qaraçuğın qaplanı! 

Qonur atın iyəsi, xan Uruzun babası, xanım Qazan ...” 

 

 



 “Topqapı  oğuznaməsi”  kimi  tanınan  Yazıçıoğlu  mətnində  isə  bu  təqdimat  belə  verilib:  “Sarp  hisar 

duma  donlu  salkum-salkum  don  giyen  –  Konur  atın  oynadan  –  yağı  görsə  yardımlu,  düşmən  görsə 

durumlu – Türkistanın diregi – Tülü quşun yavrusu – Kanlı kafir ellerindən adlu Horasana ad çağırdan – 

Akçahisarın eglik salup alan – Görklü yüzlü güzel kızların oğlanların belün süren – Kanlu kafir ellerine 

kan  kaşandıran  – Kara başların bunlu eden  – Oğlancıkların ağlaşdıran  – İtlerin uluşduran  – Tavukların 

kığıldaşdıran – Ulaş oğlu Kazan Bey”. Göründüyü kimi, sonuncu təqdimatda “Kanlı kafir ellerindən adlu 

Horasana  ad  çağırdan  –  Akçahisarın  eglik  salup  alan”  təyinedici  söz  birləşmələri  “Dədə  Qorqud 

kitabı”nda  Qazan  xanın  adı  ilə  bağlı  heç  bir  boyda  xatırlanmır.  Bundan  əlavə,  “Kitab”ın  XI  boyunda 

Qazan xanın özü haqında söylədiyi soylama mətni ilə Topqapı mətni arasında da müəyyən fərqlər açıq-

aydın duyulur. Topqapı mətnində həmin hissə bu məzmunda qurulub: 

 

“Kuba kuba tuğlaladım er bunaldırdum buşkunumda ben Kazan 



 Kayın (Kanın) akar kara denizdim, er bunaldurdum cüngümde ben Kazan 

 Kaytabanın buğrasıydum, er bunaldurıdum 




 Kükredükde kapkayada anrar aslanıdım ben Kazan, er bunaldırıdum 

 Anradıkda Sarusazda arslan er bunaldırıdum 

 Sokradukda kara bulut ürkünüyidüm 

 Kara denizden su alup yere baran satarıdum ben Kazan 

 Karacuğun Cılban dağından kafir taş uçursa kaba uyluğunu dutan ben Kazanıdım…” 

 

 



 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə