Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə36/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   32   33   34   35   36   37   38   39   ...   167

 111 

—Aruz, — dedi, — şadlıq tonqalı yanır, görməzmisən. Bəs nə 

səbəbdən Qazanın divanına şadlığa gəlmirsən? 

Alp Aruz qəzəbini güclə boğaraq: — Hazırlaşırdım indicə 

gələcəkdim, — dedi. 

Qılbaş: 


—Bilirsənmi, bayramımız yasa döndü, — dedi. — Qıpçaq Məliyi 

təzəcə zəbun etmişdik ki, o yandan Şöklü Məlik üstümüzə hücum çəkdi. 

Qazanın evin-günün çapıb taladı, qızını, gəlinini  əsir apardı. Qazanın 

yaraları sağalmamış, onu qılıncladı, yerə vurdu. Qazan ölüm ayağında 

məni sənin yanına göndərdi, dedi ki, dayım Aruz gəlsin, mənə kömək 

olsun. 


Aruzun sevincindən gözləri parladı: 

—Deməli işlər belə imiş! — dedi. — Qılbaş! Qazan yaxşı günündə 

özünə vəzir seçəndə, malını-dövlətini paylayanda dayısı Aruzu saymadı. 

İndi yaman günündə nə mədət diləyir? 

Qoy həmişə Qazanın başı  bəlalı olsun. Mən Qazana düşmənəm, 

bu gündən açıq düşmənəm, bunu bilsin — Alp Aruz əllərini göyə 

qaldırdı. — Şükür sənə ulu  tanrım, axır ki, hayıfımı Qazanda 

qoymadın. Bu yaradan Qazan çətin sağala. Aruz məmnun-məmnun 

çadırında var-gəl edir, əlini-əlinə sürtürdü. Qılbaş astaca çadırdan 

çıxdı, atının belinə sıçradı, qamçısını qaldırdı və yalnız bundan sonra 

Aruzu səslədi: 

—Hey Aruz, — dedi, sarsaq qoca! Qazan sağ-salamatdır, kefi 

kök, damağı çağdır. Nə üstünə yağı  gəlib, nə  də yaralanıb. Üç yüz 

altmış  altı igid başına yığılıb. Yeyib-içir, xoş keçirlər. Yemək-içmək 

arasında igidlər səni andı. Mən dedim ki, gedib səhih xəbər bilərəm. 

Mən sənin dostluğunu, düşmənliyini sınayırdım. Qazana 

düşmənsənmiş bildim... Xoş qal! — deyə qamçını atına çəkdi, çapıb 

getdi. Aruz ardınca baxa-baxa qaldı. Bığlarından qan dammağa 

başladı. 

*** 

Tacirlərin karvanı hələ də yollarda idi.  



*** 

Parasarın Bayburd hasarında Beyrək  əvvəlki kimi zindandaydı. 

Hər gecə Selcan cəngavər paltarında onun yanına gəlib paltarını 

soyunur, qılıncını divardan asırdı. Hər gecə  də Beyrək qılıncı 

divardan götürüb sıyırır, çılpaq qızla öz arasına qoyurdu. 

Necə gecə belə keçdi, necə gün, neçə ay belə keçdi. Bəlkə bu 




 112 

gecə səma həmişəkindən uzaq idi, payız küləyi həmişəkindən iniltili, 

üzüntülü idi. Bu gecə Selcan cəngavər paltarında gəldi, soyundu, 

qılıncı divardan asdı. 

Amma bu gecə Beyrəyin əli divardakı qılınca uzanmadı. 

Qılınc bütün gecəni öz qınındaca asılı qaldı. 

...Səhər açılanda Selcan artıq yox idi. Amma zindanın qapısı 

taybatay açıq idi. Beyrək durub qapının ağzına gəldi. Gözətçi yox 

idi. Beyrək zindandan qalanın içinə  çıxdı. Gəzə-gəzə  ağça bürclü 

hasara yanaşdı, uzaqdan hasarın darvazasını gördü, onun qarşısına 

gəldi. Darvaza açıq idi. Nizəli keşikçilər nizələrini kənara çəkdilər. 

Beyrək  əvvəlcə  təəccüb elədi, sonra yavaş-yavaş darvazadan 

keçdi. Hasardan dişarıya çıxdı. Bura açıqlıq idi, çöl idi, burada o 

azad idi. Beyrək öz azadlığına inanmırdı, o dörd tərəfinə baxdı, sonra 

bir cüt gözün ona zilləndiyini hiss etdi, başını qaldırdı: hasarın 

üstündən, Ağça bürcdən Selcan ona baxırdı. Zindanın qapılarını, 

darvazalarını Beyrəyə o açdırmışdı. Bilirdi ki, Beyrək daha heç yerə 

getməyəcək. Beyrək çevrilib darvazadan içəri, hasarın daxilinə girdi. 



*** 

...Tacirlər yol gedirdi. 

...Parasarın Bayburd hasarında Beyrək qalanın içində dolaşır, 

bürclərin mazqalların yanından keçir, yerli camaata salam verib, 

salam alırdı, o artıq burda mərhəm olmuşdu. Qolu, dizi kəsik 

paltarlarını — qəriblik  əlamətini də  çıxarıb adicə paltar geymişdi. 

Amma üç gündən bir, beş gündən bir Beyrək aşılmaz, düşülməz 

hasarın  ən uca Ağca bürcünə qalxır, oradan həsrətlə, intizarla, 

kədərlə uzaqlara, itirilmiş yurduna baxırdı. 

Bir gün Beyrək yenə də gəzə-gəzə hasardan dişarı çıxdı, qalanın 

dibində bir daş vardı, o daşın üstündə oturdu. Şuşadakı "Ərimgəldi" 

qayasını xatırladan bu yerdən dolama yollar görünürdü. İndi bu yolla 

ağır-ağır bir karvan qalxırdı. Karvan gəlib Beyrək olan yerə çatdı. Bu 

haman o tacirlərin karvanı idi. Amma nə onlar Beyrəyi tanıdılar, nə 

da Beyrək onları — gör bir aradan neçə il keçmişdi! 

Salamlaşdılar. Beyrək:  

—Nə yerlərdən gəlirsiniz, tacirlər, — dedi. 

Tacirlər: 

—Oğuz ellərindən gəlirik, — dedilər. Beyrək sarsıldığını gizlətmək 

üçün, üzünü yana çevirdi, sonra özünü ələ alıb soruşdu: 

—Oğuz ellərində Salur Qazanı sorur olsam, sağmıdır? 



 113 

Qarabudağı, Dondarı,  Əməni, Qaraca Çobanı sorur olsam, 

sağmıdılar? Bəyburanın arvadını, qızlarını sorur olsam, sağmıdılar? 

Bəybecan qızı Banıçiçək evdəmi, yoxsa gordamı? 

Qoca tacir: 

—Salur Qazanı, igidləri sorur olsan, sağdılar, Bəyburanı, 

arvadını, qızlarını sorur olsan, sağdılar, ağ  çıxarıb qara geydilər 

Beyrək üçün. Banıçiçəyi yeddi yol ayrıcında ağlar gördük. 

Beyrəyim, deyib sızlar gördük. İgid, olmaya sən də Oğuzdan olasan, 

olmaya Bəybura oğlu Bamsı Beyrəyin sorağın eşitmisən. 

Beyrək: 

—Yox tacirlər, — dedi. — Mən Oğuzdan deyiləm, Beyrəyi də 

görməmişəm. Mən yurdsuz-yuvasız bir yolçuyam.  

Amma geri dönəndə  Oğuz elinə çatanda Beyrəyin ağ saqqallı 

atasına, ağ birçəkli anasına, bacılarına, bir də  Bəybecan qızı 

Banıçiçəyə deyin ki, daha Beyrəyi gözləməsinlər, daha Beyrək 

gəlməz oldu. Atası ayğır atın boğazlayıb aşın versin, anası-bacıları 

qara geyib göy sarısınlar, Beyrəyin axır yasını tutsun, yad qızı 

nişanlısına rüsxət versinlər, gözü kimi tutarsa, könlü kimi sevərsə, 

ona getsin, Beyrək gedər-gəlməzə gedibmiş, deyin... 

Qoca tacir: — yazıq Beyrək, — dedi. — Qürbət eldə can verən Beyrək. 

— Sonra xurcunundan bağlama çıxarıb Beyrəyə verdi. 

—Yolçu, — dedi, — birdən yolun düşdü, Beyrəyin məzarına rast 

gəldin. Onda bax bunu ora atarsan. Bu bizim torpaqdır, Biz tacirlərin 

ömrü qürbət ellərdə keçir, torpağımızı torbada daşıyırıq ki, işdi, 

birdən yad yerdə düşüb ölsək, qəbrimizin üstünə öz torpağımızdan 

bir ovuc atılsın. Al bunu, salamat qal.  

Karvan uzaqlaşıb getdi. Beyrək uzun-uzun karvanın dalınca 

baxdı, sonra torpaq bükülü dəsmalı açdı. Üzunu ovcundakı torpağa 

qoyub iylədi, bayıldı, yavaşcadan: 

—Yovşan iyi, — dedi və birdən anladı ki, daha burada qala 

bilməyəcək. Yerindən sıçradı, dəli kimi qaçmağa başladı. 

Yamaclardan, qayalardan, yarğanlardan atıldı. Hasarın üstündən, 

Ağca bürcdən Selcan xatun Beyrəyin qaçdığını gördü, yaralı quş 

kimi çırpındı, hasardan pırlayıb uçmağ istədi. Keşikçiləri səsləyib 

əmr etmək istədi ki, Beyrəyi qovub tutsunlar, qaytarsınlar. Amma 

birdən-birə o da başa düşdü ki, hər  şey  əbəsdir, Beyrəyi daha 

qaytarmaq olmayacaq. Selcan xatun sonsuz həsrətlə, ağrıyla 

uzaqlaşıb gözdən itən Beyrəyin ardınca baxırdı. 



Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə