Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə38/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   34   35   36   37   38   39   40   41   ...   167

 117 

ortasında saqqızla yapışdırılmış üzüyə nişan atırdılar. 

Özünü dəliliyə qoymuş,  əcaib qiyafəli Beyrək gəlib bir qıraqda 

dayandı, ox atanlara tamaşa eləməyə başladı. 

Elə ki, Qarabudaq ox atdı, Beyrək:  

—Əlin var olsun! — dedi. Əmən atdı, Dondar atdı, Beyrək: 

—Əlin var olsun! — dedi. 

Növbə Yalıncığa çatdı. Yalıncıq atanda  Beyrək: 

—Əlin qurusun, barmaqların çürüsün, — dedi, — Hey donuz 

oğlu donuz, donuz da öküzə ox atarmı? 

Bu sözə igidlər gülüşdü, Yalıncığın bərk acığı tutdu, hirslə: 

—Hey, dəli ozan, — dedi, — sən hardan gəlib çıxdın? Sən 

kimsən ki, mənə bunun kimi sözlər söyləyirsən? 

Beyrək: 


—İgidlərə qurban olasan, — dedi, — ox ata bilmirsən,  niyə 

başını başlara qoşursan? Heç yayı elə çəkərlər? 

Yalıncıq: 

—Yaxşı, sarsaq, — dedi, — gəl mənim yayımı çək görüm, necə 

çəkirsən. Çəkə bilməsən səni öldürəcəm. 

Beyrək yayı aldı, çəkdi, yay qəbzəsindən iki para bölündü

Beyrək paraları Yalıncığın üstünə atdı. 

—Daz yerdə torağaya atmağa yaxşıdır, — dedi. 

Yalıncıq mohkəm pərt oldu, amma özünü sındırmadı: 

—Beyrəyin yayı vardır, gedin, onu gətirin, — dedi. 

Gətirdilər, Beyrək öz yayını görcək kövrəldi, yayı əlinə alıb opdü: 

—İgidlər, — deyə üzünü oğuz igidlərinə tutdu, — sizin  eşqinizə 

yayı  çəkib, oxu atıram,— dedi. Bir oxla üzüyü vurdu, paraladı. 

İgidlər bunu görcək əl çaldılar, gülüşdulər.  Bir qıraqda, yüksək bir 

yerdə oturub tamaşa edən Qazan Beyrəyi çağırdı. Beyrək gəldi, baş 

endirdi, bağır basdı, salam  verdi. 

Qazan: 

—Hey dəli ozan, — dedi. — Yayı çəkib, ox atmağın xoşuma gəldi. 



Beyrək gedəli heç kəs onun yayını çəkə bilməmişdi. Bu hünəri ki, sən 

göstərdin, dilə məndən nə dilərsən. Çətirli otaq, altun axça, qoyun, dəvə, 

at — dilə verim. 

Beyrək: 


—Sultanım, — dedi, — səndən diləyim budur: qoy mən yeməklər 

bişən yerə gedim, qarnım acdır, doyurum. 

Qazan güldü: 



 118 

—Dəli ozan, dövlətin təpdi, — dedi, sonra üzünü  igidlərə tutub: 

— İgidlər bu günkü bəyliyim bunun olsun, — dedi. —  Qoyun hara 

gedirsə-getsin, neyləyirsə eləsin. 



*** 

Beyrək gəlib qazanları açdı, xidmətçiləri çağırdı: 

—Aparın bu xörəkləri yetimə-yesirə paylayın — dedi. — 

Qadınlar hansı tərəfdədir, məni onların yanına aparın. 

Xidmətçilərdən biri Qazanın yanına gəldi: 

—Sultan, — dedi, — dəli ozan xorəkləri yetim-yesirə payladı. 

İndi də qızların yanına getmək istəyir. 

Qazan: 


—Qoyun neyləyir eləsin, qızların yanına getmək istəyir, getsin, 

— dedi. 


*** 

Beyrək qızlar, qadınlar oturan çadırın yanına gəldi, zurnaçıları, 

nağaraçıları qovdu: 

—Özüm çalacağam, — deyə qopuzu köynəyindən çıxartdı. 

Beyrək xanımlar oturan çadırın eşiyində oturdu. 

Boyu uzun Burla xatun qəzəbləndi, dedi: — Hey, əbləh! Sənə 

yaraşarmı bitəklif xatunlar oturan yerə gələsən? 

Beyrək dedi: 

—Xanım, Qazan xandan mənə buyruq oldu. Mənə kimsə dolaşa 

bilməz. 


Burla xatun qadınlara: 

—İndi ki, Qazandan buyruq olubdur, qoyun otursun, — dedi, sonra 

Beyrəkdən soruşdu: — Yaxşı ozan məqsədin nədir? 

Beyrək dedi: — Xanım, məqsədim odur ki, mən qopuz çalım, ərə 

gedən qız qalxıb oynasın.  

Üzü al duvaqlı Banıçiçək pərdə arxasında oturmuşdu, 

görünmürdü. Xanımlar pıçıldaşdılar. 

Burla xatun pıçıltıyla Qısırca Yengəyə: 

—Qısırca Yengə, dur sən oyna, — dedi, — nə bilir dəli ozan?.. 

Qısırca Ysngə durdu, dedi: 

—Çal dəli ozan! Çal oynayım, ərə gedən  qız mənəm.  

Beyrək qopuz çaldı, Qısırca Yengə oynamağa başladı. 

Beyrək çala-çala avazla deyirdi: 

—Evinizin ardından sarvanlar sənə baxır, hansı  dərəyə gedib, deyə 

izini izlər, hansı yandan gələcək, — deyə yola baxır, gözlərinin bıldır-



 119 

bıldır yaşı axır. Sən onların yanına get, muradını ver, muradına yet. And 

içmişəm qısrağa mindiyim yox.  

Xatunlar yaşmaqlarının altdan xısın-xısın gülüşdülər. 

Beyrək sözünə davam etdi: 

—Qısırca Yengə səninlə mənim işim yox. Ərə gedən  qız qalxsın, 

qol salıb oynasın, mən də qopuz çalım. 

Qısırca Yengə: 

—Boy, bu dəli zavala gəlsin, gozüylə görürmüş kimi danışır, — 

dedi. Xatunlardan biri Boğazca Fatmaya pıçıldadı: 

—Dur oyna.  

Boğazca Fatmanın üzünə duvaq saldılar, üzü görünməz oldu. 

Fatma ortalığa çıxıb dedi: 

—Çal, dəli ozan, oynayım,  ərə gedən qız mənəm. Beyrək 

qopuzunu danqıldada-danqıldada avazla dedi: 

—Evinizin ardı  dərəcik deyildimi? İtinizin adı    Bərəcuq 

deyildimi? Sənin adın qırx oynaşlı Boğazca Fatma deyildimi? Keç 

yerində otur, oynama, yoxsa yenə eybini açaram, biabır olarsan. Mən 

səni yaxşı tanıyıram. And içirəm, boğaz qısraqa mindiyim yox, 

səninlə oyunum yox. Ərə gedən qız yerindən dursun, mən qopuz 

çalım, qol salıb oynasın, — dedi. 

Beləcə decək Boğazca Fatma özündən  çıxdı: 

—Boy, bu dəli boğma çıxaracaq, olan-qalan eybimizi açacaq, — 

dedi, sonra üzünü Banıçiçəyə tutdu. — Dur qız! Oynayırsan oyna, 

oynamırsansa cəhənnəmdə oyna! Beyrəkdən sonra başına bu hal 

gələcəyini bilmirdin? 

Burla xatun dedi: 

—Qız qalx oyna. Əlindən nə gələcək? 

Banıçiçək durdu, əllərini paltarının qolları içində gizlətmişdi ki, 

heç kəs barmağındakı üzüyü — Beyrəyin üzüyünü görməsin, ortalığa 

çıxdı, dedi: 

—Ərə gedən qız mənəm. 

Beyrək: 

—Bəli sənsən, — dedi. — Əllərini niyə gizlədirsən, yəqin suya 

getmisən, soyuq olub, don vurub, barmaqların qopub düşüb. Əllərin 

eyiblidir, eyibini gizlədirsən. Eyibli qız, sənə  ərə getmək eyibdir! 

Banıçiçək tutuldu: 

—Hey, dəli ozan, — dedi. — Mən eyibliyəm ki, mənə eyib 

qoşursan? 



Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə