Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə46/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   42   43   44   45   46   47   48   49   ...   167

 142 

—Nə danışırsan Kərbəlayi Ağakişi. Sənin oğlunu  şeytanlayanın 

evi yıxılsın. Gətir uşağı bura, gətir gizlədək.  

Qadınların ağlaşması: 

—Balamı soldat aparacaqlar, balam vay.  

Onlara uşaqların özü də goşulur 

—Bizi soldat aparacaqlar,  vay….  

Kənd meydanında.  

Naçalnik: 

—Çto je, spisok malçikov qotov? 

Həsənov: 

—Vot spisok (oxuyur). Kərbəlayi Zeynal, oğlun hanı? 

Kərbəlayi Zeynal: 

—Başına dönüm nəçənnik, mənim oğlum yoxdu… 

Həsənov: 

—Necə yoxdu?.  

—Yoxdu da… 

Kəndlilər təsdiq edir: 

—Yoxdu onun oğlu.  

Həsənov siyahını oxuyur: 

—Kərbəlayi Səfər: 

Kərbəlayi Səfər: 

—Mənim də  oğlum yoxdu, vallah, billah. Olsaydı, verməzdim 

soldatlığa? Ağa nəçənnikə canım da qurban. Bir oğul nədi ki, onu 

ağa nəçənnikə qyımayam? Oğlum-zadım yoxdu. Birdən — balacadı 

e, nəçənnik ağa, başına dönüm, olsa-olsa yeddi yaşı olar. Ondan 

soldat olar? O boyda tüfəngi necə daşıyacaq? 

Həsənov: 

—Nə boş-boş danışırsan kişi, nə soldat, nə tüfəng… 

Naçalnik: 

—Çto je poluçaetsya qospodin uçitel, poka ni odnoqo malçika 

nalitso.  

Kərbəlayi Zeynal: 

—Ayağının altında ölüm nəçənnik ağa, bizim kənddə yerli-dibli 

uşaq olmayıb.  

Naçalnik acıqla Həsənova nə isə deyir. Həsənov Xudayar bəyə 

müraciət edir: 

—Cənab Xudayar bəy. Naçalnik sizdən çox narazıdı. Bir saatdır 

burda çənə döyürük, bir uşaq da üzə  çıxmayıb. Yəni belə böyük 



 143 

kənddə uşaq yoxdu? 

Xudayar bəy şallağını havada yellədir.  

—Ay camaat,  qulaqlarınızı yaxşı açıb eşidin. Bir aydı  mən bu 

kəndin katdasıyam və hamı bilir ki, mən sidqi ürəklə  əlahəzrət 

padşahımıza və hökümətimizə can-başla xidmət edirəm. Mən 

qoymanam desinlər ki, nəçənnik bu kənddə  məktəb açmaq istədi, 

amma siz Xudayar bəydən qorxmadınız, uşaqlarınızı gizlətdiniz. Bax 

deyirəm sizə, bu saat uşaqlarınızı  gətirin, yoxsa mən siznən bax bu 

şallaqnan danışacam.  

Şallağını qaldırıb kəndlilərin belinə endirir.   

Həsənov: 

—Nu zaçem je tak? Camaat, cümlə millətlər  oxuyub savad almaq 

istəyir, amma siz o qədər nevejestvennisiz ki, nə Uşinskini tanıyırsız, 

nə Pestolotsini. İndiyə  qədər qanmayıbsız ki, uçenie svet, neuçenie 

tma.  


Naçalnik: 

—Vot, vot, soverşenno verno.  

Həsənovun maarifçı  çıxışları Xudayar bəyin  şallaq səsləriylə 

müşayiət olunur. Kişilər ağrıdan zarıyır, apvadlar vay-şivən qoparır, 

Xudayar bəyin sifəti qəzəbdən əyilib.  

Mirzə Cəlilin kadrarxası səsi: 

—Bəli, balaca adam deyil bu Xudayar bəy. Əslinə qalsa əvvəllər 

bəy-zad deyildi, katda Kərbəlayi İsmayılın ən yaxın əhbabı və əlaltısı 

idi. Amma elə ki, Kərbəlayi  İsmayıl  rəhmətə getdi, Xudayar onun 

yerinə katda oldu, əlinə bir şallaq alıb dedi ki, mən day Xudayar 

deyiləm, Xudayar bəyəm. Kim ki ona bəy yox, eləcə Xudayar  

deyirdi, salırdı qoduqluğa. Azı otuz-qırx adamı bu babətdən həbs 

elədi. Amma insafən demək lazımdı ki, Xudayar köhnə dostu 

Kərbəlayi İsmayılın ailəsini də başına buraxmadı. Elə ki, rəhmətliyi 

basdırdılar, Xudayar bəy onun dul övrəti Zeynəbi almaq fikrinə 

duşdu.  


Zeynəbin evi. Zeynəb balaca qızını yatızdırır, ona laylay çalır və 

ağlayır.  

Qonşu Səkinə arvad gəlir.  

—Nədi, yenə  ağlayırsan, ay abadanın qızı, özünü üzərsən ki… 

Ölənlə ölmək olmaz. Bir toxta görək.  

—Ağlamayım, neyləyim ay Səkinə xala.  

—Naşükür olma qızım, Allaha xoş getməz. Ölüm Allah əmridir. 



 144 

Lazım bilib ki, sənin  ərini də o dünyaya aparsın, Mömin, dindar 

adam idi rəhmətlik, yəqin indi yeri cənnətdi.  

—Allah ağzından eşitsin, Səkinə xala. Amma bundan mənə  nə 

hacət.  

—Dedim ki, naşükür olma, qızım, Gör bir rəhmətlik sənə nə var-

dövlət qoyub gedib. Ev-eşik, mal-mülk, cəvahirat… Heç şikayət 

etməyin yeridir.  

—E, ay Səkinə xala, bəyəm xoşbəxtlik var-dövlətdədi? 

—Yox, amma gərək var-dövlətin də  qədrini biləsən, ağılla 

işlədəsən. Day havaya sovurmayasan. İndi sən dul qalmısan, özün də 

maşallah cavan , gözəl cöyçək övrətsən, bilirsən sənə  nə  qədər 

adamın tamahı düşəcək. Mal-dövlətivə də göz tikənlər olacaq, özüvə 

da…Məbadə bir adama söz verəsən.  

—Sən nə danışırsan ay arvad. Ərimin meyidi bəlkəm heç 

torpaqda soyumayıb, mənim  indi  təzə  ər barədə fikirləşmək 

vaxtımdı? 

—Ay sağ ol. Bax elə Xudayar bəy də belə deyir.   

—Xudayar bəy? Xudayar bəyin buna nə dəxli var? 

—Necə nə dəxli var? Xudayar bəy rəhmətlik Kərbalayi İsmayılın 

ən yaxın dostu-əhbabı deyildi bəyəm? Can deyib, can eşidərdilər. 

Məni də  sənin yanına o göndərib. Deyir bax, məbadə Zeynəb bir 

adama söz verə. Onü özüm alacam.  

Zeynəb ilan çalmış kimi yerindən sıçrayır: 

—Nə? Xudayar məni alacaq?Ay arvad, başıva hava gəlib? 

—Sənə lap mat-məəttəl qalmışam qızım, Xudayar bəy  ərivin  ən 

yaxın dostuydu, qardaş kimiydilər. Belədi, belə deyil? Çox əcəb, Sən 

də cavan gəlinsən, gərək hökmən ərə gedəsən. Belədi belə deyil? İndi 

mənə cavab ver. Olarmı ki, Xudayar bəy dura-dura dostunun arvadı 

da, mal-mülkü də başqa bir qurumsağa  qismət ola? 

—Deməli Xudayar bəy belə dost imiş. Bax,  get Xudayar bəyə de. 

Beş il yox, lap əlli il də ərsiz qalaram, təki Xudayar bəyin o murdar 

sifətini, o  əyri burnunu görməyim… 

—Nahaq yerə belə inad edirsən, qızım. Xudayar bəyin qızı axı 

oğlun Vəliqulunun deyiklisidi. Xudayar bəyə getməyə razı olmasan, 

bu nişan da pozulacaq. Dedi, Zeynəbə elə belə de. .  

—Çox yaxşı.  İndiki Xudayar qızını  mənim oğluma vermək 

istəmir, mən də heç onun qızını Vəliquluya almaq istəmirəm.  

—Özün bilən yaxşıdı — deyə  Səkinə arvad ayağa durdu, 



Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə